İndi Rusiya ilə bağlı bitərəf qalmaq, bişərəf qalmaqdır - GÜNDƏM SÖHBƏTİ
Müsahibə16 fevral 2025 14:16
Elşad Musayev: “Qürurumuzu, sifətimizi, mövqeyimizi qoruyub saxlamalıyıq”
“Açıq-aşkar Rusiya lehinə danışmaq nə deməkdir? Millətə meydan oxumaqdır. Belə halda susmaq olmaz”
“Azərbaycandakı bütün rus məktəbləri bağlanmalıdır. Niyə başqa dövlətin dilində Azərbaycanda xüsusi məktəblər açılmalıdır? Rusiya üçün ayrıca nəsil, agentura şəbəkəsi, rus qafalı insanlar yetişdiririk?”
Azərbaycanın mülki təyyarəsinin Qroznı səmasında vurulmasından sonra Rusiya-Azərbaycan münasibətlərində yaranmış soyuqluq davam edir. Kremlin müəmmalı sükutunun ardınca Rusiyadan Azərbaycanın beynəlxalq hüquqa istinad etdiyi tələblərinə qarşı müxtəlif səviyyələrdə təhdidlər edilir. Ekspertlərin sözlərinə görə, Rusiya Azərbaycandan təyyarə məsələsində hansısa güzəşt etməsini istəyir və təzyiq-təhdidlə Bakını razı salmaq xəttini izləyir. Kremlin “körpüləri yandırmaq” siyasəti qarşıdurma motivinin görünəndən daha dərin olduğu, təkcə təyyarənin vurulması ilə yekunlaşmadığı versiyasını ön plana çıxarır. Rusiyanın miqrant kartını işə salması da pərdəarxasında başqa nüansların olduğu ehtimalını gücləndirir.
Rusiyanın postsovet məkanına nəzarəti gücləndirmək istəyi də burada önəmli rol oynayır. Gərginləşən Rusiya-Azərbaycan münasibətləri ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran millət vəkili, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, Moskvanın niyyəti ortadadır və məqsədi bəllidir. Deputat vurğulayıb ki, Rusiya tarix boyu olduğu kimi yenə imperiya ambisiyalarından çıxış etməkdədir...
- Elşad müəllim, Rusiya Azərbaycandan nə istəyir? Moskvadan Bakıya yönəlik əsassız təzyiq və təhdid dalğası nəylə bağlıdır?
- Rusiya Azərbaycanı öz təsir dairəsində görmək istəyir. Moskva istəyir ki, sovet dönəmində olduğu kimi indi də Azərbaycan hakimiyyəti ancaq onun dedikləri ilə oturub-dursun. Kremlin bu yanaşması, sadəcə, Azərbaycanla bağlı deyil, bütün postsovet ölkələrinə, MDB dövlətlərinə baxış eynidir. Əsas məsələ budur. Rusiya ilə Azərbaycan arasında imzalanmış strateji müttəfiqlik sənədi də zərurətdən doğan bir addımdır. Rusiya heç vaxt Azərbaycanın strateji müttəfiqi ola bilməz. Çünki Rusiyanın dövlətçilik fəlsəfəsi, işğalçılıq və imperiya ambisiyaları Azərbaycanla strateji müttəfiqliyi qəbul etmir. Rusiya öz siyasətini ərazilərinin, təsir dairəsinin genişləndirilməsi üzərində qurur. Moskva Cənubi Qafqaz bölgəsini də öz təsir dairəsində görür. Eyni zamanda hazırda sanksiyalar altında olan Rusiya öz qazını, enerji resurslarını Azərbaycan əliylə satmaq istəyir. Həmçinin, məhz bizim vasitəmizlə Ermənistanda hakimiyyət dəyişikliyi etmək, Paşinyanı devirmək niyyəti güdür. Təbii ki, müstəqil siyasət yeridilən Azərbaycan Rusiyanın diktəsinə boyun əymir və əyməyəcək.
- Rus məktəblərinin bağlanması ilə bağlı çağırışları necə şərh edərdiniz? Siz də təhlükə olaraq görürsünüzmü?
- Azərbaycandakı bütün rus məktəbləri bağlanmalıdır. Niyə başqa dövlətin dilində Azərbaycanda xüsusi məktəblər açılmalıdır? Rusiya üçün ayrıca nəsil, agentura şəbəkəsi, rus qafalı insanlar yetişdiririk? Başa düşmürəm, hansı səbəbdən Rusiyaya kadr yetişdirməliyik? 320 rus məktəbi niyə olmalıdır? Yığışdırmalıyıq bunu. Məmurlar, siyasətçilər, partiya sədrləri, dövlət orqanlarında çalışanlar arasında rus dilində danışanlar var. Kiçiklik, natamamlıq kompleksindən xilas olmalıyıq. Kim uşağının rus dilində təhsil almasını istəyirsə, pullu özəl məktəblərdə oxutsun. Bu məsələdə açıq mövqeyimizi ortaya qoymalıyıq. Rusiyanın Azərbaycanda, Orta Asiyada agentura şəbəkəsi var. Yeri gələndə həmin agentura şəbəkəsi vasitəsilə vəziyyəti öz xeyrinə dəyişməyə cəhd edir. Bunlara qarşı da tədbirlər görməliyik.
- Mövcud təhdidlərə qarşı mübarizəmiz, fəaliyyətimiz necə olmalıdır? Nəzərə alaq ki, söhbət qonşu Rusiyadan gedir...
- Azərbaycanın gələcəyi də, strateji müttəfiqi də Türkiyə və Türk dünyasıdır. Əsas istiqamətimiz bu olmalıdır. Fikir verirsizsə, zaman-zaman qardaş ölkə ilə aramızda soyuqluq, qarşıdurma yaratmağa cəhd edənlər olur. Rusiyanın Azərbaycandakı agentura şəbəkəsi sosial şəbəkələrdə, bəzi saytlarda buna nail olmaq üçün ciddi iş aparırlar. İndiki halda Azərbaycana qarşı açıq təhdid var. Təyyarəmizi də qəsdən vurublar. Faktlar da bunu təsdiqləyir. Rusiyaya qarşı aydın mövqeyimizi ortaya qoymalıyıq. Amma bu, söyüş və təhqirlə olmamalıdır. Ömür boyu ruslara yaltaqlananlar indi Rusiya əleyhinə yekə-yekə danışırlar, söyüş söyürlər. Belə olmur axı. Rusiya qaba, kobud, işğalçı dövlət olsa da, qonşuluğumuzda yerləşir. Hər zaman çalışmışıq ki, münasibət normal məcraya yönəlsin. Ancaq indiki halda dövlətçiliyimiz bizdən tələb edir ki, hamı vahid mövqedə olsun. Azərbaycan siyasətində olan adamlar iqtidarlı-müxalifətli Rusiyanın təzyiq və təhdidinə qarşı durmalıdır. Bu məsələdə fürsətçilik eləmək olmaz. Bir məqamı qeyd edim. Növbədənkənar seçkilər keçiriləndə bunun önləyici tədbir olduğunu söylədim. Əgər növbədənkənar prezident seçkisi keçirməsəydik, Ukrayna cəbhəsində vəziyyəti yüngülləşən Rusiya görün, indi hansı hoqqalardan çıxırdı? Ukrayna ilə müharibə Moskvanın başını qatır. Rusiya perspektivdə çalışacaq ki, Qazaxıstan, Özbəkistan və Gürcüstanda da aranı qarışdırsın. Yeni dünya düzəni qurulur və beynəlxalq hüquq işləmir. Ona görə də hamı daxildə sabitliyin qorunmasına çalışmalıdır.
- Rusiyanın təhdidlərindən, təzyiq rıçaqlarından biri də miqrantlarla bağlıdır. Moskvanın soydaşlarımız üzərindən təzyiqə əl atacağı inandırıcı görünürmü?
- Azərbaycanlılar da daxil olmaqla Rusiyadakı miqrantların çoxu rus vətəndaşıdır. Müxtəlif sahələrdə çalışan miqrantlarımız, o cümlədən xeyli sayda tanınmış iş adamlarımız Rusiya iqtisadiyyatına böyük töhfə verirlər. Ancaq bəlli deyil ki, onların böyük hissəsi hazırda hansı mövqedədir. Ona görə miqrant məsələsi ilə bizi qorxutmaq olmaz. Müəyyən qisim soydaşımız öz ölkəsinə geri dönəcəksə, onların iş problemini həll etmək lazımdır. Şükür ki, iqtisadiyyatımız çoxşaxəlidir. Rusiyadan iqtisadi asılılığı mümkün qədər azaltmalıyıq. Çünki Rusiya etibarsız qonşudur.
- Həssas dönəmdə belə Rusiya əleyhinə danışmaqdan çəkinənlər haqqında nə deyərdiniz?
- Hamı bilir ki, Rusiyanın agentura şəbəkəsi var. İllərdir Rusiyadan ötrü özlərini öldürürlər, təəssübkeşlik edirlər. Siz mətbuatsınız, ifşa edin onları. Niyə mediamız həmin şəxslərə tribuna verir? Sadəcə Rusiyanın deyil, Qərbin də, İranın da agenturası var. KİV-lərdə at oynadırlar. Bizim üçün fərqi yoxdur, hansı ölkənin agenti olursa-olsun, hamısı təhlükəlidir.
- Bəzi "millətçi", "türkçü" kimi tanınan adamların mövqeyi də təəccüblə qarşılanır...
- Onlar saxta millətçi, türkçüdür. Əsl millətçi bizik. Azərbaycanın milli mənafeyinə illərdir xidmət edirik. Heç nədən çəkinmirik, haqq bildiyimizi deyirik. Bir daha deyirəm, heç kəslə şəxsi düşmənçiliyimiz yoxdur. Lakin indiki dönəmdə açıq-aşkar Rusiya lehinə danışmaq nə deməkdir? Millətə meydan oxumaqdır. Belə halda susmaq olmaz. İndi bitərəf qalmaq, bişərəf qalmaqdır. Qürurumuzu, sifətimizi, mövqeyimizi qoruyub saxlamalıyıq.
- İctimaiyyətin açıq mövqe gözlədiyi qurumlardan biri də Parlamentdir, deputatlardır. Parlamentarilərin tənqidlə üzləşməsinə münasibətiniz necədir?
- Millət vəkili və partiya sədri olaraq özümə cavabdehəm. Bəziləri "günah keçisi" kimi Parlamenti görürlər, hücum etmək üçün bəhanə axtarırlar. Mən Parlament adından danışa bilmərəm. Əgər məsələ Milli Məclisdə müzakirəyə çıxarılarsa, sözümü deyəcəm. Onsuz da müstəqil şəkildə fikirlərimi açıq söyləyirəm, mövqeyimi ortaya qoyuram. Hər sahədə rusmeyilli adamlar var. Kim ortaya açıq mövqe qoymursa, cəmiyyət özü ona qiymət verməlidir. Qısası, Rusiya Azərbaycanın güclənməsini istəmir. Ona görə də Azərbaycanın gələcəyini Türkiyə ilə daha sıx əməkdaşlıqda görürük.
Oxşar xəbərlər
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
7 aprel 2026 21:19
- Prezident onu nazir müavini təyin etdi
7 aprel 2026 20:52
- Prezident onları təltif etdi - Siyahı
7 aprel 2026 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
7 aprel 2026 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
7 aprel 2026 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
7 aprel 2026 13:53
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
7 aprel 2026 12:21
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- Moskvada anti-Azərbaycan tədbiri
5 aprel 2026 23:17
Xəbər lenti
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
Video & Fotoqalereya
Video
Fotoqalereya
