SSRİ-də edam edilən yeniyetmələr - onlar tatuaja, valideynlərinə və qətllərə görə güllələniblər
SSRİ-də yetkinlik yaşına çatmayan cinayətkarlar üçün (18 yaşına çatmamış) ölüm cəzası 7 dəfə tətbiq edilib. Altı yeniyetmə Stalinin, biri isə Xruşovun dövründə edam edilib. Hakimlər ümumiyyətlə yetkinlik yaşına çatmayan cinayətkarlara qarşı yumşaq davranıblar. Amma bu yeddi “yetkinlik yaşına çatmayan” üçün istisnalar edilib.
Tatuaja görə edam
1921-ci ildə anadan olan Plakuşi Anatoli Dnepropetrovsk vilayətində dünyaya göz açıb. Artıq 1937-ci ildə üçüncü məhkumluğunu yaşayıb. O, qanunsuz silah saxlamaqda təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və cəzasını Kryukov islah-əmək koloniyasında çəkib. Türmədə olduğu zaman 3-cü xüsusi idarə tərəfindən 1937-ci il noyabrın 30-da Moskvadakı 1 saylı həbsxanaya göndərilib.
![]()
“Etap”a səbəb uşağın sol ayağının dizinin üstündə kommunist partiyasının liderlərindən birinin fotosunu döymə etdirməsi olub. Onun hərəkəti “sovet hakimiyyətini devirməyə, sarsıtmağa və ya zəiflətməyə, ayrı-ayrı əksinqilabi cinayətlər törətməyə çağırışları ehtiva edən təbliğat və ya təşviqata” bərabər tutulub.
1937-ci il dekabrın 6-da SSRİ Xalq Daxili İşlər Komissarlığının Moskva vilayəti üzrə idarəsinin üçlüyünün iclası yekun qərar qəbul edib: “Plakuşi Anatoli Dmitriyeviç güllələnsin”. Bir-iki gün sonra, dekabrın 19-da hökm icra olunub. Gənc oğlan 12 iyul 1989-cu ildə ölümündən sonra “heç bir cinayət törətməyib” ifadəsi ilə reabilitasiya olunub.
Bir gündə güllələnən üç yeniyetmə
1937-ci ildə həbs edilən Aleksandr Petrakov, Mixail Tretyakov və İvan Belokaşin 14 mart 1938-ci ildə Butovo poliqonunda güllələniblər. 1921-ci ildə anadan olan hər üç şəxs gənc yaşlarına baxmayaraq, dəfələrlə təkrar cinayətlərə görə cəza çəkiblər. Küçələrdə böyüyən və cibgirlik edən uşaqlar ölüm cəzasına məhkum edilən zaman da azadlıqda olmayıblar. Yəni cəzaçəkmə müəssisələrində olduqları vaxt yenidən cinayət törədiblər.
![]()
Aleksandr Petrakov cibgirliyə görə altı dəfə həbs olunub. Mixail Tretyakov oğurluq və xuliqanlığa görə iki məhkumluğuna əlavə olaraq, qadını qarət etmək məqsədilə ona bıçaqla hücum edib.
“Zona”da yaradılan oğru dəstəsinin üçüncü üzvü, Moskva vilayətinin Ramenski rayonundakı Novoye Selodan olan İvan Belokaşin də təkrar cinayətlər törədib. Hər üç yeniyetmə bir gündə güllələnib və Xruşovun dövründə reabilitasiya olunublar.
Ailəsi ilə birlikdə edam edilib
Oleq Frinovski yüksək rütbəli SSRİ Xalq Daxili İşlər Komissarlığının zabiti, Nikolay Yejovun yaxın adamı Mixail Petroviç Frinovskinin yeganə oğlu olub. Saxlanılan zaman Oleq Moskvanın nüfuzlu 2-ci xüsusi artilleriya məktəbinin 10-cu sinif şagirdi idi. Onun atası 6 aprel 1939-cu ildə, özü və anası Nina Stepanovna isə aprelin 12-də həbs edilib.
Komissarlıq atanı sui-qəsd təşkil etməkdə, oğlu əksinqilabi gənclər qrupunda iştirakda, ananı isə “xalq düşmənləri”nin fəaliyyətinin gizlətməkdə ittiham edib. Hər üçü şəxs müxtəlif vaxtlarda güllələnib. Üstəlik, Oleq birinci edam edilib.
Yetkinlik yaşına çatmayan manyak
Sverdlovsk şəhərindən olan Vladimir Vinniçevski bir il ərzində, 1938-ci ilin oktyabrından 1939-cu ilin oktyabrına qədər iki yaşından dörd yaşa qədər olan uşaqlara (həm qızlar, həm də oğlanlar) on səkkiz hücum edib. Onlardan səkkizi ölümlə nəticələnib. Hücumların motivi zorakılıq olub.
![]()
Milis əvvəllər qatili məhkumluğu və psixi xəstəliyi olan insanlar arasında axtarıb. 24 oktyabr 1939-cu ildə Vinniçevski Sverdlovsk milis məktəbinin üç kursantı tərəfindən izlənilib. O, üç yaşlı uşağı meşəyə aparıb və öldürmək istəyib.
Lakin kursantlar qatilin işini yekunlaşdırmağa imkan verməyiblər. Valideynləri xalq qarşısında Vladimirdən imtina ediblər və onun güllələnməsini istəyiblər. Serbski adına Elmi-Tədqiqat İnstitutunda psixiatrik müayinə zamanı Vinniçevski şüurlu şəxs kimi xarakterizə edilib və 1940-cı il noyabrın 11-də 16 yaşında edam edilib.
Anadangəlmə oğru və qatil
İdarəolunmaz Arkadi Neyland 7 yaşından yetkinlik yaşına çatmayanlarla iş üzrə milis idarəsində qeydiyyatda olub. 12 yaşında oğurluğa görə məktəbdən internat məktəbinə köçürülüb. O, evdən qaçaraq Moskvaya gedib və orada milis tərəfindən saxlanılaraq yenidən Leninqrada gətirilib.
![]()
24 yanvar 1964-cü ildə oğurluğa görə yenidən həbs olunsa da, saxlandığı cəzaçəkmə müəssisəsindən qaçıb. Üç gün sonra yaxınlıqda yaşayan kişinin ağzında qızıl diş, qonaq otağında rəngli televizor və “Spidola” radiosu gördüyü üçün evi qarət etmək istəyib. Mənzilə daxil olduqdan sonra kişinin 3 yaşlı oğlu Yuranı qətlə yetirib və sonra mətbəxdə nahar edib.
Qatilin əlinə 57 rubl, bir paket istiqraz, bir “Zorkiy” kamerası, bir çanta portağal və alma keçib. O, yanğın törətməklə cinayəti ört-basdır etməyə çalışıb. Amma tüstü görən insanların çağırdığı yanğınsöndürənlər hadisə yerinə tez gəlib və qısa müddət ərzində alovun qarşısını alıblar.
Milislər mənzildə Neylandın barmaq izlərini götürüblər və o, bir həftə keçməmiş saxlanılıb. 1964-cü il avqustun 11-də 15 yaşlı Arkadi Neyland güllələnib.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 2026 22:48
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 2026 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 2026 13:37
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 2026 11:03
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 2026 23:26
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 2026 21:40
- Babaları ilə uşaqlıq şəkillərini paylaşdılar - Fotolar
10 may 2026 21:14
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 2026 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 2026 16:12
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
- Prezident : Şuşa əldən gedərsə, başıma güllə çaxaram deyən namərd orada-burada sülənir
11 may 00:27
- Serbiyada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb
11 may 00:10
- Qəbir yerləri ilə bağlı biabırçı vəziyyət – Bakıda 15 minə...
10 may 23:26
- bu gün Ağdamda qəzada ölənlər hərbçilər imiş - FOTO
10 may 23:09
- Heydər Əliyevin şəxsi FOTOQRAFI : Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq
10 may 21:59
- Ayaqyalın gəzməyin faydaları və ZƏRƏRİ - Həkim danışdı
10 may 21:40
- Portağal min bir dərdin dərmanı imiş...
10 may 21:23
- Babaları ilə uşaqlıq şəkillərini paylaşdılar - Fotolar
10 may 21:14
- Heydər Əliyevin şəxsi mühafizəçisi: Dünyanın hər yerində bütün çıxışlarını Qarabağla başlayırdı
10 may 19:40
- Qarabağ bizim yox, orada buğda əkən bir neçə generalın nəzarətində idi -Paşinyan
10 may 19:13
- Mehriban Əliyeva Zəngilanda çay kənarından paylaşım etdi - FOTOLAR
10 may 18:50
- Vasif Talıbov görün NƏ PAYLAŞDI - FOTO
10 may 17:59
- Prezident təqaüdü nə qədərdir (SİYAHI) - Fəlsəfə DOXTURU 200 m, Qarabağ veteranı 80 manat
10 may 17:34
- Nə üçün 8 noyabr 9 maydan yüksəkdə dayanır?
10 may 16:10
- Bu, Rusiyanın sonunun başlanğıcıdır...- Və yeni Ukraynanın başlanğıcı...
10 may 15:53
