Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polisdən SENSASİON AÇIQLAMALAR

Müsahibim Zaur Cəlili Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis kimi may ayının əvvəllərində sosial şəbəkə üzərindən tanıdım. Onun bu uğuruna yazılan rəylər diqqətimi çəkdi. Qürur dolu həmin rəylərin bir neçəsini təqdim edirəm:
“Əslən cənnət Lerik rayonumuzdan olan bu sumqayıtlı vətənpərvər gəncimizə bir söz düşür - halal olsun sənə vətən oğlu”, “Belə həmyerlilərimiz qürur mənbəyidir”, “Allah qorusun qardaş. Sən orada həm də bizim Vətənimizi təmsil edirsən”, “Maşallah, Allah qorusun”, “Eşq olsun qardaş! Sizin kimi vətən oğulları ilə qürur duyur və fəxr edirik! Uca Allah sizləri var eləsin qardaş!”...
Zaur Cəlil 19 dekabr 1985-ci ildə Sumqayıtda anadan olub. Peşəkar cüdoçu olan Zaurun əksəriyyəti qızıldan ibarət 100-dən artıq medalı var. 3 dəfə ABŞ çempionu olub. 2007-ci ildə - torpaqlarımız işğal altında olanda - erməni idmançını məğlub edərək finala çıxmasına imkan verməyib. Ən əsası, dəfələrlə bayrağımızı ucaldıb, Azərbaycanı layiqincə təmsil edib.
Hazırkı işinə gəlincə, uzun illər polislərlə işləmək onu bu peşəyə həvəsləndirib. 2 illik zəhməti öz bəhrəsini verib. Zaur Cəlil ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Ev ətrafında polis məmuru kimi fəaliyyətə başlayıb.
Detalları isə özündən öyrənək.
Beləliklə, Vaşinqtonda ilk azərbaycanlı xüsusi təyinatlı polis Zaur Cəlilin Musavat.com-a müsahibəsini təqdim edirik:
- Xüsusi təyinatlı polis özünü necə hiss edir?
- Özümü yaxşı hiss edirəm. Çünki polis olmaq uşaqlıq arzum idi. Düşünməzdim ki, bu yaşda polis olaram. Uşaq olarkən 40 yaş bizə çox yaş kimi görünürdü. Lakin özümdə o yaşı hiss etmirəm. Bəlkə bu, bizdə genetika ilə bağlıdır. Bəlkə də idmanla, musiqi ilə məşğul oluram deyə belədir.
Bu gün bu təbəqəyə çatdığım üçün çox sevinirəm. Həm də bir azərbaycanlı olaraq çox sevinirəm. Çünki bildiyim qədər, Vaşinqtonda məndən başqa azərbaycanlı polis zabiti yoxdur. Digər ştatlarda var, amma Vaşinqtonda ilk azərbaycanlı polis məmuru olduğum üçün qürur duyuram.
- Hansı tarixdən fəaliyyətə başlamısız?
- Əslində, mən bu sistemdə var idim, amma təyinatım çıxmamışdı. Təyinatım mayın 9-da açıqlandı.
2015-ci ildən sonra polislərə cüdo üzrə dərs demişəm. Öz zalım olduğuna görə xüsusi dərslər açmışdım, ora polis zabitləri gəlirdi. Hətta yanğınsöndürmə xidmətinin bölümləri var idi. Özümdən də yaşca böyük insanlara dərs deyirdim. Hətta polis rəisləri var idi ki, cüdodan dərs alırdılar. Əslində, uşaqlıqdan polis peşəsinə sevgim var idi, amma bu məsələ məni daha da bərkitdi.
2 il olar ki, Polis Akademiyasına qəbul oldum. Akademiyanı fərqlənmə ilə bitirmişəm. Medalla, xüsusi fəxri fərmanla və kubokla bitirmişəm. Bu, mənim üçün gözlənilməz oldu. Çünki bilmirdim belə bir şey baş verəcək. Mənim üçün çox xoş oldu. Həm özümlə, həm də azərbaycanlı olmağımla fəxr etdim.
ABŞ-də Polis Akademiyasına qəbul olmaq asan deyil. Akademiyanı bitirəndən sonra təyinatım çıxdı.
- Sosial şəbəkələrdə təyinatınızla bağlı sizə ən böyük dəstəyin Lerik rayonundan gəldiyini müşahidə etdim. Bu dəstək sizin üçün nə deməkdir?
- Mən cənub zonasının insanlarının bir-birinə dəstək olduğunu bilirdim. Amma bu qədərini bilmirdim. Cənub zonasından mənə çox böyük dəstək oldu. Oradan mənə çoxsaylı zənglər, təbriklər gəldi. Qubadlı və Naxçıvandan da dəstək olanlar var idi. Mənim üçün fəxrdir ki, hər zona məni özünə yaxın bilir, fəxr kimi qəbul edir. O zonanın adamı kimi çalışır ki, məni yüksəklərə qaldırsın.
Mən azərbaycanlıyam. Sumqayıtda doğulmağımın, atamın haralı olmasının mənim üçün heç bir önəmi yoxdur. Çünki Amerikada nə Leriki, nə Şamaxını, nə də Sumqayıtı təmsil edirəm. Mən Azərbaycanı təmsil edirəm.
Atam, anam, mən – hamımız Sumqayıtda anadan olmuşuq. Orada böyüyüb boya-başa çatmışam. Heç Sumqayıtdan o dəstəyi görmədim. Cənub zonasında yüzündən 99-u yaxşı yazdısa, Sumqayıt səhifəsində 50-dən əllisi yazdı.
Mən çalışmıram ki, hamı məni sevsin. Belə bir şey yoxdur ki, bir nəfəri hamı sevsin. Amma bir azərbaycanlı olaraq dəstək ola bilmirsənsə, heç olmasa neqativ nəsə yazma. Düzdür, mən oturub onları oxumuram, amma ətraf var, sevən insanlar var ki, deyirlər, belə yazı oldu, belə cavab verdim...
Adama xoş gəlmir. Əgər fəxr edə bilmirsinizsə, yazmayın. İkincisi, mən heç bir yerdə heç kimdən xahiş etməmişəm ki, haqqımda yazın. Haqqımda yazanlara təşəkkür edirəm ki, bizi tanıdırsınız. Bu, gözəl bir şeydir.
30 ildən artıqdır ki, cüdo ilə məşğul oluram. 2006-cı ildən ABŞ-də yaşayıram. Amerikada yaşadığım müddətdə çox yarışların qalibi olmuşam. İnanırsınız, heç vaxt hansısa xəbər saytına nəsə göndərməmişəm ki, uğurlarımı işıqlandırın.
Bəzən deyirlər ki, Vətən mənim üçün nə edib? Mən heç vaxt o sualı özümə vermirəm. Özümdən soruşuram, mən Vətən üçün nə etmişəm?
Yeganə azərbaycanlıyam ki, ABŞ-də cüdo sahəsində 3 dəfə çempion olmuşam, 4 dəfə öz çəkimin birincisi olmuşam. Amma bu günə kimi heç bir yerdən təşəkkür belə almamışam, son 3 ili çıxmaq şərtilə. Son 3 il ərzində televiziyalara dəvət etdilər. Amma təşəkkür almadığıma görə heç vaxt inciməmişəm. Çünki həmişə özümə sual verirəm – mən Vətən üçün nə etmişəm?
- Müsahibələrinizin birində demisiniz ki, fəaliyyətimə adam tutmaq da daxildir. Bu müddət ərzində belə biri olubmu?
- ABŞ-də polis olmaq həm təhlükəli, həm də çox məsuliyyətlidir. Çünki ABŞ-də demək olar ki, hər adamda silah var. Qanuni və qanunsuz silah daşıyanlar var. İşə başladığım müddətdə çox qanunsuz silah daşıyanları saxlamışıq. Çox ciddi və çox təhlükəli bir işdir. Stressi də böyükdür, amma Allah bizi bura kimi gətiribsə, deməli, bundan sonra da davam etməliyik.
- İngilis dilini təmiz bilirsiniz?
- İngilis dilini bilməsəydim, Akademiyanı keçə bilməzdim. Sizə nə qədər imtahandan keçdiyimi desəm, bəlkə də inandırıcı gəlməz. Bizdə hər ayda 2 imtahan olur. O imtahanlardan keçməliyik, ondan sonra dövlət imtahanları olur. Bu imtahanları keçə bilməsən, polis ola bilmərsən. Çünki ABŞ-də polis olmaq çox ağır məsələdir. Qəbul olmaq çox ağırdır, itirmək çox asan.
- Elə bir departamentdə çalışırsınız ki, bir neçə ştata baxırsınız – belə bir vəzifənin hansı yükü var?
- ABŞ-də polis sistemi Azərbaycandan fərqlidir. Yəni polis məmuru yalnız yol polisi olmaq deyil. Biz hər şeyə baxırıq. Biz kriminaldan, yol-nəqliyyat hadisəsindən tutmuş hər bir şeyə baxırıq. Ona görə də bizim üçün çox ağırdır, çox məsuliyyətlidir.
- Çalışdığınız bu müddət ərzində sizə hər hansı bir təhlükəli vəziyyət yaranıbmı?
- Hələ ki, özümlə bağlı təhlükəli vəziyyət baş verməyib. Güman edirəm ki, olmaz. Amma olacaqsa, olacağa da çarə yoxdur. Biz bir əsgərik. Bəzən öz qardaşlarımla danışanda belə deyirəm ki, bizim işimiz o qədər ağırdır ki…
Əsgər belə müharibəyə qərarla başlayır. Amma bizdə belə bir şey yoxdur. O qədər hadisələr olur ki, gündə birini öldürürlər. Bu, bir faktdır. Alnımıza nə yazılıbsa, o da olacaq. Əsas odur ki, sevdiyimiz işlə məşğuluq. Deyirlər, Allah eləməsin, amma Allahın işidir. Allah bizi yaradıbsa, bir gün də canımızı alacaq. Heç olmasa dünyadan gedəndə şərəfli gedək. Qəhrəman kimi gedək. Allah gecindən versin, amma şərəfli ölüm versin.
- Vaşinqtonun xüsusi təyinatlı polisi hansı rejimdə çalışır, neçə saat yata bilir, istirahətə vaxtı olurmu?
- Hazırda normal rejimdən çıxmışam. Normal yatıb, normal oyana bilmirəm. Çünki normal yatmağım işlərimlə uyğun gəlmir. Çox nadir hallarda 5 saatdan artıq yatıram. Halbuki, orqanizmim 8 saatı sevir. Amma əsas odur ki, işimin öhdəsindən gələ bilirəm. Elə olur hər gün, elə olur ki, 4 gün, elə də olur 5 gün işləyirəm. Bəzən də qəfil bir zənglə işə çıxmalı oluram.
Bu aralar istirahətə də vaxtım çox olmur. Amma çalışıram, beynimdə özüm-özümü hazırlayım ki, istirahət olacaq, hər şey olacaq. Mənim əsas istirahətim idmandır. İdmana gedəndə yoruluram, amma o yorğunluq mənə zövq verir.
Ara-sıra ailə ilə parka, restorana da gedirik. Doğrudur, restoranla münasibətim elə də yaxın deyil, çünki yeməyi sevmirəm. Uşaqlıqdan beləyəm. Yaxşı yeməklər yeyərəm, amma çox aram yoxdur. Bəzən dostlarım deyir ki, səninlə yemək yeyəndə adamın iştahı küsür.
- Çəkinizlə bağlı xüsusi qaydanız varmı?
- Xeyr. Çəkimlə bağlı xüsusi qaydam yoxdur. Çünki idmanla məşğul oluram. Amma özümü bir az ağır hiss edəndə deyirəm ki, deyəsən bir az arıqlamaq lazımdır. O da mənim üçün problem deyil.
- Bəs iş prosesində?
- İş prosesində də çəki ilə bağlı bir tələb yoxdur. Çünki ABŞ-də polislərin çoxu “fit” olur. Bizim bütün məntəqələrimizdə idman zalları var. 24 saat açıqdır. Öz yaşadığım yerdə də idman zalı var. Zala da gedirəm, yəni idmanla tam olaraq məşğulam. Ona görə də çəki məsələsini çox hiss etmirəm.
- ABŞ mətbəxini bəyənirsinizmi?
- ABŞ mətbəxini çox bəyənmirəm. Çünki Amerikaya gələn gündən ən çox öz yeməklərimizi yeyirəm. Anam sağ olsun, hər gün mənə yaxşı yeməklər bişirir.
- Amerikada azərbaycanlı polisə münasibət necədir?
- ABŞ-də azərbaycanlı polislərə münasibət çox gözəldir. Amerikalılar özlərinə fəxr bilirlər ki, başqa millətlərin nümayəndələri onlara xidmət göstərir. Çox rast gəlirəm, yolda amerikalılar yaxınlaşıb bizə çox sağ ol deyirlər. “Xidmətinizə görə sizə təşəkkür edirik” - bu sözləri eşidirik. Bu da mənə çox zövq verir ki, bizi başqa ölkələrin insanları kimi qəbul edirlər. Bu, məcburiyyətdən deyil. Hiss edirik ki, özləri sevərəkdən bunu edirlər.
- Ağ Ev ətrafından Azərbaycan polisini necə görürsünüz?
- Azərbaycan polisi çox mədənidir. Doğrudur, ABŞ-də də polis mədəniyyəti yüksək səviyyədədir, amma biz hansısa bir şəxsə maksimum 2-3 dəfə xəbərdarlıq edirik. Elə yer də var, söz 1 dəfə deyilir. Əgər bizim sözümüzə tabe olmurlarsa, həmin şəxslər dərhal qandallanır. Amma Azərbaycanda polislər insanlarla xahişlə danışırlar. Biz bunu videolardan da görürük. ABŞ-də, başqa ölkədə belə bir şey yoxdur.
- Digər ştatlarda olan azərbaycanlı polislərlə kontaktınız varmı?
- Xeyr. Digər ştatlarda çalışan azərbaycanlı polisləri yaxından tanımıram. Amma inanıram ki, qismət olacaq, bir gün onlarla da görüşüb yaxından tanış olacağam.
- Polis olmaq istəyənlərə nə kimi tövsiyələriniz var?
- Polis olmaq istəyən şəxs ilk növbədə bu peşəni sevməlidir. Polis olmağın stressi çoxdur. Bu, əsgərlik deyil ki, deyim, əsgərlik kimi çətindir. Əsgərlikdən də çətindir. Məsələn, mən evə gələndə işdə olanları orada saxlayıram. O stressi evə gətirmirəm. Kimsə gələcəkdə polis olacaqsa, yaxşı olar ki, zamanında başlasın. Məsələn, ABŞ-də 25 ildən sonra yaxşı maaşa pensiyaya çıxmaq olur. Bu gün özümə deyirəm ki, gərək bu işə 20 yaşımda başlayardım. 5 ildən sonra da pensiyaya çıxa bilərdim.
- İş prosesində maraqlı bir hadisə ilə üzləşmisizmi?
- Bir neçə gün öncə itkin düşmüş bir insanı tapdıq. Valideynləri ilə əlaqə saxladıq. Onu öz evinə - Nyu-Yorka göndərdik. Həmin şəxsin ailəsi bizə xüsusi təşəkkür olaraq medal göndərdi. Bu, bizə çox xoş təəssürat bağışladı ki, insanlar bu cür dəyərləndirir.
- ABŞ-də xüsusi təyinatlı polisin sosial şəbəkələrə çıxışı hansı səviyyədədir?
- İş vaxtı sosial şəbəkələrdən istifadə etmək qəti qadağandır. İşdən sonra isə yalnız şəxsi məlumatlarla bağlı paylaşım etmək olar, işlə əlaqədar paylaşım qadağandır. Polis öz profilində iş yerini qeyd edə bilər, qadağa yoxdur. Amma iş yoldaşlarımın belə davranışlarını görməmişəm. Bəzi insanlar var ki, polis olduğunu gizlədir. Bəziləri isə açıq şəkildə polis olduğunu bildirir. Yəni durum fərqlidir.
- Sizdən soruşulmasını istədiyiniz, amma heç vaxt verilməyən bir sual varmı?
- O dövrlər keçdi. Mən həmin yerlərə qayıtmaq istəmirəm. Müəyyən suallar var idi ki, ürəyimdə qaldı. Elə onların qalmağı yaxşıdır.
- 40 yaşı “ömrün ikinci baharı” hesab edirsiniz. Bu baharda hansı arzunuzun gerçək olmasını istərdiniz?
- Mən 39 yaşımda ikinci dəfə dünyaya gəldim. Başa düşdüm ki, 39 yaşıma kimi özümü sevməmişəm, hər kəsi özümdən çox sevmişəm. Hər kəsə özümdən çox hörmət etmişəm. Anladım ki, hər kəsi sevmək lazımdır, amma özündən sonra. Qərar verdim ki, bundan sonra özümü sevəcəyəm, məndən sonra hamını. Çünki bunun səbəbi var. İstəyirəm ki, bu sözümün üstündə dura bilim.
- Övladlarınızın polis olmasını istərdinizmi?
- Övladlarım mənim yanımda olsun, hansı peşəni seçsələr, onlara dəstək olaram. Əsas odur, mənim yanımda olsunlar. Bu mənim böyük arzumdur.
- Ailəmlə gündəmə gəlməyi heç vaxt istəməmişəm demisiniz. Yenə də sizə ailə ilə bağlı suallar verilirmi, əgər verilirsə, həmin şəxslərə nə deyərdiniz?
- Mənə çox vaxt şəxsi suallar vermirlər. Bəlkə də bilirlər ki, şəxsi suallara çox cavab vermirəm. Mən şəxsi sualları bir kişi, bəy olaraq özümə yaraşdırmıram. Olan olub keçib.
Bir insanı tanımaya-tanımaya onun haqqında nə qədər pis söz deyilər. Nə qədər artıq-əskik sözlər deyilər. Sanki Azərbaycanda ailəsi dağılan ilk və son insan mənəm. Belə olmaz. Azərbaycanda hansı nəsilə baxsaq, orada ən azı 1 nəfər ailəsi dağılan insan var. Heç kim heç kimi qınaya bilməz. Çünki bəzi nüanslar var ki, uyğun deyil. Bunun insanlara nə aidiyyəti var? İnsanlar bu haqda niyə danışmalıdır? Məni tanımaya-tanımaya artıq-əskik sözlər niyə deyilməlidir? Niyə deyilməlidir ki, 3 övladını atıb... Birincisi, bilmirsinizsə, danışmayın. İkincisi, əgər bilmək istəyirsinizsə, tam araşdırın. Üçüncüsü, sizin nəyinizə lazım?
Mən o cür insan deyiləm ki, görüm, gözümü yumum. Dost, tanış, qohum-əqrəba deyir ki, sənin haqqında belə yazırlar. Mən də deyirəm ki, boş verin, heç kimə cavab yazmayın. Çünki bu insanlar budur. Biz özümüzü kiməsə tanıtmaq məcburiyyətində deyilik. Allah düzünü bilir. Məni tanıyanlar düzünü bilir. Mən o insanlardan deyiləm ki, kiməsə özümü sübut edim, başlayım qarşı tərəfi pisləməyə. Ona görə də o söhbətlərə qara xətlə “x” çəkmişəm. Öz həyatımı yaşayıram. Mən bilirəm kiməm, şərəfim, namusum mənə bəs edir. Mən kütləni başa düşə bilirəm. Amma efirdə aparıcılar var, ad çəkmək istəmirəm, haqqımda danışırlar. Reytinqə görədirsə, bu da tərbiyəli şəkildə olmalıdır. Birincisi, etmə. İkincisi, edirsənsə, tərbiyəli şəkildə et. Bilmirsən söhbət kimdən gedir, məni aşağılayırsan. Haqqımda artıq-əskik sözlər deyirsən. Bir gün də hansısa verilişdə mənim fotomu verirlər, deyir ki, bu imiş e, bilmirdim. Bil, sonra danış. Sən məni tanımaya-tanımaya haqqımda artıq-əskik necə danışa bilərsən? Bunlar aşağı söhbətlərdir, mənə lazım deyil. Amma yaxşı olardı ki, insanlar xırda işlərlə məşğul olmasınlar. Heç kim haqda lazımsız sözlər danışmasınlar. Heç kimin ailəsini müzakirə etməsinlər. Hərə öz işi, ailəsi ilə məşğul olsun. Əgər bir insanın günahı varsa, onu Allah bilir, bu da kifayətdir. İnsanlar onun problemini necə həll edəcəklər? Düzgün deyil.
“Bunu eşidəndə şoka düşdüm...”
- Özümə, bütün polislərə uğurlar arzu edirəm. İstəyirəm ki, insanlar polisləri sevsinlər. Çünki polislər olmasa, dünya çox ağır, çətin olar. Polisin işi insanlara gözəl xidmət etməkdir. Bunu eşidəndə şoka düşdüm - Akademiyada bizə deyirdilər ki, qadınla davrananda elə təsəvvür edin ki, o sizin ananızdır. “İnsanlarla pis davranın, onları əzin” deyə bir şey yoxdur. Məqsədimiz insanlara gözəl xidmət etməkdir.
- İndi də Qarabağ arzunuzdan danışaq. Azad torpaqlarımızda olmusunuzmu?
- Şuşanı görmək arzum idi. 4 il öncə Şuşada olmuşam. Mən özümə söz vermişəm – Azərbaycana gələndə Qarabağa gedəcəyəm. Hara kimi gedə bilsəm, ora qədər gedəcəyəm. İstərdim, Xankəndidə də olum. İnanıram ki, olacağam.
Azərbaycana nə vaxt gələcəyimi dəqiq bilmirəm. Yəqin ki, ilin sonuna qədər gələcəyəm.
- Siz müğənni kimi də tanınmısınız. Xüsusi təyinatlı polis kimi fəaliyyətə başlayandan hansısa bir tədbirə müğənni kimi dəvət almısınızmı?
- Bəli, almışam. İyunun 2-də Azərbaycanın ABŞ-dəki Səfirliyində tədbir keçiriləcək. Ora dəvətliyəm.
Musiqi, müğənnilik mənim hobbim olduğu üçün onlardan ayrılmaq istəmirəm. Ondan zövq alıram. İşdə stressli günlər olursa, insan rahatlıq tapmaq üçün, beyninin dincliyi məqsədilə nə iləsə məşğul olmalıdır. Bunlardan biri də mənim əsas sahəm olan idmandır. Musiqi də hobbimdir. Bu da mənə rahatlıq verir.
- ABŞ ilə, işinizlə bağlı nə kimi planlarınız var? “Sona qədər Amerika” deyirsiniz?
- Mən ABŞ-yə gəldiyim gündən “sona qədər burada yaşayacağam” deməmişəm, demərəm də. Mən və ailəm – biz Azərbaycana çox bağlıyıq. Çünki nitqimdə aksent yoxdur. Mənim görünüşümdə belə xaricilikdən əlamət yoxdur. Azərbaycana gələndə belə heç kim bilmir ki, mən xaricdən gəlmişəm. Azərbaycan mənim üçün həmişə evimdir. Burada yaşasam da, öz vətənimə qayıtmaq istəyərəm. Elə bir təklif gələ bilər ki, günü sabah Azərbaycana gələ bilərəm. Mənim üçün ABŞ-yə xidmət etmək qürurdursa, Azərbaycana xidmət etmək ondan da böyük qürurdur.
- 37 il əvvəl Heydər Əliyev Vəzirova Qarabağla bağlı nə deyib? –İstefada olan Əliyev Kremlə nə üçün gəlib?
1 iyun 2025 14:14
- Duma deputatından Azərbaycana qarşı aşağılayıcı sözlər…
1 iyun 2025 00:46
- Qəbri tapılmayan baş nazirimiz - Onu kim qətlə yetirmişdi?
31 may 2025 16:30
- Rusiyaya üzərlik otu aparan azərbaycanlı həbs olundu
31 may 2025 00:37
- Tramp İlham Əliyevi təbrik etdi
28 may 2025 23:08
- AZAL ilə bаğlı şikаyətlər bitmək bilmir....
29 may 2025 14:12
- Səməd Vurğun 50 yaşında ölməyibmiş... - O, 76 yaşında Bakıya niyə qayıtmışdı?
28 may 2025 09:53
- Vladimir Putin İlham Əliyevi təbrik etdi
27 may 2025 13:08
- Təhsil sektorunda =böyük savaş =
27 may 2025 10:55
- Səddam Hüseyn mənə dedi ki, yalnız Heydər Əliyevi tanıyıram –1992-ci ildə Cümşüd Nuriyevə Şuşanın işağl ediləcəyini kim deyib?
26 may 2025 08:13
- Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası başladı
03 iyun 11:23
- İranın yeni səfiri əvvəllər də Azərbaycanda işləyibmiş - DOSYE
03 iyun 11:10
- Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?
03 iyun 10:09
- Şəmkirdə baş həkimi öldürmək istədilər - ŞOK faktlar
03 iyun 09:48
- Hindistanlı bloger Ərdoğandan niyə ÜZR İSTƏDİ ? - Video
03 iyun 09:35
- İranın Azərbaycandakı YENİ SƏFİRİ odur
03 iyun 09:21
- 2 il sonra üstü açılan qətlin....: Taksi sürücüsü bu qadını niyə öldürüb ? VİDEO
03 iyun 08:56
- Niyazinin övladlığını rədd edən, beş uşağını itirən müğənnimiz kimdir?
03 iyun 01:53
- Alimlər insanların nə zaman 1000 il yaşaya biləcəyini açıqladı
03 iyun 01:29
- Ağır qəza: İki məktəblini maşın vurdu
03 iyun 01:17
- Qaçqınkom -çörəkpulu-nun ləğvi iddiasına münasibət bildirdi
03 iyun 00:19
- Mayis Bərxudarova ağır itki
03 iyun 00:07
- Məmmədyarov: Minsk qrupunun ləğvi çətin məsələdir, çünki...
02 iyun 23:54
- İsveçrə Türkiyədən oğurlanan bu əsərləri geri verdi
02 iyun 23:07
- Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı - SEÇKİ və ..
02 iyun 22:50
- Hamamda bu milçəyi görənlər diqqətli olsun – Təhlükə yaxınlaşır
02 iyun 22:40
- NAR uşaqların hüquqlarına dair maarifləndirici kampaniyanın tərəfdaşı oldu
02 iyun 21:22
- Bu ölkələrdə bir dənə də olsun məscid yoxdur - SİYAHI
02 iyun 20:50
- Qurban Allaha yaxınlaşmaqdır…
02 iyun 20:01
- Fəzail Ağamalı deputat ikən bizneslə məşğul olduğunu etiraf edib – Video
02 iyun 18:12
- İlham Əliyev dünya çempionatının qaliblərini qəbul etdi YENİLƏNİB
02 iyun 17:51
- Rusiya-Ukrayna danışıqları BAŞA ÇATDI
02 iyun 17:27
- Məhkəmə Tural Sadıqlı, Orduxan Teymurxan və Elşad Abdullayev barəsində QƏRAR VERDİ
02 iyun 16:41
- Azercell-ə 1 manat yükləsəniz, nömrə cəmi 1 gün aktiv qalacaq – Qonşu ölkələrdə 60-185 gündür
02 iyun 15:36
- ÖZSÜT-ün 3 milyon VERGİ borcu yaranıb
02 iyun 14:35
- Veysəloğlu Şirkətlər Qrupundan Qarabağ Universitetinə təhsil dəstəyi – 50 tələbəyə təqaüd ayrıldı
02 iyun 13:22
- Eldar Mahmudova pasport vermədilər, statusu bilindi – TƏFƏRRÜATLAR BU YAZIDA
02 iyun 12:56
- Qaraciyər piylənməsinin qarşısını alan 3 TƏSİRLİ ÜSUL - MÖCÜZƏDİR
02 iyun 12:20
- Bu həftə 4 gün iş OLMAYACAQ – TARİXLƏR
02 iyun 11:56
- 32 yaşlı müəllim vəfat etdi
02 iyun 11:31