Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir- Elmira Axundova çətin duruma düşüb
2018-ci ilin mayında redaksiyalara zəng gəlir. Xəttin o başında danışan, o dövrdə deputat olan Elmira Axundovadır. O, Prezident Administrasiyasının rəhbəri şəxsən Ramiz Mehdiyevin əlindən fəxri ad aldığı barədə xəbər dərc olunmasını istəyir...
2025-ci ilin oktyabrıdır. Ramiz Mehdiyev sağdır, amma bir sıra cinayətlərə görə istintaqa cəlb olunub. Ayağı Mehdiyevin kabinetindən kəm olmayan Elmira Axundova isə bu gün Demokrat.az-a açıqlama verərək deyir:
“Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir, bu, tam qərəzli və uydurmadır. Özü də gülməli, ciddi və özünə hörmət edən jurnalistlərə yaraşmayan uydurmadır. Belə uydurmalara ancaq gülmək olar. Səfirləri Ramiz Mehdiyev deyil, cənab Prezident təyin edir”.
Elmira Axundova fərqində deyil ki, bu açıqlaması ilə bir daha sübut edir ki, o, Ramiz Mehdiyev məktəbinin “birinci buraxılış” məzunudur. Dünən tərif yazan, bu gün təkzib göndərən, dünən mədhiyyə yazıb, bu gün donos, sabah isə inkar məktubu qələmə alan bu çeviklik onun “ağsaqqal”ına nə qədər bənzədiyini açıq göstərir.
Axundovanın bu qeyri-ciddi açıqlaması sosial şəbəkələrdə sərt tənqid olunur.
Məsələn, Dela Əfəndiyeva yazır:
“Ay bədbəxt, nə tez üz çevirdiniz? Kişi hələ ölməyib…”
Rəfail Hüseynli adlı istifadəçi isə belə şərh yazır:
“Qarmağa düşmüsənsə, çətin qurtarasan.”
Qayıdaq Ramiz Mehdiyevin əlindən aldığı ad məsələsinə - yəni 7 il əvvələ.
Elmira Axundova deputat vəsiqəsini cibində gəzdirdiyi o günlərdə Ramiz Mehdiyevin adını dilindən salmırdı. O, şəxsən Mehdiyevin əlindən fəxri ad almasını yerli-yersiz deməyi özünə borc bilirdi. Ümumdünya torunun ucsuz-bucaqsız səhifələrində Ramiz Mehdiyevi mədh edən yazılar yazır, ürəkbulandıran şəkildə, öz səviyyəsinə uyğun öyməkdən yorulmurdu.
Ramiz Mehdiyev də ona borclu qalmırdı. Həmin “ad söhbəti” də bu gizli-aşkar münasibətlərin nəticəsi idi. Günlərin birində Elmira Axundova bəyan etdi ki, “xalq yazıçısı” adını Ramiz Mehdiyevin kabinetində onun öz əlindən alıb. Üstəlik, vəsiqəsinin nömrəsinin “1-1” olduğunu da xüsusi vurğulayırdı.
Halbuki, qaydaya əsasən, “xalq yazıçısı” fəxri adı verildikdə bu barədə rəsmi qəzetlər xəbər yayır, AzTV-nin axşam xəbərlərində məlumat təqdim olunur. Lakin Elmira Axundova özü saytlara zəng edərək bu xəbəri yaydırır, adın Ramiz Mehdiyevin şəxsən verdiyini xüsusi qeyd etdirirdi.
O, Mehdiyevin kabinetində ad almasını dönə-dönə təkrarlayır, bunun mütləq şəkildə yazılmasını tələb edirdi. Özünüreklam xarakterli, şit və ikrah doğuran bu xahişi naəlac qalan saytlar yayımlayırdı.

Bu hələ harasıdır?
Elmira Axundova Ramiz Mehdiyevi “müasir Azərbaycan fəlsəfəsi və politoloji fikrinin korifeyi” adlandırır, “onun kitabları hər kəsin masaüstü kitabı olmalıdır” deyirdi.
Axundova “ağsaqqalı”nın həbsi ilə dumanlaşan yaddaşını təzələmək istəyirsə, yazdığı cızma-qaralara diqqət etsin, kifayətdir.
O, Mehdiyevin kitablarına zəhlətökən dərəcədə uzun-uzadı rəylər yazmaqdan yorulmurdu.
Ramiz Ənvəroviçə həsr etdiyi saysız-hesabsız məqalələr, onlardan toplanmış, mənasız məzmunlu “kitab adları” bu gün də ortalıqdadır.
Amma indi vəziyyət dəyişib. Artıq “1-1” vəsiqəsini ona şəxsən təqdim edən Ramiz Mehdiyev vəzifədə deyil, ağır cinayətlərdə ittiham olunur və ev dustaqlığındadır.
Buna baxmayaraq, illərlə qurulan əlaqələr, gizli-aşkar münasibətlər, kitab üzərindən qurulmuş spekulyasiyalar qalır. Bu insanlar kitabların kölgəsində zəngin, komfort həyat qurublar. Özlərini “toxunulmaz kasta”nın üzvü kimi təqdim ediblər.
Karantin dövründəki məşhur “toy yığıncağı” da həmin çevrənin təntənəsi idi.
O zaman Ramiz Mehdiyev Elmira Axundovanı tərifləyir, Axundova da Mehdiyevi alqışlamaqdan yorulmurdu.
Xüsusilə də bərkə düşəndə belə xəbərlər medianın gündəminə gətirilirdi. Axundovanın adı 8 milyon manatlıq dələduzluq işinə qarışdığı vaxtlarda o, Mehdiyevə mədhiyyələr deməklə gündəmi dəyişməyə çalışırdı.
Müdafiə Nazirliyi ilə şübhəli tenderlər, oğlu Həbib Axundovun model Günel Mirzəyevanı dənizə çıxarıb müəmmalı şəkildə ölümünə səbəb olması kimi qalmaqallardan da məhz bu yolla - mədhiyyə janrı ilə sığortalanırdı.
Elmira Axundova Ramiz Ənvəroviçə ürəkbulandıran, üfunət qoxan donoslar yazmaqdan da çəkinmirdi.
Məsələn, 15244 nömrə ilə qeydiyyata alınmış və Ramiz Mehdiyevə təqdim olunmuş donoslardan birində o yazırdı:
“Siz mənim ağsaqqalım, dostum, sirdaşımsınız, bu yazını yalnız sizin oxumağınız üçün göndərirəm. Yaxşı, Həbib qanuni arvadından başqa bir qızla maraqlandı. Azərbaycan kişiləri arasında o qadınları kim sevmir ki? Demək olar ki, hər kəsin rəsmi olmasa da, ikinci, üçüncü arvadı və onlardan qeyri-qanuni uşaqları var. İstəyirsinizsə, adlarını da çəkim”.
Ramiz Mehdiyev ondan o siyahını istəyib-istəməyib bilinmir. Amma həmin sətirlər Elmira Axundovanın hansı əxlaqın daşıyıcısı olduğunu açıq göstərir.
Bu gün Elmira Axundova illərlə mədh etdiyi, göylərə qaldırdığı, əlindən ad aldığı şəxsi danmağa çalışır. Unudur ki, hesab günü artıq başlayıb.

Adı çəkilən hər hadisə, hər dosye onun “kitabını bağlayacaq” gücə malikdir.
Axundova unudur ki, bu həmin Ramiz Ənvəroviçdir özü və oğlunun işi hər dəfə məhkəməyə gedəndə onun bir zəngi ilə “sudan quru” çıxırdı.
Zərərçəkənləri susdurmaq üçün məhkəmələrə şikayətlər verilirdi, qanunsuz qərarlar Azərbaycan Respublikası adından çıxarılırdı.
Məsələn, Binəqədi Məhkəməsi Elmira Axundovanın cinayətə bərabər əməlləri ilə bağlı Prezidentə yazılan şikayətlərə görə zərərçəkənləri 10 min manat cərimələyib.
Elmira Axundova və oğlu Həbib Axundov haqqında yazan jurnalistlər də məhkəmələrə çəkilir, söz azadlığına qarşı olduğu açıq görünən qərarlarla üzləşirdilər.
Belə qərarlardan biri də mərhum jurnalist Firuz Haşımova qarşı verilmişdi. Onu eyni yazıya görə 2 dəfə cərimələyiblər. Haşımov həmin yazısında Elmira Axundovanın və onun oğlunun 8 milyonluq dələduzluq işinə qarışmasını “harınlıq, milli xəyanətə bərabər davranış” kimi qiymətləndirmişdi.
Bu fikir Prezidentin harın məmurlara qarşı sərt çıxış etdiyi bir dövrdə səslənmişdi. Ardınca isə Haşımovun qanunsuz cərimələnməsi baş vermişdi. Həmin məhkəmə qərarı Ramiz Mehdiyevin vəzifədə olduğu dövrdə ölkədə aparılan islahatlara daim badalaq vurmasının bariz nümunəsi idi.
Bu gün 87 yaşlı Ramiz Mehdiyev öz köhnə cinayətlərinə görə istintaqa cəlb olunub, cavab verəcək. Ondan qalan komanda, Elmira Axundova kimilər də kənarda qalmamalıdırlar.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 2025 00:52
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 2025 22:22
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 2025 11:20
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 2025 01:48
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 2025 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 2025 21:07
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 2025 23:10
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
