Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
Bu adam həm kosmosa ilk uçan sovet itinə - Laykaya şeir yazıb, həm də “Ana və poçtalyon” kimi möhtəşəm əsər yaradıb.
NUH.az oxu24.com-a istinadla Xalq şairi Süleyman Rüstəm haqqında şok faktlar təqdim edir. Xidmətlərinə görə üç dəfə "Lenin" ordeni, iki "Qırmızı əmək bayrağı" ordeni, Sovet Sülhü Müdafiə Komitəsinin Fəxri fərmanı və bir sıra medallarla təltif olunub. 1971–1989-cu illərdə Azərbaycan SSRİ Ali Sovetinin sədri olub.
Süleyman Rüstəm Azərbaycanda bu gün də birmənalı qəbul edilməyən, SSRİ dönəmində fəaliyyətinə, yazdığı bir çox mətnlərinə görə qınanan adamlardandır. Məsələn, aşağıdakı misralar Azərbaycan müstəqillikm qazandıqdan sonra onun ən çox qınanmasına səbəb olan mətnlərdəndir.
Mənasını itirmişdir köhnə, çürük sözləriniz
O üçrəngli bayrağısa, görməyəcək gözləriniz!
Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür,
Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.
“Erginə qon, boz qurd” kimi əfsanələr sizin olsun,
İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər,
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər”.
Lakin elə bu misraları yazan şair sovetlər dönəmində Türkiyə səfəri zamanı Məmməd Əmin Rəsulzadənin (ikisi də Novxanıda doğulub - red.) məzarını ziyarət etmək istəyib. İcazə yoxmuş. Bir az söz-söhbətdən sonra nəhayət şairi Rəsulzadənin məzarına aparırlar. Süleyman Rüstəm başdaşının yanında oturur və xeyli ağlayır. Şeirlərini, yazılarını həmişə əski əlifbada yazarmış... Süleyman Rüstəm Azərbaycan SSR-nin dövlət himninin müəlliflərindən biri olub.
Süleyman Rüstəmin oğlu Azad Rüstəmzadə müsahibələrindən birində atasının qadınlarla münasibətindən danışarkən, deyir: Qadınlarla münasibəti yaxşı idi. Yaxşı idi. Mənim bir qaynım vardı, Nyu-Yorkda rəhmətə getdi. O, mənə and içərək deyirdi ki, bir gün anam Sayad xanım evə gələndə, görüb, atam o dövrün Xalq artisti olan çox məşhur müğənnilərindən biri ilə yataq otağında alt paltarındadır. Anam mətbəxdən oxlovu götürüb, atamı kötəkləməyə başlayıb, atam paltarını geyinib qaça-qaça birinci mərtəbəyə düşüb. Anam əlində oxlov onu “Tarqovu”da qovalamağa başlayıb. Qaynım bunu mənə deyəndə inanmadım, dedim elə şey ola bilməz. Ona bu barədə keçmiş 26-lar rayonunun polis rəisi danışıbmış. Amma yadıma gəlir ki, nə zaman həmin müğənni televizorda oxuyurdu, atam dərhal durub otaqdan çıxırdı. Azad Rüstəmzadə, bu müsahibəni həmkarım jurnalist Samirə Əşrəfə verib. Və müsahibədə həmin qadın Xalq artistinin adını da açıqlayır. Biz isə etik olmaz deyə, xanımın adını açıqlamırıq. Atası dəmirçi olub və uşaqlıqdan şair ona kömək edib. Bu səbəbdən Süleyman Rüstəmdə “qrija” varmış. Bu ağrı onu bütün ömrü boyu izləyib. Uzun müddət bu ağrı ilə yaşayan Süleyman Rüstəmə əməliyyat olunmağını söyləyirlər. Onda 83 yaşı varmış. Və əməliyyatdan üç gün sonra vəfat edib.
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 2026 11:03
- Prezident daha bir qəbul keçirdi - Fotolar
9 fevral 2026 14:26
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
9 fevral 2026 12:25
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
9 fevral 2026 10:56
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
8 fevral 2026 13:24
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
