Qalmaqallı sabiq vəkil Sevil Hacıyeva barəsində Ali Məhkəmənin QƏRARI
Vətəndaşlara qarşı törətdiyi çoxsaylı dələduzluq, fırıldaq və cinayət əməllərinə görə, Vəkillər Kollegiyasının müraciəti əsasında 2020-ci ildə məhkəmə qərarı ilə fəaliyyətinə xitam verilmiş eks-vəkil Sevil Balasoltan qızı Hacıyeva barəsində məhkəmə qərarı çıxarılıb.
Azərbaycan Respublikası Ali Məhkəməsinin
Cinayət Kollegiyasının 18.12.2025-ci il tarixli
Q Ə R A R I
Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmü ilə Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2025-ci il tarixli qərarından məhkum və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq
M Ü Ə Y Y Ə N E T D İ:
Xaçmaz Rayon Məhkəməsinin 07 may 2025-ci il tarixli hökmü ilə Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməsi və barəsində 07 (yeddi) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, cəzanın icrasına nəzarət təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunması, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması HÖKM edilmişdir.

Həmin hökmdən təqsirləndirilən şəxs Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxslər tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 08 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xaçmaz Rayon Məhkəməsinin 1(067)-27/2025 nömrəli, 07 may 2025-ci il tarixli hökmü dəyişdirilmiş, Sevil Hacıyeva təqsirli bilinərək 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və qalan hissədə hökmün dəyişdirilmədən saxlanması qərara alınmışdır.
Həmin qərardan məhkum Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən kassasiya şikayətləri verilmişdir.
Ali Məhkəmənin Cinayət Kollegiyası işə baxan məhkəmələrin məhkum Hacıyeva Sevil Balasoltan qızına təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2025-ci il tarixli qərarının qanuni, əsaslı və ədalətli olması nəticəsinə gəlir.
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası
Q Ə R A R A A L D I:
Hacıyeva Sevil Balasoltan qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(105)-449/2025 nömrəli, 08 iyul 2025-ci il tarixli qərarı məhkum Hacıyeva Sevil Balasoltan qızı və zərərçəkmiş şəxsin nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

REDAKSİYADAN:
Məlumat üçün onu da qeyd edək ki, Sevil Hacıyeva həyətinə girən itə işgəncə verərək, amansızlıqla öldürən Xaçmaz rayon sakini, 86 yaşlı Balasoltan Daşdəmirovun qızıdır.
Qeyd edək ki, iti öldürən Balasoltan Daşdəmirov İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsi ilə (Heyvanlarla rəhmsiz davranmaqla onların şikəst və ya tələf edilməsi) 500 manat məbləğində cərimə edilib. NUH.az

- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 2026 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
9 fevral 2026 20:54
- Fəzail Ağamalı vəfat etdi
9 fevral 2026 20:50
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
6 fevral 2026 23:21
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- Arutyunyan, Mnatsakanyan və Manukyan ömürlük azadlıqdan məhrum edildi
5 fevral 2026 13:13
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
- Şəmsi Səmədzadə və oğlu axtarışa verildi
4 fevral 2026 15:32
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
