Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
Azərbaycan–Ukrayna münasibətləri tarixən formalaşmış, xalqlarımız arasındakı qarşılıqlı rəğbət, hörmət və səmimiyyətdən qaynaqlanır. Bu əsasda Azərbaycan və Ukrayna xalqları arasında tarixin sınağından çıxmış sıx münasibətlər mövcuddur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Bakıda Ukraynanın nümayəndəliyi olub. Məşhur yazıçımız Yusif Vəzir Çəmənzəminli isə Azərbaycan Xalq Cümhuriyyətini Ukraynada təmsil edən ilk səfir olub.
NUH.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Əli Məsimli feysbuk hesabında yazıb.
"Hər iki respublika SSRİ-nin tərkibində olduğu dövrdə də Azərbaycan və Ukrayna arasında iqtisadi, mədəni və digər əlaqələr artan xəttlə inkişaf edib və qarşılıqlı faydalı olub. SSRİ dağıldıqdan sonra yeni müstəqil dövlətlər kimi Azərbaycan–Ukrayna münasibətləri daha da genişlənməyə, dərinləşməyə və hərtərəfli inkişaf etməyə başlayıb".
Millət vəkili yazır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il yanvarın 14-də Ukraynaya səfəri ticarət, nəqliyyat, infrastruktur, enerji və enerji təhlükəsizliyi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi, qarşılıqlı investisiyalar, turizmin inkişafı sahələrində birgə layihələrin həyata keçirilməsi, ticarət həcminin iki dəfə artırılması, strateji tərəfdaşlığın inkişafı kimi hədəflərə nail olmaq üçün yeni imkanlar yaratmışdı. Lakin həmin səfərdən sonra bu istiqamətdə ilk addımlar atılmağa başlanandan 1 ay 10 gün sonra, 24 fevral 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu ilə XXI əsrin ən qanlı müharibələrindən biri başladı və müharibənin Ukraynaya gətirdiyi problemlər səbəbindən Azərbaycan–Ukrayna münasibətləri yeni məzmun kəsb etməyə başladı. Bu nüans iki istiqamətdə özünü daha qabarıq göstərir.
"Birincisi, Rusiya–Ukrayna müharibəsi Azərbaycanın önəmli iqtisadi tərəfdaşları sırasında olan Ukrayna ilə ticari-iqtisadi əlaqələrə təsirsiz ötüşməyib. Bu, müharibənin ilk illərində ticarət əlaqələrimizdəki geriləmələrdə daha aydın göstərir. Belə ki, müharibə başlanmazdan əvvəl, yəni 2021-ci ildə Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsinin həcmi 922 milyon dollar idi. Müharibə başlayandan sonra, 2022-ci ildə bu göstərici 300 milyon dollardan çox və ya 33 faiz azalaraq 618 milyon dollara enib. Lakin son illər Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsində müsbət dinamika tədricən bərpa olunmağa başlayıb. 2025-ci ildə Azərbaycan ilə Ukrayna arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə artaraq 513 milyon dolları ötüb. Bunun 292,5 milyon dolları idxal (ümumi idxalın 1,2 faizi), 221 milyon dolları isə ixrac (ümumi ixracın 0,9 faizi) təşkil edib. Bununla belə, Ukrayna ilə ticarət dövriyyəsi müharibədən əvvəlki 2021-ci illə müqayisədə 922 milyon dollardan 513 milyon dollara enərək 409 milyon dollar və ya 44 faiz azalıb. O cümlədən idxal 470 milyon dollardan 292,5 milyon dollara enərək 38 faiz, ixrac isə 452 milyon dollardan 221 milyon dollara enərək 51 faiz azalıb. 2021-ci ildə Ukrayna ticarət dövriyyəsinin həcminə görə Azərbaycanın ticarət əlaqələri qurduğu 188 ölkə arasında 7-ci, idxal üzrə isə 5-ci yeri tuturdusa, 2025-ci ildə artıq ilk onluğa daxil deyil. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycanın həm Ukraynaya ixracı, həm də Ukraynadan idxalı azalıb. Bu sahədə mövcud potensialdan səmərəli istifadə etməklə yaxın illərdə ticarət dövriyyəsini əvvəlki səviyyəyə, daha sonra isə 1 milyard dolların üzərinə qaldırmaq mümkündür.
İkincisi, ticari-iqtisadi sahədə müəyyən geriləmələr olsa da, digər sahələrdə yeni nüanslar özünü göstərir. Bu, Azərbaycanın Ukrayna ilə əlaqələrinin daha da gücləndirilməsi istiqamətində nümayiş etdirilən siyasi iradədə, iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensivləşməsində və sistemli xarakter almasında (son dörd il ərzində prezidentlər səviyyəsində yeddi görüşün keçirilməsi bunun əyani sübutudur), əməkdaşlığın dərinləşərək çoxşaxəli strateji tərəfdaşlıq müstəvisinə keçməsində, eləcə də Azərbaycanın müharibədən ziyan çəkmiş Ukrayna xalqına göstərdiyi humanitar yardımda daha aydın görünür. Humanitar yardımlar sırasında dağıdılmış məktəblərin bərpası, dərman və tibbi ləvazimatlar, generator və transformatorlar kimi həyati əhəmiyyətli sahələr xüsusi yer tutur. Aprelin 25-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, ağır bir dövrdə Ukrayna Azərbaycandan enerji təchizatı və digər sahələr üzrə 11 yardım paketi alıb. Beş yüzdən artıq ukraynalı uşağın Azərbaycana gətirilərək hərtərəfli humanitar dəstəklə təmin edilməsi də xüsusi əhəmiyyət daşıyır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya tərəfinin razılığı olacağı təqdirdə danışıqlar mərhələsinin Azərbaycanda keçirilməsinə hazır olduğunu bildirib. Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mətbuata bəyanatında vurğulayıb ki, “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini, ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcəkdir. Bu gün biz bir çox istiqamətlər üzrə uğurla əməkdaşlıq edirik. Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və bu sahədə birgə istehsal üçün geniş imkanlar mövcuddur.” Prezident əminliyini bildirib ki, Ukrayna Prezidentinin Azərbaycana səfəri Azərbaycan–Ukrayna dostluq əlaqələrinin inkişafına növbəti mühüm töhfə verəcəkdir".
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 2026 22:57
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 2026 19:10
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 2026 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 2026 13:55
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 2026 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 2026 00:36
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 2026 13:09
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 2026 10:19
- Azərbaycada məşhur icra başçısı vəfat etdi
26 aprel 2026 23:50
- Şəhər məni əritdi, gedirəm uzaqlara... - Zahir Əzəmətin şeirləri
26 aprel 2026 22:08
- Prezident İlham Əliyevə sahibkarlar adından müraciət ünvanlanıb
29 aprel 13:53
- Mehriban Abasquliyevaya 8, digərlərinə 7 il həbs istənildi
29 aprel 12:13
- Azərbaycan nümayəndə heyəti Ermənistanda səfərdədir
29 aprel 12:07
- Trampa -qızıl heykəl- qoyuldu
29 aprel 00:54
- Moskva döyüşündən əvvəl öldürülən 9 general - Beriya onları dərədə basdırıb
28 aprel 22:57
- YTB NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
28 aprel 21:34
- Prezident ailəsinin Qəbələdən səmimi - Fotosu
28 aprel 21:01
- Mikayıl İsmayılovun oğlu məhkəmədə biabırcasına UDUZDU...
28 aprel 20:00
- Həmişə o sarayda yaşamaq istəmişəm - Tramp
28 aprel 19:09
- Prezidentin medal verdiyi türk və alman iş adamları kimdir?
28 aprel 16:33
- İlham Əliyev Qəbələdə BƏƏ-nin nümayəndə heyətini qəbul etdi (FOTO)
28 aprel 14:47
- Rəsmi Bakı Köçəryanın təhvil verilməsini İrəvandan tələb etməlidir! – Deputatdan ŞOK
28 aprel 13:55
- Sel və daşqınların fəsadlarının aradan qaldırılması üçün 85,8 milyon manat ayrıldı
28 aprel 12:18
- Andrey Babişin Azərbaycana səfəri başa çatdı - FOTO
28 aprel 10:55
- Türkiyədə 21 yaşlı oğlanı GƏNƏ dişlədi - ÖLDÜ
28 aprel 10:03
- Azərbaycanda rus sektoruna qəbul qaydası dəyişdi
28 aprel 09:53
- Vaqif Axundova AĞIR İTKİ
28 aprel 09:40
- Xocavənd, Qırmızı Bazar və Xanobaya köç karvanları yola salındı (FOTO)
28 aprel 09:23
- Zərifə Əliyevanın doğum günüdür
28 aprel 00:36
- Mikayıl İsmayılovun oğlu məhkəmənin təyin etdiyi ekspertizadan NİYƏ QAÇIR..?
28 aprel 00:06
- TƏCİLİ! Baş nazir benzinlə bağlı QƏRAR İMZALADI
27 aprel 21:07
- Qar yağacaq, dolu düşəcək - Xəbərdarlıq
27 aprel 20:40
- Qəbələdə rəsmi lanç verildi - Fotolar
27 aprel 16:05
- İlham Əliyev və Andrey Babiş mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
27 aprel 13:09
- ŞOK - Erməni jurnalist Azərbaycana müraciət etdi: Rica edirəm qalan ERMƏNİ OĞ.AŞLARI BURAXMAYIN
27 aprel 12:09
- Prezident həmkarını təbrik etdi
27 aprel 11:36
- Milli Məclisin iclası başladı: 11 məsələyə baxılır
27 aprel 11:32
- Gəlini Milli Qəhrəmanın adını daşıyan nəvəsinin şəklini paylaşdı - FOTO
27 aprel 10:30
- Türk-Azərbaycan diasporları küçələrə çıxdı: Nyu Yorkda Mamdaniyə qarşı etirazlar - FOTO
27 aprel 10:19
- Yusif Vəzir Çəmənzəminli AXC-ni Ukraynada təmsil edən ilk səfir olub - Deputat Əli Məsimli
27 aprel 00:00
