18 milyon insanı İslama gətirən, dünyanı silkələyən film haqda şok faktlar

1948-ci il, Suriya, Dəməşq aeroportu. Hava limanında təyyarə gözləyən 18 yaşlı oğlan atası ilə söhbət edir. Onlar bir qədər danışdıqdan sonra ata 200 dolları və Qurani-Kərimi oğluna verir və onu bir daha görməyəcəyini zənn edərək Amerikaya yollayır.
Qlobal.net bildirir ki, suriyalı atanın ABŞ-a göndərdiyi oğlu gələcəyin dünya şöhrətli prodüseri və rejissoru, Yer üzünün əksər ölkələrində milyonlarla tamaşaçının sevə-sevə izlədiyi “Çağrı”, “Ömər Muxtar” filmlərinin yaradıcısı Mustafa Akkad idi. O film ki, çəkilişlərindən sonrakı 30 il ərzində Yer üzünün müxtəlif ölkələrində yaşayan 18 milyona yaxın insanı İslam dininə gətirəcəkdi.
Amerikaya üz tutan 18 yaşlı Mustafanın bu ölkədə hara gedəcəyi, harada qalacağı bəlli deyildi. Çünki ABŞ-da kimi-kimsəsi yox idi. Lakin həyatda özünə əminliyi və zəhmətsevərliyi ilə seçilən gənc Kaliforniya Universitetinə qəbul olundu. Gecə-gündüz çalışaraq, bəzi günlər hətta yalnızca 2 saat yatan Mustafa universiteti əla qiymətlərlə bitirdi.
Universitetdə rejissor Sem Pekinpahla tanışlıq Mustafanın həyatını tamam dəyişdirdi. Hollivudda Akkadın müəllimi olan Pekinpah onu Əlcəzair inqilabı haqqında çəkilmiş filmə məsləhətçi kimi işə götürdü.
Məhəmməd Peyğəmbərin kinosundan imtina edən islam ölkələri
Beləcə, Mustafa Akkadın kinoya yolu açıldı. Onun 1976-cı ildə lentə aldığı “Məhəmməd – Allahın elçisi” filmi 1977-ci ildə ABŞ-da “Çağrı” adıyla ekranlara çıxdı. Aktyor bu filmə görə saysız-hesabsız məhrumiyyətlərlə, çətinliklərlə üzləşdi. İlk öncə Hollivud çəkilişə rədd cavabı verdi.
Küveyt, Liviya və Mərakeş hökumətləri filmin çəkilişinə maddi kömək edəcəklərini vəd verdilər. Lakin Ümumdünya Müsəlman Liqasının rədd cavabından sonra əvvəlcə Küveyt, sonra isə Mərakeş filmdən əlini çəkdi. Hətta Mərakeş kralı 600 nəfərlik çəkiliş qrupu ilə filmin 15 dəqiqəsini lentə almış Mustafa Akkada ölkəni tərk etmək üçün 2 həftə vaxt verdi.

Qəddafi: “İslami filmə yardım göstərmək boynumun borcudur”
Belə olduqda Akkad Liviya lideri Qəddafiyə üz tutdu. Ölkə başçısı 15 dəqiqəsi lentə alınmış filmə baxdıqdan sonra “Filmin çəkilməsi üçün lazım olan səhra bizdə, pul bizdə. Filminizi çəkin”, – deyərək ekran əsərinə dəstəyinə vəd verdi.
Qəddafinin maliyyə dəstəyi ilə ərsəyə gəlmiş bu gözəl filmin çəkilişləri başa çatdıqdan sonra Mustafa Akkad Liviya rəhbərinə onun adının sponsor kimi filmin titrlərinə salmaq niyyətində olduğunu deyir. Lakin Qəddafi “İslamı dünyaya tanıdan filmin çəkilişinə yardım göstərmək boynumun borcudur”, – deyərək adının xeyriyyəçi kimi filmə salınmasına etiraz edir.

2 ildə 21 min insanı islama gətirdi
Filmin ekranlara çıxmasından sonrakı 2 il ərzində 21 min adam İslamı qəbul etdi. Bu arada digər maraqlı faktı da diqqətinizə çatdırmaq istərdik. Məsələ burasındadır ki, “Çağrı” filmi 2 dəfə, eyni yerdə, eyni vaxtda, ayrı-ayrı aktyorların iştirakı ilə, iki variantda çəkilib. Yəni Entoni Kuin çəkilişlərdə dincələrkən ikinci “Həmzə” rolunu canlandıran ərəb aktyoru “Çağrı”nın ikinci variantında çəkilirdi.
Yeri gəlmişkən daha bir maraqlı fakt: Mustafa Akkadın peyğəmbərin həyatlı haqda eyni vaxtda, eyni yerdə çəkdiyi filmin ikinci variantının adı “Er Risale” idi. Bu filmdə ərəb dilində lentə alındı və əsas rolları ərəb aktyorları oynadılar. Himin film indiyədək telekanallarımızda nümayiş etdirilməyib. Biz ancaq “Çağrı”nın digər variantına baxmışıq.

İki aktyorun ölümünə səbəb olan xərçəng
“Çağrı”nın əsas qəhrəmanlarından olan Entoni Kuinn (Antonio Rodolfo Kinn Oahaka) iki dəfə Oskar mükafatı laureatı olmuş məşhur aktyor idi. “Çağrı”da Məhəmməd Peyğəmbərin əmisi Həmzəni canlandırmış aktyor bu rolundan sonra İslama sevgisinin artdığını bəyan etmişdi. O, 2001-ci ilin ABŞ-ın Boston şəhərində xərçəng xəstəliyindən vəfat edib.
Maraqlıdır ki, filmin əsas müsbət qəhrəmanlarından olan müəzzin (azan verən – A.T.) Bilal rolunu canlandıran Seneqal-Qambiya əsilli Britaniya aktyoru Conni Sekka da Entoni Kuinn kimi xərçəng xəstəliyindən vəfat edib.
Filmin əsas mənfi qəhrəmanı, “Əbu Süfyan” rolunu oynayan Maykl Ansara Suriya əsilli Amerika aktyorudur. Bir neçə filmdə və serialda epizodik rolla çəkilmiş Maykl Ansara 2013-cü ildə 91 yaşında vəfat edib.
“Çağrı”nın baş qadın mənfi qəhrəmanı İren Papas yunan kinoaktrisası, müğənnidir. Hazırda ömrünün 90-cı payızını yaşayır.

“Həmzə”ni öldürdüyü üçün işini itirən, hələ də küçəyə gizli şəkildə çıxan aktyor
Filmdə “Vəhşi“ epizodik rolunu oynamış Salem Gedaranın “Çağrı”da bu rola çəkilməsi sözün əsil mənasında onun başına bəla olub. Rejissor Mustafa Akkadın müsahibələrindən: “Film çəkildikdən bir neçə il sonra məni “Vəhşi” rolunu oynamış adam axtardı və təhqir etdi. Nə olduğunu soruşanda belə cavab verdi – Filmdə Həzrət Həmzəni öldürdüyümə görə küçədə insanlar mənə hücum edirlər”.
Qeyd edək ki, Qana əsilli Salem Gedara hətta bu mənfi roluna görə iş yerini də itirib.
“Çağrı”nın rejissoru ilə görüşəndə “Allah səni bildiyi kimi etsin. Həyatımı məhv etdin. “Vəhşi” roluna görə insanlar arasına çıxa bilmirəm”,- deyən Salem Gedara böyük çətinliklərlə qarşılaşmasından şikayətlənib.
Buna görə də Mustafa Akkad onun yeni işlə təmin olunmasına köməklik göstərib. Yeri gəlmişkən, Salem Gedara həmin roluna görə indi də çətinliklə qarşı-qarşıyadır. Buna görə də saçlarını uzadıb ki, insanlar onu tanımasın. Çünki hələ də onu tanıyanlar təhqirlərindən əl çəkmirlər.
Aktyorlar “Həmzə” üçün “Vəhşi”ni…
Filmlə bağlı növbəti maraqlı fakt bəzi müsəlman aktyorların çəkiliş vaxtı özlərini İslama sadiq göstərmələridir. Məsələ burasındadır ki, “Vəhşi”nin “Həmzə”ni qətlə yetirdiyi epizod nə az, nə çox düz 5 dəfə çəkilib. Çünki aktyorlar “Həmzə”ni o qədər sevirdilər ki, onlar çəkiliş vaxtı sıx dayanaraq “Vəhşi”nin – Salem Qedaranın “Həmzə”ni öldürməsinə imkan vermirdilər. Yəni onlar “Həmzə”ni doğrudan da qoruyurdular.

“Çağrı”ya görə aylarla səhrada yaşayan bəstəkar
“Çağrı” haqda yazarkən bu filmin gözəl musiqisinin yaradıcısından bəhs etməmək insafsızlıq olardı. Məsələ burasındadır ki, Peyğəmbərimizin həyatını canlandıran ekran əsərinin insanın ruhunu oxşayan musiqilərinin müəllifi fransız bəstəkarı Moris Jarrdır. Üç dəfə Oskar mükafatı almış Moris Jarr “Çağrı”nın musiqilərini bəstələmək üçün bir neçə ay səhra şəraitində tək yaşamalı olub.
“Səhranın atmosferini ruhumda hiss etmədən bircə not yaza bilməzdim”, – deyən bəstəkar bir neçə ay tək-tənha qalır və İslam haqda kitablar oxuyur. Film ekranlara çıxdıqdan sonra isə deyir: “Çağrı”da həyatımın ən gözəl mahnısını bəstələdim və bu filmin mahnısını bəstələməkdən qürur duyuram”.
Müəllif: Anar Tağıyev
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8 oktyabr 2025 10:17
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- NAR-ın dəstəyi ilə Bütün Vücudlar Danışır layihəsinin hesabat tədbiri - Fotolar
6 oktyabr 2025 13:34
- Mikayıl İsmayılovun obyektlərində YOXLAMALAR BAŞLADI...
7 oktyabr 2025 15:34
- AYNA-nın sədri 1 MİLYONA VİLLA ALDI
6 oktyabr 2025 09:46
- Noutbukunuz PARTLAYA bilər: 90 faiz bu səhvi edir
5 oktyabr 2025 16:02
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
4 oktyabr 2025 00:09
- NAR regional satış şəbəkəsini genişləndirir - Yeni mağaza Salyanda!
3 oktyabr 2025 11:13
- Zelenski Prezidentlə görüşünü paylaşdı
2 oktyabr 2025 22:46
- Axundovanın -sağ əli- olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
2 oktyabr 2025 10:27
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34