Adnan Əhmədzadənin vəkili Şaiq Mirzəyevə...- Bəs, 11 yaşlı qız uşağı NİL-in hüququ..?

Bu yazıda Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən iş adamı Adnan Əhmədzadənin vəkili, HÜQUQ ALİMİ, AİLƏ HÜQUQU üzrə ixtisaslaşan, DƏRİN HUMANİZM PRİNSİPLƏRİNƏ SADİQ QALAN media təmsilçisi ( e-huquq.az HÜQUQU saytının təsisçisi), milyarder Fərhad Əhmədovun, SOCAR-ın keçmiş vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin vəkili olmuş Şaiq Mirzəyevin fəaliyyətinə ötəri bir nəzər salmaq istəyirik. ( Vaxt olanda bu mövzuya daha geniş toxunacağıq ).
Deməli, Şaiq Mirzəyev Azərbaycan dövlətinin İQTİSADİ TƏHLÜKƏSİZLİYİNƏ, DÖVLƏT MƏNAFEYİNƏ XƏYANƏT ELƏMİŞ, Azərbaycanın Beynəlxalq İMİCİNİ LƏKƏLƏMİŞ Adnan Əhmədzadənin hüquqlarını qoruyacaq.
Yəni söhbət TOYUQ OĞRUSUNDAN, XIRDA XULİQANDAN, lap hansısa MƏMURUN RÜŞVƏT ƏMƏLİNDƏN GETMİR, söhbət DÖVLƏTƏ XƏYANƏTDƏN gedir.
Söhbət hansısa JEK RƏİSİ-ndən, yaxud “kakoy-nibud” İCRA BAŞÇISI-ndan da getmir. Söhbət uzun illər Azərbaycanın STRATEJİ QURUMU-nun, yəni SOCAR-ın RƏHƏR-lərindən biri olan Adnan Əhmədzadədən gedir.
Amma yenə də olsun. Normal bir prosesdir. Kimsə Şaiq Mirzəyevin vəkilliyinə qəti etiraz edə bilməz. Bu insan hüquqlarının adi bir məsələsidir, məhkumun vəkili olmalıdır.
ANCAQ və LAKİN...
HÜQUQ ALİMİ, AİLƏ HÜQUQU üzrə ixtisaslaşan, ÖZÜNÜ DƏRİN HUMANİZM PRİNSİPLƏRİNƏ SADİQ QALAN vəkil kimi təqdim edən cənab Şaiq Mirzəyev Azərbaycan mediasını tənbeh edir və deyir:
“Adnan Əhmədzadə nüfuzlu iş adamıdır. Media və sosial şəbəkələrdə onun şərəf və ləyaqətini aşağılayan məlumatlar yayılır. O məlumatlar həqiqəti əks etdirmir. Müvəkkilim və mən bundan narahatıq. Mətbuatdan da xahişimiz var ki, burada İNSAN TALEYİNDƏN söhbət gedir. Mətbuat nəzərə alsın ki, burada söhbət insanın taleyindən gedir. Onun şəxsi həyatı ilə bağlı məsələlərlə bağlı çoxlu yazılar var. Onun YAXINLARI oxuyub HƏYƏCAN keçirirlər”.
İranlılar demiş, XEYLİ XUB, cənab Şaiq Mirzəyev !
Sən Adnanın ŞƏRƏF və ləyaqətindən bəhs edirsən, qohumlarının HƏYACAN keçirməsindən ƏMƏLLİ-BAŞLI narahat olursan.
Bəs Azərbaycan dövlətinin İMİCİ, İQTİSADİ TƏHLÜKƏSİZLİYİ, TALAN EDİLMİŞ MİLYARDLAR hara getsin, ay cənab VƏKİL ?
Yeri gəlmişkən, cənab Şaiq Mirzəyev , vəkili olduğunuz SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ( ATALIQ-ın tanınması və ALİMENT iddiası ) məhkəmə prosesində NİYƏ 11 YAŞLI günahsız qız uşağı NİL İSMAYILZADƏ-nin deyil, OLİQARX Mikayıl İsmayılovun oğlu Orxan üçün HƏYƏCAN KEÇİRİRDİNİZ ?
Budur, sizin HUMANİZM-iniz ?
Tərcümeyi-halınızda yazılır:
AİLƏ HÜQUQU üzrə ixtisaslaşıb.
Budur, sizin AİLƏ dəyərlərinə hörmətiniz ?
Niyə, Adnana görə, Mikayıl İsmayılovun oğlu Orxana görə, milyarder Fərhad Əhmədova görə narahat olursunuz, az qala HƏYƏCAN keçirirsiniz, amma 11 yaşlı qız uşağı NİL-ə görə HUMANİZM yada düşmür.
Yeri gəlmişkən, vəkili olduğunuz Rusiyalı milyarder Fərhad Əhmədovla bağlı deyirsiniz:
“Fərhad Əhmədova qarşı hücumları əsassız hesab edirəm”.
Bəs 11 yaşlı NİL-ə, onun öz qanuni hüquqlarını tələb edən ANA-sına qarşı hücumları nə hesab edirsiniz ?
Həm də deyəsən, siz ancaq və ancaq milyarderlərin hüquqlarını qoruyursunuz.
Cənab vəkil Şaiq Mirzəyev !
Mənim sizinlə nəinki yaxından, heç uzaqdan da tanışlığım yoxdur və bu yazı ŞƏXSİ deyil, tanımadığım, görmədiyim bir uşağın talehi ilə bağlıdır.
Vaxt darlığından məsələyə geniş və dərindən toxuna bilmədim.
İnşallah, növbəti yazıda ölkəmizdəki məhkəmə-hüquq sistemi, vəkillik institutu ilə bağlı problemə daha dərindən toxunmağa çalışacam. Hələlik.
NUH.az-ın baş redaktoru Kamran Məhərrəmli
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
8 oktyabr 2025 21:37
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
8 oktyabr 2025 01:52
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
6 oktyabr 2025 15:34
- Altı ölkədə hələ də it əti yeyilir
5 oktyabr 2025 23:43
- Kolumbiyada ildırım vuran qadını basdırdılar, 4 saat sonra DİRİLDİ
4 oktyabr 2025 17:53
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
4 oktyabr 2025 00:09
- 37 yaşlı Vətən müharibəsi qazisi dünyasını dəyişdi
3 oktyabr 2025 20:58
- Siqareti tərgitməyin ən təsirli üsulu tapıldı
3 oktyabr 2025 10:49
- Millət vəkili Əli Məsimli Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir
1 oktyabr 2025 23:02
- Yeni GENERAL Anar İsmayılov kimdir?
30 sentyabr 2025 21:00
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34