Ərdoğan niyə elə dedi? Azərbaycandan və Türkiyədən ETİRAZLAR

Musavat.com bildirir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışında səsləndirdiyi ifadələr, xüsusən də Azərbaycan üçün önəmli tarixi şəxsiyyət olan Şah İsmayıl Xətaiyə yönəlik fikirləri geniş rezonansa səbəb olub. Ərdoğan çıxışında Osmanlı imperiyasının qarşılaşdığı təhdidlərdən danışarkən, Şah İsmayılın da bu təhdidlər sırasında yer aldığını bildirib və belə deyib:
“Şah İsmayıl həm daxildən, həm də xaricdən vətənimizi sarsıtdı, silkələdi, amma biz ‘eyvallah’ demədik. Teymur filləri və ordusu ilə gəldi, Anadolu boyunca hər yeri işğal etdi. Amma biz usanmadan, sınmadan müqavimət göstərdik. Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir”, – deyə Ərdoğan vurğulayıb.
Bu fikirlər, xüsusilə Azərbaycan ictimaiyyətində ciddi narazılıq doğurub. Çünki Şah İsmayıl təkcə siyasi lider yox, həm də Azərbaycan tarixində milli birliyin, dövlətçiliyin və ədəbi-mənəvi irsin simvolu sayılır. Ərdoğanın böyük türk lideri Əmir Teymur barədə dedikləri də, xüsusən ərəb - kürd konteksində, tənqidə dözümlü deyil.
Musavat.com Ərdoğanın açıqlaması ilə qəlbi qırılan Azərbaycan türklərinin bəzi reaksiyalarını təqdim edir.
Asif Nərimanlı: “Ərdoğanın bu sözləri İran təbliğatına fürsət verir”
Tanınmış politoloq və siyasi şərhçi Asif Nərimanlı bildirib ki, Prezident Ərdoğanın “Çaldıran türk, kürd, ərəbin ortaq qələbəsidir” ifadəsi Türkiyə-Azərbaycan münasibətlərində zərərli fikir ayrılıqları yarada bilər:
“Bu sözlər Azərbaycan və Türkiyə ictimaiyyəti arasında ideoloji uçurumu dərinləşdirir. İran isə bu cür çıxışlardan istifadə edərək, Azərbaycan ictimai rəyində Türkiyəyə qarşı ‘tarixi düşmənçilik’ təbliğatını gücləndirir. Bu, təsadüfi deyil – İran 2020-ci ilin Tovuz döyüşlərindən sonra belə kampaniyaya başlamışdı. Ərdoğanın bu bəyanatı isə həmin təbliğata əlavə fürsət yaradır.”
Nərimanlıya görə, əslində Şah İsmayıl irsi Yaxın Şərqdə və bütövlükdə türk dünyasında birlik və təsir vasitəsi kimi istifadə oluna bilərdi. Ancaq onu təhdid kimi təqdim etmək təkcə tarixi deyil, strateji səhv də ola bilər.
Akif Aşırlı: “Ərdoğan türk dünyasını ruhən incidir”
Şərq qəzetinin baş redaktoru, tanınmış jurnalist və tarixçi - alim Akif Aşırlı isə məsələyə daha emosional və ictimai baxış bucağından yanaşaraq yazır:
“Ərdoğanı Azərbaycanda sevməyən çətin ki, tapılsın. Ancaq Turan ideyasını gerçəkləşdirmək istəyən bir liderin belə çıxışlar etməsi anlaşılmazdır. Əgər ‘Çaldıran savaşı’ bir türk dövlətinə – Səfəvilərə qarşı ərəb, kürd və türk birliyinin qələbəsi kimi təqdim olunursa, bu, həm tarixi təhrifdir, həm də qəlbləri incidir.”
Aşırlının fikrincə, Şah İsmayıl, Əmir Teymur, Yıldırım Bəyazid və Sultan Səlim türk tarixinin ortaq simalarıdır və bu simalara bölücü yanaşma sərgiləmək qardaşlıq ruhuna zərbə vurur:
“Bu tarix bizim ortaq taleyimizdir – uğuru da, faciəsi də. Ərdoğanı bu şəkildə danışmağa vadar edən məsləhətçilər kimlərdir? Onlar bu fikirlərin Azərbaycandakı təsirindən xəbərdardırmı?”
Məsələyə yalnız Azərbaycanda deyil, Türkiyədə də etiraz edilib.
Musavat.com xəbər verir ki, Türkiyənin sabiq mədəniyyət naziri, ATA Partiyasının lideri, kökəncə Azərbaycan türkü olan Namık Kemal Zeybek Prezident Rəcəb Tayyib Ərdoğanın Şah İsmayıl Xətai və Çaldıran savaşı ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, sosial mediada geniş yayılan və müzakirələrə səbəb olan çıxışında Ərdoğanın bu ifadələrinin həm tarixi gerçəklərlə ziddiyyət təşkil etdiyini, həm də milyonlarla insanı ruhən incitdiyini vurğulayıb.
Zeybek deyib ki, Prezidentə bu tarixi həqiqətləri izah edən biri olmalıdır:
“Teymur da, Şah İsmayıl da Türk Kağanlarıdır. Hər ikisi Yıldırım və Yavuzdan daha Türkdürlər. Onlar arasında baş verən münaqişələr türklər arasında qardaş savaşları idi və buna bu şəkildə yanaşmaq lazımdır. Timur Türkistan türklərinin iftixarıdır. Ona qarşı istifadə edilən ifadələr Türküstanlı türkləri dərin şəkildə yaralayır. Şah İsmayıl isə Azərbaycan və İran türklərinin başbuğudur. Ona yönəlik hər cür tənqid və ittiham milyonlarla türküi incidir.”
Namık Kemal Zeybek bildirib ki, əgər Türkiyə prezidenti Türk Dövlətləri Birliyi kimi bir ideyanı reallaşdırmaq istəyirsə, bu cür ritorikadan uzaq durmalıdır:
“Belə ifadələr birliyi gücləndirmir, əksinə, parçalayır. AKP sədrinin müavini Kürşad Zorlu dərhal bu məsələni Prezidentə çatdırmalı və onun bu fikirləri geri götürməsi üçün cəhd göstərməlidir. Əgər Prezident bu sözləri bilərək və anlayaraq səsləndiribsə, artıq sözün bitdiyi yerdəyik.”
Türk Ocaqları Başqanı Mehmet Öz isə sosial şəbəkədə paylaşım edərək, bu cür yanaşmanın Türk birliyi ideyasına zidd olduğunu bildirib.
Mehmet Öz qeyd edib:
“Tarixdə Türk dövlətləri arasında baş vermiş savaşlar qardaş davasıdır. Əgər bunlara ‘zəfər’ deyəcəksə, o zaman Səlcuqların Qəznəvilərə (Dəndənəkan döyüşü), Anadolu Səlcuq sultanı Alaəddin Keyqubadın Xarəzmşahlara, Teymurun Osmanlıya (Ankara döyüşü), Fatehin Ağqoyunlulara (Otlukbeli), Yavuzun Səfəvilərə və Məmlüklərə qarşı döyüşlərini də eyni şəkildə zəfər kimi tanımaq lazım gəlir.”
Türk Ocaqları Başqanı bildirib ki, Türk birliyi istiqamətində yol aldıqca, birlikdə daha da güclü olacağıq:
“Türk birliyi yolunda irəlilədikcə hamımız birlikdə daha da güclü olacağıq. Bu yolun istiqamətini isə bizə İsmayıl bəy Qaspıralı göstərmişdi:Dildə, Fikirdə, İşdə Birlik!”
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
9 iyun 2025 12:35
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
9 iyun 2025 12:20
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
9 iyun 2025 10:29
- Qütb ayıları niyə DONMUR ?
9 iyun 2025 02:10
- Almatada, Bakıda qanlar axıdıldı - Oljasın kitabı qalib gəldi
8 iyun 2025 23:11
- Ceyran göbəyi, qara yumurta, kəfən dönməsi - Bakıda 74 min alan falçının İLGİNC RİTUALLARI
8 iyun 2025 21:28
- Ədalət Verdiyevdən o yazıya görə üzr istəyirəm!
8 iyun 2025 20:35
- Ermənilər onu -xalq qəhrəmanı- elan etmişdi... - Kəşfiyyatçı onu niyə öldürmək istəyirdi?
8 iyun 2025 18:49
- ABEL MƏHƏRRƏMOV MƏNİ KÖVRƏLTDİ... - Sabiq millət vəkili Etibar Əliyev
8 iyun 2025 16:04
- Mələkxanım Eyubovanın istəyi
8 iyun 2025 15:51
- 86 yaşlı qadının 100-cü nəticəsi doğuldu
09 iyun 21:51
- Azərbaycan hansı ölkələrdən soğan alır? - Kiloqramı 68 qəpikdən
09 iyun 20:58
- Özbəkistanın əhalisi 38 MILYONA çatır
09 iyun 20:38
- Azərbaycanın bu rayonunda YAS verilməsi LƏĞV edildi
09 iyun 15:54
- Zelenskinin xanımı Azərbaycandakı layihədən danışdı
09 iyun 15:12
- Qareginin övladının olduğunu Paşinyana kim xəbər verib? – AÇIQLAMA
09 iyun 14:51
- ABŞ polisi jurnalistə atəş açdı- VİDEO
09 iyun 14:05
- 3 aydır itkin düşən məktəbli qızın meyiti tapıldı
09 iyun 13:31
- Tələbələrin olduğu avtobus aşdı, 15 nəfər ÖLDÜ
09 iyun 13:21
- Atam əməliyyatdan sağ çıxmayacağını bilirdi, mənə dedi ki… – Mikayıl Mirzənin oğlu – ÖZƏL
09 iyun 12:35
- Akademik Abel Məhərrəmovun heyrətləndirən sərvəti, şok maaşı - sabiq deputatın yazısı
09 iyun 12:20
- 13 nəfəri öldürən MANYAK da Ukraynaya qarşı DÖYÜŞƏ qatıldı
09 iyun 11:53
- Müəllimə Polislə evləndi və...Ərinin 4 GİZLİ ARVADI olduğunu öyrəndi
09 iyun 11:25
- Məktəb şagirdi QARPIZ OĞURLADI və barəsində CİNAYƏT İŞİ açıldı
09 iyun 10:58
- İtini vəhşicəsinə-ölümcül döydü və...ADAM ÖZÜ ÖLDÜ
09 iyun 10:39
- Oral seks təklifinə görə dostunun başını kəsdi - BAKIDA QANDONDURAN CİNAYƏT
09 iyun 10:29
- Naxçıvanda dönərdən kütləvi zəhərlənmə
09 iyun 10:13
- Anam deyirdi ki, onu TAR alətinə görə zəhərlədilər, son əsərini xəstəxana divarına yazdı - ÖZƏL
09 iyun 09:51
- Bu hava limanlarının fəaliyyəti dayandırıldı - TƏHLÜKƏ…
09 iyun 09:37
- Şəkili məktəbli qızdan Londonda möhtəşəm qələbə
09 iyun 09:27
- Bakı-Sumqayıt yolunda QƏZA: Piyada öldü
09 iyun 09:08
- Qaraciyəri piylənmədən qoruyan içki - Təsiri MÖCÜZƏDİR
09 iyun 08:58
- Zelenski: Tarixən əksər müharibələr...
09 iyun 08:27
- Bu ölkədə DAĞIDICI ZƏLZƏLƏ oldu - SON DƏQİQƏ
09 iyun 08:03
- Əhali ən çox nələrə pul xərcləyir? – Siyahı
09 iyun 07:52
- Azərbaycanda alim olmaq istəyənlər ən çox bu sahələri seçirlər – Tam siyahı
09 iyun 07:41
- Biz başqalarını düşünsək…
09 iyun 07:31
- Bir əsrin şahidi : 100 yaşlı cərrah Anatoli Zankoviçin keşməkeşli həyat hekayəsi
09 iyun 07:20
- Bu cihaz sayəsində ölümcül xəstəliklərdən qurtulmaq olacaq - TİBBDƏ İNQLİAB
09 iyun 07:06
- Tramp təyyarəyə qalxarkən ayağı büdrədi - Video
09 iyun 06:49