AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yaradılmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə AHİK-in rəhbərliyi və kollektivi, üzv və tabe təşkilatların nümayəndələri, ittifaq üzvləri iştirak ediblər.
Konfederasiya sədri Sahib Məmmədov AHİK-in tarixi və fəaliyyəti barədə məlumat verib, keçdiyi inkişaf yoluna nəzər salıb. 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş “Həmkarlar ittifaqları haqqında” Qanunun Konfederasiyanın formalaşmasında və həmkarlar ittifaqlarının inkişafında, vətəndaş cəmiyyətinin möhkəmlənməsində mühüm rolu qeyd olunub.
Vurğulanıb ki, Prezident İlham Əliyevin həmkarlar ittifaqlarına göstərdiyi davamlı diqqət və dəstək əmək hüquqlarının qorunmasına, sosial dialoqun gücləndirilməsinə və layiqli əmək şəraitinin təmin olunmasına mühüm töhfə verir. Bunun nəticəsidir ki, təşkilat əmək münasibətlərinin tənzimlənməsində mühüm rol oynayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, həmkarlar ittifaqı üzvlərini də əhatə edən humanitar və sosial layihələrin ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyəti qeyd olunub.
Çıxışda AHİK-in işçi hüquqlarının müdafiəsi, əməyin mühafizəsi, Baş Kollektiv Sazişdən irəli gələn öhdəliklərin icrası, eləcə də gender bərabərliyi, gənclər, idman və təhsil sahələrində görülən işlər qeyd olunub. Bildirilib ki, AHİK tərəfindən son bir neçə il ərzində fəaliyyətin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi, sosial layihələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Həyata keçirilən layihələrin həmkarlar ittifaqları üzvlərinin sosial müdafiəsinin gücləndirilməsinə və onların fəallığının artırılmasına müsbət təsir göstərdiyi vurğulanıb.
Sonra həmkarlar hərəkatının tarxini özündə əks etdirən eləcə də, AHİK-in fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub.
Həmkarlar ittifaqlarının veteran üzvü Leyla Acalova, Gənclər üçün Prezident mükafatıçısı, Qarabağ Universitetinin əməkdaşı Lamiyə Məmmədova, Vətən müharibəsi iştirakçıları, həmkarlarımız Ruslan Bağırov və Saleh Salahov çıxış edərək Konfederasiyanın 33 illik fəaliyyətinin zəngin bir irs olmaqla yanaşı, gələcəyə doğru inkişaf yolunda mühüm motivasiya mənbəyi olduğunu qeyd ediblər.
Çıxışlarda əldə olunan nailiyyətlərin davam etdirilməsinin, həmkarlar ittifaqı dəyərlərinin gələcək nəsillərə ötürülməsinin, birlik və həmrəyliyin daha da möhkəmləndirilməsinin vacibliyi vurğulanıb.
Sonda AHİK-in fəaliyyətində fərqlənən veteranlar, gənc həmkarlar və könüllülər Konfederasiya tərəfindən təşəkkürnamələrlə təltif olunublar.
Tədbir bədii hissə ilə davam edib.


- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 2026 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 2026 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 2026 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 2026 11:12
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 2026 18:02
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
