- Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? (VİDEO)
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
- Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
Ölkəyə səs salan QƏTLLƏR

Azərbaycanın müstəqillik tarixi boyunca ölkənin yüksəkrütbəli məmurları və siyasi xadimləri bir sıra təhlükəli hallarla üzləşiblər. Onlardan bəziləri sui-qəsd nəticəsində həyatını itirib, digərləri isə bu cəhdlərdən sağ çıxaraq ictimai-siyasi həyata qayıda bilib. Bu hallar təkcə siyasi motivli deyil, bəzən kriminal və şəxsi münaqişələr zəminində də baş verib.
“Qafqazinfo”nun bugünkü araşdırması sui-qəsdə məruz qalan azərbaycanlı məmurlar, millət vəkilləri, jurnalistlər və digər tanınmış simalarla bağlıdır.
Siyahının başında Azərbaycanın ilk hərbi prokuroru (1992-1993-cü illərdə) Rövşən Əliyev dayanır. 1995-ci ildən ömrünün sonuna kimi Baş Prokurorluqda ağır cinayətlərə dair İstintaq idarəsinin kriminalistika şöbəsinin rəisi və idarə rəisinin müavini vəzifələrində çalışan, bir çox qalmaqallı cinayət işlərinin, eyni zamanda jurnalist Əjdər Xanbabayevin, akademik Ziya Bünyadovun qətlinin üstünü açan R. Əliyev 47 yaşında, 2002-ci ilin 13 martında Baş Prokurorluğun yaxınlığında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Onun sonuncu qalmaqallı istintaq işi isə adam oğurluğu ilə bağlı olub. Məhz buna görə də hərbi prokurorun Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülməsi ilə bağlı məlumatlar yayılmışdı.
Fotoda: Rövşən Əliyev
1993-2009-cu illərdə Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı olan general-leytenant Rail Rzayev də sui-qəsd qurbanlarındandır. R.Rzayev 63 yaşında, 2009-cu il fevralın 11-də Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında naməlum qatil tərəfindən başından güllələnərək öldürülüb.
Hadisə baş verəndən bir müddət sonra baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında R.Rzayevin qətlindən dərhal sonra onun iş otağına qanunsuz müdaxilə olunduğunu və oradan bəzi maddi əşyaların oğurlandığını bildirib. Z.Qaralov generalın köməkçisi Aydın Rəfiyev başda olmaqla daha bir neçə şəxsin bu qanunsuz əməllərin gizlədilməsində iştirak etdiyini vurğulayıb və 2010-cu ilin noyabrında Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin qərarı ilə Aydın Rəfiyev 9, onun oğlu Anar Rəfiyev 7 il 6 ay, generalın yavəri Anar Həşimov isə 7 il müddətinə azadlıqdan məhrum edilib.
R.Rzayev Azərbaycan müstəqillik əldə etdikdən sonra öldürülən 3-cü yüksəkrütbəli hərbçi idi. Buna qədər 1993-cü ildə Ali Hərbi Dənizçilik Məktəbinin admiralı Eduard Hüseynov, 1994-cü ildə isə Prezident yanında Xüsusi İdarənin rəhbəri Şəmsi Rəhimov qətlə yetirilmişdi.
Azərbaycanın ilk kontr-admiralı, Bakı Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi Eduard Hüseynov isə 55 yaşında, 1993-cü ilin aprelində yaşadığı binanın girişində öldürülüb. O vaxt yayılan məlumatlarda deyilirdi ki, Xocalı soyqırımını azərbaycanlıların öz əməli olduğunu dünyaya sırımaq istəyən ermənipərəst qüvvələrin qarşısında böyük maneə olan general bu səbəbdən ortadan götürülüb.
Bir gündə iki qətl
1994-cü ilin yanvarında Prezident yanında Xüsusi İdarənin rəisi təyin olunan Şəmsi Rəhimov elə həmin ilin sentyabrında qətlə yetirilib. İnternet resurslarında Şəmsi Rəhimov və sürücüsünün öldürülməsi ilə bağlı təfərrüatlı məlumat əldə etmək mümkün olmasa da, yayılan xəbərlərə görə, o, 1993–1994-cü illərdə Baş nazir olan Surət Hüseynovun bir sıra cinayətlərinin, qeyri-qanuni əməllərinin üstünü açdığına görə hədəf seçilib.
1992-1994-cü illərdə Azərbaycan Ali Sovetinin (indiki adı ilə Milli Məclis) sədr müavini Afiyəddin Cəlilov da Şəmsi Rəhimovla eyni gündə Bakıda yaşadığı binanın blokunda silahlı hücum nəticəsində həlak olub. O, 48 yaşında cinayətin qurbanı olub. 1994-cü ilin mayın 5-də Bişkek görüşündə Azərbaycanı təmsil edən Afiyyəddin Cəlilov qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsi ilə bir sənədə imza atmaqdan imtina edərək Bakıya qayıdır, 29 sentyabrda isə öldürülür. Dövlət xadiminin qətlinin səbəbi məhz bu protokola imza atmaması ilə əlaqələndirilir.
“Qara polkovnik” ləqəbi ilə yaddaşlarda qalan Fətulla Hüseynov da evinin önündə güllələnən yüksəkrütbəli şəxslərdəndir. O, DİN-in polis polkunun komandiri vəzifəsində çalışıb. F.Hüseynov 1995-ci ildə Rövşən Cavadovun xüsusi təyinatlı dəstəsinin qiyamının yatırılması ilə bağlı DİN-dən istefa verib. Onu da Hacı Məmmədovun dəstə üzvlərinin qətlə yetirdiyi iddia edilir. H. Məmmədov məhkəmədə bu qətlin də “siyasi sifariş” olduğunu bildirib, amma sifarişçinin kimliyini açıqlamayıb.
Qarakənd faciəsi
1991-ci ilin 20 noyabrında Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni hərbi dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopterində olan məmurlar – Dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri Məhəmməd Əsədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev və ümumilikdə 22 nüfuzlu şəxs sui-qəsdə məruz qalaraq ölüb.
Fotolarda: Tofiq İsmayıloov
İsmət Qayıbov
Məhəmməd Əsədov
Zülfü Hacıyev
Osman Mirzəyev
Vaqif Cəfərov
Vəli Məmmədov
Alı Mustafayev
İcra başçılarına qarşı sui-qəsd - Müəmmalı qətllər, kabinetdə ölüm, baş tutmayan plan...
1991-ci ildə cəmi bircə ay Şuşanın icra başçısı ola bilən Mikayıl Gözəlov 43 yaşında iş başındaykən qətlə yetirilib. Əslən şuşalı olan təcili yardım maşını sürücüsü Elbrus İbrahimov tərəfindən avtomat silahdan açılan atəş nəticəsində öldürülən icra başçısının qətli indiyə qədər müəmmalı qalır. Ömürlük həbs cəzası verilən E.İbrahimov isə 2019-cu ildə həbsxanada vəfat edib.
Sabiq icra başçısının qızı Səbinə Gözəlova hazırda Şuşa şəhər 1 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışır.
Fotolarda: Mikayıl Gözəlov
Səbinə Gözəlova
Cəmi 8 gün icra başçısı olan, “Hacı Vaqif” kimi tanınan Gəncənin 1993-cü ildəki icra başçısı Vaqif Vəliyev 52 yaşında kabinetində öldürülüb. Hadisənin şahidlərindən olan icra başçısının müavini Firudin Həsənovun sözlərinə görə, Sürət Hüseynovun yaxın adamı “Zobik” ləqəbli şəxs cangüdəni ilə birlikdə Vaqif Vəliyevin otağına girib və icra başçısından onun istədiyi adamları vəzifəyə təyin etməyi tələb edib. V.Vəliyev isə bildirib ki, heç kəsə özbaşına vəzifə verə bilməz. Bundan sonra “Zobik” icra başçısına sillə vurub. İcra başçısı isə tapançanı çıxarıb onun düz alnına atəş açıb. Orada olan “Zobik”in cangüdəni avtomatla otaqdakı adamların hamısını güllələyib. Hacı Vaqif xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Vaqif Vəliyev
Bu, Gəncədə icra başçısına qarşı törədilən yeganə sui-qəsd deyil. Sözügedən hadisənin üstündən 25 il sonra, 2018-ci ildə bu dəfə Elmar Vəliyev və mühafizəçisi Qasım Aşbazova Yunis Səfərov adlı şəxs tərəfindən icra hakimiyyətinin binasının qarşısında odlu silahdan atəş açılıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan icra başçısı və mühafizəçisi xəstəxanaya yerləşdiriliblər və ölümdən xilas olublar.
Sui-qəsdə məruz qalmasa da, öldürülməsi planlaşdırılan digər icra başçısı isə Taleh Qaraşovdur. Belə ki, ötən il Bəhruz Əskərov adlı şəxs respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. Lakin DTX keçirdiyi əməliyyat tədbirləri nəticəsində sözügedən şəxsi cinayət məsuliyyətinə cəlb edib. Məhkəmənin hökmünə əsasən, B.Əskərov 15 il müddətinə azadlıqdan məhrum edilib.
Sui-qəsd qurbanları arasında Milli Məclisin deputatları da var
Onlar arasında ilk qətlə yetirilən Eldar Bağırov olub. Millət vəkili 1991-ci ildə Ali Sovetin iclasından geri dönərkən evinin qarşısında odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Birinci çağırış Milli Məclisin deputatı Əli Ansuxski də faciəvi şəkildə öldürülən şəxslər sırasındadır. O, 1996-cı ildə yaşadığı evin qarşısında ağzından güllələnib.
Parlamentdə sərt çıxışları ilə yaddaşlarda qalan akademik Ziya Bünyadov isə eyni çağırışın güllələnən ikinci deputatı olub. O da 1997-ci ildə evinin önündə öldürülüb. Qətlin icrasında sonralar Hacı Məmmədovun adı hallansa da, icraçı, sifarişçi və əsl motiv haqqında şübhələr hələ də qalmaqdadır.
VII çağırış Milli Məclisin deputatı Fazil Mustafa sui-qəsdə məruz qalan sonuncu deputatdır. Belə ki, millət vəkilinə qarşı 2023-cü ildə yaşadığı evin önündə “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədəninin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb və xəstəxanaya çatdırılıb. Məhkəmədə ifadə verən cinayətkarlar bildiriblər ki, deputatı din haqda çıxışlarına görə öldürmək istəyiblər.
Qələm sahiblərinin qətli
Ölkənin tanınmış parapsixoloqu, ekstrasens Etibar Erkinin ölümü səs-küylü qətllər arasındadır. Belə ki, o, 1999-cu ildə iki oğlu ilə birlikdə yaşadıqları evdə “Ceyşullah” adlı dini qruplaşma tərəfindən dizi üstə çökdürülərək və ölüm əmri oxunduqdan sonra öldürülüb. E.Erkin ekstrasensliklə yanaşı, jurnalist, yazıçı kimi də fəaliyyət göstərib.
Tanınmış jurnalist, dəfələrlə ölümlə təhdid olunan Elmar Hüseynov isə 2005-ci ildə yaşadığı evin üçüncü mərtəbəsində naməlum şəxs tərəfindən yaxın məsafədən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Hüseynova atılan 7 güllədən 4-ü bədənin müxtəlif nahiyələrinə, ikisi qarnına, biri ağzına, biri isə ürəyinə tuş gəlib.
Yazıçı-filosof Rafiq Tağının da ölümü müəmmalı qətllərdəndir. R.Tağı 2011-ci il noyabrın 19-da naməlum şəxslər tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq zərbəsi alan yazıçı əməliyyat olunduqdan və vəziyyəti nisbətən stabilləşdikdən sonra jurnalistlərin suallarını cavablandırıb. O, hücumun “İran və Qloballaşma qaçınılmazlığı” məqaləsi ilə bağlı ola biləcəyini istisna etməyib. R.Tağı həmin ilin noyabrın 23-də həyata gözlərini əbədi yumub.
Hazırladı: Nuranə Daxilqızı
- Naxçıvanı və Qarabağı düşmənə verməyən – Həkim səhvi ilə dünyasını dəyişən Nazim Hacıyev
27 sentyabr 2025 14:43
- Adnan Əhmədzadə işi: yeni və sensasion həbslər var - vəzifəli şəxslər və qohumları...
21 sentyabr 2025 10:31
- 7 uşağı məktəbə yola salan ata: İnəyimizin ətindən, toyuğun yumurtasından...əla dolanırıq - (MÜSAHİBƏ)
19 sentyabr 2025 23:46
- Dünyanın ən təhlükəli dərmanı... - Bakıda reseptsiz satılır
12 sentyabr 2025 10:56
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
4 sentyabr 2025 01:52
- Mən Putinlə bağlı çox məyus olmuşam - Tramp dünyanı şoka salan açıqlama verdi
2 sentyabr 2025 23:20
- Ölkəyə ayaq açan bu oyuncaqlar ölüm saçır - XƏBƏRDARLIQ
21 avqust 2025 13:46
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Çərkəzlərə qarşı soyqırımıları dünya birliyi tanımalıdır
3 avqust 2025 01:05
- Qanlı sürgün: 1864-cü il Çərkəz soyqırımının acı tarixçəsini qanlı Rusiya imperiyası necə yazdı…
1 iyul 2025 22:48
- Sakinlər və sürücülər HƏR AN ÖLÜMLƏ ÜZ-ÜZƏ – Bakıxanov yolunda FƏLAKƏT - VİDEO
03 oktyabr 01:02
- Kreditə görə zamin duran şəxsin ölkədən çıxışına qadağa qoyula bilərmi? (VİDEO)
02 oktyabr 22:55
- Zelenski Prezidentlə görüşünü paylaşdı
02 oktyabr 22:46
- Sən bağlayan pəncərənin....- Vaqif Bayatlı Odər - 77 İL
02 oktyabr 18:17
- Qarabağ veteranı icra başçısından şikayətçidir - Rəsmi açıqlama
02 oktyabr 17:54
- Polad Bülbüloğlu və Çingiz Abdullayev bizi Kremlə SATDILAR – şok görüntülər...
02 oktyabr 13:42
- Suriyanın keçmiş Prezidenti Bəşər Əsədi zəhərlədilər
02 oktyabr 11:49
- İlham Əliyev Paşinyanla görüşdü - Video
02 oktyabr 11:20
- Axundovanın -sağ əli- olan dələduzun vaxtından əvvəl azad edilməsi Apellyasiya Məhkəməsinə daşınır – ŞOK TƏFƏRRÜAT
02 oktyabr 10:27
- SSRİ-də niyə qapılar içəri açılırdı? - qəribə səbəb
02 oktyabr 10:19
- Prezident Maya Sandu ilə görüşdü (FOTO)
02 oktyabr 09:50
- Qərb dünya əhalisinin 90 faizini məhv etməyi planlaşdırır - ŞOK İDDİA
02 oktyabr 02:40
- İlham Əliyev Kopenhagendə ziyafətdə iştirak etdi - Fotolar
02 oktyabr 00:41
- Millət vəkili Əli Məsimli Şəki şəhərində növbəti vətəndaş qəbulu keçirmişdir
01 oktyabr 23:02
- Prezident və birinci xanım Danimarkaya səfərə getdi (FOTO)
01 oktyabr 22:40
- Saxta orden və medal təsis edən QHT sədrləri saxlanıldı
01 oktyabr 22:29
- Şəhriyar Məmmədyarov DÜNYADA ÖN SIRADA - SİYAHI
01 oktyabr 14:25
- Nazirlər hansı universitetləri BİTİRİB?
01 oktyabr 14:06
- Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs
01 oktyabr 13:22
- Dənizkənarı Bulvar İdarəsinin həbsdə olan sədri AÇDI SANDIĞI, TÖKDÜ...
01 oktyabr 13:12
- Azərbaycanda 3 min yazıçı-şair var
01 oktyabr 12:34
- Son vaxtlar Aİ ilə müsbətə doğru addımlar atılır - Prezident
01 oktyabr 11:34
- AMEA-da 2020-2023-cü illərdəki qanun pozuntuları hərtərəfli araşdırılır - Ramiz Mehdiyev
01 oktyabr 11:02
- ABŞ ordusunda uzun SAÇ, SAQQAL və BIĞ qadağan edildi
01 oktyabr 00:56
- İlham Əliyevdən Bəhruz Əhmədovla bağlı - Sərəncam
30 sentyabr 21:27
- Yeni GENERAL Anar İsmayılov kimdir?
30 sentyabr 21:00
- Prezidentlər mətbuata açıqlamalar verdilər
30 sentyabr 20:41
- İtaliya Prezidenti Azərbaycandadır - Fotolar
30 sentyabr 16:09
- NAR sağlam həyat tərzinə töhfə üçün boks təlimlərinə dəstək olur - Fotolar
30 sentyabr 16:03
- Rəsmilər Cabir İmanovla vida mərasimində - Fotolar
30 sentyabr 14:29