Azərbaycan kürünü xaricə neçəyə satır?

Kürünün orta qiyməti 1,777 manat təşkil edib; ekspert deyir ki, rəqabətə davamlı olmasa, sazişlər baş tutmayacaq
Qeyri-neft sektoru məhsullarının ixracında yeni bazarlara çıxış imkanının genişləndirilməsi önəmlidir. Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) İdarə Heyəti sədrinin müavini Ramazan Nəbiyev açıqlamasında bildirib ki, son illərdə Avropa İttifaqı (Aİ) ölkələrinə fındıq ixracına yaşıl dəhliz tətbiq olunub, yun, gön-dəri məhsullarının, akvakulturada yetişdirilən balıq və balıq kürüsü məhsullarının ixracına icazə verilib, bu birlik tərəfindən tanınan istehsal müəssisələrinin sayı 2-dən 12-yə çatdırılıb.
Bir sıra ölkələrə ərzaqlıq yumurtanın ixracına nail olunub, Çin Xalq Respublikasına badam və fındığın ixracına razılıq əldə edilib.
Avropa bazarına balıq, balıq kürüsü, qoz və fındıq satışı yeni deyil. İndi bəzi çeşidlər artırılır. Maraqlıdır, bütün Avropada məşhur olan Azərbaycan kürüsü Avropa bazarında rəqabətə tab gətirə bilirmi, neçəyə satırıq?
Qeyd edilməlidir ki, Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac etdiyi məhsullar arasında qara balıq kürüsü (sturgeon kürü) xüsusi yer tutur. Son illərdə bu sahədə həm istehsal, həm də ixrac həcmlərində artım müşahidə olunur. Eyni zamanda Avropa bazarlarına çıxış imkanları da genişlənib. 2024-cü ildə Azərbaycan ümumilikdə 1,200 kiloqram qara kürü ixrac edib və bu ixracdan 1,242,500 ABŞ dolları gəlir əldə olunub. Orta ixrac qiyməti 1 kiloqram üçün 1,760 manat təşkil edib. İl ərzində qiymətlər artaraq sentyabr ayına qədər 1,961 manata qədər yüksəlib. Bu dövrdə, yalnız yanvar-fevral aylarında 90 kiloqram ixrac edilib və bu məhsulun orta qiyməti 1,941 manat olub. 2025-ci ilin ilk rübündə də artım davam edib: 529 kiloqram istehsal olunub, bunun 160 kiloqramı ixrac edilib və orta qiymət 1,777 manat təşkil edib.
Qiymət baxımından Azərbaycan kürüsü Avropa bazarında olan digər sturgeon kürü məhsullarından xeyli baha başa gəlir. Məsələn, Almaniya kimi ölkələrdə “Siberian Sturgeon” kürü orta hesabla 170 avro, “Ossetra” kürü 210 avro, daha premium sayılan “Beluga” isə 350-400 avro arasında satılır. Azərbaycan kürüsünün ixrac qiyməti isə təxminən 1,000-1,120 ABŞ dolları aralığındadır ki, bu da Avropa bazarındakı məhsullardan 2-5 dəfə yüksəkdir. Bu fakt göstərir ki, Azərbaycan kürüsü Avropada geniş istehlak bazarında qiymət baxımından rəqabət aparmaqda çətinlik çəkə bilər. Lakin məhsulun keyfiyyəti, sertifikatlaşdırma, ekoloji təmizliyi və nadirliyi ön plana çəkilərsə, premium seqmentdə özünə yer tapa bilər. Son illərdə Avropa İttifaqı Azərbaycan məhsullarına, o cümlədən qara kürüyə idxal icazəsi verib. Bu, Azərbaycan üçün strateji əhəmiyyət daşıyan bir addımdır. Ekspertlərə görə, gələcəkdə məhsulun ixrac potensialını artırmaq üçün qiymət siyasətinin yenidən nəzərdən keçirilməsi və Avropa bazarının tələblərinə uyğun markalaşma zəruri görünür.
Eyyub Hüseynov
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “İllərdir ki, Azərbaycan fındığının Avropa bazarına çıxmasında problemlər yaşanırdı. Dəfələrlə Azərbaycan fındığı geri qaytarılıb, aflatoksin göbələkləri müşahidə olunurdu. Bu, ciddi problemlərdən biridir. Ümumiyyətlə, barmaqla sayılan bir neçə məhsul Avropa bazarına çıxarılır: balıq və balıq kürüsü, qoz, fındıqdır. Qida Təhlükəsizliyi Agentliyinin əsas məqsədlərindən biri Azərbaycan mallarının xarici bazara çıxarılması üçün tədbirlər həyata keçirməkdir. Çox təəssüf ki, bu, çox zəif həyata keçirilir. Dərinin xarici bazara çıxarılmasında da ciddi problemlərdən biri var. Dəri heyvan mənşəli məhsul olduğundan onun tükləri arasında ətraf mühitə, bitkiçiliyə təsir edə bilən toxumlar, bakteriyalar ola bilər. İllərdir bu, problem olaraq qalırdı. Əgər bunu da həll ediblərsə, bu, çox böyük bir nailiyyətdir. Narahat doğuran digər məqamlardan biri də odur ki, Azərbaycandan Çinə külli miqdarda heyvan qursağı ixrac olunur. Çox təəssüf ki, bunun adı heç yerdə çəkilmir”.
Ekspert əlavə edib ki, fındığa “yaşıl dəhliz”in yaradılması üstün bir cəhətdir: “Bu, xüsusən Çin və Avropa bazarına çıxarılması baxımından müsbət haldır. İllər boyu aflatoksinlə bağlı problemlər yaşanırdı, yəqin ki, bunun qarşısı alınıb. Balıq və balıq kürüsü başqa ölkələrə aparılır. Bu da üstün bir göstəricidir və Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə atdığı addımları uğur hesab etmək olar. Sadəcə, belə addımların sayı çox olmalıdır. Azərbaycan məhsulu digər ölkələrin məhsulları ilə müqayisədə nisbətən ekoloji təmiz hesab olunur. Baxmayaraq ki, Çin Xalq Respublikası bütün dünyaya kənd təsərrüfatı məhsullarını ixrac edir. Yəqin müəyyən əyalətlərdə qiymət siyasətinə uyğun olaraq qiymətdə Azərbaycan məhsulları bəlkə də keyfiyyətdə üstünlük təşkil edib rəqabətə davamlı ola bilər. Bu ticarətdə əgər rəqabətə davamlı olmasa, əlbəttə ki, bu sazişlər baş tutmayacaq. Ölkələr yalnız iqtisadi məsələlər üçün yox, müəyyən siyasi əlaqələr üçün də ticarətə qurşanırlar. Ticarətin inkişaf etdirilməsi siyasi əlaqələri möhkəmləndirir. Hazırda Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı artır.
Məsələn, mən bu yaxınlarda Filippində Azərbaycan xurmasına bənzər bir xurmanın bir ədədini 3 dollara gördüm. Azərbaycan biznesmenlərinə də xəbər verdim ki, Azərbaycan xurmasını Filippin bazarına çıxarsınlar. Çox lazımdır ki, Azərbaycan pomidoru da Avropa bazarına çıxsın. Çünki külli miqdarda pomidor istehsal olunur və bir çox hallarda ya ətraf mühitə atılır, ya da çox ucuz qiymətə satılır. Halbuki bu məhsul ixrac oluna bilər. Ölkələr ticarəti təkcə iqtisadi deyil, müəyyən siyasi əlaqələr üçün də qururlar. Deməli, ticarətin inkişafı siyasi əlaqələri də möhkəmləndirir. Hazırda Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı artır. Yaxşı olar ki, Azərbaycan malları Asiya bazarına da çıxsın. Bu, dəstəklənməli bir məsələdir".
- Millimiz Fransaya 8-0 məğlub oldu
9 oktyabr 2025 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
9 oktyabr 2025 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
9 oktyabr 2025 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
8 oktyabr 2025 21:42
- Prezident qəbul keçirdi - Fotolar
8 oktyabr 2025 13:15
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
8 oktyabr 2025 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
8 oktyabr 2025 10:17
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
8 oktyabr 2025 02:08
- Füzuli məscidinin təməli qoyuldu
7 oktyabr 2025 15:53
- İlham Əliyev Vladimir Putini təbrik etdi
7 oktyabr 2025 14:00
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34