Ramiz Mehdiyevin -barmağı- ilə azadlıq: 8 milyonluq dələduzluq -qəhrəman-ı Elnur İbrahimov həbsdən necə qurtuldu
Külli miqdarda dələduzluqda təqsirli bilinmiş Elnur İbrahimovun vaxtından əvvəl cəzadan azad edilməsi və məntəqə tipli müəssisəyə yerləşdirilməsində birbaşa Ramiz Mehdiyevlə bağlı məqamlar var.
Məlum olur ki, Elnur İbrahimovun 9 illik cəzasının 1 il 2 ayını ona “bağışlayan” hakim Nigar Qədirli Ramiz Mehdiyevin xeyir-duası ilə Nizami Rayon Məhkəməsinə göndərilib. Cəmi üç illik fəaliyyəti dövründə Nigar Qədirli çoxsaylı qanunsuz qərarlara imza atıb. Nəticədə onu məhkəmə sistemindən uzaqlaşdırıblar. Nigar Qədirli vasitəsilə qanunsuz azad edilən Elnur İbrahimovun göndərildiyi 3 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsi də Ramiz Mehdiyevə yad deyil. Həmin dövrdə müəssisənin rəisi Toğrul Səmədov olub. Onun atası Saleh Səmədovun Ramiz Mehdiyevlə çox yaxın əlaqələri olduğu bildirilir. Bu əlaqələr vasitəsilə Saleh Səmədov geniş varidat toplayıb, övladlarını müxtəlif postlara yerləşdirə bilib.
Bu, həmin Saleh Səmədovdur ki, bu ilin mayında-Faşizm üzərində Qələbə Günü münasibətilə keçirilən tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış edib. İmişli Ağsaqqallar Şurasının sədri olan Səmədovun Ramiz Mehdiyevlə yaxın əlaqələri hamıya məlum idi. Məlumatlara görə, onun SSRİ bayrağı altında “Georgi lenti” ilə çıxışı da sonrakı- Mehdiyevin revanş planına hazırlıq çərçivəsində baş verib. Bir müddət sonra Saleh Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.
Ramiz Mehdiyev - Elnur İbrahimov əlaqəsi
Sual oluna bilər ki, Mehdiyevin külli miqdarda dələduzluqda ittiham olunan Elnur İbrahimova nə aidiyyatı var?
Məsələ ondadır ki, Elnur İbrahimov həbsinə qədər Ramiz Mehdiyevin yaxın çevrəsində olan, sabiq “qaçaq səfir” Elmira Axundovanın evinin daimi sakinlərindən biri olub.
O, Axundovların ad və şad günlərində daim “yuxarı başa” keçirilib. Axundovanın Ramiz Mehdiyevlə münasibətləri və əlaqələri isə hər kəsə bəllidir. Elnur İbrahimovun qanunsuz azad edilməsi ilə bağlı hakim Nigar Qədirlinin qərarından zərərçəkənlər Bakı Apellyasiya Məhkəməsinə şikayət veriblər. İş üzrə hakim Zəfər Əhmədovun sədrliyi ilə hazırlıq iclası keçirilib.
Elnur İbrahimov 31 yanvar 2019-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Məhkəmədə zərərçəkmişlər bildiriblər ki, 8 milyon manat vəsait dələduzluq yolu ilə ələ keçirilib və pulları o zaman deputat olan Elmira Axundovanın oğlu Həbib Axundova verdiklərini təsdiqləyiblər. Məhkəməyə Həbib Axundovla bağlanan müqavilələr, həmçinin Elmira Axundovanın səs yazıları təqdim olunub.
Məhkəmə zərərçəkmiş Fərman Məmmədovun 350 min manatlıq mülki iddiasını da təmin edib və Elnur İbrahimovu həbsə göndərib. Lakin təqdim olunan Axundovlarla bağlı sənədlərə və səs yazılarına hüquqi qiymət verilməyib.
“İslah” teatrı: yataq səliqəsi və təşəkkürlər
Elnur İbrahimov cəzaçəkmə müəssisəsində olduğu müddətdə zərərçəkmişlərə 1 manat belə ödəməyib. Buna baxmayaraq, 6 saylı Cəzaçəkmə Müəssisəsi onun “islah olunduğunu” sübut etmək üçün formal mülahizə hazırlayıb. Həmin mülahizədə Elnur İbrahimovun “yatağını səliqəli saxlaması”, “şəxsi gigiyena qaydalarına riayət etməsi” və “iki dəfə təşəkkür alması” qeyd olunub.
Amma maraqlıdır, bu təşəkkürlərin səbəbi nədir?
Birinci təşəkkür 26 may 2018-ci ildə, o isə hələ təqsirləndirilən şəxs idi. İkinci təşəkkür 15 aprel 2024-cü ildə verilib. Tarixlərin absurdluğu açıq-aşkardır: təşəkkürlərin heç biri hüquqi əhəmiyyət daşımır, amma Nizami Rayon Məhkəməsinin hakimi bunu “islah sübutu” kimi qəbul edib.
Hakimlər və müəssisə rəhbərləri “dələduzun tərəfində”
Böyük biabırçılığa vaxtilə Ali Məhkəmə sədri Ramiz Rzayevin işçisi olmuş, sonradan Nizami Rayon Məhkəməsinə təyinat almış hakim Nigar Qədirli imza atıb. Nəticədə formal sənədlərlə Elnur İbrahimov cəzasının 1 il 2 ay 16 gününü məntəqə tipli müəssisədə keçirməklə faktiki olaraq azadlığa çıxıb. Məhkəmə qərarından nə zərərçəkmişlər, nə də mülki iddiaçılar xəbərdar edilib. Halbuki Konstitusiyanın 60-cı maddəsi və Cinayət-Prosessual Məcəllə açıq şəkildə tələb edir ki, məhkumun cəzası yüngülləşdirilərkən zərərçəkmişlərin mövqeyi nəzərə alınmalıdır. Bu, edilməyib. Qərar açıq qanun pozuntuları ilə qəbul olunub. 6 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Fariz Əliyev, onun tərbiyə işləri üzrə böyük inspektoru Ziyadxan Eminov və rəis müavini Elçin İlyasov - Elnur İbrahimovun “dişlərini yumasına valeh olan” məmurlardır. Baş Prokurorluğun prokuroru etiraz etsə də, qərardan protest verməyib. Məhkəmə videokonfrans vasitəsilə keçirilib, lakin bunun hüquqi əsası göstərilməyib. Unudulmamalıdır ki, Elnur İbrahimov 3 iyul 2014-cü ildə ölkədən qaçıb, yalnız 2016-cı ilin noyabrında Moskvada tutulub və Azərbaycana ekstradisiya olunub. 2022-ci ildə isə onun əfv üçün müraciəti rədd edilib. Bütün bu mənfi faktlara baxmayaraq, 6 saylı müəssisənin formal “mülahizəsi” əsas götürülüb və nəticədə o, 1 il 3 ay cəzadan yayınmağa nail olub.
Kağız üzərində ədalət, real həyatda haqsızlıq
Elnur İbrahimovun “islahı” yalnız yatağını səliqəli saxlaması, şəxsi gigiyena qaydalarına riayət etməsi və formal təşəkkürlərlə “sübut” edilir. 350 min manatlıq ziyanın ödənilməsi isə hələ də təmin olunmayıb. Bu hadisə, Azərbaycanın hüquq sistemində korrupsiya, formalizm və zərərçəkmişlərin hüquqlarının görməzdən gəlinməsinin növbəti nümunəsidir. Elnur İbrahimovun azad edilməsinə yol açan məhkəmə qərarı qanunvericiliyə zidd olaraq qəbul edilib, zərərçəkmişlərin mövqeyi nəzərə alınmayıb, qərarın əsaslandırılması isə yalnız formal sənədlərə söykənib. Qısası, kağız üzərində ədalət var, real həyatda isə ədalət yoxdur. Azərbaycan məhkəməsi bu dəfə də haqqı pozulan vətəndaşın yox, dələduzun tərəfində dayanıb.
Elşən MƏMMƏDƏLİYEV
Musavat.com
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
7 noyabr 2025 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
7 noyabr 2025 21:56
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
7 noyabr 2025 14:39
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
7 noyabr 2025 02:02
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
5 noyabr 2025 12:51
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
4 noyabr 2025 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
4 noyabr 2025 14:25
- Arif Alışanovun qardaşı oğluna hökm oxundu
3 noyabr 2025 23:34
- Buryatiyanın azadlıq səsi susdurulur
3 noyabr 2025 22:19
- Ramiz Mehdiyevin keçmiş köməkçisi həbs edildi
3 noyabr 2025 12:04
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
