Mən hara, rayon hara? - 2 mindən artıq müəllim yeri 3 ildən artıqdır niyə seçilmir?
İdman6 oktyabr 2024 12:40

Aktrisanın təbəssümü" televiziya filmi 1974-cü ildə çəkilib. Xalq artisti Nəsibə Zeynalovaya həsr olunan bioqrafik komediyanın süjet xəttində yer alan hadisə üstündən əlli il keçsə də, günümüzü olduğu kimi əks etdirir: aktrisanın ali məktə.bi bitirib Masallıya təyinat alan qızı "Mən hara, rayon hara?"- deyə göz yaşları içində rayon məktəbində işləməkdən imtina edir. Rayonda işləməyə təkcə, ali məktəbi bitirən gənc qız deyil, anası və qohumları da kəskin etiraz edirlər..
Bu günlərdə "Müəllimlərin işə qəbulu üzrə müsabiqədə 2 mindən artıq yerin 3 ildir seçilməməsi" ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin açıqlaması da bu tip yanaşmaların yaratdığı problemdir. Belə ki, MİQ imtahanının nəticələrinə görə, artıq illərdir yüksək nəticə göstərən müəllimlər Bakı və ətraf ərazilərdəki məktəblərə üstünlük verirlər. Vakant yerlər isə ucqar rayonlarda olan məktəbləri, rus bölməsində olan bəzi fənləri əhatə edir: "Ən azından 40 balı keçən namizədlər həmin 2 min vakant yerə müraciət etsə idilər, işə qəbul oluna bilərdilər. Təcrübə göstərir ki, bu müəllimlərdən yüksək bal toplayanlar Bakı şəhərində, daha az bal toplayanlar isə bölgələrdə fəaliyyətə başlayır və ya bölgələrdəki vakant yerlərini seçən şəxslər sonradan həmin iş yerindən imtina edirlər".
Xatırladaq ki, dövlət ucqar rayonlarda çalışan müəllimlər üçün müxtəlif güzəştlər tətbiq edib. Bəs müəllimləri ucqar kəndlərdən və bölgələrdən qaçmağa nə məcbur edir?
Məsələyə münasibətdə ekspertlərin fikirləri də maraq doğurur:
Həvəsləndirici paketlər olmalıdır
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Pərvanə Bayramova hesab edir ki, ilk növbədə müəllimləri bölgələrə getməyə həvəsləndirən sosial imtiyaz paketləri olmalıdır: "Bu problem hər zaman var və kompleks yanaşma tələb edir. Həvəsləndirici paketlər olmalıdır ki, gənc qadınlar, ailə cütlükləri ucqar məktəblərdə işləməyə getsinlər. Digər tərəfdən, bölgələrdə çalışan müəllimlərin özlərini inkişaf etdirmələrinə dəstək olunmalıdır". İŞ üzvünün fikrincə, hələ tələbəlik dövründə regionlarda işləmək mədəniyyətini gənclərdə inkişaf etdirmək lazımdır: "Hesab edirəm ki, ali məktəblərdə tələbələr müəllim kimi hazırlanan vaxt bu mədəniyyət də onlarda formalaşmalıdır ki, onlar ucqar yerlərdə işləməkdən imtina etməsinlər. Yerlərdə qazanılan təcrübənin daha əhəmiyyətli olduğunu onlara başa salmaq lazımdır".
Sosial imtiyazların artırılmasına ehtiyac var
"Müəllimlərin böyük əksəriyyəti qadınlardır. Xüsusən də, gənc və yeni ailə quran qadınlardır. Onlar üçün belə vəziyyətdə ucqar kəndlərdə işləmək ciddi problem yaradır. Bəzən ailələri, valideynləri icazə vermir. Kişi müəllimlər isə yüksək əmək haqqı marağındadırlar", - deyə Əməkdar müəllim, Amonaşvili Humanist Pedaqogika Akademiyasının professoru Asif Cahangirov məsələyə münasibət bildirir. Ekspert hesab edir ki, Elm və Təhsil Nazirliyi ucqar kəndlərdə və ümumən kənd yerlərində işləyən müəllimlər, təhsil işçiləri haqqında ciddi düşünməli, yeni seçilmiş Milli Məclis isə bunun qanunvericilik bazasını müəyyənləşdirməlidir: "Yerli sakin olmayan müəllimlər üçün əhəmiyyətli dərəcədə rəğbətləndirmə tədbirləri nəzərdə tutulmalıdır. Hesab edirəm ki, onların əmək haqqı bir neçə dəfə artırılmalı, sosial imtiyazlar müəyyən olunmalıdır. Mənzil şəraiti ilə bağlı məsələlər də həll olunmalıdır. Əgər bu məsələlər həll olunsa, sözsüz ki, yüksək bal toplayan müəllimlərin bir qismi kənddə, rayonda işləməyə həvəsli olarlar". Ekspertin fikrincə, ümumi təhsilin keyfiyyəti baxımından hazırda Azərbaycanda ən vacib problemlərdən biri kənd məktəbləri ilə şəhər məktəbləri arasındakı kəskin fərqin aradan qaldırılmasıdır: "Təsəvvür edin, Finlandiyada kənd məktəbləri ilə şəhər məktəbləri arasında keyfiyyət baxımından fərq cəmi 7 faiz təşkil edir. Bir neçə il əvvəl inkişaf etmiş Almaniyada bu fərq 42-47 faiz təşkil edirdi. Bizdə, bəlkə də, bu fərq 80 faizdən də çoxdur. Kənd məktəblərində nə qədər yüksək intellektli şagirdlərin istedadı məhv olur. Çünki onlar keyfiyyətli təhsil görmürlər. O məktəblərdə zəif müəllimlərin sayı həddindən artıq çoxdur. Həmin məktəblərə güclü müəllimlər göndərilməlidir. Bunun üçün kənd yerlərinə müasir hazırlığa malik müəllimlər gəlməli və onların fəaliyyəti əhəmiyyətli dərəcədə stimullaşdırılmalıdır".
Rayonlardakı məktəblərin çoxunda şərait yoxdur
ADPU-nun Məktəbəqədər Təhsilin Pedaqogikası kafedrasının baş müəllimi Xalidə Həmidova hesab edir ki, gənclər ali məktəbi bitirdikdən sonra çox vaxt paytaxtın ab-havasından qopmaq, şəhərdən getmək istəmirlər: "Biz tələbələrə bu sualı verəndə çoxunda Bakıda qalma həvəsinin olduğunu müşahidə edirik. Rayonlarda iş yerlərinin az olması və ya prioritetli olmamasını bildirir, bu istiqamətdə inkişafın o qədər də fayda verməyəcəyini düşünüb getmək istəmirlər. Bəziləri magistratura təhsilini davam etdirmək üçün qalır. Ondan sonra da regionlara geri dönmək istəmirlər. Bu da nəinki bağça və məktəblərdə, ümumiyyətlə bir çox sahələrdə problemlər yaradır". X.Həmidova hesab edir ki, bu məsələdə "regionlarda müəllim nə qədər inkişaf edə bilir?", "prosesdə nə qədər faydalı ola bilir?" kimi inkişaf tendensiyasına baxmaq lazımdır. Həmçinin, sosial imtiyazlara nəzər salmağa da ehtiyac var: "Müəyyən güzəştlər olmalıdır. Hesab edirəm ki, regionlardakı məktəblərin inkişaf tendensiyası artırılsa, oradakı şərait düzəlsə, işləmək istəyənlər olacaq. Bilirsiniz ki, ucqar kəndlərdə məktəblərin çoxunda şərait yoxdur. Onlar üçün şərait yaradılsa, inkişafları üçün təlimlər keçirilsə, konfranslar və s. təşkil olunsa, problemin həllində daha uğurlu nəticə əldə etmiş olarıq"./"Kaspi" qəzeti
Oxşar xəbərlər
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 2025 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 2025 01:29
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 2025 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
19 iyul 2025 00:28
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 2025 22:45
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 2025 11:33
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 2025 09:18
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 2025 01:56
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
18 iyul 2025 00:20
- Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı BİTDİ...
17 iyul 2025 23:43
Xəbər lenti
- Fərhad Əhmədovdan 6 milyon dollar rüşvət istənilib - Gəmisinin həbsdən azad olunması üçün...
19 iyul 01:49
- Alimlər nəsli kəsilməkdə olan növləri xilas etməyin yolunu tapdı
19 iyul 01:29
- AMAZONİYA - Azərbaycanda qadın dövləti
19 iyul 01:17
- NAXÇIVAN hoteli sökülür
19 iyul 00:56
- Prezident Ağdamda açılışda iştirak etdi - FOTOLAR
19 iyul 00:24
- Proporsional seçki sisteminin bərpasına heç bir ehtiyac yoxdur - Əli Hüseynlidən SENSASİON MÜSAHİBƏ
18 iyul 23:50
- Azərbaycan MDB-dən çıxır? - Rusiyadan cavab
18 iyul 22:45
- Prezident onlara müraciət ünvanladı
18 iyul 11:51
- Məzuniyyətə gələn hərbçimiz özünü evində ASDI
18 iyul 11:33
- Belçika parlamentindən Azərbaycana qarşı ədalətsiz və qərəzli qətnamə
18 iyul 10:46
- Alen Simonyan boşaldı - Modellə sevgilidir
18 iyul 10:26
- Suriyanın bölünməsinə icazə verməyəcəyik
18 iyul 09:43
- Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
18 iyul 09:18
- Rusiya Kilsəsi: Seks cənnətə aparan yoldur
18 iyul 01:56
- Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov
18 iyul 00:20
- Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı BİTDİ...
17 iyul 23:43
- Ukraynada yeni baş nazir: Müstəqillik tarixində ikinci dəfə...
17 iyul 23:29
- Prezident İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada nahar ediblər (FOTO)
17 iyul 22:45
- Rusiyada general dələduzluğa görə həbs edildi
17 iyul 21:55
- İki bacı çayda boğulub öldü
17 iyul 21:36
- Adəm Məmmədov həbsdə qaldı - ZON-a köçürüləcək
16 iyul 20:42
- 1 qramı 5000 dollardan başlayır: Qazaxıstanda dünyanın ən bahalı metalı hasil olunur
16 iyul 01:07
- Kətan toxumu, qaynar su... - Minlərlə manatınız cibinizdə qalacaq
15 iyul 23:28
- Ferma sahibi çobanın arvadı ilə münasibətdə oldu: Ərim şübhələndi, dedim ki, bir daha...– ŞOK
15 iyul 23:03
- Rusiya Şahin Şıxlinskinin oğlunu həbs etdi
15 iyul 22:36
- İlham Əliyev: Demokratiya və Milli Birlik Günü güclü və sarsılmaz iradənin tarixdir
15 iyul 12:31
- Hansı Avropa ölkələrində ən yüksək maaş verilir?
15 iyul 11:42
- Tibbin atası İbn-i Sina-dan şəkər xəstəliyinə çarə
15 iyul 11:01
- Putin: Rusiyada QADIN çatışmır – Statistikanı özü etiraf etdi
15 iyul 01:21
- Məleykə Abbaszadə qadınları SAĞMAL İNƏKLƏ müqayisə etdi: Gündə sağılmaq ağırdır..
15 iyul 00:33
Video & Fotoqalereya
Video
Fotoqalereya