Bakı metrosunda XANIMA BİZ BATIRDILAR
Bakı metrosunda xanım mayora xəsarət yetirildi: "Məni işarə edərək nəsə deyirdi"
Oktyabrın 2-də Bakı Metropoliteninin "20 Yanvar” stansiyasında qəribə hadisə baş verib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı ŞBPİ-nin Metropolitendə Polis İdarəsinə müraciət edən ədliyyə mayoru S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.
Şikayətçi qeyd edib ki, bizi batıran gəncin yanındakı şəxs işlədiyi cəzaçəkmə müəssisəsində əvvəllər cəza çəkib. Xanım zabit axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini və keçmiş məhkumun işarəsi ilə gənc oğlanın bu addımı atdığını bildirib.
Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər "Dərnəgül” metrostansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakini olan dayı-bacıoğlu olması məlum olub. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.
Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.
Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib: "Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər sonra adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Bir qədər sonra isə gənc oğlanın yanında olan şəxsi xatırladım. Həmin şəxs mənim çalışdığım cəzaçəkmə müəssisəsində olub və bir dəfə onun əxlaqsız hərəkətlərini müşahidə etmişdim”.
Məhkəmədə çıxış edən Metropolitendə Polis İdarəsinin əməkdaşı da hadisənin qəsdən törədilməsini bildirib.
Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.
Oxşar xəbərlər
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 2025 22:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 2025 11:53
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 2025 17:38
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 2025 12:19
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
13 noyabr 2025 23:05
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 2025 13:38
- Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
13 noyabr 2025 12:05
- Prezident qəbul keçirdi - Fotolar
13 noyabr 2025 10:38
- Kürdəmir və Nəsimiyə yeni icra başçısı təyin edildi
12 noyabr 2025 13:19
Xəbər lenti
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
- Gürcüstanda plastik qab-qacaq qadağan olunur
15 noyabr 11:08
- Alim ölkə başçısına müraciət edib — Tariyel Pənahovun istəyi nədir?
14 noyabr 18:21
- Payızın qızıl vaxtı - Şahnaz Şahin yazır
14 noyabr 17:47
- Utanılası tarix - Mirzoyan azərbaycanlı bolşevikləri bir-birinə qırdırırmış
14 noyabr 17:38
- Zelenski İlham Əliyevə zəng etdi
14 noyabr 17:12
- BAKCELL MMC-nin meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
14 noyabr 16:55
- Zəngilanın Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
14 noyabr 15:28
- Əli Nağıyev və Orxan Sultanov Xankəndidə iclasda - Fotolar
14 noyabr 15:05
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 12:48
- TƏBİB-də yoxlama olacaq: Qurum 1,8 milyonluq kənar audit xidməti alır
14 noyabr 12:19
- Prezident beynəlxalq konfrans iştirakçılarına müraciət ünvanladı
14 noyabr 12:01
- Xalq aclıq içindədirsə, ölkəni idarə etmək mümkün deyil
14 noyabr 01:10
- Hitlerin DNT-si ilə bağlı iddia dünya mediasını silkələdi
14 noyabr 00:39
- Prezident bu qanuna dəyişikliyi təsdiqlədi
13 noyabr 23:05
- Cənazələr Türkiyəyə aparılır
13 noyabr 22:56
- Həbsdəki eks-generalın istintaqdan gizlətdiyi əmlakı üzə çıxdı – Dəyəri bu qədərdir
13 noyabr 13:38
- Bakıda məşhur restoranda partlayış - Qadın işçi öldü
13 noyabr 12:05
- Oğlu Fəzail Ağamalını məhkəməyə verəcək
13 noyabr 11:49
- Prezident qəbul keçirdi - Fotolar
13 noyabr 10:38
- Burada qadınlar deyil, kişilər -gəlin- olur Fotolar
13 noyabr 10:20
- Adnan Əhmədzadənin həyat yoldaşı Azərbaycanı tərk etdi
13 noyabr 00:46
Video & Fotoqalereya
Video
Fotoqalereya
