Ersin Tatar: İlham Əliyev hər zaman bizə sahib çıxıb
Prezident İlham Əliyevə təşəkkür edirəm, o hər zaman bizə sahib çıxıb və dəstək olub.
Bunu "Report"un ABŞ-ın bürosuna eksklüziv açıqlamasında Türkiyənin və BMT-nin vasitəçiliyi ilə Nyu-Yorkda keçirilən Kipr mövzusunda geniş formatda qeyri-rəsmi toplantıdan sonra Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) prezidenti Ersin Tatar deyib.
O bildirib ki, Azərbaycan ilə ŞKTC arasında münasibətlər son illər yeni mərhələyə qədəm qoyub. Prezident qeyd edib ki, ŞKTC-nin Türk Dövlətləri Təşkilatına müşahidəçi statusu ilə qəbul edilməsi bu yaxınlaşmanın ən önəmli addımlarından biri olub: "Kipr türklərinin problemləri çoxdur, bu, asan məsələ deyil. Biz müxtəlif embarqolar, izolasiya və siyasi basqılarla mübarizə aparırıq. Amma Azərbaycan bizə qardaş dövlət kimi sahib çıxır. Biz Şimali Kiprdə "Bir millət, üç dövlət" deyirik: Kipr, Türkiyə və Azərbaycan. Bu qardaşlığı hər zaman hiss edirik.
Son illərdə Azərbaycana bir neçə dəfə səfər etmişəm. Prezident İlham Əliyev, sağ olsun, məni yüksək səviyyədə, rəsmi protokolla qarşılayıb. Prezident səviyyəsində çox səmərəli görüşlərimiz baş tutub. Artıq Azərbaycan xalqı da Şimali Kipr Türk Cümhuriyyətini daha yaxından tanıyır. Biz də Azərbaycanı həmişə yaxından və böyük sevgi ilə izləyirik”.
Tatar əlavə edib ki, qarşıdakı dövrdə Türkiyə, Azərbaycan və ŞKTC arasında iqtisadi sahələrdə əməkdaşlıq genişlənəcək, bu isə xüsusilə gənc nəsillərə yeni ümidlər və imkanlar yaradacaq.
Prezident Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfəri və orada iştirak etdiyi beynəlxalq tədbirdən də danışıb: "Qarabağa getdim və gördüm ki, orada genişmiqyaslı yenidənqurma işləri aparılır. Mən orada çıxış edərkən İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında dedim ki, Azərbaycan - Qarabağ, Qarabağ - Azərbaycandır. Bu sözlərimdən sonra Prezident İlham Əliyev mənə baxaraq əlini sinəsinə qoydu və bununla da mənim haqlı olduğumu təsdiqlədi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi tarixi zəfərdir. Çox sayda şəhid verdiniz, siz də bizim kimi ağır itkilər yaşadınız. Mən bütün şəhidlərimizi rəhmətlə anıram. Sizin vasitənizlə Azərbaycanın qəhrəman xalqını salamlayıram və o zəfərin fatehi Prezident İlham Əliyevi bir daha təbrik edirəm”.
Oxşar xəbərlər
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 2026 15:03
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 2026 13:08
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
16 aprel 2026 11:59
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 2026 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 2026 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 2026 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 2026 23:54
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 2026 21:02
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 2026 17:30
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 2026 13:14
Xəbər lenti
- Sahibə Qafarova Simonyanla görüşdü - Foto
16 aprel 17:25
- Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı (FOTO)
16 aprel 15:03
- Xaricdə təhsil alan 255 nəfərin diplomu tanınmayıb
16 aprel 14:33
- İran və ABŞ arasında razılaşma mümkünsüzdür
16 aprel 13:06
- Prezidentin fərmanı icra olundu: Bu gündən ETİBARƏN...
16 aprel 12:47
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 11:52
- Azərbaycandan qaçan məktəb direktoru Türkiyədə tutuldu
16 aprel 10:59
- Azərbaycan Ermənistandan mal idxal etməyə BAŞLADI
16 aprel 10:54
- Baku Kids Company MMC şirkəti yayılan xəbəri TƏKZİB ETDİ
16 aprel 10:45
- Hər səhər 20 dəqiqə gəzməyin faydası - Mütəxəssislər xəbərdarlıq edir
16 aprel 00:07
- Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Səkinə xanım Sadıxova haqqında…
15 aprel 22:35
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 21:17
- Türkiyədə məktəbdə qətliam törədən yeniyetmənin FOTOSU YAYILDI
15 aprel 21:04
- Rusiya AZAL təyyarəsininə görə kompensasiya ödəyəcək - Razılığa gəlindi
15 aprel 19:16
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 15:25
- Leninin şüşə tabutuna hücum edən tələbə saxlanıldı
15 aprel 12:23
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 11:59
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
Video & Fotoqalereya
Video
Fotoqalereya
