- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
- Tramp Çinə yola düşdü
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
Siyasət11 may 2026 22:48
Dünyanın bir sıra aparıcı media qurumları Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar. Materiallarda dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət, Avropa İttifaqının missiyası və Qərb ölkələrinin regiona münasibəti ilə bağlı səsləndirdiyi əsas bəyanatlara, eləcə də işğaldan azad edilən ərazilərin bərpası, Zəngilanda aqrar və infrastruktur layihələrinin inkişafı ilə bağlı fikirlərinə yönəldilib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın RBK, "Vedomosti”, "Rossiyskaya qazeta”, "İzvestiya”, RT, REGNUM, "Komsomolskaya pravda”, "Moskovski komsomolets”, "Vzqlyad”, RTVI, Life, URA.RU, Lenta.ru, "Arqumentı i faktı” və digər Rusiya nəşrləri dövlət başçısının İrəvanda keçirilən sammit zamanı Avropa liderlərinin səsləndirdiyi bəyanatları "boş söz” adlandırması ilə bağlı fikirlərinə geniş yer veriblər. Media orqanları, həmçinin Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçilərini tənqid etməsinə diqqət yetiriblər.
Rusiya mediası Prezident İlham Əliyevin Aİ missiyasının real effektivliyini şübhə altına aldığını vurğulayaraq, Avropa müşahidəçilərinin ilk ciddi təhlükə zamanı ərazini tərk edəcəkləri ilə bağlı fikirlərini ön plana çıxarıb. Bir sıra nəşrlər dövlətimizin başçısının regionda sülhün müəllifi və təminatçısının məhz Azərbaycanın olması barədə bəyanatını xüsusi qeyd ediblər.
Nəşrlər, həmçinin Prezident İlham Əliyevin regional təhlükəsizlik və postmüharibə nizamlanması məsələləri ilə bağlı mövqeyini geniş işıqlandıraraq, Bakının Cənubi Qafqazda sabitliyi müstəqil şəkildə təmin etmək imkanlarına malik olduğunu vurğulayıblar. Materiallarda dövlət başçısının bəyanatlarının Rusiya media məkanında geniş rezonans doğurduğu və günün ən çox müzakirə olunan mövzularından birinə çevrildiyi qeyd olunur.
Türkiyə mətbuatı da Prezident İlham Əliyevin Zəngilan səfərini diqqətdə saxlayıb. "Haber Global” kanalı Prezident İlham Əliyevin şəhərin ilk yaşayış kompleksinə köçən ailələrlə görüşü barədə material yayıb. Nəşrdə dövlətimizin başçısının Ümummilli Lider Heydər Əliyevin işğal altında olan torpaqların azad edilməsi ilə bağlı vəsiyyətinin yerinə yetirildiyi barədə sözləri təqdim olunur.
"Bursa Hakimiyet” də dövlətimizin başçısının Zəngilandakı çıxışına diqqət ayırıb. Materialda bildirilir ki, İlham Əliyev Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaş qarşıdurmasının dayandırılmasında və sabitliyin təmin olunmasında rolunu xatırladıb. Bu isə sonradan ölkənin ərazi bütövlüyünün bərpasında mühüm rol oynayıb.
Zəngilanın bərpası və inkişafı mövzusunu "Anadolu” agentliyi davam etdirib. Dövlətimizin başçısının sözlərinə görə, Zəngilanda yaradılan "Dost Agropark” işğaldan azad edilən ərazilərdə ilk kənd təsərrüfatı müəssisəsidir.
Regiondakı nəqliyyat layihələrinə toxunan Prezident İlham Əliyev bildirib ki, yaxın gələcəkdə - təxminən bir il və ya il yarımdan sonra Bakıdan Zəngilana dəmir yolu ilə getmək mümkün olacaq.
"Son Dakika” da Zəngilanda kənd təsərrüfatı və bərpa işləri barədə material yayıb. Nəşrdə qeyd olunur ki, Prezident İlham Əliyev şəhərin ilk yaşayış kompleksinə köçən ailələrə açarlar təqdim edib, həmçinin mənzil layihələrinin icrası və aqroparkın inkişafı barədə danışıb.
Gürcüstanın aparıcı informasiya portalları, televiziyaları da Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilan şəhərində sakinlərlə görüşündəki çıxışından materiallar yayıblar.
Interpressnews.ge, bpn.ge, kvira.ge, exclusivenews.ge, mix.metronome.ge, palitranews.ge, palitranews.ge, timer.ge, newshub.ge portalları, 1tv.ge televiziya kanalı və televiziyası, eləcə də rustavi2.ge televiziyası Prezident İlham Əliyevin Azərbaycanın ədalətli mövqeyi və Ermənistan ilə bağlı fikirlərinə geniş yer ayırıb. Gürcü mətbuatı dövlətimizin başçısının Ermənistan-Azərbaycan sərhədində yerləşdirilmiş Avropa müşahidəçiləri ilə bağlı tənqidi fikirlərini də oxuculara çatdırıb.
Belarusun "Sputnik Belarus” nəşri Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının mülki müşahidə missiyası ilə bağlı sözlərinə diqqət çəkib. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Bakının "Ermənistanı məhv etmək və ya onun müstəqilliyini əlindən almaq” niyyəti olmayıb. Bununla yanaşı, Prezident İlham Əliyev vurğulayıb ki, avropalı müşahidəçilər elə davranırlar ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar, halbuki buna heç bir ehtiyac yoxdur.
Qazaxıstanın Lada.kz nəşri də bu mövzunu davam etdirərək, Azərbaycan Prezidentinin Avropa İttifaqının müşahidə missiyasını tənqid etməsinə dair material yayıb. Nəşrdə qeyd olunur ki, dövlət başçısının sözlərinə görə, Avropa İttifaqının nümayəndələri sadəcə təhlükəsizlik görüntüsü yaradırlar, halbuki Bakı tərəfindən real təhlükə yoxdur.
Almaniyanın NEX24 nəşri də eyni mövzunu işıqlandıraraq yazır ki, İlham Əliyev Avropa İttifaqının Ermənistandakı müşahidəçilərini tənqid edib. Materialda dövlətimizin başçısının Ermənistanı Azərbaycandan qorumağa ehtiyac olmadığı barədə fikirləri də yer alıb.
Farsdilli Khabar Nab və Khabarpu portalları Ermənistandakı siyasi qüvvələr mövzusuna toxunublar. Materiallarda Prezident İlham Əliyevin Ermənistan cəmiyyətində Azərbaycana nifrət bəsləyən qüvvələrə münasibətdə ayıq-sayıq olmağa çağırışı yer alıb. Khabar Nab, həmçinin dövlət başçısının Azərbaycan torpağının hər qarışının Azərbaycan xalqına məxsus olması barədə sözlərini təqdim edib. Təhlükəsizlik və Ermənistan-Azərbaycan gündəliyi ilə yanaşı, Türkiyə KİV-ləri dövlət başçısının Zəngilandakı çıxışına və keçmiş məcburi köçkünlərin geri qayıdışına da diqqət ayırıb.
"Shafaqna” beynəlxalq informasiya agentliyinin farsdilli versiyası da Azərbaycan Prezidentinin Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası ilə bağlı bəyanatlarına diqqət ayırıb. Materialda bildirilir ki, dövlət başçısı Ermənistanla sərhəd boyunca fəaliyyət göstərən Aİ müşahidəçilərini tənqid edərək, onların elə davrandıqlarını bildirib ki, sanki Ermənistanı Azərbaycandan qoruyurlar.
Oxşar xəbərlər
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 2026 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 2026 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 2026 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 2026 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 2026 12:40
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 2026 00:03
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 2026 17:43
Xəbər lenti
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
- Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır
11 may 22:48
- Azərbaycanda hər gün bu qədər insan ÖLÜR - RƏSMİ
11 may 18:21
- 12 may dünyada Beynəlxalq Tibb Bacıları Günüdür
11 may 17:43
- Daha 8 azərbaycanlı Ukraynada həlak oldu - ADLAR
11 may 17:24
- Məktəbli qızı nişanlısı öldürdü: məzun geyiminə görə
11 may 14:51
- Ana sevgisi günü : dünyanın ən səmimi bayramı 10 mayda qeyd olunur - xarici media
11 may 13:37
- Elə İlham Əliyev özü də mənimlə birgə kövrəldi... - Fotolar
11 may 13:13
- Nərgiz Məhəmmədi azadlığa buraxıldı, Tehrandakı xəstəxanaya aparıldı
11 may 12:56
- 29 yaşlı azərbaycanlı alim Tehranda edam edildi
11 may 11:03
- Kinematoqrafçılar İttifaqının sədri postuna namizədlər bilindi
11 may 10:49
- Sevil Əliyevadan atası ilə bağlı paylaşım - Foto
11 may 00:55
- İcra hakimiyyəti tərəfindən həyət hasarı sökülən şəxs həyatına son qoydu - FOTOLAR
11 may 00:48
Video & Fotoqalereya
Video
Fotoqalereya











