Qalib Ordunun 107 ili: Şərəf, qələbə və güc tarixi

Bu gün dünyanın ən güclü orduları sırasında yer alan Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 107 il ötür.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə təməlləri möhkəmləndirilmiş Milli Ordumuzun şərəfli döyüş yolunun zirvəsində Vətən müharibəsində qazanılmış tarixi Qarabağ Zəfəri dayanır. Qəhrəman zabit və əsgərlərimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə cəmi 44 gün ərzində 30 illik işğala son qoyaraq Azərbaycanı qalib ölkəyə çevirdi.
2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam şəkildə bərpa olundu. Bu uğurlar Azərbaycan Ordusunun qarşıya qoyulan bütün döyüş tapşırıqlarını yüksək peşəkarlıqla yerinə yetirməyə qadir olduğunu bir daha sübut etdi. Hazırda orduda aparılan genişmiqyaslı islahatlar, xüsusilə türk ordu modelinə keçid və komando qüvvələrinin yaradılması nəticəsində Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti və peşəkarlığı durmadan artır.
Musavat.com xəbər verir ki, Azərbaycan Ordusunun əsası 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə yaradılan Əlahiddə Azərbaycan Korpusu ilə qoyulub. Elə həmin il avqustun 1-də Azərbaycanın ilk Hərbi Nazirliyi təsis edildi. Xosrov bəy Sultanov, Səməd bəy Mehmandarov və Əlağa Şıxlinski kimi görkəmli hərbi xadimlər Milli Ordunun formalaşmasında mühüm rol oynayıblar. Müasir Azərbaycan Ordusunun inkişafında Ulu Öndər Heydər Əliyevin xidmətləri əvəzsizdir. Hələ sovet dövründə – 1971-ci il iyunun 20-də onun təşəbbüsü ilə Cəmşid Naxçıvanski adına hərbi məktəbin yaradılması, gənclərin SSRİ-nin qabaqcıl hərbi məktəblərinə göndərilməsi milli kadr potensialının formalaşmasına təkan verdi. Bu məktəbin məzunları Aprel döyüşlərində, Vətən müharibəsində və antiterror tədbirlərində böyük qəhrəmanlıqlar göstəriblər.
1994-cü ilin yanvarında Azərbaycan Ordusu Füzuli rayonunun 20 kəndini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad etdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun - Silahlı Qüvvələr Günü elan olundu.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Hərbi qulluqçuların peşəkarlığı, döyüş hazırlığı, mənəvi-psixoloji durumu yüksəldildi, ordu ən müasir texnika və silahlarla təchiz edildi. Dövlət büdcəsindən müdafiə xərclərinə ayrılan vəsaitlər dəfələrlə artırıldı. Azərbaycanın müdafiə sənayesi yaradıldı, müasir silah istehsalı təşkil olundu.
Azərbaycan Ordusunun artan gücü 2011-ci ildə keçirilən hərbi paradda nümayiş etdirildi. Daha sonra 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ildə Günnüt əməliyyatı ilə ordu ilk uğurlu əks-hücum əməliyyatlarını həyata keçirdi. Vətən müharibəsi isə bu inkişafın məntiqi nəticəsi oldu. Ordumuz 44 gün ərzində beş şəhəri, dörd qəsəbəni və 300-dək kəndi işğaldan azad edərək düşmənə sarsıdıcı zərbələr endirdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən Zəfər paradı bu tarixi Qələbənin rəsmi təntənəsinə çevrildi. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə iştirakı ilə baş tutan parad həm də iki qardaş ölkə arasında strateji hərbi-siyasi ittifaqın simvolu oldu.
Vətən müharibəsi zamanı 2900-dən çox hərbi qulluqçumuz şəhid oldu. Onların qəhrəmanlığı yüksək qiymətləndirildi, 159 mindən çox hərbçi müxtəlif orden və medallarla təltif edildi. Prezident İlham Əliyevin 2023-cü il 25 iyun tarixli sərəncamları ilə Müdafiə Nazirliyinin daha 131 hərbçisi mükafatlandırıldı. Dövlət başçısı şəhid ailələrinə, qazilərə, veteranlara xüsusi qayğı ilə yanaşır, onların sosial müdafiəsi üçün davamlı addımlar atılır. Qarabağ Zəfərinin əbədiləşdirilməsi məqsədilə bir sıra layihələr həyata keçirilir.
2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirləri nəticəsində separatçı rejimin və qanunsuz silahlı birləşmələrin mövcudluğuna son qoyuldu. Azərbaycanın konstitusiya quruluşu bərpa edildi, dövlət suverenliyi tam şəkildə təmin olundu. Həmin ilin noyabrında Xankəndidə keçirilmiş Zəfər paradı Azərbaycan Ordusunun məğlubedilməzliyini bir daha sübut etdi. Prezident İlham Əliyev Zəfər meydanında çıxışı zamanı xalq-ordu-dövlət birliyinin simvolunu təsdiqlədi.
Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf etdirilir. Ordumuz müharibə dövründə göstərdiyi qəhrəmanlıq və peşəkarlığı daha da təkmilləşdirməklə yanaşı, yeni texnika və silah sistemləri ilə təchiz edilir. Ötən ilin fevralında Prezident İlham Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olub, silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyib. Həmin gün Ali Baş Komandan PUA Akademiyasında yaradılan şəraitlə də tanış olub.
Azərbaycan Ordusu bu gün həm yerli, həm də beynəlxalq səviyyəli təlimlərdə fəal iştirak edir. Ötən ilin iyun ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə “Qafqaz Qartalı – 2024” beynəlxalq taktiki-xüsusi təlimi keçirilib. Bu cür təlimlər iştirakçı ölkələrin hərbi əməkdaşlığını gücləndirməklə yanaşı, ordular arasında təcrübə mübadiləsinə töhfə verir. Eyni zamanda “Efes – 2024” və digər beynəlxalq təlimlərdə iştirak Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınmasına imkan yaradıb.
Bugünkü prioritetlərdən biri də Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləridir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması prosesi dövlət və ordu birlikdə həyata keçirilir. Azad olunmuş ərazilərdə təhlükəsizliyin təmin olunmasında, mühəndis təminatında və infrastrukturun bərpasında Azərbaycan Ordusu mühüm rol oynayır.
Bu il 26 İyun – Silahlı Qüvvələr Günü tam bərpa olunmuş ərazi bütövlüyümüzün fonunda, qalib Azərbaycan Ordusunun timsalında qeyd olunur. Bu, təkcə hərbi gücümüzün deyil, həm də dövlətçilik tariximizin, milli ruhumuzun təntənəsidir.
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
6 iyul 2025 18:14
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
4 iyul 2025 21:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
4 iyul 2025 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
3 iyul 2025 10:40
- Azərbaycan güləşçisi Avropa çempionu olub
3 iyul 2025 00:46
- Azərbaycan Polisi 107 yaşında!
2 iyul 2025 10:30
- Məhəmməd Rza şahın xanımı Fərəh Pəhləvinin BAKI SƏFƏRİ
06 iyul 18:50
- Putin: 250 il əvvəl ABŞ-ı Britaniyadan qurtaran BİZ OLMUŞUQ !
06 iyul 18:14
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
06 iyul 17:29
- Rusiya partlayış törətdi, Azərbaycana məxsus SOCAR YDM-ləri dağıldı - FOTO
06 iyul 16:12
- Kadırovun müraciəti yayıldı: Mənim xəstəliyim...
06 iyul 14:47
- Məni dostlarım öldürdü - Akif Səmədin şeirləri
06 iyul 12:58
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00