ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR - NADİR QOCABƏYLİ
Mədəniyyət30 yanvar 2026 15:25
ŞƏXSİ HƏYAT DEYƏ BİR ŞEY YOXDUR
Hamımızın həyatı ictimaidir
Gəlin, ən şəxsi məsələdən başlayaq. Ərlə arvadın boşanması. Kənardan hər kəs baxıb deyə bilər: özləri bilərlər, şəxsi işləridir. Daha bir yerdə yaşamaq istəmirlər, bir-birindən beziblər, yola getmirlər və ayrılmağa qərar veriblər.
Ancaq bu yalnız uzaqdan belə görünə bilər. Yaxud kimlərsə sadəcə belə görmək istəyər.
Yaxınlaşanda görəcəyik ki, məsələn, ortada xəyanət var və bu xəyanət məhz ictimai problemlərdən doğub. Ər uzun müddət iş tapa bilmədiyindən məcburən xaricə gedib. Orada tək yaşaya bilmədiyindən özünə qadın tapıb. Bir müddət sonra buradakı arvadı xəbər tutub. Dalaşıblar. Kişi izah etməyə çalışıb ki, qonşu ölkədə iş görə bilmək üçün gərək onların qadınları ilə dostluq edə. Qadın bunu qəbul etməyib və bir müddət sonra özünə burada "dost" tapıb.
Amma bu qərarı vermək asan olmayıb. Bundan öncə neçə-neçə seriala baxıb, TikTok-dakı canlıları izləyib, blogerlərin məsləhətini dinləyib, bunları Vatsap qrupundakı rəfiqələri ilə müzakirə edib, qadın azadlığı ilə bağlı statuslar oxuyub, arada özü də guppuldadıb, qonum-qonşuda tanıdığı qadınların davranışlarını izləyib və axırda belə qərara gəlib ki, heç nə olmaz. Əri edirsə, tək qalıbsa, darıxırsa, ürəyi sevgi istəyirsə, artıq bununla çoxları məşğul olursa, bu niyə etməsin?!...
Qadından danışdıq, gəlin kişidən də danışaq ki, paritet pozulmasın. Axı o "çörəkpuluna" görə ailəsini tərk edən ilk kişi deyil. Xaricdə işlədiyi dövrdə qadınsız keçinməyən də təkcə o deyil. Hamı belə edir. Arvadı qoyur burada, orada başqa birini tapır, qocalanacan işləyib, pul göndərir, qocalıb əldən düşəndə, necə deyərlər, "işə yaramayanda" qayıdıb gəlir birinci arvadın yanına.
Ancaq bu əvvəllər belə idi. İndi dövran dəyişib. Arvadı nəzarətsiz qoydunsa, artıq sənin deyil. Çünki artıq İnternet əsridir, informasiya çoxalıb, qadınların da gözü açılıb. Haqq-hüquq istəyirlər və verilməyəndə özləri alırlar. Çünki seriallar, sosial şəbəkələr, ətraf mühit onları dəyişib. Fikir verirsinizmi, bunlar hamısı bizdən o qədər də asılı olmayan ictimai məsələlərdir. Axındır, seldir, istər-istəməz aparırr.
İllər əvvəl dostların işlədiyi bir qəzet redaksiyasına gedib-gəlir, arabir yazı da verirdim. Bir gün gedib gördüm ki, bərk canlanma var. Başqa qəzetlərin jurnalistləri də gəliblər və qızğın müzakirə gedir. Gənc müxbirlərin birindən "nə məsələdir?" soruşdum. Cavab verdi ki, heç, şəxsi işdir.
Az sonra anladım ki, bir xanım jurnalistin intim videoları yayılıb. Məsələ belədir. Xanım subaydır, ərdə olmayıb. Hakimiyyəti də sərt tənqid edir. Cinsi tələbatını ödəmək üçün qarşı cinsdən olan biriylə bir mənzildə sevişib. Hansısa dairələr də bunu lentə alaraq ictimailəşdiriblər. Hakimiyyətə yaxın media bunu əxlaqsızlıq, müstəqil mətbuat isə "şəxsi həyata müdaxilə" kimi təqdim edir.
Elə o zaman düşündüm. Bu əxlaqsızlıqdır, yoxsa şəxsi həyata müdaxilə? Cavab tapmaq asan deyildi. Bizim cəmiyyətin mental dəyərlərinə, adət-ənənəmizə, görə qızlar və qadınlar filan şey mənim şəxsi işimdir deyib, istədiklərini edə bilməzlər. Bu hamıya, o cümlədən jurnalistlərə də aiddir. Cəmiyyət, ictimaiyyət bunu qəbul etmir. Deməli, hansısa xanım qızın kefinin istədiyi vaxt ürəyi istəyən kişiylə yad mənzildə, yaxud meşədə, kol dibində sevişməsi şəxsi iş olmaqdan çıxır. Bunu etmək üşün elçilik, nişan, toy olmalı, cəmiyyət bu izdivacdan xəbər tutmalıdır. Camaat hətta bu sayaq yaxınlıqdan törəyən uşağı da qəbul etmir, ona "bic" deyir.
Deməli, gənc jurnalist dost çox ciddi ictimai yükü olan hadisəni hansısa, haradansa gəlmə təbliğatın təsiri altında "şəxsi məsələ" adlandırırdı. Bu əlbəttə ki, şəxsi məsələ ola bilməzdi və deyildi.
Burada sadəcə məhz tənqidçi jurnalistin görüntülərinin yayılması, analoji fəaliyyətlə məşğul olan digər xanımcığazlara toxunulmaması doğru deyildi. Yəni əgər cəmiyyətin, digər gənc qızların əxlaqını pozan bu cür hallara, qarşı mübarizə aparılırdısa, o halda bu fəaliyyətlə məşğul olan digər ictimai şəxslər də ifşa edilməliydi.
Nə isə, söhbət bu cür məsələlərin şəxsi olub-olmamasından gedir və bu misalları da o səbəbdən çəkdim.
Ümumiyyətlə, əgər toplum içində, cəmiyyətdə, camaat arasında yaşayırsansa, gecə yatanda çarpayının cırıltısının belə qonşunu narahat edə biləcəyini nəzərə alırsansa, şəxsi məsələ varmı?
Məncə yoxdur. Yediyimiz yeməyə, geyindiyimiz paltara belə ictimai nöqteyi-nəzərdən baxmaq zorundayıq. Nə qədər çox pulun olsa da, balkonunda hər gün kabab bişirib, qonşuları şişirdə, "bu mənim şəxsi işimdir" deyə bilməzsən. Bir gün səni narahat edərlər.
Küçəyə də istədiyin qiyafədə çıxıb, necə istəyirəm elə geyinirəm deyə bilməzsən. Cəmiyyət yenə səni narahat edər və şəxsi heç nə yoxdur deyər...
Oxşar xəbərlər
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 2026 22:40
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
8 fevral 2026 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
7 fevral 2026 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
7 fevral 2026 13:28
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
7 fevral 2026 11:25
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
6 fevral 2026 19:17
- EPŞTEYN sənədləri-ndə Jalə Əliyeva və Ziya Məmmədov FAKTI - FOTOLAR
5 fevral 2026 12:48
Xəbər lenti
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
09 fevral 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
08 fevral 22:24
- Sovet binaları niyə məhz 5 və 9 mərtəbəli tikilib? - gizli səbəb
08 fevral 13:24
- Bu şadlıq evi müəllimini vuran şagirdin ailəsinindir - Atası biznesmen, babası isə...
08 fevral 12:25
- O, Ali Baş Komandanın əmrini gözləmədi
07 fevral 14:12
- Papa dəvət etdi - Şeyx Vatikana gedir
07 fevral 13:28
- Mübariz İbrahimovun doğum günüdür
07 fevral 11:30
- Xidmətə başladıqdan 10 gün sonra ölən əsgər VƏRƏM imiş
07 fevral 11:25
- Atəş açılan müəllim sabiq vəzifəli şəxsin nəvəsi imiş
06 fevral 23:21
- Prezidentin yüksək vəzifəyə təyin etdiyi Vüsal Nəsirli kimdir? - Dosye
06 fevral 21:20
- Saleh Məmmədov AAYDA-nın sədri vəzifəsindən azad edildi
06 fevral 21:06
- Milyonçu oğlu DNK ekspertizasına gəlmədi – İddiaçı -vəkilimi ələ almaq istəyrlər- dedi
06 fevral 19:17
- Prezidentdən bu milli parklarla bağlı - Fərman
06 fevral 19:07
Video & Fotoqalereya
Video
Fotoqalereya
