Oliqarxlar Putindən onun -kəlləsini- istəyirlər: Elvira Nabiullina KİMDİR ?

Qərbin “Polad Elvira” dediyi Mərkəzi Bank rəhbərindən Rusiya prezidentinə şikayət artıb, onun işdən uzaqlaşdırılmasını kimlər və niyə istəyirlər?
Bir müddətdir ki, Rusiya Mərkəzi Bankın rəhbəri Elvira Nabiullina əsas uçot dərəcəsini artırdığına görə yüksək vəzifəli məmurlar və iş adamlarının hədəfinə gəlib. Qərb mediası iddia edir ki, yüksək faiz göstərici baş nazirin və hökumət aparatında narazılığa səbəb olub, Putinə Mərkəzi Bankın rəhbəri ilə bağlı şikayətlərin sayı xeyli artıb. Bu tədbirin əleyhdarları iddia edirlər ki, Nabiullina öz hərəkətləri ilə ölkədəki iqtisadi vəziyyəti xilas etmir, əksinə, məhv edir. Hətta hakimiyyətdaxili intriqalardan qaçan baş nazir Mixail Mişustin belə, Putinə Mərkəzi Bankın rəhbərindən şikayətlər edib, onun siyasətinin hökumətin sanksiyalara məruz qalan iqtisadiyyatı dəstəkləmək səylərinə mane olduğunu söyləyib.
Parlament müxalifəti də Mərkəzi Bankın pul siyasətini daxili iqtisadiyyat üçün zərərli hesab edir və uçot dərəcəsinin kəskin azaldılmasında israrlıdır. Deputatlar öz mövqelərini onunla izah edirlər ki, sahibkarlıq subyektlərinin kredit götürdüyü vəsaitin baha olması mal istehsalını artırmağa imkan vermir və bu da yüksək inflyasiyaya gətirib çıxarır. Putinin ilin yekunlarına dair mətbuat konfransında deyib ki, Mərkəzi Bank ölkədə inflyasiyanın səviyyəsini aşağı salmaq üçün bütün lazımi tədbirləri görür.
Dekabrın 20-də Mərkəzi Bank gözləntilərin əksinə olaraq, 2024-cü ildəki son iclasında əsas faiz dərəcəsini 21% səviyyəsində saxlayıb. Rusiya Bankı öz qərarını pul siyasətinin zəruri sərtliyinə nail olmaqla izah edib.
Elvira Nabiullina TASS-a bildirib ki, iqtisadiyyatda faiz dərəcələrinin yüksək olduğu dövrlərdə Mərkəzi Bankın tənqidi həmişə güclənir. Eyni zamanda, Mərkəzi Bank rəhbərinin sözlərinə görə, tənzimləyici situasiyaya verdiyi qiymət və proqnozlar əsasında qərar qəbul edir.
Putin isə Nabiullinaya və onun Rusiya iqtisadiyyatını xilas etmək üçün etdiyi siyasətə tam güvənir, onun “kəlləsini” istəyənlərə qulaq vermir. İddialara görə, Mərkəzi Bankın rəhbəri bir müddət əvvəl vəzifəsini tərk etmək istəyib, lakin o, Putinin xahişi ilə vəzifəsində qalıb.
Putin Mərkəzi Bankın rəhbərinin “kafasını” qiytmətləndir və bu səbəbdən 2022-ci ildən bu qadının şəxsi təhlükəsizliyini ən yüksək səviyyədə təmin edilməsi tapşırılıb. 2022-ci ilin fevral ayının sonundan gücləndirilib. Bu barədə bir müddət əvvəl “The Economist” nəşri yazıb. Nəşr Rusiya Mərkəzi Bankının rəhbərini “təvazökar davranışı ilə zəka və iddialılığı gizlədən” texnokrat adlandırıb.
“The Economist” Mərkəzi Bank rəhbərinin keçmiş həmkarlarına istinadən iddia edir ki, onu tez-tez “Polad Elvira” adlandırırlar.
ABŞ-ın nüfuzlu “Politico” nəşri qeyd edib ki, məhz Nabiullinanın səyləri sayəsində kollektiv Qərbin Rusiya iqtisadiyyatını əzmək cəhdləri uğursuzluqla nəticələnib. Nəşr yazırdı ki, Mərkəzi Bankın rəhbəri 10 illik fəaliyyəti ərzində “rublu dəfələrlə xilas edən sərt pul siyasəti aparıb”.
Elvira Sakipzadovna Nabiullina 29 oktyabr 1963-cü ildə Başqırdıstanın paytaxtı Ufa şəhərində tatar ailəsində anadan olub. Mərkəzi Bankın gələcək rəhbərinin atası avtobazada sürücü, anası Züleyxa isə zavodda operator işləyib. İddialara görə, məktəbi qızıl medalla qurtarmaq istəyir, tatarlara verilən kvotalara görə(onlara az medal verirmişlər) alınmayıb.
Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra Elvira aspiranturaya daxil olub və kafedranın müəllimi, iki uşaq atası Kuzminovla ailə həyatı qurub. Nabiullina rus liberallarının gələcək “yol göstərən ulduzu” Yevgeni Yasinin aspirantı olmaqla parlaq gələcəyini təmin edib. Yasinlə yaxın münasibət (o cümlədən, ona çox yaxın olan əri vasitəsilə) ona 1991-ci ildə SSRİ Elmi-Sənaye İnsitutunun işçisi olub. 1994-cü ildə Yasin onu özünün yaratdığı Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının Ekspert İnstitutuna apardı, oradan Elvira Yasinin nazir təyin edildiyi Rusiya İqtisadiyyat Nazirliyinə keçdi. 1997-ci ildə nazir müavini oldu, lakin bir il sonrakı defoltdan sonra dövlət qulluğundan qovuldu.
Elvira Sakipzadovnanın “ulduzu”nun parlaması 1999-cu ilin sonlarına təsadüf edir. Bəzi mənbələrə görə, o, himayədarı Yasinin təklifi ilə German Qrefin yaratdığı Strateji Araşdırmalar Mərkəzində onun müavini olub. German Qref iqtisadi inkişaf və ticarət naziri təyin olunanda Nabiullina onun birinci müavini təyin edildi. 2007-ci ildə German Qref “Sberbank” a rəhbər gələndə onun yerinə keçdi. 2012-ci ilin may ayında Vladimir Putin onu köməkçisi təyin etdi. 2013-cü ilin yazında isə Rusiya Mərkəzi Bankına rəhbərlik edir...
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
4 iyul 2025 12:42
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
4 iyul 2025 09:51
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
3 iyul 2025 23:58
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
3 iyul 2025 10:31
- Azərbaycan və Özbəkistan prezidentləri -Sea Breeze- istirahət mərkəzində olublar (FOTO)
2 iyul 2025 21:29
- Polis bundan sonra da Vətənə və xalqa şərəflə xidmət edəcək - Vilayət Eyvazov
3 iyul 2025 13:00
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
- Xankəndidən Şuşaya kanatla gedəcəyik- 13 dəqiqəyə...
03 iyul 21:38
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
03 iyul 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
03 iyul 19:40
- Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?
03 iyul 14:27
- Ərdoğan sabah Xankəndiyə gələcək
03 iyul 14:14
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
03 iyul 13:14
- Prezident bu yolun açılışını ETDİ
03 iyul 11:58
- Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
03 iyul 11:48
- Koroğlu körpüsündə çat yaranıb? - RƏSMİ AÇIQLAMA
03 iyul 11:23
- Bakıda 14-cü mərtəbədən yıxılan qız SAĞ QALDI
03 iyul 10:40
- Azərbaycanla münasibətlərimiz strateji müttəfiqlik xarakteri daşıyır - Rusiya XİN
03 iyul 10:31
- Japarov da Xankəndiyə gəlir
03 iyul 10:18
- Mələkxanım Eyubovanın həyat yoldaşı - FOTO
03 iyul 09:46
- Bir AĞAC bir İLDƏ 22 kq KARBON-CO2 UDUR və....
03 iyul 02:16
- Azərbaycanın deputatı -Özbəkistanın mədəniyyət elçisi- medalı ilə təltif edilib
03 iyul 02:06
- Seyid Əzim Şirvaninin 190 illiyi qeyd olundu – Gənclər Kitabxanasında
03 iyul 01:15
- Azərbaycan güləşçisi Avropa çempionu olub
03 iyul 00:46
- Araz Ağalarov barəsində icraat başladıldı
02 iyul 23:12