Öcalanın müraciəti gözəl müraciətdir, amma real nəticəsi olmayacaq...

“Artıq Öcalan neçə onilliklərdir həbsxanada olduğundan onun hərəkata təsir imkanları azdır. Və hazırda kürd hərəkatının yeni ağası var – bu, Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-nin də mövqeyi bəllidir...”
“ “PKK” lideri Abdullah Öcalanın son müraciətinin əməli təsirini, nəticəsini qiymətləndirmək üçün mütləq baxmaq lazımdır ki, indiki mərhələdə kürd dövləti, kürd vətəni, kürd müstəqilliyi məsələsi nə yerdədir. Hazırda Öcalan 26 ildir ki, İmralı adasında həbsxanadadır, amma bu müddətdə kürd müqaviməti davam edir, genişlənir, yeni əraziləri tutur. Niyə? Çünki arxasında Amerika dayanıb”.
Bunu Moderator.az-a açıqlamasında terrorçu “PKK” lideri Abdullah Öcalanın öz tərəfdarlarına silahı yerə qoyaraq Türkiyəyə inteqrasiya olunmaq çağırışına münasibət bildirərkən politoloq Zərdüşt Əlizadə söyləyib.
“Məgər Öcalanın müraciətindən sonra ABŞ və onun 51-ci ştatı olan İsrail öz niyyətindən əl çəkəcək? Öcalan o dərəcədə nüfuz sahibidir ki, onun bir sözü ilə Amerikanın, İsrailin kəşfiyyatlarının kürd məsələsi ilə bağlı təxribatçı hərəkatlarına son qoyulacaq. Elə deyil. Mən əminəm ki, kürd müqavimət hərəkatında Öcalana hörmət edən, onun sözünə qulaq asanların sayı çox azdır. Bəli, o, azadlıqda olanda, hərəkata əməli şəkildə başçılıq edəndə, əməliyyatlara rəhbərlik edəndə sözü keçirdi. Amma artıq Öcalan neçə onilliklərdir həbsxanada olduğundan onun hərəkata təsir imkanları azdır. Və hazırda kürd hərəkatının yeni ağası var – bu, Amerika Birləşmiş Ştatlarıdır. ABŞ-nin də mövqeyi bəllidir. O istəyir ki, strateji əhəmiyyəti olan Yaxın Şərq bölgəsini itaətdə saxlasın. Bunun üçün isə üçayaqlı bir konstruksiya lazımdır. Həmin qurğunun bir qıçı İsraildir. İsraili artıq Amerika kifayət qədər gücləndirib, möhkəmləndirib, faktiki nüvə silahı da var. Artıq bəzi satqın ərəb və müsəlman dövlətləri onu tanıyır, qəbul edir, onunla əlaqələr qurur, onun işğalçılıq siyasətini qəbul edirlər”, -deyə davamında politoloq bildirib.
“ABŞ xeyli vaxtdır, çalışır ki, dediyimiz qurğunun ikinci qıçı Ermənistan olsun. Ermənistanı Rusiyadan qoparmaq, Amerikanın hərbi bazasına çevirmək, onun vasitəsilə Türkiyə, Gürcüstan, Azərbaycan, İran üzərində nəzarəti həyata keçirmək istəyir. Bu, onun ikinci istəyidir ki, hələlik baş tutmayıb...
Üçüncü layihə də “Böyük Kürdüstan”dır ki, əgər o qurulsa, İsraildən də betər ABŞ-nin nökəri, qulbeçəsi, aləti və forpostu- ön istehkamı olacaq. Deyilən plan nəticəsində Amerika İraqın şimalını qoparıb orada bir kürd muxtariyyəti yaradıb. Hazırda Suriyanın şimal-şərqindəki qruplaşmalarını silahlandırıb təlim keçərək hərbi birləşmələr formalaşdırıb və onların vasitəsilə ölkə ərazisinin təxminən 30 faizini, o cümlədən də neft mədənləri olan ərazilərini ələ keçiriblər. Həmçinin vaxtilə SSRİ-nin tikdiyi Tapka səddini də tutublar. Və amerikanlar həmin ərazilərdə də bir kürd muxtariyyəti yaratmaq istəyir. Buna da, əlbəttə ki, suriyalılar razı deyil. Amma onlara kimdi baxan... ABŞ-nin bu layihəsini puç eləmək üçün Türkiyə və ərəb dövlətləri, heç olmasa, Suriya məsələsində bir olmalıdırlar. Hələlik bu birlik də görünmür. “Ayır-buyur” siyasəti öz işini görür...
Bütün bunları nəzərə alaraq demək olar ki, Öcalanın belə bir müraciət etməsini alqışlayırıq: ağlı başına gəlib, həbsxanada xeyli kitab oxuyub və real vəziyyəti dəyərləndirərək belə nəticəyə gəlib ki, silahlı müqavimətin xeyri yoxdur... Bununla belə, onun müraciəti gözəl müraciət olsa da, real təsiri, nəticəsi yoxdur və olmayacaq. Çünki hazırda kürd müqavimət hərəkatına yanlış şüarlar altında başqa qüvvələr, ilk növbədə ABŞ və İsrail nəzarət edir. Bəli, müəyyən müddətə hansısa qruplaşmalar silahı yerə qoya, atəşkəs elan edə bilər, amma bütövlükdə bu proses dayanmayacaq”,- deyə Zərdüşt Əlizadə diqqətə çatdırıb.
Oxşar xəbərlər
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
7 oktyabr 2025 11:25
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
7 oktyabr 2025 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
7 oktyabr 2025 00:59
- Noutbukunuz PARTLAYA bilər: 90 faiz bu səhvi edir
5 oktyabr 2025 16:02
- Müəllim bir işıqdır…
5 oktyabr 2025 10:39
- Kimlər qazi, kimlər yalnız müharibə veteranıdır? - ARAŞDIRMA
4 oktyabr 2025 23:29
- Allahşükür Paşazadə ABŞ-də - FOTO
4 oktyabr 2025 18:13
- Bakıda 50 qəpiyə limon satır, amma hesabında 1 MİLYONU VAR - VİDEO
4 oktyabr 2025 00:09
- Sakinlər və sürücülər HƏR AN ÖLÜMLƏ ÜZ-ÜZƏ – Bakıxanov yolunda FƏLAKƏT - VİDEO
3 oktyabr 2025 01:04
Xəbər lenti
- Qazaxıstanda pedofillər məcburi axtalanacaq
09 oktyabr 01:38
- Millimiz Fransaya 8-0 məğlub oldu
09 oktyabr 01:29
- Sabah Düşənbədə görüşəcəklər - Peskov
09 oktyabr 01:19
- Hadrutun işğaldan azad olunmasından 5 il ötür
09 oktyabr 00:50
- Prezident qardaş ölkələrə təşəkkür etdi
08 oktyabr 21:42
- Öldürülən şagird polkovnik-leytenantın oğlu imiş (FOTO)
08 oktyabr 21:37
- Prezident qəbul keçirdi - Fotolar
08 oktyabr 13:15
- Dənizkənarı Milli Park Green Flag Award mükafatına layiq görüldü - Fotolar
08 oktyabr 12:43
- Türk liderlərin Qəbələdən dünyaya mesajları
08 oktyabr 10:29
- AYNA yolların xətlənməsinə 45 milyon xərcləyəcək
08 oktyabr 10:17
- Bu gün III MDB Oyunlarının bağlanış mərasimi olacaq
08 oktyabr 10:07
- Coca-Cola qaraciyəri spirtli içkilərdən çox zədələyir
08 oktyabr 02:31
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
08 oktyabr 02:20
- İstanbulda Bəxtiyar Vahabzadənin qorelyefi qoyuldu - Fotolar
08 oktyabr 02:08
- Tovuzda itin dişlədiyi məktəbli Bakıda xəstəxanada öldü
08 oktyabr 01:52
- Doğum nisbətinin ən aşağı və ən yüksək olan ölkələr (SİYAHI)
08 oktyabr 01:43
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
07 oktyabr 17:08
- Füzuli məscidinin təməli qoyuldu
07 oktyabr 15:53
- Fizika üzrə Nobel mükafatı laureatları məlum oldu
07 oktyabr 14:08
- İlham Əliyev Vladimir Putini təbrik etdi
07 oktyabr 14:00
- İlham Əliyev Qəbələdə Qurbanqulu Berdiməhəmmədovla görüşdü
07 oktyabr 12:45
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
07 oktyabr 12:33
- Azərbaycanda niyə rəsmi milyonçuların siyahısı yoxdur?
07 oktyabr 11:25
- Berdiməhəmmədov Qəbələdədir
07 oktyabr 10:17
- Bir yemək 650, şərab 1700 manat - Bakının ən bahalı restoranları
07 oktyabr 10:06
- Leninqradın ADAM ƏTİ YEYƏNLƏRİ - ÇOXU QADINLAR OLUB
07 oktyabr 00:59
- TƏBİB-in xanım işçisi bıçaqlandı
06 oktyabr 23:12
- Bakcell-in meqa lotereyasının qalibi bəlli oldu!
06 oktyabr 22:55
- Hakan Fidan Azərbaycana gəldi
06 oktyabr 21:57
- Oqtay Şirəliyevin övladları: Moskvanın eks-naziri, sabiq bank işçisi (FOTO)
06 oktyabr 15:34
Video & Fotoqalereya
Video
Fotoqalereya