Ölkədə 15 manata satılan təhlükə - ALMAYIN!
Kərə yağı adı ilə aldığımız ərzaq əslində..; qida texnoloqu xəbərdarlıq etdi
Azərbaycanda son illərdə ucuz kərə yağı bolluğu müşahidə olunur. Əsasən “yerli istehsal” adı ilə marketlərdə təqdim edilən bu yağların qiyməti bəzən 15 manata qədər enir. Amma bu qiymət reallıqdan uzaqdır. Əgər 1 kiloqram təmiz kərə yağı istehsal etmək üçün 25-30 litr südə ehtiyac olduğunu və südün hər litrinin 1 manata başa gəldiyini nəzərə alsaq, bu qiymət qeyri-mümkündür. Mütəxəssislər bildirirlər ki, bu cür yağların tərkibi təmiz kərə yağı deyil, ucuz palma yağı ilə “zənginləşdirilmiş” qarışıqdan ibarətdir.

Akif Nəsirli
İqtisadçı Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda “kərə yağı” adı ilə satılan bəzi məhsulların tərkibinə bəzən 40 faizədək palma yağı əlavə olunur. Onun fikrincə, bu məhsullar nə keyfiyyət, nə də qiymət baxımından standartlara cavab vermir: “Əgər bir kiloqram kərə yağı 25-26 manata başa gəlirsə, onu 15 manata satmaq iqtisadi baxımdan mümkünsüzdür. Yeganə yol keyfiyyətsiz və ucuz yağların qarışdırılmasıdır. Palma yağı bu işdə əsas "qəhrəman"dır".
Palma yağı təbii məhsul olsa da, onun insan orqanizminə təsirləri geniş müzakirə mövzusudur. Malayziya və İndoneziya kimi ölkələrdə geniş istifadə olunan bu yağ əsasən qənnadı məmulatlarında, dondurmalarda və fast-food məhsullarında işlədilir. Çünki ucuzdur, tez donur və uzun müddət saxlanıla bilir.
Avropa Qida Təhlükəsizliyi Təşkilatının tədqiqatlarına əsasən, palma yağında kanserogen maddələrə birbaşa rast gəlinmir. Amma bu yağ 200°C-dən yuxarı qızdırıldıqda tərkibində trans yağlar və digər zərərli komponentlər yaranır. Bu isə xərçəng, ürək-damar xəstəlikləri, hormonal pozuntular və uşaq orqanizminə mənfi təsirlər kimi ciddi nəticələr doğura bilər.
Azərbaycan qanunvericiliyinə görə, məhsulun üzərində tərkibi tam və düzgün şəkildə qeyd olunmalıdır. Əgər “kərə yağı” adı ilə satışa çıxarılan məhsulun tərkibində palma və ya digər bitki yağları varsa, bu, qablaşdırmada açıq şəkildə göstərilməlidir. Amma reallıqda bu tələb çox vaxt pozulur. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər də göstərir ki, qablaşdırmada yazılanlarla məhsulun faktiki tərkibi uyğun gəlmir.
Bəzi hallarda isə istehsalçılar “kərə yağı” əvəzinə “yağ məhsulu”, “marqarin”, “süd tərkibli yağ” kimi qeyri-müəyyən ifadələrdən istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar. Belə məhsullarda palma yağı, hidrogenləşdirilmiş bitki yağları və emal olunmuş süd tozları əsas komponentlər olur.
Ekspertlər bildirir ki, əgər bir məhsul bazar qiymətindən xeyli aşağı təklif olunursa, alıcılar diqqətli olmalıdırlar. Qiymət əsas göstəricilərdən biridir. 15 manata satılan “kərə yağı”nın təmiz və təbii olacağına inanmaq sadəlövhlük olardı. Həkim-diyetoloqlar isə xəbərdarlıq edirlər: bu cür yağların uzunmüddətli istifadəsi xüsusilə uşaqlar və yaşlılar üçün ciddi risklər yaradır. Təzyiqin yüksəlməsi, damarların tutulması, qaraciyərin zədələnməsi kimi fəsadlar müşahidə oluna bilər.
Qida Təhlükəsizliyi Agentliyi zaman-zaman reydlər keçirsə də, bu cür məhsulların açıq-aşkar satışda olması nəzarət mexanizmlərinin yetərsizliyindən xəbər verir. Mütəxəssislər AQTA-nın bu sahədə daha geniş və ictimaiyyətə açıq monitorinqlər aparmalı olduğunu bildirirlər. Elə bu gün marketlərə baş çəksək, “15 manata kərə yağı”nın çoxsaylı çeşidlərini rahatlıqla tapmaq mümkündür.

Asim Vəliyev
Qida texnoloqu Asim Vəliyev “Yeni Müsavat”a açıqlamasında bildirib ki, normal kərə yağında yağlılıq 82,05 faiz olmalıdır, əgər ondan aşağıdırsa, deməli, qatqı var: “Ucuz satılan kərə yağlarının tərkibi qarışıq olur. Məsələn, tərkibə bitki yağları - palma və ya soya yağları əlavə olunur. Lakin görünüş baxımından eynidir, vizual olaraq belə yağları əsl kərə yağlarından fərqləndirmək olmur. Yalnız laboratoriya nəticələri əsasında daha dəqiq bilmək olar ki, tərkibində bitki yağı neçə faizdir.
Yağa əsl kərə yağının dadını vermək üçün aromatlaşdırıcılardan, parçalanmamaq üçün qatqı maddələrdən- emuliqatorlardan, rəf ömrünü uzatmaq üçün stabilizatordan, rəngləndiricilərdən istifadə olunur. Ona görə də insanlar ucuz kərə yağları alarkən bunu nəzərə almalıdırlar".
Ekspertin sözlərinə görə, bəzən istehsalçılar qida hiyləsindən də istifadə edirlər. Onun sözlərinə görə, yağın tərkibindəki maddələriin adını üzərində çox kiçik hərflərlə yazırlar: “Bizdə isə onun tərkibini detallı oxumaq kimi bir vərdiş yoxdur. Əsasən istehsal və son istifadə tarixinə baxırıq. Çox az alıcı yağın tərkibini araşdırır, hansısa kodla yazılan qatqı maddəsinin insana yan təsirləri ilə bağlı maraqlanır. Çox vaxt biz bu kimi incəliklərə diqqət etmirik və qida hiylələrinə düşürük. İstehsalçı seçimi alıcıya buraxmalıdır, yağın tərkibində olanları açıq şəkildə üzərində göstərməlidir. Qanun da bunu tələb edir. Qoy alıcı qərar versin ki, tərkibində bitki yağları olan yağ almaq istəyir, yoxsa bahalı kərə yağı. Əks halda, alıcını aldadıb, kərə yağı adı ilə fərqli tərkibli yağları satırlar.
Qida istehsalında əsas məsələ təhlükəsizlik göstəriciləridir. Məhsul minimum təhlükəsizlik normativləri ilə istehsal olunmalıdır. İstənilən təbii qida emal prosesinə girən zaman öz qida dəyərini itirir. İstehsalçılar qida dəyərini geri qaytarmaq üçün müxtəlif qatqılar əlavə edirlər. Əsas məsələ bunların etiketdə qeyd edilməsidir. Belə olan halda seçim alıcının olur".
Bəs palma yağları təhlükəlidirmi? Ekspert buna da aydınlıq gətirib: “Palma yağı təbii şəkildə zərərsiz və hətta faydalı yağdır. Tərkibində vitaminlər var. Lakin biz palma yağını təbii şəkildə qəbul etmirik. Mütləq şəkildə emal prosesinə daxil edirik və müəyyən temperaturda qızdırırıq. Nəticədə palma yağının tərkibində kanserogen maddələr əmələ gəlir. Onlar isə istifadə etdiyimiz yağların tərkibində birbaşa bizim orqanizmimizə daxil olur. Orqanizmimiz zəifləyən kimi bu maddələr öz sözünü deyir və yan xəstəlikləri yaradır”.
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 2025 12:31
- İcra başçısına 15 TON ARPA satdım, PULUNU VERMİR..)))
14 noyabr 2025 12:48
- Zakir Qaralova məxsus şirkətlərin vergi borcu - 5 MİLYON
11 noyabr 2025 20:48
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
5 noyabr 2025 12:51
- Məktəb direktorunun QIZI şikayət etdi və ATASININ 100 min manatlıq yeyintisi üzə çıxdı
1 noyabr 2025 20:30
- Fəzail Ağamalının gizlətdiyi OĞLU üzə çıxdı – BU ÖLKƏDƏ YAŞAYIRMIŞ
28 oktyabr 2025 13:03
- Mehdiyevin xanımı dövlətə olan borcunu niyə ödəmir?
23 oktyabr 2025 22:02
- İqbal Məmmədovun MİLYONLARLA VERGİ BORCU VAR
23 oktyabr 2025 15:01
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 2025 01:27
- Şərqin Marksı - O, niyə Allahın tarixi prosesə müdaxiləsini qəbul etmirdi?
14 oktyabr 2025 15:08
- Trampın Ukrayna ilə bağlı 28 bəndlik SÜLH PLANI: Bənd-Bənd
21 noyabr 01:09
- Professor Məhəmməd İmanlı Ramiz Mehdiyevə sensasion məktub yazdı: Qızınız Kama xanım mənə… VİDEO
20 noyabr 19:51
- Mehdiyevin ətrafından olan hər kəsin vəkili redaksiyamıza məktub yazdı - Şaiq bəyin =dolu portfeli=
20 noyabr 17:20
- Qarakənd faciəsindən 34 il ötür
20 noyabr 17:02
- Ağdamın işğaldan azad edilməsindən 5 il ötür
20 noyabr 16:54
- Gəncədə dəfn edilən 19 ispan pilot Azərbaycana niyə gəlmişdi? (VİDEO)
20 noyabr 16:24
- Prezidentdən Ağdamla bağlı paylaşım (VİDEO)
20 noyabr 15:28
- Prezident ailəsi kitab təqdimatında - Fotolar
19 noyabr 14:25
- Xalq artisti vəfat etdi
19 noyabr 14:14
- Pensiya alanların nəzərinə: Yanvardan artım belə hesablanacaq (VİDEO)
19 noyabr 14:03
- Prezident onları təbrik etdi - Yenilənib
18 noyabr 11:22
- Asiya İnkişaf Bankının prezidenti VEYSƏLOĞLU-nun Məhəmmədi Logistika Mərkəzi ilə tanış oldu (FOTO)
18 noyabr 10:42
- Zaur Mirzəyev azadlığa çıxdı
17 noyabr 22:31
- Əhməd Oruc insult keçirdi - Vəziyyəti ağırdır
17 noyabr 19:25
- Prezident Milli Dirçəliş Günü ilə bağlı paylaşım etdi
17 noyabr 11:45
- Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir
17 noyabr 00:38
- Milli Qəhrəmanın qızının toyu oldu - VİDEO
17 noyabr 00:18
- Prezidentin səfəri başa çatdı - Fotolar
16 noyabr 23:59
- İlham Əliyev liderlərin iclasında (YENİLƏNİR)
16 noyabr 11:08
- Kaş boşanmış olardım - Şəhid xanımı Gülüstan Əliyeva
16 noyabr 10:59
- Polad Həşimovun qızı: Paraddakı hərbçilərin arasında atamı da görürdüm...
16 noyabr 10:49
- Sadəcə sənin adın var könlümdə... - Günün mahnısı
16 noyabr 01:28
- Ukrayna və Rusiya razılığa gəldi
16 noyabr 00:49
- İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
15 noyabr 22:51
- İlqar Hacıyev də Baş Prokurorluğa çağırıldı
15 noyabr 21:58
- Tanınmış jurnalistlər Özbəkistanda səfir və rektorla görüşdü (FOTO)
15 noyabr 16:15
- Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü oldu
15 noyabr 16:05
- LEŞ TOFİQ-lər hərəkətə keçdi: Bizə eşşək əti yedizdirənlər niyə azadlıqda?
15 noyabr 12:31
- Qətllərdən sonra 30 il gizlənə bilmişdi - Saxta pasport onu ələ verdi...
15 noyabr 11:53
- İlham Əliyev Mahmud Abbası təbrik etdi
15 noyabr 11:42
