6 medalı olan qazinin əlilliyi niyə kəsilib? - Fotolar

“Səhhətim və psixoloji vəziyyətim ağır olduğu halda, mənə əmək qabiliyyətli şəxs kimi yanaşılır. İki ildir əlilliklə bağlı aldığım müavinət dayandırılıb. Sosial təminatımın dayandırılması ailəmin maddi və mənəvi durumuma ciddi zərbə vurur”.
Bu şikayətlə “Qafqazinfo”ya qazi, Neftçala rayonu, Aşağı Surra kənd sakini Ələmov Əliabbas Şəmsəddin oğlu müraciət edib.
28 yaşlı vətəndaş 2020-ci ilin sentyabrından hərbi təlimlərə cəlb olunaraq Beyləqanda yerləşən “N” saylı hərbi hissədə xidmətə başladığını bildirib: “27 sentyabr tarixində başlayan 44 günlük Vətən müharibəsində ön cəbhədə iştirak etmişəm. Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı düşmənin atdığı 120 mm-lik artilleriya mərmisi nəticəsində ağır yaralanmışam. Yaralandıqdan sonra Füzuli, Beyləqan və Biləsuvar rayon Mərkəzi Xəstəxanalarında müalicə almışam. Təxminən 1 aya yaxın müddətdə yerimə qabiliyyətim olmayıb. Vəziyyətimin ağırlaşması səbəbindən “Papanin hospitalı”na köçürülmüşəm”.
Üç uşaq atası olan qazinin sözlərinə görə, müharibədən sonra səhhətində ciddi psixoloji pozuntular – şəxsiyyət pozuntusu, depressiv tutmalar və qıcolmalar yaranıb: “Bu səbəbdən psixi sağlamlıq mərkəzlərinə müraciət edərək müalicə almışam. Səhhətimdə heç bir yaxşılaşma olmadığı üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etdim və 2023-cü ilin 18 iyun tarixində 2 il müddətinə III dərəcəli əlillik təyin olundu. Lakin əlilliyin müddəti bitdikdən sonra bu il iyunun 30-da keçirilmiş təkrar əyani müayinədən sonra əlilliyim dayandırıldı. Dəfələrlə müxtəlif qurumlara müraciət etsəm də, şikayətlərimə ciddi yanaşılmayıb, problemin həlli istiqamətində heç bir tədbir görülməyib. Halbuki bu gün də dərman preparatlarını mütəmadi şəkildə qəbul edirəm.
Əlillik müddətində və ondan sonra dəfələrlə gecə saatlarında ev şəraitində halım pisləşib, qıcolma, nəfəs darlığı və depressiv tutmalar səbəbilə Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Şöbəsinə yerləşdirilmişəm. Bu hallar səhhətimin hələ də normallaşmadığını və əmək qabiliyyətli kimi qiymətləndirilməyimin əsassız olduğunu sübut edir”.
Əliabbas hazırda heç bir yerdən gəliri olmadığını, mövcud maddi və sosial vəziyyətin ailəsi üçün son dərəcə ağır olduğunu dilə gətirir: “Bu şəraitdə əmək qabiliyyətli hesab olunmağım mənim üçün həm psixoloji, həm də fiziki baxımdan dözülməzdir. 3 azyaşlı övladım var və onların maddi təminatı mənim üzərimdədir. Hazırda həyat yoldaşım və üç azyaşlı övladımla birlikdə atamın evində, valideynlərim və əqli qüsurlu bacımla birlikdə yaşayırıq. Şəxsi evim, torpaq sahəm və təsərrüfatım yoxdur. Həyat yoldaşım xadimə kimi çalışır və aylıq 350 manat əməkhaqqı alır. Ödəməli olduğum kredit borcu təxminən 15 min manat təşkil edir”.
Məsələ ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyinə müraciət etdik. Agentliyin İctimaiyyətlə əlaqələr və daxili kommunikasiya şöbəsinin müdiri Tural Qurbanov sorğumuzla bağlı açıqlama verib: “Neftçala rayon sakini, 1997-ci il təvəllüdlü Ələmov Əliabbas Şəmsəddin oğlu ilə bağlı tibb müəssisəsi tərəfindən rəsmiləşdirilən göndəriş (forma-88) əsasında ötən ay Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində onun əyani müayinəsi aparılıb.
Səhiyyə Nazirliyinin və Agentliyin həkim-ekspertlərinin birgə müayinəsi zamanı Ə.Ələmovun sağlamlığında əlillik əlamətinin olmadığı müəyyən edildiyindən ona əlillik təyin edilməyib”.
Qazinin maddi vəziyyətinə dəstək məqsədilə mümkün ola biləcək proqramlar haqda sualı isə nazirlik belə cavablayıb: “Nazirlik tərəfindən Əliabbas Ələmova məşğulluq məsələsində dəstək göstərilib. 2021-ci ildə onun üçün özünəməşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı yaradılıb”.
Qeyd edək ki, Ə.Ələmov müharibədə göstərdiyi şücaətə görə “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Lamiyə Məmmədova



- Güləşçimiz dünya çempionatında finala yüksəldi
21 avqust 2025 00:25
- Prezident və birinci xanım Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu FOTOLAR
20 avqust 2025 21:44
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 2025 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 2025 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 2025 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 2025 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 2025 00:55
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 2025 15:32
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 2025 00:34
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 2025 22:03
- Britaniyanın Azərbaycandakı səfirindən SENSASİON MÜSAHİBƏ
21 avqust 01:05
- Fransanın Bakıya göndərdiyi səfir barədə YENİ detallar
21 avqust 00:38
- Güləşçimiz dünya çempionatında finala yüksəldi
21 avqust 00:25
- Adəm Məmmədovun vəkilliyinə XİTAM verildi - Yenilənib
20 avqust 22:11
- Prezident və birinci xanım Gəncə stadionunda tikinti işlərinin gedişi ilə tanış oldu FOTOLAR
20 avqust 21:39
- Çin və Hindistan RAZILIĞA GƏLDİ
20 avqust 08:39
- Uzunömürlülüyün sirri: Alimlərin müəyyən etdiyi 5 əsas amil
20 avqust 08:26
- Qiyam günü əlləri əsənlər – 3 gündən sonra insanları qıranda kipriklərini də qırpmayacaqdılar
20 avqust 01:52
- Pezeşkian İrəvandan Minskə getdi
20 avqust 01:15
- NAR nüfuzlu Stevie mükafatına layiq görüldü
20 avqust 00:55
- Fransa Azərbaycana yeni səfir təyin etdi
19 avqust 23:37
- Şair Məmməd İsmayıl vəfat etdi
19 avqust 22:14
- Şəmkirdən Britaniyaya uzanan yol - Azərbaycanlı gəncin uğur hekayəsi
19 avqust 15:32
- Sarayda böyüdü, amma ucuz mağazalardan geyinir - 600 illik ənənəni dəyişəcək ŞAHZADƏ
19 avqust 14:38
- Prezident The Goldman Sachs Group Inc şirkətinin qlobal məsələlər üzrə prezidentini qəbul etdi (FOTO)
19 avqust 12:01
- AZAL-ın qəhrəman bələdçisi uzun müddət sonra görüntüləndi - FOTO
19 avqust 10:43
- Putin Zelenski ilə görüşə hazır olduğunu bildirib
19 avqust 10:06
- Putin-Zelenski görüşünə hazırlıq başladı: Harda olacaq və tələblər nədir?
19 avqust 09:41
- İran prezidenti İrəvanda Göy Məscidi ziyarət etdi, namaz qıldı
19 avqust 00:34
- Donald Tramp Vaşinqtonda Avropa liderləri ilə görüş keçirir (FOTO)
18 avqust 23:47
- Trampla Zelenski Ağ Evdə görüşdü (YENİLƏNİB)
18 avqust 22:25
- Vətəndə vətənsizlik harayı: Evsiz-eşiksiz qalmışıq, nə edəcəyimizi bilmirik!
18 avqust 21:38
- Pezeşkian İrəvandadır - Foto
18 avqust 16:34
- Prezident İlham Əliyev İsrailin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul etdi
18 avqust 16:15
- Ən böyük QIZIL ehtiyatı olan 10 ÖLKƏ - SİYAHI
18 avqust 12:22
- Azərbaycanın bütün bölgələrində və Bakıda QOYUN və KEÇİ-lər AZALIB
18 avqust 11:30
- 100 il əvvəl ORTA ÖMÜR 50 İL, indi 70 İL, bəs 100 il sonra ?
18 avqust 10:16
- Yeməklərə qonan milçəklərdən bezmisiniz? - ən sadə üsul, həşəratlar birdəfəlik QAÇACAQ
18 avqust 09:58
- Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən ərəblər saxlanıldı
18 avqust 09:43
- Azərbaycan illər sonra həmin müsabiqəyə qayıdır
18 avqust 09:30