Nərminlə Narinin taleyində oxşarlıq: Hər ikisinin anası... - ŞOK DETAL

Birbaşa sənəd və mənbələri oxumayanda hadisəyə münasibət bildirmək çətin olur. Amma istər Tovuzun Dondar Quşçu kəndində azyaşlı Nərminin ölümü ilə bağlı hadisədə, istərsə də Türkiyədəki azyaşlı Narinlə bağlı hadisədə oxşarlıq var. Təəssüf ki, Azərbaycanda istintaq qrupu Nərminlə bağlı hadisədə mümkün halları araşdırmadı. Türkiyədə isə peşəkarlıqla yanaşdılar, foksu Narinin yaxınlarına qarşı çevirdilər.
Bu sözləri Teleqraf.com-a açıqlamasında yazıçı Qan Turalı deyib.
"Lakin Nərminin yaxınları televiziyada şou göstərdilər və onlarla bağlı ehtimallar araşdırılmadı, istintaqı şüurlu şəkildə azdırmağa çalışdılar. Narin olayında da ailə ilk vaxtlarda istintaq orqanları ilə əməkdaşlıq etmirdi. Narinlə bağlı ekspertizanın ilkin nəticələri açıqlandı, məlum oldu ki, qızcığaz 15 gün suda qalıb, ayağında qırıq var, boğulma əlamətləri qeydə alınıb. Bu cür cinayətlər əksər hallarda yaxın çevrədəkilər tərəfindən törədilir. Cinayətin çəmbərini daraldanda ən azı ailənin xəbərdar olduğu bəlli idi. Variantlar da son nəticədə gətirib ona çıxardı ki, valideynləri dünən saxlanıldıqları üçün onun dəfn mərasimində iştirak edə bilmədilər. Hər bir halda son dərəcədə dəhşətli haldır", - deyə qeyd edib.
Qan Turalının fikrincə, Türkiyədə hər hansı hadisə olanda gec aşkarlananda, hüquq-mühafizə orqanları ləng fəaliyyət göstərirsə, ya o məsələnin arxasında təriqətlər var, ya da siyasi məsələlər dayanır: "Təəssüf ki, neqativ meyllər hələ də qalmaqdadır. Narinin anası da eynilə Nərminin anası kimi istintaqı azdırmağa çalışırdı, deyirdi oğurlayıblar. Nərminin anası da deyirdi sarı taksi ilə aparıblar. Polis araşdırması nəticəsində kamera görüntüləri ilə aydınlaşdı ki, nəinki sarı rəngdə, ümumiyyətlə hadisə yerindən taksi keçməyib. Görürsünüzmü, bu və ya digər məsələlər bir-birinə necə bənzəyir. Ailə istintaqı azdırmağa çalışır, amma gərək istintaq yolundan azmaya. Tam səmimi deyim ki, Türkiyədə də ictimaiyyət, mətbuat bu məsələnin üstündə durmasaydı, asanlıqla bunun üstündən keçərdilər".
Onun sözlərinə görə, uşaqlar barədə bu qədər çağırışlar edilsə də, əfsuslar olsun ki, onlara qarşı törədilən bu cinayətlər dayanmır, əksinə artır: "Ən pisi də odur ki, bu iyrənc hadisələr uşaqları birbaşa qorumaq konstitusion vəzifəsi olan valideynlər və ya yaxınlar tərəfindən törədilir. O qədər dəhşətli hadisədir ki, bir insanın xarakteri üzə çıxır, insan öz övladına qarşı bu qədər amansız davrana, digərləri də buna qarşı susqunluq nümayiş etdirə bilərmi?.. Dünən televiziyada baxdım, məsciddəki imam xütbə zamanı bildirib ki, həm cinayəti törətmək, həm də bilib gizlətmək böyük günahdır. Çox təəssüf ki, özlərini dindar hesab edən, 8 yaşlı uşağını Quran kursuna göndərən ailələr bu cür amansız şeylər edirlər. Quran bir insanı öldürməyi bütün bəşəriyyəti öldürməyə bərabər sayır. Onlar Qurandan da, o əxlaqdan da bir şey başa düşməyiblər".
Xatırladaq ki, Türkiyənin Diyarbəkir şəhərində 19 gündür itkin düşən 8 yaşlı Narin Güranın meyiti dünən Tavşantəpə kəndi ərazisində tapılıb, bu gün dəfn edilib.
Qeyd edək ki, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci ilin yanvarın 6-da kənd ərazisində aşkar edilib.
- Azərbaycanlı kəşfiyyatçı Ukraynada həlak oldu (FOTO)
14 oktyabr 2025 15:19
- Azərbaycanda 16 yaşlı qız ana oldu - ATA TAPILMIR
12 oktyabr 2025 13:26
- 36 min ödəmişəm, anamı da xəstəxanada öldürüblər - Video
8 oktyabr 2025 02:20
- Sensasiya: Putinin Kabayevadan iki oğlu var, soyadları başqa cürdür
7 oktyabr 2025 17:08
- Bakıda parkda söyüş söyən vəzifəli şəxs həbs edildi
7 oktyabr 2025 12:33
- Narkoloji Mərkəzin direktoru NARKOMANLARDAN RÜŞVƏT ALIB - 10 il həbs
1 oktyabr 2025 13:22
- İlham babanı görmək ən böyük arzum idi, alnımdan öpdü, dedi ki... FOTO
30 sentyabr 2025 01:26
- Sabiq nazirdən SENSASİON YAZI - Neçə-neçə vəzifəli şəxsin...
29 sentyabr 2025 01:13
- Toyundan cəmi üç ay sonra şəhid oldu. Övladını görmədi (VİDEO)
28 sentyabr 2025 14:59
- Prezidentin əlindən tutduğu Nilay kimdir ? (FOTO)
27 sentyabr 2025 20:15
- On ilimi onunla keçirmişəm, silmək mümkün deyil
22 oktyabr 01:41
- Ramiz Mehdiyevin pensiyası hansı halda kəsilə bilər?
22 oktyabr 01:27
- Prezident İlham Əliyevin Qazaxıstana dövlət səfəri başa çatdı
22 oktyabr 00:07
- Ramiz Mehdiyevin Kiyevdə DONUZ ferması və Elmira Axundovanın əlinə KİM və NƏ VERİB ?
21 oktyabr 14:05
- Prezidentlər təkbətək görüşdü - Fotolar
21 oktyabr 13:45
- Qızımın çoxlu qızılları və şəxsi əşyaları oğurlanıb - İsa Həbibbəyli
21 oktyabr 13:00
- Feyxoanın 10 faydası
21 oktyabr 12:42
- Azərbaycana qayıtmaq niyyətim yoxdur - Rəsul Quliyev
21 oktyabr 11:19
- Yazıçı Kəramət Böyükçöl və İlqar Məmmədov arasında qırğın - ÖLÜ -DİRİ SÖHBƏTİ DÜŞDÜ...
21 oktyabr 01:54
- Brejnev-Ford görüşü – imzalanan mühüm saziş, xəz papaq və kürk mübadiləsi
20 oktyabr 22:55
- NAR Çoox Şanslı lotereyasına start verdi
20 oktyabr 22:06
- İlham Əliyevin Qazaxıstana səfəri başladı (FOTO)
20 oktyabr 16:44
- Çar 2-ci Nikolayı güllələmiş sabiq çekistin məxfi səs yazısı- Şahzadə Alekseyə 11 güllə vurduq, ölmürdü (AUDİO)
20 oktyabr 16:32
- Ramiz Mehdiyevin SENSASİON SƏS yazısı - AUDİO
20 oktyabr 13:35
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
20 oktyabr 12:59
- Ramiz Mehdiyev biznes şəbəkəsini genişləndirmək üçün yaxın adamını necə səfir göndərib? — SENSASİON Faktlar
20 oktyabr 11:52
- Mənə Mehdiyev haqda bunu dedilər: elə bildim zarafatdır – Sərdar Cəlaloğlu
20 oktyabr 09:51
- ABORT edirsənsə, təkcə qadının deyil, kişinin də söz haqqı olmalıdır
20 oktyabr 09:05
- Bu gün Zəngilan Şəhər Günüdür
20 oktyabr 02:36
- İlham Əliyev Zəngilanın işğaldan azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib VİDEO
20 oktyabr 01:59
- Müəllimlikdən prezidentliyə - Tufan Erhürman kimdir?
20 oktyabr 01:47
- Şimali Kiprin yeni prezidenti o oldu
19 oktyabr 23:13
- İlkin nəticələr açıqlandı - Ersin Tatar uduzur
19 oktyabr 21:23
- Zahid Oruc ittihamlara belə cavab verdi
19 oktyabr 21:17
- Kimin qarın ağrısı varsa, adımı hallandırır - Elmar Məmmədyarov
19 oktyabr 21:07
- Abbas Abbasovun Moskvadakı planı necə İFŞA EDİLDİ? - Mehdiyev işində daha bir SENSASİYA
19 oktyabr 08:15
- Əli Həsənov həbs edilə bilər – Fövqəladə iclas
19 oktyabr 00:22
- Bu kəndlərin adları dəyişdiriləcək - SƏBƏBLƏR
18 oktyabr 22:34
- Ramiz Mehdiyev Təhlükəzlik Şurasının üzvlüyündən azad edildi
18 oktyabr 20:42
- İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul etdi
18 oktyabr 20:27