Zoya üçün ağır qisas - Nasistlərin qəddar edamının bədəli bir diviziyanın məhvi olub
Zoya Kosmodemyanskaya II dünya müharibəsi illərində Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən ilk qadın olub. Bir çox tarixçilər onun haqqında müxtəlif fikirlər səsləndirsələr də, nasistlərə qarşı mübarizə aparan gənc bütün təhqir və əziyyətlərə baxamayaraq kəşfiyyatçıları satmayıb, Almaniya ordusuna qarşı vuruşan insanların qəhrəmanlıq simvoluna çevrilir.
Beş min diversantdan biri
30 oktyabr 1941-ci ildən Zoya Kuntsevo şəhərində yerləşən xüsusi məktəbdə oxuyub və beş min diversantdan biri olub. Kəşfiyyat-diversiya məktəbinə daxil olarkən bütün çağırışçılara xəbərdarlıq edilib ki, onların 95%-i öldürüləcək, əsir düşənlər isə işgəncədən ağrılı şəkildə öləcəklər. Yəni, qrupun bütün üzvləri tapşırığın ölümcül təhlükəsini anlayıblar. Təlimini başa vurduqdan sonra o, minlərlə digər gənc kimi nasistlərin nəzarətində olan şəhər və kəndlərə göndərilib və orada diversiya aktları təşkil edib.
![]()
20 noyabr 1941-ci ildə Boris Kraynovun dəstəsi 197-ci Vermaxt piyada diviziyasının 332-ci alayının qərargahının və sovet qoşunlarının radio hərəkətini izləyən radio-kəşfiyyat bölməsinin yerləşdiyi Petrişevo kəndində almanlara hücum etmək tapşırığını alıb. Noyabrın 28-nə keçən gecə Zoya Kosmodemyanskaya nasistlərin gecələdiyi dörd evi yandırıb.
Əsgərlər kəndi gəzərkən o, atların olduğu tövləyə gedib və onu da yandırmaq istəyib. Orada Zoyanı kənd sakini Sviridov görüb. Kəndli Zoyanın yerini almanlara deyib, nəticədə gənc qız əsir düşüb.
Qəddar işgəncə və edam
Əslində almanlar gənc qızın diversant olduğuna tam əmin olmayıblar. Lakin digər əsir düşən və Zoya ilə birgə təlimlərdə iştirak edən Vasili Klubkovun ifadəsi vəziyyəti dəyişib. O, Zoyanın diversant olduğunu etiraf edib. Almaniyanın 197-ci diviziyasının 332-ci motoatıcı alayının 10-cu bölüyünün sovet ordusuna əsir düşən unter-zabiti (serjantı) Karl Beyerleynin ifadəsinə görə, dindirmə zamanı qız susub və dostlarını satmayıb. Buna əsəbiləşən polkovnik-leytenant Ryuderer onu soyundurub və əsgər kəmərləri ilə döyülməsi barədə göstəriş verib.
![]()
Zoyaya 200 zərbə vurulsa da, bir kəlmə danışmayıb. Daha sonra nasist zabiti onu alt paltarında 4 saat ərzində kənddə ayaqyalın gəzdirib və şaxtalı havada soyuq zirzəmiyə salıb. Səhəri gün qızı kənd meydanına aparıb asıblar. Kənd sakinlərinin xatirələrinə görə, ölməzdən əvvəl qız almanlara müraciət edib: “Mən tək deyiləm. 200 milyonumuz var, onların hamısından üstün ola bilməzsiz. Mənim qisasım alınacaq”.
1941-ci ilin dekabrında sovet ordusu almanları Moskvadan və şəhər yaxınlığındakı kəndlərdən kənarlaşdıra bilib. 12 yanvar 1942-ci ildə qırmızı ordunun 108-ci piyada diviziyasının əsgərləri Petrişevo kəndinə daxil olublar, lakin Zoya Kosmodemyanskayanın hekayəsi, demək olar ki, təsadüfən məlum olub.
![]()
Puşkino kəndində “Pravda” qəzetinin hərbi müxbiri Pyotr Lidov edamın şahidi olan qoca ilə söhbət edib. Qızın cəsarəti onu sevindirib və Lidov bütün təfərrüatları öyrənmək üçün Petrişevoya gedib. Müxbirin məqaləsi 1942-ci il yanvarın 27-də dərc olunub və Zoya Kosmodemyanskaya haqqında bütün ölkə xəbər tutub.
Qisas üçün ov
18 yaşlı qız nasistlərə qarşı qisas simvoluna çevrilib. Əsgərlər bombalara və tankların üzərinə “Zoya üçün!” yazmağa başlayıblar. Sovet kəşfiyyatı müəyyən edib ki, edam 197-ci piyada diviziyasının, yəni polkovnik-leytenant Lüdviq Ryudererin komandiri olduğu 332-ci piyada alayının əsgər və zabitləri tərəfindən həyata keçirilib. Rəvayətə görə, İosif Stalinin qeyri-rəsmi əmri qoşunlara göndərilib: “Bu diviziyadan əsir götürməyin”.
Belə bir əmrin həqiqətən olub-olmadığı bilinmir, lakin 197-ci diviziyanın əsgərləri üçün əsl ov başlayıb. Qırmızı ordunun əsgərləri bu bölmənin qarşılarında olduğunu biləndə ikiqat güclə döyüşüblər. Diviziya 1943-cü ildə Smolensk yaxınlığındakı payız döyüşlərində tamamilə dağıdılıb. Əsir götürülən almanlar edamın birbaşa iştirakçılarından yalnız bir neçə nəfərin sağ qaldığını bildiriblər.
![]()
Potapovo kəndində 197-ci diviziyanın öldürülən zabitlərindən birinin əşyaları arasında Kosmodemyanskayanın edamını əks etdirən beş fotoşəkil tapılıb. Diviziyanın az hissəsi 1944-cü ilin yayında “Baqration” hücum əməliyyatı zamanı məhv edilib. Karl Beyerleyn ifadəsinə görə, 1945-ci ildə dindirməyə rəhbərlik edən Ryuderer müttəfiqlərə təslim olub. O, müharibədən sonra Qərbi Almaniyada yaşayıb.
Zoyanı satan Vasili Klubkova gəlincə isə o, almanlar tərəfindən əməkdaşlığa cəlb edilib. Daha sonra müəyyən tapşırıqlar verilərək qərb cəbhəsinə göndərilib. O, əsirlikdən qaçdığını sovet əsgərlərinə desə də, Zoya haqqında sualı cavabsız qoyub. Müəyyən müddətdən sonra onun almanlara işlədiyi məlum olub. Nəticədə, 1942-ci ilin aprelində Vasili Klubkov qərb cəbhəsinin hərbi tribunalı tərəfindən güllələnib.
İlkin Nəcəf
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 2026 21:04
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 2026 20:00
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
11 fevral 2026 13:56
- Fevralın 9 və 10-u bayramdır
9 fevral 2026 11:08
- Qarabağ qazisi vəfat etdi
9 fevral 2026 10:47
- Çay içməyə vaxtım yoxdur - Zelenski
9 fevral 2026 00:08
- Fransız rahib 17-ci əsrdə Səfəvilər haqda nələr yazıb?
8 fevral 2026 22:24
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
- Fevralın 9 və 10-u bayramdır
09 fevral 11:08
- AHİK-in yaradılmasının 33 illiyi qeyd olundu - Fotolar
09 fevral 10:56
- Qarabağ qazisi vəfat etdi
09 fevral 10:47
