Sabiq müdafiə naziri: - Hərbi çağırış həddini nəinki 30 yaşa, 27 YAŞA ENDİRMƏK lazımdır
Hadisə15 dekabr 2024 00:55
“Dəyərli hərbi ekspert Üzeyir Cəfərovun da bu mövzuda açıqlamasıyla tanış oldum və çox xoşuma gəldi ki, o da çağırış müddətinin yuxarı həddinin heç olmas 28 yaşa endirilməsini təklif edir...”
“Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı?..”
Xəbər verdiyimiz kimi, Azərbaycanda hərbi xidmətə çağırış müddətinin yuxarı həddi 35 yaşdan 30 yaşa endirilməsi ehtimalı var. Bu, Milli Məclisin müzakirəsinə təqdim edilən “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Hazırda qüvvədə olan qanunvericiliyə görə, hərbi çağırışçılar müddətli həqiqi hərbi xidmət keçməmiş 18 yaşından 35 yaşınadək olan kişi cinsli vətəndaşlardır. Qanuna təklif edilən dəyişkilyə əsasən bundan sonra hərbi çağırışçılar 18 yaşından 30 yaşınadək olan kişi cinsli vətəndaşlar olacaq...
Xatırladaq ki, hələ bu ilin iyul ayında sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev saytımıza açıqlamasında Milli Məclisdə keçmiş peşəkar hərbçi olanlar da deputat kimi təmsil olunmasının zəruriliyindən danışaraq məhz bu səbəbdən hərblə bağlı bir çox qanunlarda çatışmazlıqlar olur. Məsələn, cənab general belə bir sual etmişdi:
“...Müddətli hərbi xidmətə çağırış üçün yaş həddinin 27-dən 35-ə qaldırılmasının mənası nədir? Həmin maddənin qəbulunda peşəkar hərbçi olmuş deputat iştirak etsəydi, bu sualı verərdi və bu yaş həddini artırmağın əhəmiyyətsiz olduğunu əsaslandırardı... Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı?..”
Mövzu ilə bağlı Moderator.az-a budəfəki açıqlamasında isə keçmiş müdafiə naziri bunları söyləyib:
“Mən çox şadam ki, nəhayət, Milli Məclisdə hərbi xidmətə çağırış müddətinin yuxarı yaş həddi barədə bizim də verdiyimiz təkliflər qismən eşidildi və müvafiq qanunda həmin həddin 30 yaşadək azaldılması təklif olunur. Amma hesab edirəm ki, bu həddi nəinki 30 yaşa, 27 yaşa endirmək lazımdır. Ötən söhbətlərimizdən birində mən bunu fakt və arqumentlərlə əsaslandırmışdım ki, 27 yaş heç kəsin hərbi xidmətdən kənarda qalmaması üçün kifayət edən bir yaş həddidir. Və bu gün də həmin təklifimin üzərində dayanıram. Bəs indi Milli Məclis üzvləri nəyə əsasən hərbi xidmətə çağırışın yuxarı yaş müddətinin 30 yaşa endirilməsi təklifini verirlər? Bu hansı arqumentlərlə əsaslandırılır?..
"Dəyərli hərbi ekspertimi Üzeyir Cəfərovun da bu mövzuda açıqlamasıyla tanış oldum və çox xoşuma gəldi ki, o da çağırış müddətinin yuxarı həddinin heç olmasa 28 yaşa endirilməsini təklif edir...”
Əyanilik üçün general-mayor Tacəddin Mehdiyevin hərbi xidmətə çağırış müddətinin 35 yaşdan 27 yaşa endirilməsi ilə bağlı keçmiş açıqlamasını bütövlükdə təqdim edirik:
“...Müddətli hərbi xidmətə çağırış üçün yaş həddinin 27-dən 35-ə qaldırılmasının mənası nədir? Həmin maddənin qəbulunda peşəkar hərbçi olmuş deputat iştirak etsəydi, bu sualı verərdi və bu yaş həddini artırmağın əhəmiyyətsiz olduğunu əsaslandırardı. Mən Azərbaycanın müstəqilliyimizin ilk çağlarında işləmiş keçmiş hərbi komissarı kimi bu məsələlərə də yaxşı bələdəm. Hər bir gənc 18 yaşında hərbi xidmətə yollanmalıdır. Onun yalnız bir neçə halda, məsələn, ali məktəbə daxil olduqda, yaxud sağlamlıq vəziyyəti yol vermədikdə hərbi xidmətə çağırışdan möhlət hüququ var. Tutaq ki, hərbi çağırış yaşlı gənclərin 2-3 faizi ali məktəblərə daxil oldu, 2-3 faizi də sağlamlıq göstəricilərinə görə hərbi xidmətə yollanmadı. Bu, Azərbaycan Silahlı Qüvvələrinin planlaşdırılması üçün qorxulu rəqəm deyil. 4 ildən sonra 22 yaşında ali məktəbi bitirən gənc təhsilini artırmaq məqsədi ilə magistiraturaya daxil olmadığı halda hərbi xidmətə yollanmalıdır. Yenə də tutaq ki, ali məktəbi bitirən gənclərdən 2-3 faizi magistiraturaya daxil oldu, qalanları əsgər getməlidir. İki il müddətinə magistiraturanı bitirən gəncin 24 yaşı tamam olur və o, doktoranturaya(keçmişdə aspirantura) daxil olmadığı təqdirdə hərbi xidmətə yollanmalıdır. Yenə də 24 yaşlı ali təhsilli gənclərin çox cüzi faizi doktoranturaya daxil olur və qalanları hərbi xidnmətə yollanır. İki ildən sonra doktoranturanı bitirib dissertasiya müdafiə edərək fəlsəfə doktoru(keçmiş elmlər namizədi) adını ala bilən cüzi sayda gənclər yenə də hərbi xidmətdən möhlət hüququ qazanır, qalanları isə hərbi xidmətə yollanır. Bir sözlə, artıq 27 yaşadək bu proseslər hamısı bitir. Belə olduğu halda çağırışçılar üçün yaş həddini 35 yaşadək qaldırıb insanları incitməyin nə mənası var. Hər üç ildən bir onları çağırıb komissiyadan keçirmək və sağlamlığına-filana görə möhlət müddətini artırmaq nəyə lazımdır? Əvvəlki dövrlərdə yaş həddi 27-yədək idi, hansısa bir problem yaranırdımı? İnsanları süni şəkildə dövlətdən narazı salmaq olmaz...”
Oxşar xəbərlər
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 2025 00:21
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 2025 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 2025 13:11
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 2025 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 2025 11:01
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 2025 00:30
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
8 noyabr 2025 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
8 noyabr 2025 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
8 noyabr 2025 14:29
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
8 noyabr 2025 12:30
Xəbər lenti
- Ramiz Mehdiyev dəstəsinin İKİNCİ ADAMI bilindi: Oqtay Əsədov həbs oluna bilər
11 noyabr 00:21
- Məhkəmə Sarkozini azad etdi - Məhkəmə nəzarətində olacaq
10 noyabr 19:54
- Deputat Fazil Mustafa : Cəmil Həsənli SİYASİ DƏLƏDUZDUR
10 noyabr 13:11
- Əvvəl arvadını balta ilə öldürdü, sonra özünü asdı - Bakıda qətl
10 noyabr 11:43
- 1870 METR məsafədə düşmən hədəfini məhv edən ƏSGƏRİMİZ (VİDEO)
10 noyabr 11:24
- Görünüşü durna, gücü qartal: Unikal quş ovunu bir ayaq zərbəsi ilə məhv edir
10 noyabr 11:18
- Mustafa Kamal Atatürkün anım günüdür
10 noyabr 11:01
- Rəsul Quliyevdən açıqlama: Bir həftəlik Bakıya gələcəm
10 noyabr 00:29
- İran Tehranda yeni HEYKƏL QOYDU: Sasani hökmdarı qarşısında diz çökən Roma imperatoru
09 noyabr 21:57
- Çoxlu kök şirəsindən zəhərlənərək öldü
09 noyabr 21:28
- 15 yaşadək yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən ilk ölkə - AVROPADA
09 noyabr 19:53
- Türkiyə Prezidenti: Azərbaycan bölgədə sülhün memarı kimi önə çıxacaq
09 noyabr 18:23
- 4 ayında atası şəhid oldu, 33 yaşında Milli Qəhrəman... (VİDEO)
09 noyabr 17:26
- İlham Əliyevdən Dövlət Bayrağı Günü münasibətilə paylaşım
09 noyabr 17:14
- Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - təfərrüat
09 noyabr 00:57
- Zəfərin 5 ili: Bakıda hərbi parad keçirildi (YENİLƏNİB)
08 noyabr 21:33
- Ərdoğan hərbi paradda Məmməd Arazın şeirini səsləndirdi
08 noyabr 21:11
- Kamil Abdullayev: Daim Azərbaycanın maraqları uğrunda döyüşmüşük
08 noyabr 14:27
- İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət etdi - FOTOLAR
08 noyabr 12:30
- Ərdoğan Bakıya yola düşdü
08 noyabr 10:56
- Azərbaycanda dördgünlük TƏTİL başlayıb
08 noyabr 10:34
- Türkiyə Netanyahunun həbsinə order verdi
08 noyabr 01:39
- Şuşa şəhərinin işğaldan azad olunmasından 5 il ötür
08 noyabr 00:37
- İlham Əliyevdən Zəfər Günü ilə bağlı paylaşım (FOTO)
07 noyabr 23:22
- Toyunda özünə şəhidlik arzuladı, Aprel döyüşlərində arzusuna çatdı...
07 noyabr 22:51
- İlk hərbi təyyarəçimiz: Milli Qəhrəman Vaqif Qurbanov haqqında maraqlı faktlar
07 noyabr 22:16
- Pəncəli Teymurova Milli Qəhrəman adı verildi
07 noyabr 21:56
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
Video & Fotoqalereya
Video
Fotoqalereya
