Mehdiyev müqavimətə başladı
PA-nın sabiq rəhbəri ilə bağlı müəmmalar artır - Etibar Məmmədov və Rəsul Quliyev açılmış cinayət işinə nə dedilər...
Azərbaycanın gündəmi Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ev dustağı edilməsi barədə həbs xəbəri ətrafında qalmaqda davam edir. Dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmək kimi xüsusilə ağır cinayətlərdə ittiham olunan Mehdiyev vəkilləri vasitəsilə hələ ev dustaqlığı qətimkan tədbiri seçilməzdən əvvəl qəbul edilmiş bir sıra qərarlardan apelyasiya şikayəti verib.
Görünür ki, Ramiz Mehdiyev vəkillərinə bu istiqamətdə xüsusi göstəriş verib və müdafiəsinin qurulması üçün mümkün hüquqi addımların atılmasını tapşırıb. (Mənbə: Qafqazinfo)
PA-nın sabiq rəhbərinin suçlandığı ağır maddələrə baxmayaraq, onun evində axtarış aparılması haqda rəsmi bilgi yoxdur. Azərbaycan qanunvericiliyi məhkəmə qərarı olmadan belə Mehdiyevin evində axtarış aparılmasına imkan verir. Bunu isə Modern.az-a açıqlamasında hüquqşünas Xəyal Bəşirov bildirib. “Əgər mətbuatda səsləndirilən fikirlər həqiqəti əks etdirirsə, o zaman Ramiz Mehdiyevin evi və ya evlərində axtarış aparıla bilər”, - deyə o bildirib.
Hüquqşünas əlavə edib ki, mətbuatda gedən məlumatlardan görünür, Ramiz Mehdiyevin təkcə bir yerdə deyil, bir neçə yerdə - həm Bakı şəhərində, həm də ölkənin müxtəlif rayonlarında evləri və ya villaları var. Onun sözlərinə görə, axtarışın aparılması Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən mümkündür: “Cinayət-Prosessual Məcəlləsinə görə, cinayətin törədilməsi halları və cinayətlə bağlı sübutların toplanması məqsədilə ibtidai istintaqı aparan orqan axtarış və götürmə istintaq hərəkətini aparmaq zərurətini görürsə, bu addımı ata bilər. Bu zaman istintaq aparan müstəntiq və ya müstəntiqlər qrupu vəsatətlə prosessual rəhbərliyi həyata keçirən prokurora müraciət edir, prokuror isə təqdimatla məhkəmə qarşısında bu məsələni qaldırır. Məhkəmə də həmin cinayətlə bağlı Ramiz Mehdiyevin evində və ya evlərində axtarış və götürmə aparılması barədə qərar qəbul edə bilər”.
Xəyal Bəşirov qeyd edib ki, axtarış və götürmə əməliyyatları cinayətin izlərinin isti-isti müəyyənləşdirilməsi və cinayətin qısa zamanda sübuta yetirilməsi üçün ən mühüm addımlardan hesab olunur: “Elə cinayətlər var ki, - ağır və xüsusilə ağır cinayətlər, - onlar şəxsiyyət və dövlət hakimiyyəti əleyhinə olan cinayət kateqoriyasına daxildir. Nəzərə alsaq ki, Ramiz Mehdiyev də dövlət hakimiyyəti əleyhinə, xüsusilə ağır cinayətlərdə ittiham olunur və hələlik bu ittihamları təkzib edən hər hansı bəyanat verməyib, bu halda qanunvericiliyə əsasən, belə cinayətlər zamanı müstəntiq təxirəsalınmaz hallarda, məhkəmənin qərarı olmadan da axtarış keçirə bilər”.
![]()
Bu arada Mehdiyevin kürəkəni İlham Əliyev “Müsavat TV”yə açıqlama verib. O, qayınatasının həbsi, durumu, ailənin istintaqa çağırılması ilə bağlı suallara cavab verməyib, yalnız özü barədə yayılan iddiaları təkzib edib. İ.Əliyev iddia deyib ki, barəsində mətbuatda yayılan xəbərlərin həqiqətlə heç bir əlaqəsi yoxdur: “Mən sizin efiri, telekanalı izləyirəm. Sosial problemlərlə, insanların həyatı ilə bağlı faktlar deyirsiz. Hər zaman baxıram sizə. Amma faktları dəqiqləşdirin: mənim Elmlər Akademiyasında obyektim yoxdur. Öncə faktları dəqiqləşdirin. Mənim mağazam, iaşə obyektim yoxdur. Mənim müəssisəm var”. Yeri gəlmişkən, Mehdiyevin qardaşı oğlu Telman Mehdiyevin Dövlət Gömrük Komitəsində işləməsi barədə yayılmış məlumat təkzib olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat katibi Natiq Axundov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, T.Mehdiyev 2023-cü ildən gömrük orqanlarından təqaüdə çıxıb.
ABŞ-də yaşayan sabiq spiker Rəsul Quliyev də Ramiz Mehdiyev ətrafında baş verən qalmaqala və Azərbaycanda Rusiyanın agent şəbəkəsi ilə bağlı müzakirələrə münasibət bildirib. “Azpolitika” xəbər verir ki, o, bu istiqamətdə sərt tədbirlərin görülməsinin vacibliyini bildirib.
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 2026 22:16
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 2026 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 2026 14:49
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 2026 13:12
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 2026 19:52
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
9 fevral 2026 21:15
- Heydər Əliyev: Durun çıxın gedin !, – deyərək, hamını otaqdan qovdu - Hidayət Orucov
30 yanvar 2026 15:18
- Azərbaycanda neçə general-polkovnik var? - TAM SİYAHI
30 yanvar 2026 00:17
- Həbsdə olan jurnalistin ailəsində növbəti faciə
28 yanvar 2026 19:15
- İsti su içməyin 12 faydası
13 fevral 12:41
- Bakıda 10 yaşlı məktəbli qəfil ÖLDÜ
13 fevral 11:36
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 11:28
- Əli Həsənov Ramiz Mehdiyevlə bağlı xəbərlərə belə reaksiya verdi
12 fevral 22:16
- Orxan Nəzərli və daha üç nəfərin rütbəsi artırıldı
12 fevral 16:14
- DTX onları axtarışa verib - RƏSMİ
12 fevral 15:03
- DTX Ramiz Mehdiyev, Əli Kərimli və digərləri barədə - Video yaydı
12 fevral 14:49
- Ardıcıl 3 gün iş olmayacaq - Bu tarixdə
12 fevral 13:38
- Ramiz Mehdiyev 17 milyon manatdan artıq vəsaiti BELƏ LEQALLAŞDIRIB
12 fevral 13:11
- Gültəkin Hacıbəyli Türkiyədən Azərbaycana deportasiya olundu
12 fevral 12:26
- Ərdoğanla Kipr məsələsini müzakirə etdi
11 fevral 21:54
- Elmira Axuyndovanın dələduz yaxını absurd iddia verdi – 500 manat cərimələnməsi tələb olundu
11 fevral 21:04
- Hərbçimiz dəm qazından zəhərlənərək öldü
11 fevral 20:57
- 17 ildir açılmayan qətl: Rail Rzayev kimlərin sirrini özü ilə apardı?
11 fevral 12:27
- Prezident və xanımı Vens ailəsi ilə - Fotolar
11 fevral 11:12
- Vens və xanımı Şəhidlər xiyabanını ziyarət etdi
11 fevral 11:03
- Venslə xanımının Bakıdakı bu fotosu gündəm oldu
10 fevral 22:40
- İlham Əliyev və Vens mətbuta bəyanatlarla çıxış etdi
10 fevral 20:00
- Ramiz Mehdiyevin ev dustaqlığının müddəti uzadıldı
10 fevral 19:52
- İlham Əliyev yeni nazir təyin etdi
10 fevral 18:02
- Prezident Statistika Komitəsinə yeni sədr təyin etdi
10 fevral 14:44
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 11:13
- Hürriyyət-in baş redaktoru Vüqar Məmmədovun həbs müddəti uzadıldı
10 fevral 00:27
- Ramiz Mehdiyevlə bağlı yeni qərar olacaq
09 fevral 21:15
- Prezident Cabbar Musayevi icra başçısı vəzifəsindən azad etdi
09 fevral 20:54
- Fəzail Ağamalı vəfat etdi
09 fevral 20:50
- Prezident daha bir qəbul keçirdi - Fotolar
09 fevral 14:26
- Türkiyənin əhalisi nə qədərdir? - Rəqəmlər açıqlandı
09 fevral 12:46
- EDUHELP CONSULTING : Təhsillə bağlı Hüquq və İdarəetmə üzrə - Müasir Dəstək Platforması
09 fevral 12:25
- Prezident ABŞ Ticarət Palatasının nümayəndə heyətini qəbul etdi (FOTO)
09 fevral 12:15
