Tаnınmış аlimin Аli Məhkəmənin sədrinə, Bаş prokurorа MÜRАCİƏTİ
Cəmiyyət30 mart 2025 14:32
Məhkəmə Hüquq Şurasının
sədri, cənab İnam Kərimova,
Surəti: Bakı Ağır Cinayətlər Məhkəməsinin
sədri cənab İsmayıl Xəlilova;
Baş prokuror cənab Kamran Əliyevə
AR CM-nin 234.4.3 maddəsi ilə
təqsirləndirilən Nəhmətov Azad Adil
oğlunun həyat yoldaşı Könül Nəhmətova
tərəfindən
Şikayət
Hörmətli İnam müəllim!
Mən Sizə bir Azərbaycan qadını, jurnalist, pedaqoq, elm və təhsil işçisi, üç övlad anası kimi müraciət edərək kimlərinsə sifarişi ilə, heç bir sübut olmadan külli miqdarda psixotrop maddə olan metamfetamini satma ittihamı ilə şərlənərək tutulan, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə barəsində AR CM-nin 234.4.3 maddəsi ilə olan cinayət işinə baxılan Nəhmətov Azad Adil oğlunun həyat yoldaşı kimi müraciət edərək onun barəsində olan qurama cinayət işini nəzarətə götürmənizi və iş üzrə ədalətli, obyektiv qərar qəbul edilməsini təmin etmənizi xahiş edirəm.
Belə ki, qurama ittihama görə Nəhmətov Azad Adil oğlu istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda təmiz çəkisi 10,320 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 5 ədəd gümüş rəngli kağız bükümdə əldə edərək əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibində saxlamaqla üzərində daşımış, 28 fevral 2024-cü il tarixdə saat 14:00-da Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi, Natavan küçəsində yerləşən “Tovuz” kafesinin qarşısında saxlanılaraq Bakı şəhəri, Binəqədi Rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov 65 ünvanında yerləşən həmin Polis Bölməsinə gətirilmiş və həmin tarixdə saat 15:30-da üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan tünd yaşıl rəngli gödəkcənin sağ yan cibindən 5 ədəd gümüş rəngli kağıza bükülmüş, satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla üzərində daşıdığı ayrı-ayrılıqda təmiz çəkiləri 2,052 qram, 1,928 qram, 1,970 qram, 2,082 qram və 2,288 qram olmaqla öz aralarında kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən, külli miqdarda ümumi təmiz çəkisi 10,320 qram ağ rəngli, kristalşəkilli kustar usulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.
Hörmətli İnam müəllim, həyat yoldaşım Azad imanlı bir şəxs olmaqla heç bir vaxt spirtli içki içməmiş, dərdi olmadıqca, hətta siqaret belə çəkməmişdir ki, nəinki narkotik vasitədən istifadə etsin, ya da kimə isə satsın. O nümunəvi bir valideyn kimi həm öz övladlarının, həm də ahıl, xəstə ata və anasının qayğısını çəkən, ailəsi üçün yaşayan bir şəxsdir. Onun hər hansı bir zərərli vərdişi belə olsaydı, ən azından mənim xəbərim olardı. Bu günə kimi onun nə üçün şərlənib tutulması bizim ailəmiz üçün bir müəmma olaraq qalır.
Məhkəmə baxışının gedişində müqavilə əsasında tutduğumuz vəkil 03.10.2024-cü il tarixdə Nəhmətov Azad Adil oğlu ilə saxlandığı BİT-də görüşərkən Azad vəkilinə ona verilən ittihamın tamamilə saxta olmaqla metamfetamini Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşları tərəfindən tutulub bölməyə gətiriləndən sonra üzərində axtarış aparılmazdan əvvəl üzərinə qoyulduğunu, ittiham aktında yazılanların işin həqiqi hallarına zidd olmaqla həqiqəti əks etdirmədiyini, istintaq zamanı onun adından yazılan ifadələri, o cümlədən üzərində aparılan şəxsi axtarışı əks etdirən protokolu 6-cı PB-nin rəisi Cövdət və əməliyyat müvəkkili Vüqar Cavadov tərəfindən ona edilən psixoloji təzyiq və 85 yaşlı xəstə atası Adilin yaşadığı evdə axtarış aparılıb odlu silah tapacaqları hədə qorxusu altında imzalamağa məcbur olduğunu demişdir. O həmçinin istintaq zamanı qorxusundan heç bir şikayət etməmiş, məhkəmə baxışında həqiqəti söyləyib bəraət alacağını düşünmüş və məhkəmədə heç bir cinayət əməli törətməməsini, üzərindən tapılması qeyd olunan metamfetamini 6-cı PB-də üzərinə qoyulduqdan sonra müdafiəçinin iştirakı olmadan 28 fevral 2024-cü il tarixdə saat 15:30-da deyil, saat 21 radələrində üzərində axtarış aparıldığını, onun tutulmasında və saat 15:30-da üzərində axtarış aparılmasında iştirak etməsi göstərilən sahə müvəkkili Nəsimi Əliyevi saat 21 radələrində üzərində faktiki olaraq axtarış aparılanda gördüyünü, müdafiəçini görmədiyini, müdafiəçinin ona təqdim edilməməsini, müdafiəçinin iştirakı ilə heç bir sənədə imza etmədiyini, həmin sənədləri sonradan ona təklikdə imza etdirdiklərini, hətta istintaqın başa çatmasında da müdafiəçinin iştirak etmədiyini, cinayət işinin materialları ilə nə təklikdə, nə də müdafiəçi ilə birlikdə tanış olmadığını, müstəntiqin ona, sadəcə, sənədləri imza etdirdiyini bildirmişdir.
Müdafiəçi tərəfindən əməliyyat müvəkkili Vüqar Cavadovun, sahə müvəkili Nəsimi Əliyevin və müdafiəçi Vahid Məmmədovun istifadələrində olan mobil telefonlara dair çıxarışların anten məlumatları da göstərilməklə alınması barədə vəsatəti əsassız olaraq təmin edilmədi. Müdafiəçinin bu vəsatəti təmin edilməsə, Azad Nəhmətovun təqsirsiz olması, şərlənərək tutulması sübuta yetməyəcək. Günahsız şəxs, onun müdafiəçisi sehrbaz deyildir ki, sehr göstərərək zamanı geri qaytarıb baş verənləri səhnədə canlandırsınlar. Bunun yeganə yolu vəkilin vəsatətini təmin edib adıçəkilən şəxslərin mobil telefonlarının anten məlumatlarının əldə edilməsi yoludur ki, bununla da Sahə müvəkkili Nəsimi Əliyevin Azad tutulan saatda və üzərində axtarış aparılanda, habelə müdafiəçinin 28 fevral 2024-cü il tarixdə saat 15:20-də 6-cı PB-də Azadın olduğu yerdə olub-olmaması müəyyən edilsin.
Hörmətli İnam müəllim, həyat yoldaşım Azad Nəhmətovun barəsində olan cinayət işində o qədər kobud qanun pozuntularına yol verilib ki, saymaqla bitməz. Ona görə də, bir daha Sizdən onun barəsində olan cinayət işini öz nəzarətinizə götürmənizi, vəkilimizin verdiyi vəsatətlərin təmin edilməsini və sonda obyektiv və ədalətli hökm çıxarılmasını təmin etmənizi xahiş edirəm.
Hörmətlə: Könül Nəhmətova
28.10.2024-cü il.
Oxşar xəbərlər
- Azərbaycanda DƏHŞƏT: Sabiq direktor azyaşlı qızının pornoqrafik görüntülərini YAYDI
2 noyabr 2025 21:53
- Qaradağ icrada başçının köməkçisi və digər vəzifəli şəxslər də saxlanılıb - ADLAR
2 noyabr 2025 12:15
- Rüşvət alan MEŞƏBƏYİ həbs olundu
1 noyabr 2025 02:24
- Boz kardinal məktubunda nə yazıb? - Azərbaycanca tərcüməsi
27 oktyabr 2025 23:10
- Yeni yubiley medalı təsis edildi
23 oktyabr 2025 00:58
- Mehdiyev müqavimətə başladı
22 oktyabr 2025 10:54
- Mehdiyevin -ƏSA Akademiyası- nın son pərdəsi
18 oktyabr 2025 12:59
- Keçmiş vəkil Adəm Məmmədovun əmisinə hökm oxundu
16 oktyabr 2025 22:00
- Qərar verildi: Pedofilləri axtalamağa başlayırlar
12 oktyabr 2025 23:25
- Bakıda dəhşətli QƏTL: Qonşunun arvadına təcavüz edən kişini öldürüb,quyuda basdırdılar - VİDEO
9 oktyabr 2025 22:03
Xəbər lenti
- Ərdoğan İlham Əliyevi TƏBRİK ETDİ
07 noyabr 16:07
- REFERANS- ın baş həkimi 32 yaşlı laborant imiş...
07 noyabr 14:39
- Prezident Slovakiyadan olan nümayəndə heyətini qəbul etdi (FOTO)
07 noyabr 14:28
- Siyasi partiyalar Zəfər Gününün ilə əlaqədar birgə bəyanat yaydı
07 noyabr 11:59
- Dünyanın İLK TRİLYONERİ .....
07 noyabr 11:14
- Açıq havada ÇILPAQ GƏZƏN nudistlər - AZAD BƏDƏN mədəniyyəti
07 noyabr 10:18
- Rəsul Quliyevdən Ramiz Mehdiyev barədə SENSASİON MÜSAHİBƏ
07 noyabr 02:02
- Bulvarın uzunluğu 25 kilometrə çatacaq - RƏSMİ
07 noyabr 01:51
- Məryəmi vurdular, artıq İsaya bərabər tutula bilməyəcək
07 noyabr 01:41
- Prezidenti təbrik etdilər - Yenilənib
06 noyabr 23:31
- Bakıda hərbçilərin zəfər yürüşü BAŞLADI
06 noyabr 12:43
- Prezident NATO nümayəndə heyətini qəbul etdi (FOTO)
06 noyabr 12:24
- Amerikalı general Şəhidlər xiyabanında - Fotolar
06 noyabr 12:06
- Baş katibin gizlini - Yuri Andropov ilk ailəsindən vəzifəsinə görə imtina edib
05 noyabr 22:19
- Şahbaz Şərif Prezident İlham Əliyevi təbrik etdi
05 noyabr 20:55
- QUMAR KRALI-nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
05 noyabr 20:22
- Ramiz Mehdiyevin Qəbələdə 1 yox, 3 villası varmış - Ən dəbdəbəlisini bu nazir hədiyə edibmiş
05 noyabr 12:51
- Həmin RÜŞVƏTLƏR dövlət büdcəsinə getməlidir: Belə məmurlar ölkə iqtisadiyyatını MƏHV EDİR- Elşad Musayev
05 noyabr 12:19
- Prezident qəbul keçirdi - FOTOLAR
05 noyabr 12:03
- Moskvada Ramil Usubovla Şoyqunun görüşü olacaq
05 noyabr 11:33
- Azərbaycanda vəkil HƏMDƏM hoteldə öldü
05 noyabr 11:24
- Müsəlman namizəd ilk dəfə Nyu-Yorkun meri seçildi
05 noyabr 10:56
- Türk nazir bütün orqanlarını bağışladı
05 noyabr 01:54
- Fəzail Ağamalının gizli saxladığı nəvələri görün kimlər imiş - ADLARI MƏLUM OLDU
05 noyabr 00:30
- İlham Əliyevə təbrik məktubları gəlir
04 noyabr 22:24
- Ramiz Mehdiyevin vəkilləri şikayətlərini niyə geri götürdü? - Yeni detallar
04 noyabr 21:52
- Məşhur dələduz hakim qarşısında – Bu gün sabiq səfirin yaxınının məhkəməsidir
04 noyabr 14:25
- Xankəndidə küçəyə Ənvər Paşanın adı verildi
04 noyabr 14:09
- Azərbaycanda ÜDM niyə çox artmır? - Prezident açıqladı - Video
04 noyabr 12:41
- HƏRBİ gücü ÇOX BÖYÜK, ərazisi ÇOX KİÇİK 5 ÖLKƏ
04 noyabr 12:08
Video & Fotoqalereya
Video
Fotoqalereya
