Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm – Alışanovun həbsdəki qardaşı oğlu danışdı

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə AzTV-nin sabiq sədri Arif Alışanovun qardaşı oğlu Nizami Akif oğlu Alışanın cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Musavat.com xəbər verir ki, Nizami Alışan investisiya fəaliyyətilə məşğul olan platformada valyuta alqı-satqısı ilə gəlir əldə etmək istəyən 3 şəxsə qarşı külli miqdarda dələduzluqda ittiham olunur. Prosesdə zərərçəkmiş Yadigar İsrafilov ifadə verib. O bildirib ki, Nizami Alişanı əvvəlcə sosial şəbəkələrdən, sonra isə ortaq dostlarının vasitəsi ilə tanıyıb. 2022-ci ilin yanında ona 100 min, 2023-cü ildə 200 min dollar verib: "Hər şey yaxşı idi. Pul qoyub, gəlir götürürdük. Sonra Nizamini tapa bilmədim. Ona iki dəfəyə pul vermişəm. Mən pul verəndə digər zərərçəkmiş Zeynal Usubov da yanımızda olub. Qazancın 50 faizinin mənə çatacağı barədə söhbətimiz oldu. Nizamini Zeynal Usubovla eyni vaxtda tanımışam. Verdiyim 100 min dollardan 2500 dolları mənə qaytardı. Sonra hər ay 2 min dollar verirdi. Cəmi 40 min dollar verib. Mənə dəymiş 160 min dollar zərərin ödənilməsini istəyirəm".
Zərərçəkmiş qeyd edib ki, Zeynal Usubovla biznes münasibətləri olub. Onun sözlərinə görə, Zeynal Usubovun obyektlərində işləyib:
"Mən Zeynal Usubovun avto salonlarında satıcı işləyirdim. Aylıq qazancım 3-4 min manat arasında olub".
Zərərçəkmiş qeyd edib ki, Nizami Alışana verdiyi pulları dostlarından borc alıb: "2022-ci ilin mayında Nizamiyə verdiyim 100 min manatın 30 faizi mənim öz kapitalım olub, qalan pulu isə dostlarından borc almışam. 2023-cü ilin yanvarında verdiyim 100 min dolları isə hamısını borc almışam. Sonra borcumu qaytarmaq üçün 2024-cü ildə evimi satdım"
Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunub. Onun ifadəsinə görə, Nizami Alişanı feysbuk sosial şəbəkəsində tanıyıb. O bildirib ki, Nizami Alişanla Zeynal Usubovla birlikdə görüşüblər: "Mən ona qazanc götürmək məqsədilə pul verirəm. Əvvəlcə mənə 2500, sonra isə hər ay 500 dollar verdi. Amma sonradan qazanc gəlmədiyi üçün pul verməkdən imtina etdi".
Zərərçəkmiş qeyd edib ki, bu işləri görməyi, gəlir götürmək barədə Nizami Alışan təklif edib: "Dedi ki, bütün valyutaları alıb-satacaq. Deyirdi ki, yaxşı gəlir olacaq. Mən özüm isə kənardan nəzarət edirdim, işlərlə isə Nizami məşğul olurdu. İşlərlə bağlı bizə də məlumat verirdi".
Nizami Alişan sərbəst ifadəndə bildirib ki, xarici valyuta bazarlarında işləyib: "İstənilən qədər pul qoya bilirsən, həmin pul qalxa-enə bilir. 2012-ci ildən invest.az fəaliyyətə başladı. Mən də bu işi bilirdim, sosial mediada maliyyə bazarları ilə bağlı bloggerlik edirəm. Analitik yazılar, xarici birjalarla bağlı sosial şəbəkələrdə paylaşımlar etmişəm. 10 mindən artıq izləyəcim var. Zərərçəkən Babəklə xaricdə bir yerdə oxumuşuq. Babəklə sosial-iqtisadi məsələləri müzakirə edirdik. Məndən aldığı məsləhətlərə Türkiyədə xeyli pul qazandır. Biz orda qızıl və türk lirası ilə bağlı proqnozlarımız özünü doğrultmuşdu. Babək özü mənə dedi ki, gəl sənə pul verim, birjada oyna. Hətta deyirdi ki, öz puludur. Deyirdi ki, özünə nə yatırım edirsənsə, mənə də onu elə. İlkin olaraq Babək 100 min dollar pul verdi. Həmin vaxt mənim birjalarda yarım milyon pulum vardı. İlkin olaraq 7-8 min dollar pul verdim. Sonradan işlərimiz yaxşı getdi, 30-35 min dollar pul verdim. Sonradan Babək 400 min dollar pul göndərmək istədiyini, Zeynal adlı dostunu da qoşmaq istədi. Mən istəmirdim, amma dostum idi. Zeynal da 400 min dollar pul yatırdı. Bununla da onlardan 900 min dollar yatırım oldu. Hər ay ona 100 min dollar pul verirdim. Lakin Babək deyirdi ki, pul azdır. Babək artıq üstümə gəlirdi. Artıq risklər etdim, nə qədər itkilər verdim. Bu işin riskli olduğunu həmişə demişəm. O 900 min dollarını istədi mən isə ona dedim ki, o pulu çoxdan qaytarılıb. 2020-ci ildən 2023-cü il ərzində 2 -3 milyon dollar pul qaytarmışam. Lakin o əl çəkmədi, pulunu tələb etdi. Hətta dedi ki, 900 min dolları və üstündə 3-4 aylıq faizini tələb etdi. Sonradan məndən şikayət etdi, tutuldum. Mənə fiziki və psixoloji təzyiqlər etdilər. Məni həbs etdirdilər”.
İttihama görə, investisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin üç milyon dollara yaxın (4 milyon 156 min 500 AZN) pulu ələ keçirilib.
Alışan Nizami Akif oğlu asan pul qazanmaq istəyən şəxslərə özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib.
Alışanı sosial şəbəkədən tanıyıb ona aldananlar isə Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilovdur.
İttihama görə, Alışan Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu yuxarıda qeyd edilən vasitə ilə dələduzluq edərək ələ keçirib.
Hazırda fərdi sahibkar kimi fəaliyyət göstərən zərərçəkənlərə dəymiş ziyan ümumilikdə 2 milyon 445 min dollar edir. Bu cinayətin üstü Daxili İşlər Nazirliyinin (DİN) Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən açılıb. Müştərilərinin xüsusilə külli miqdarda pulunu ələ keçirən Alışan Nizami Akif oğlu cinayət məsuliyyətinə cəlb edilib. İşin ağırlığı nəzərə alınaraq, onun barəsində bir müddət əvvəl həbs qətimkan tədbiri seçilib. İbtidai istintaq dövründə zərərçəkmişlərin hamısı Alışanla üzləşdirilib, əməlini üzünə deyərək onu ifşa ediblər. Digər zərərçəkmişlərdən biri isə “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun oğlu Babək Məmmədzadədir. Zeynal Usubov əvvəllər prokurorluq orqanlarında işləyib, Nərimanov rayon prokurorunun müavini olub. O, 2023-ci aprelində prokurorluq orqanlarından xaric edilib.
Xatırladaq ki, ötən ilin yayında Zeynal Usubovun Bakıda yerləşən "Hollivud" restoranında bıçaqlanması barədə məlumatlar yayılmışdı. Zeynal Usubov məsələ ilə bağlı verdiyi açıqlamada həmin xəbərlərin yalan olduğunu bildirmişdi. Qeyd edək ki, Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğludur. Onun 4 il əvvəl vəfat etmiş atası Akif Alışanov da yüksək vəzifələrdə çalışıb. O, uzun illər polkovnik rütbəsi ilə Sumqayıt Mühafizə İdarəsinin rəisi işləyib. Sonuncu dəfə isə Müdafiə Sənayesi Nazirliyinin Mühafizə və təhlükəsizlik şöbəsinin rəisi kimi fəaliyyət göstərib. Nizaminin qayınatası isə hazırda Amerikada yaşayan müğənni Elariz Məmmədoğludur. O, 2014-cü ildə müğənninin qızı Günellə evlənib.
Növbəti proses iyunun 23-də davam edəcək.
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
5 sentyabr 2025 17:09
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
5 sentyabr 2025 13:56
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
5 sentyabr 2025 11:48
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
5 sentyabr 2025 10:20
- Prezident səfiri geri çağırdı
4 sentyabr 2025 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
4 sentyabr 2025 21:13
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
4 sentyabr 2025 12:08
- Putin Azərbaycanla münasibətlərdən danışdı
3 sentyabr 2025 23:01
- Vasif Talıbovun mobil telefonunu KƏSMƏK qərarı
3 sentyabr 2025 11:17
- Kaş adamın cibində bunun bir qırığı ola... - Psixeya nə istəyir?
3 sentyabr 2025 10:31
- Uzunömürlü insanların SİRRİ BU İMİŞ
05 sentyabr 17:21
- NAR uşaqlar üçün maarifləndirici tədbirlərə dəstək verir - Fotolar
05 sentyabr 17:09
- Həmin liderlər İlham Əliyevlə şəkil çəkdirmək üçün Bakıda növbəyə dururlar
05 sentyabr 17:00
- Prezident yol təmirinə 2 milyon manat ayırdı
05 sentyabr 13:56
- Milli Məclisin xüsusi iclası keçiriləcək
05 sentyabr 12:35
- Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib - Hökumənin atası
05 sentyabr 11:48
- Lavrov Özbəkistanda RUS dilinə görə biabırçılıq etdi: - SKANDAL
05 sentyabr 10:54
- Azərbaycan İslandiyaya qarşı
05 sentyabr 10:28
- -Tağıyev- filmi Oskar-a namizəd təqdim edildi
05 sentyabr 10:20
- Aktyor fəhlə kimi işlədilib: Bakı Dövlət Sirkində nə baş verir? (VİDEO)
05 sentyabr 10:13
- BİR RİYAZİYYATÇININ MANİFESTİ - Etibar Əliyevin YAZISI
05 sentyabr 01:00
- Dilindən arı sancdı, 61 yaşlı kişi öldü
05 sentyabr 00:25
- Prezident səfiri geri çağırdı
04 sentyabr 21:46
- Sumqayıtda 35 yaşlı kişi tanışının qulağını dişləyərək qopardı
04 sentyabr 21:13
- II dünya müharibəsi ilə bağlı gizli sənəd - yapon generalların etirafları
04 sentyabr 14:19
- Deputat MƏHKƏMƏDƏ seçiciyə uduzdu
04 sentyabr 13:56
- Qazaxıstanın xarici işlər naziri saxlanıldı
04 sentyabr 13:45
- Telefonda icra başçısını təhqir etdi - Məhkəmə qərarı
04 sentyabr 12:08
- Ayaz Mütəllibov və Ter-Petrosyan Yeltsinlə birgə –35 il əvvəl Rusiyanın sülh planı necə iflasa uğrayıb?
04 sentyabr 10:39
- Rusiya şərtini açıqladı: Bakı bunu etsə...
04 sentyabr 09:59
- Azərbaycan iki ölkəyə 3.6 TON QURBAĞA ayağı SATIB
04 sentyabr 01:52
- Prezidentin Çinə səfəri başa çatdı
03 sentyabr 23:10
- Putin Azərbaycanla münasibətlərdən danışdı
03 sentyabr 23:01
- Azərbaycan bu ölkədə səfirlik açır
03 sentyabr 22:47
- WhatsApp-dan YENİLİK: Mesajlar 1 saata SİLİNƏCƏK
03 sentyabr 22:16
- Qarabağın ürəyi (hekayə) - NURLANƏ Cərullaqızı
03 sentyabr 15:05
- Yaqub Məmmədovun oğluna yüksək vəzifə verildi
03 sentyabr 14:40
- Təfəkkür Universitetinin binası bu məhkəməyə verildi
03 sentyabr 14:36
- Bu universitetə yeni rektor təyin edildi
03 sentyabr 12:29
- Ali Məhkəmədən ad, soyad və ata adının dəyişdirilməsi ilə bağlı mühüm qərar
03 sentyabr 12:22