Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
7 iyunda Ermənistanda keçiriləcək parlament seçkilərinin Avropa Birliyi və Rusiya arasında geosiyasi rəqabət meydanına çevrilməsi bölgəmiz üçün yeni risqlər yaradır. Təəssüflər olsun ki, aparılan təbliğat kampaniyasının hədəflərindən biri Azərbaycana qarşı “Qarabağ hərəkatı”nın, separatçılıq şüarlarının, 44 günlük müharibənin nəticələrinin, “itirilmiş torpaqlar” narrativinin və sülh müqaviləsinin şərtlərinin istismarı təşkil edir.
Musavat.com-un məlumatına görə, bunu Milli Məclisdəki çıxışında İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyib.
Bildirib ki, İrəvanda “üçbaşlı müharibə partiyası”na ən azı 3 dövlət dəstək verir:
“Əlbəttə, Ağrıdağı simvola çevirən və bayraq yandıranların seçkilərdə şansları yoxdur. Lakin Avropa və qonşu ölkələrin siyasi rəhbərliyində “Zəngəzur açılarsa, Gülüstan və Türkmənçay müqaviləsinin üzərindən xətt çəkilir və Azərbaycan bütövləşir”, demələri səbəbsiz deyil. Əsrlər boyu türk və azərbaycanlı xofunu ermənilərin şüuraltına yeridən və ərazisində ordu saxlayanlar indi azərbaycanlı və erməni liderlərinin vasitəçisiz danışıqlarını, əməkdaşlığını və Qarabağ məsələsinin gündəlikdən çıxmasını görüb ənənəvi qorxu siyasətini sata bilmədiklərindən qəzəblənirlər. “Qarabağı Azərbaycanın tərkibində kim birinci tanıyıb”, mübahisəsi düz 4 ildir ki, gedir. Halbuki, qələbəmizin legitimliyinin beynəlxalq səviyyədə qəbulu xarici dövlətlərin xalqımıza lütfü deyil, apardığımız müharibənin hüquqi və ədalətli nəticəsidir”.
Zahid Oruc qeyd edib ki, Paşinyan qarşıdakı seçkilərdə uğur qazanmasaydı belə, onun alternativlərinin heç biri Zəfərimizə və sülh müqaviləsinə zərbə vura bilməzlər:
“Əksinə, yaxın 20 ildə Ermənistanın Azərbaycana bərabər hərbi gücü yarana bilməyəcəyi üçün “müharibə partiyası”nın seçkilərdə qələbəsi erməni hakimiyyət təmsilçilərinin dediyi kimi, İrəvanın da itirilməsi ilə nəticələnər. Sülhün əleyhinə olanlar ya Paşinyana, ya da Azərbaycana məğlub olacaqlar. Qarabağ məsələsini gündəliyə qaytaranlar erməni xalqını köləlikdə saxlamaq istəyənlərdir. Soyqırımı dövlət siyasətindən çıxaran, “böyük” yox, “real Ermənistan”da yaşamaq istəyənlər ölkələrinin karta, geosiyasi alətə və silaha çevrilməsinin tarixi nəticələrini ağır şəkildə ödəyiblər”.
Komitə sədri deyib ki, Prezident İlham Əliyevin Qarabağ Zəfəri onu imperiya maraqları üçün istismar edən dövlətlərin Azərbaycan və Ermənistan üzərində qurduqları çoxəsrlik əsarətə də son qoyub:
“Deməli, biz təkcə torpaqlarımızı yox, siyasi azadlığımızı da qazanmışıq. Qarabağ Azərbaycanın milli azadlığının tam və bütövləşmiş simvoludur. İndi ölkəmizin ərazisindən Ermənistana neft məhsulları daşınır, xarici yük daşımaların tranziti bərpa olunur. İqtisadi əlaqələrin başlanması sülh tərəfdarlarının mövqeyini gücləndirir və Qarabağ üzərindən xarici təzyiqlərə son qoyur. Ona görə də Bakıdan çox, İrəvanın düşmənlərinin namizədləri 90-cı illərdəki babalarının aqibətindən dərs çıxarsınlar. Düşmənçiliyin ideoloqu Zori Balayana 91 illik ömür mükafatdan çox cəzaya çevrildi- o, Azərbaycanın Qələbəsini və öz ideologiyasının iflasını gördü, erməni xalqının soyuq biganəliyi şəraitində dünyadan köçdü.
İndi Cənubi Qafqazda yalnız bir qüvvə - İlham Əliyevin sülh partiyası bütün xalqların rifahına, təhlükəsizliyinə zəmanət verdiyi üçün regionun gələcəyini Azərbaycan müəyyən edəcək”.
E.Paşasoy,
Musavat.com
- Prezident qəbul keçirdi - Fotolar
13 may 2026 21:09
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 2026 11:12
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 2026 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 2026 09:46
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 2026 23:30
- Rixard Raşi Azərbaycana gəldi
12 may 2026 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 2026 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 2026 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 2026 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 2026 16:15
- SSRİ üsuluna qayıdırlar: yollar belə olacaq
14 may 01:21
- Mayın 14-də pensiyalar veriləcək - RƏSMİ
13 may 23:49
- 112 Nobel laureatı Nərgiz Məhəmmədiyə azadlıq tələb edir
13 may 21:26
- Prezident qəbul keçirdi - Fotolar
13 may 21:09
- Dünyanın ən bahalı qidaları: 1 kq 10000 dollar
13 may 13:07
- Parlament Vladimirovka kəndinin adını dəyişdi – bəs QOTURLU, DANDIX kəndləri ?
13 may 11:52
- Qadın ərinin cinsi orqanını kəsdi - ŞOK CİNAYƏT
13 may 11:41
- Türkiyə və Ermənistan birbaşa ticarətə BAŞLAYIR
13 may 11:12
- Sumqayıtda uşaq Bağçasında MƏRMİLƏR aşkarlandı, TƏŞVİŞ...
13 may 10:21
- Daha 3 itkin-şəhid dəfn ediləcək (FOTO)
13 may 10:07
- Zəngilan və Cəbrayıla köç karvanları yola salındı
13 may 10:00
- Cavanşir Feyziyev: Xəzər sahili, parklar və yaşıl dəhlizlər qorunmalı və artırılmalıdır
13 may 09:44
- İlk tramvay xətti Bakıda bu istiqamətdə olacaq
12 may 23:30
- Tramp Çinə yola düşdü
12 may 23:27
- Rixard Raşi Azərbaycana gəldi
12 may 23:19
- Rumıniya Senatında Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO
12 may 21:57
- İlham Əliyev və Şahbaz Şərif arasında telefon danışığı oldu
12 may 21:18
- 6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi – Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
12 may 18:30
- Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu (FOTO)
12 may 16:15
- GAP YAP-a birləşir? - Sədrdən açıqlama: GAP və YAP SITRATEJİ müttəfiqdir
12 may 15:27
- Natiq Əliyev hara, Alibek Kurbanov hara? — General adından sui-istifadə ilə törədilən bəd əməllər: Maddələr hansı cəzaları tələb edir?
12 may 14:39
- Regionun gələcəyini Azərbaycan müəyyən edəcək - Zahid Oruc
12 may 14:30
- Oliqarx oğlu alimentə etiraz edir – Milyonluq obyektləri var
12 may 14:18
- Prezident bp şirkətinin baş icraçı direktorunu qəbul etdi (FOTO)
12 may 12:40
- Milli Məclisin iclası başladı: İnsan alverinə qarşı mübarizəyə dair illik hesabat dinlənilir
12 may 11:25
- Mason lojasında yüksək rütbə alan azərbaycanlı kimdir? - FOTO
12 may 11:15
- Kəmaləddin Heydərov hadisə yerinə gəldi
12 may 11:05
- Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü - Foto
12 may 00:03
- Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü
11 may 23:10
- 20 günün əsgəri vəfat etdi
11 may 22:56
