Zəfərə aparan yolun 5 ili - Azərbaycanın yeni hədəfi
Deputat: “Azərbaycançılıq məfkurəsi postmüharibə dövründə çox önəmli bir məsələdir”
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir.
Azərbaycan Ordusunun 5 il öncə, sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksək, Zəngilanda isə Bartaz, Sığırt, Sükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik azad olundu. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon - noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı.
Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu 44 günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şə
hid olub, mindən çox əsgər yaralanıb, 6 nəfər itkin düşüb. Qələbəmiz milli iradə, milli ruh, milli ləyaqət təntənəsidir. Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ona əlavə güc verirdi.
Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Bir sözlə, Zəfərə aparan yolumuzun başlanğıcının 5 ili tamam olur. Bundan sonra Azərbaycan milli hədəfləri hansılardır? Ölkəmiz qarşısında duran prioritet məsələlər nələrdir?
Aydın Hüseynov
Deputat Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Prezident İlham Əliyevin 2024-cü il prezident seçkisindən sonra andiçmə mərasimindəki nitqində elan etdiyi strateji hədəflər arasında azərbaycançılıq ideologiyası və məfkurəsinin möhkəmləndirilməsi fikri mühüm yer alıb: “Azərbaycançılıq məfkurəsi postmüharibə dövründə çox önəmli bir məsələdir. II Qarabağ müharibəsində əldə etdiyimiz Zəfər Azərbaycan xalqının yenidən bir millət olaraq özünüdərkində, milli kimlik ideologiyasının formalaşmasında mühüm bir katalizator rolunda çıxış etdi. Çünki Qarabağın azad edilməsi, sadəcə, bir işğal faktının aradan qaldırılması ilə bağlı məsələ deyildir. Bu müharibədə Azərbaycan xalqı və burada yaşayan başqa millətlərin nümayəndələri elə bir həmrəylik, birlik nümayiş etdirdi ki, buna dünya heyran qaldı. Elə Böyük zəfərimizi xarakterizə edən cəhətlərdən biri də son yeni dövrün çağırışı əsasında formalaşan milli ideologiya idi. O ideologiya ki, artıq ölkəmizdə yaşayan millətlər burada sadəcə yaşadıqlarını deyil, bir milli amal ətrafında birləşdiklərini, ümumi vətənin xilasını nümayiş etdirdilər”.
Deputat dedi ki, bu qəhrəmanlıq salnaməsini dövlətimizin başçısı, müzəffər sərkərdə İlham Əliyev milli ordunun qəhrəman əsgər və zabitləri ilə birgə yazdı və yeni reallıqlar yarandı: “Xalq illərlə həm Vətənində, həm xarici ölkələrdə Qarabağla bağlı söhbət düşəndə aşağı saldığı başını bu zəfərlə yuxarı qaldırdı. Tarix və zaman sübut etdi ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqına müstəqilliyini, İlham Əliyev isə Bütöv Azərbaycanı bəxş etdi. Yeni dövrdə formalaşan milli ideologiya hər bir azərbaycanlının illərdən bəri gözlədiyi günü reallaşdırdı. Bəli, ölkəmizdə yeni bir dövr başlayıb. Azərbaycançılıq ideologiyası xalqın çox əzab-əziyyətlə nail olduğu tarixi sərvətdir. Bu sərvət üzərində yeni dövrün çağırışlarına uyğun formalaşan milli ideologiya isə bütöv Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir. Bu ideologiyanın əsasını həm də ölkədə yaşayan bütün millətlərin və etnik qrupların qardaşlığı, qarşılıqlı əlaqə və həmrəyliyi, onların ümumi taleyi və müstəqil Azərbaycanın bütövlüyü uğrunda birgə mübarizəsi təşkil edir ki, bunu Vətən müharibəsində ölkəmizdə yaşayan müxtəlif millətlərin nümayəndələrinin iştirakı, şücaəti, şəhid olması, qaziliyi ilə bir daha gördük. Dövlətimizin başçısının çıxışlarında vurğuladığı gənclərin milli-mənəvi ruhda tərbiyə edilməsi məsələsi çox aktualdır. Milli ruhda, azərbaycançılıq ideologiyası ilə tərbiyə dövlətimizin, xalqımızın daha da inkişafının təməl prinsipidir. Bu yol bizi bütün istiqamətlərdə hədəflərimizə çatdıracaq”.
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 2026 20:00
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 2026 13:50
- Laricaninin yerinə o gətirildi
24 mart 2026 16:34
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 2026 21:12
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 2026 22:24
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 2026 18:35
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
5 mart 2026 20:03
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
