Həkimlər kənddə yaşamağı məsləhət gördü - O, ruhi xəstəxanaya niyə gedirdi?
6 dekabr Xalq artisti Baba Mahmudoğlunun anım günüdür.
Kulis.az bu münasibətlə onun həyat və yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.
Baba Mahmudoğlu 1940-cı ildə Qazax rayonunun Muğanlı kəndində dünyaya gəlib.
O, orta məktəbi əla qiymətlərlə başa vurub. 16 yaşında Bakıya gəlib, daha sonra o vaxtkı Sənaye İnstitutunun mexanika fakültəsinə imtahansız qəbul olunub.
Tələbəlik vaxtı yoldaşları onu Seyid Şuşinskinin yanına aparıb və Baba Mahmudoğlu Seyid Şuşinskinin dərslərində iştirak edib.

Baba Mahmudoğlu gənclik illərində
Sənaye İnstitutunda oxuyarkən Süleyman Abdullayev, Əlibaba Məmmədov, Nəriman Əliyev, Nəzakət Məmmədova, Zeynəb Xanlarova ilə birgə Asəf Zeynallı adına Musiqi Məktəbində muğamları öyrənib.
1961-ci ildə institutu bitirib mühəndis ixtisasına yiyələnib və Səttarxan adına zavodda aparıcı konstruktor kimi işləməyə başlayıb. Hələ tələbəlik illərində institutun, işə daxil olduğu vaxtdan isə zavodun mədəniyyət sarayının mahnı və rəqs ansambllarının solisti kimi fəaliyyət göstərib.
Sonra Səid Rüstəmovun rəhbərliyi ilə fəaliyyət göstərən orkestrlə televiziyaya çıxıb. Daha sonra Əhməd Bakıxanovun, Baba Salahovun ansamblı ilə ekranda görünməyə başlayıb.
Elə həmin illərdə Amaliya adlı qızla tanış olub və onunla ailə həyatı qurub. Bu evlilikdən onların iki övladı dünyaya gəlib. Xanəndə ailəsi ilə birlikdə 16 il birotaqlı, darısqal mənzildə yaşamalı olub. Həyat yoldaşı Amaliya xanım xatirələrində deyib:
"Baba Mahmudoğlu ilə tanışlığımı heç vaxt unutmaram. İndiki Azadlıq prospektindəki yataqxanamız Neft-Kimya İnstitutunun yataqxanası ilə üzbəüz idi. Bir çox tələbələr kimi, mən də Babanı tanıyırdım. Çünki bəzən axşamlar onun səsi nəinki yataqxanaları, ətraf evləri də başına götürürdü. Tanışlığımız da elə ordan başladı. Birinci görüşümüzdəcə mənə evlənməyi təklif etdi. Baba sözü qıpqırmızı, adamın gözünün içinə deyirdi. Uşaq kimi təmiz və səmimi idi. Mən onun üçün yaşayırdım. Qohum-əqrəba da çox istəyirdi onu. Nəsimi bazarının yanında darısqal birotaqlı evimiz var idi. 1962-78-ci illərdə orada yaşamışıq. Ömrünün ən gözəl çağları olub o illər... Hara gedirəm səsi qulağımdadır. Televizorda yaxşı nə görürəm, Baba yadıma düşür. Çətindir onsuz, çox çətindir".
O, bir qədər sonra Əhsən Dadaşovun ansamblında oxumaq hüququ alıb.
"Leyli və Məcnun"da Məcnun, "Aşıq Qərib"də Aşıq Qərib, "Əsli və Kərəm"də Kərəm, "Koroğlu"da təlxək, "Şah İsmayıl"da Şah İsmayıl, "Xanəndənin taleyi"də Mir Seyid obrazlarını yaradıb. 1992-ci ildə Xalq artisti fəxri adını alıb.
Onun sənətdə yüksəlişi, professional səhnə taleyi isə Opera və Balet Teatrından başlayıb. Mərhum sənətkar öz xatirələrində deyib:
"Bir gün eşitdim ki, Opera və Balet Teatrında "Gözəl səslər" müsabiqəsi keçirilir. Açığı özüm buna çox can atırdım, dostlarım da məsləhət gördülər ki, həmin müsabiqədə iştirak edim. 1962-ci ildə maestro Niyazinin rəhbərliyi ilə keçirilən həmin müsabiqədə iştirak edən 153 nəfər içərisindən birinciliyi qazanaraq Opera və Balet Teatrına solist qəbul olundum".
1979-cu ilə kimi hamı onu xanəndə Baba Mirzəyev kimi tanıyıb. 1979-cu ilin sentyabr ayında isə özünə "Dastan" folklor ansamblı yaradaraq, o andan Baba Mahmudoğlu kimi çıxış etməyə başlayıb.
Baba Mahmudoğlu sənət yolunu bu ansamblla davam etdirib. "Dastan" folklor ansamblı ilə o, bir çox xarici səfərlərdə də çıxış edib və Azərbaycan musiqisinin gözəlliyini digər xalqların nümayəndələrinə ən gözəl şəkildə çatdırıb.

Baba Mahmudoğlu tamaşa zamanı
Baba Mahmudoğlu taleyinə, bəxtinə, uğurlarına arxayın olub heç vaxt qürrələnməyib, özünü yuxarı tutmayıb, yolunu azmayıb və öz keçmişini, uşaqlıq dövrünü, kasıb yaşadıqları zamanı unutmayıb.
Ağır, məşəqqətli 1941-1945-ci müharibə illərini, ondan sonrakı çağları xatırlayıb, heç bir şəraiti olmayan, qazmada yaşadıqlarını yaddan çıxarmayıb.
1962-ci ildə Niyazi Opera və Balet Teatrında baş dirijor olan zaman qəzetlərdə Məcnun rolu üçün yeni ifaçı axtarışı elan verilib. Baba bu müsabiqəyə qatılıb və 153 nəfər arasından birinci olub. Elə həmin ildən teatrın solistinə çevrilib.
8 il orda təmənnasız çalışıb, baş rollar ifa edib. O, Məcnun obrazının ruhi aləmini mənimsəmək və tamaşaçıya çatdırmaq üçün altı ay ruhi xəstəxanaya gedib, ruhi xəstələrin davranış tərzini öyrənməyə çalışıb. Tamaşa zamanı obrazı necə ifa edibsə, izləyənlər elə bilib ki, o, həqiqətən də, dəli olub. Hətta bir dəfə Məcnun özünü qayadan atan səhnəsində hündürdən atılıb və huşunu itirib. Bir dəfə isə az qalır, orkestrin üstünə düşsün.
Leyli obrazı üçün gənc Nəzakət Məmmədova ilə məşqlər aparıb və Məcnun rolunda da daha bir gənci görmək istəyib. Nəzakət xanım sevincək ona belə bir ifaçının olduğunu bildirib:
"Səhnə görkəmi Məcnuna uyğun, səs imkanları çox geniş, sənətə böyük həvəsi olan bir oğlan var, Baba Mirzəyevdir. Çox istedadlıdır".
Baba Məcnun obrazının mətnini, Füzuli yaradıcılığını dərindən dərk etsin deyə ədəbiyyatşünas alimlərdən Həmid Araslı və Əli Fəhmi ilə görüşüb. Bu böyük alimlər, xeyirxah insanlar bu işdə Babaya kömək ediblər.
Gənc xanəndə Opera Teatrının müşayiətçi tarzəni, böyük muğam bilicisi Bəhram Mansurovla məşqlərdə onun çalğısı, tövsiyə və tapşırıqları vasitəsi ilə çox şey əxz edib, səsini muğam parçalarına uyğunlaşdırıb, Məcnun roluna aid olan oxuma üslubunu mənimsəyib.
Firudin Səfərov Babanı yoxlamaq üçün bir ay sınaq müddətinə iki həftə də əlavə edib və çox gözəl nəticə alınıb. Baba əsl Məcnun kimi səhnəyə çıxarılıb. İlk tamaşa uğurlar qazanıb.
Baba Mahmudoğulunu qəribə xasiyyətlərindən biri də oxuyarkən gözlərini yumması olub. Bir gün Filarmoniyada konsert vermək üçün məşq etdiyi zaman Baba yenə gözlərini yumub. Musiqiçilər görüb ki, Baba yenə gözlərini yumub, səsini də uzadır, tez alətləri yerə qoyub bayıra çıxıblar. Sən demə, onlar əvvəlcədən öz aralarında danışıblar ki, Baba ifa edəndə durub getsinlər. Baba təsnifə keçəndə gözlərini açır, baxıb ki, otaqda bəstəkardan başqa heç kim yoxdur. Zarafatı başa düşən xanəndə şaqqanaq çəkib gülüb.
Canəli Əkbərov isə onu belə xatırlayırdı:
“Bir dəfə "ezamiyyət vaxtıdır" dedik, bizim kəndimizə getdik. Baba çox aktiv adam idi. Bir yerdə durmurdu. Həyətimizə çatandan az sonra gördük yoxa çıxdı. Arif Babayev dedi ki, əə, bura hara getdi? Evimizin arxasına keçib gördük ki, yoncalıqda uzanıb yatıb. Yonca o qədər hündür idi ki, Baba içində itib-batırdı. Arif dedi ki, sən tut ayağından, mən də başından, bunu yaxınlıqdan keçən kanala ataq. Elə də yatıb daş kimi. Nəysə, bunu qaldırdıq, apardıq kanala tərəf, birdən ayıldı. Başladı bizə yalvarmağa: "Başınıza dönərəm, məni kanala atmayın". O qədər saf idi ki, o dəqiqə inanmışdı”.
Əməkdar artist Süleyman Abdullayev müsahibələrinin birində deyib:
"Baba Mahmudoğlunun istedadına söz ola bilməzdi. O qədər savadlı idi ki, haradan deyirdin, oradan cavab verirdi. Dünya klassiklərini əzbər bilirdi. İnanın ki, Füzulinin qəzəllərini elə gözəl təhlil edirdi ki, biz ona öz aramızda "Kəllə" deyirdik. O vaxtı hər adamın işi deyildi ki, Füzulini dərindən bilsin. Həyat yoldaşı Amaliya xanım da özü qədər savadlı qadın idi. Sovet höküməti vaxtında kooperativ ev aldığına görə onu həbs etmişdilər. Baba da mənim yaxın dostum idi deyə tez-tez yanına gedirdim. Bir dəfə də çətin vaxtlarında cibinə yüksək məbləğdə pul qoydurmuşdum. Hər dəfə müsahibələrində onu söyləyirdi ki, "Süleyman Abdullayev kimi sənətkar mənim ən çətin günümdə yanımda olub".
Baba Mahmudoğlu 2005-ci ildə Opera və Balet Teatrından təqaüdə göndərilib.

Sənətkar elə həmin ilin noyabr ayında xəstələnib, insult keçirib. Bir müddət sonra özünü yaxşı hiss etsə də, 2006-cı ilin yayında vəziyyəti yenidən pisləşib.
Həkimlər ona rayonda yaşamağı məsləhət görüblər. Bu səbəbdən B. Mahmudoğlu ilin təxminən beş ayını Şamaxı rayonunun Çuxuryurd kəndində yaşamalı olub.
Daha sonra Bakıya qayıdıb. 2006-cı il dekabrın 6-da Azərbaycanın Xalq artisti Baba Mahmudoğlu 66 yaşında vəfat edib.
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 2026 15:44
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 2026 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 2026 11:55
- BOZ kardinal-ın boz günü...
17 aprel 2026 11:21
- General adından sui-istifadə, aldadılan insanlar və… — Alibek Kurbanovun qorxu ssenarili oyunları: General kimdir?
16 aprel 2026 23:05
- Bakıda 1 kilosu 238 MANATA gilas satılır – FOTO
16 aprel 2026 19:10
- 18 gündür infarkt keçirən Nərgiz türmədə ağır durumda...
16 aprel 2026 11:52
- ELMİN VƏ HUMANİZMİN VƏHDƏTİ – AKADEMİK ZƏRİFƏ ƏLİYEVA
13 aprel 2026 12:46
- Qaqarinin varisləri - İlk kosmonavtın qızlarının başına nə gəlib?
12 aprel 2026 14:45
- Səhiyyə Nazirliyinin nevroloqu cavablandırır: Parkinson xəstəliyini necə tanımaq olar?
11 aprel 2026 10:59
- Dilənçilər 200 manatadək cərimələnəcək
21 aprel 13:55
- SON DƏQİQƏ: Bakı metrosunun bütün stansiyalarına giriş BAĞLANDI
21 aprel 12:45
- Şahdağa 87 sm qar yağdı
21 aprel 12:32
- Böyük Qayıdış: Ağdama daha 92 ailə yola salındı
21 aprel 11:54
- Milli Məclisin iclası başladı: 8 məsələyə baxılacaq
21 aprel 11:46
- Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
21 aprel 00:23
- Nasizmin qurbanı olan azərbaycanlılar üçün Bergen-Belzendə xatirə lövhəsi açıldı - FOTOLAR
21 aprel 00:12
- Azərbaycanda da satılan bu uşaq qidasında siçan zəhəri - QALMAQAL
20 aprel 22:00
- Fərhad Xəlilov: Əsərlərimi Bakıda satmıram, bilirəm ki, o qiymətə heç kəs almayacaq
20 aprel 20:19
- Yoxsulluq və işsizlik 5% səviyyəsinə düşüb - Prezident
20 aprel 18:57
- Bu qeyri-filiz faydalı qazıntı yataqları AzerGold -a verildi (FƏRMAN)
20 aprel 18:32
- Ələkbər Salahzadənin qızı: Atamın ölümündən sonra nömrəsindən zəng gəldi,..
20 aprel 15:44
- Deputat Azər Allahverənov Pirşağı qəsəbəsinin sakinləri ilə görüşüb
20 aprel 14:21
- Bakıda güllələnən müəllim həmin şagirdi bağışladı
20 aprel 13:25
- Bu ölkədə RUS DİLİNDƏ danışmaq qadağan edilir
20 aprel 11:49
- General Bərxudarov 50-yə çatdı !
20 aprel 11:40
- İlham Əliyev BMT komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciət etdi
20 aprel 11:31
- Ukrayna Türkiyəyə rəsmən müraciət etdi: Putin–Zelenski görüşü gündəmdə
20 aprel 00:09
- İran danışıqlardan İMTİNA ETDİ
19 aprel 22:51
- Temperatur 8 dərəcə ENƏCƏK – Xəbərdarlıq
19 aprel 20:56
- Tramp–Pezeşkian görüşü gündəmdə: İslamabadda həlledici mərhələ
19 aprel 20:35
- Vuçiç İlham Əliyevə zəng etdi
19 aprel 18:20
- Qubernator Prezidenti -ağıldankəm faşist - adlandırdı...
19 aprel 14:47
- Füzulidə hərbçilər qəzaya düşdü: 2 nəfər həlak oldu
19 aprel 13:49
- Kardioloqlar infarktın ən çox hansı saatlarda baş verdiyini açıqladı
19 aprel 11:55
- SON DƏQİQƏ: Türkiyədə zəlzələ oldu
19 aprel 11:51
- Paytaxtda 100 minə yaxın bina SÖKÜLƏCƏK
19 aprel 00:22
- Almaniyada minlərlə QABAN məhv edildi
19 aprel 00:17
- Meloni Azərbaycana gələcək
18 aprel 23:38
- İspaniyanın baş naziri: BMT-yə QADIN RƏHBƏRLİK etməlidir
18 aprel 20:43
