- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
- İçdiyimiz məşhur qəhvə brendləri ƏSL KOFE deyil, SOYADIR
- Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
- Ağ Evdən İrana sərt mesaj: 10 bəndlik plan zibil qutusuna atıldı
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
Siyasət5 mart 2026 18:06
Martın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyevin çıxışı
-Bu gün İran tərəfindən Azərbaycan ərazisinə qarşı, Azərbaycan dövlətinə qarşı terror aktı törədilmişdir. Naxçıvan Muxtar Respublikasının ərazisini İran dövləti pilotsuz uçuş aparatları ilə atəş altına salmışdır. Atəşin hədəfləri mülki obyektlər idi. Naxçıvan Beynəlxalq Hava Limanı, onun terminal binası, məktəb və digər istiqamətlər İran tərəfindən namərd atəşə məruz qalmışdır. Azərbaycan dövləti bu çirkin terror aktını qətiyyətlə pisləyir, bunu törədənlər dərhal məsuliyyətə cəlb edilməlidir. Azərbaycan tərəfinə İran rəsmiləri tərəfindən izahat verilməlidir, üzr istənilməlidir və bu terror aktını törədənlər cinayət məsuliyyətinə cəlb edilməlidir.
Birinci dəfə deyil ki, İran dövləti Azərbaycana və azərbaycanlılara qarşı terror aktları həyata keçirir. Hamımız yaxşı xatırlayırıq ki, bir müddət bundan əvvəl Azərbaycanın Tehrandakı səfirliyi terror aktına məruz qalmışdır. Səfirliyə hücum çəkmiş İran xüsusi xidmət orqanları tərəfindən təlimatlandırılmış şəxs Azərbaycan vətəndaşlarına qarşı qanlı terror aktı törədib. Bunun nəticəsində bir vətəndaş həlak olub, bir vətəndaş isə ağır yaralanıb. Onu da bildirməliyəm ki, Azərbaycanın xüsusi xidmət orqanlarının əliyalın nümayəndəsi avtomat "Kalaşnikov”la, "Molotov” kokteyli və balta ilə silahlanmış terrorçunu zərərsizləşdirib. O vaxt da bizdə şübhə yox idi ki, bunu törədən İran dövlətidir. Çünki bu terror aktı həm səfirliyin içində, həm səfirliyin ətrafında, təqribən 40 dəqiqəyə qədər davam edirdi. Bu 40 dəqiqə ərzində bir dənə də olsun nə təhlükəsizlik, nə polis nümayəndəsi səfirliyə yaxınlaşmayıb. Aydın məsələ idi ki, Azərbaycanı qorxutmaq, Azərbaycana qarşı çirkin əməllərini həyata keçirmək üçün bu terror aktı İranın dövlət qurumlarının ən rəhbər mərtəbələrindən sifariş edilmişdir. Bildiyiniz kimi, o vaxt Azərbaycan bu hadisəyə çox sərt reaksiya vermişdi, Azərbaycan səfirliyi İrandan təxliyə edilmişdi, bütün diplomatik əlaqələr dayandırılmışdı. İran tərəfi bizdən üzr istəməyə, öz günahını etiraf etməyə məcbur olmuşdu. O terror aktını törədənə bizim təkidimizlə ən ağır cəza da verilmişdi. Hətta uzun müddət bu cəzanı həyata keçirməyə maraq göstərməyən, hətta cinayətkarı xilas etməyə çalışan İran dövləti məcbur olub terrorçunu Azərbaycan nümayəndələrinin gözü qarşısında edam etmişdi. Bu dəfə də cavab eyni olacaq. Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin.
Dəfələrlə İran tərəfinə, xüsusilə keçən il baş vermiş toqquşmalardan sonra bildirilmişdir ki, Azərbaycan ərazisindən heç bir qonşu dövlətə qarşı istifadə olunmayacaq. Biz buna imkan verməyəcəyik, necə ki, heç vaxt bu günə qədər imkan verməmişik. Düzdür, keçən ilin yay aylarında və ondan sonrakı dövrdə İrandan bizə əsassız ittihamlar irəli sürülürdü. İranın dövlət qurumlarının nəzarətində olan media resursları Azərbaycanı ləkələmək, İranda yaşayan soydaşlarımızın fikrini dəyişdirmək üçün Azərbaycana qarşı çirkin, şər-böhtan kampaniyası aparırdı. Çünki yaxşı bilirlər ki, bu gün müstəqil Azərbaycan dövləti İranda yaşayan bir çox azərbaycanlılar üçün də ümid yeridir. Yəni bizi ləkələmək, bizi şərləmək, gözdən salmaq İran ictimaiyyəti qarşısında bu məqsədi güdürdü. Çünki bunun heç bir əsası yox idi. Azərbaycan nə o vaxt, nə də bu dəfə İrana qarşı olan əməliyyatlarda iştirak etmir və etməyəcək. Çünki bizim mövqeyimiz bundan ibarətdir. Bizim qonşu ölkələrə qarşı hər hansı bir əməliyyat keçirməyə nə marağımız var, nə də siyasətimiz buna imkan verir. Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və qorumuşuq. Necə ki, Ermənistan işğalına son qoymuşuq, istənilən şər qüvvəyə qarşı öz gücümüzü göstərməyə hazırıq və İranda bunu unutmasınlar. Onların törətdiyi bu terror aktı bütün başqa çirkin amillərlə yanaşı, böyük nankorluq nümunəsidir. Son hadisələr baş verən kimi biz onlara xəbər göndərdik, başsağlığı verdik. Xarici işlər naziri mənim göstərişimlə həmkarı ilə danışdı. Mən onların səfirliyinə gedib başsağlığı vermək üçün öz mövqeyimi bildirdim. Halbuki məndən başqa heç bir dövlət başçısı İranın heç bir səfirliyinə getməyib. Yəni bunu qiymətləndirməmək, bunu yerə vurmaq, özlərini alçaq, nankorlar kimi aparmaq heç kimə şərəf gətirmir. Bu şərəfsizlər, bizə qarşı bu terror aktını törədənlər peşman olacaqlar. Bizim gücümüzü sınamasınlar. Bizim gücümüzü sınamaq istəyənlərin başı "Dəmir yumruq” vasitəsilə yarıldı. Bugünkü hadisə də eyni nəticəni hasil edəcək. Ona görə bu məsələ ilə bağlı tədbirlər planı hazırlanmalıdır. Bütün göstərişlər verilmişdir. İranın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırıldı, etiraz notası veriləcək, digər diplomatik addımlar atılacaq. Sərhədlə bağlı müvafiq göstərişlər verildi.
Onu da bildirməliyəm, bu gün səhər mənə məlumat verildi ki, İranın xarici işlər nazirinin müavini Bakıya zəng edir, xahiş edir ki, İran səfirliyinin Livanda qalmış əməkdaşlarının təxliyəsinə Azərbaycan kömək etsin. Çünki onların imkanı yoxdur. Mənə məruzə edildi. Mən dərhal göstəriş verdim ki, kömək göstərin, təyyarə göndərin. Hətta onlar dedilər ki, biz bunun pulunu da verməyə hazırıq. Dedim ki, lazım deyil, indi dar gündə biz kömək göstərməsək, bəs nə vaxt kömək göstərməliyik? Bütün bunların müqabilində çirkincə, namərdcə, nakişi kimi Naxçıvana zərbə endirmək?! Bu ləkə onların çirkin və eybəcər simasından heç vaxt silinməyəcək. Ona görə diplomatik yollarla bütün lazımi tədbirlər görüləcək. Bizim Silahlı Qüvvələrimiz - Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, digər bütün Xüsusi Təyinatlı Qüvvələr bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib və istənilən əməliyyatı keçirməyə hazır olmalıdırlar. Hələlik bu qədər.
Biz Azərbaycan xalqını proseslərin gedişatı ilə əlaqədar məlumatlandıracağıq. Müdafiə Nazirliyinin açıqlaması artıq mətbuatda dərc edilib. Azərbaycan xalqı əmin olmalıdır ki, istənilən bəd qüvvə onlara qarşı bizim "Dəmir yumruğ”umuzu görəcək.
Oxşar xəbərlər
- TƏCİLİ! Prezident hərbi xidmətlə bağılı SƏRƏNCAM İMZALADI
9 aprel 2026 17:51
- İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
9 aprel 2026 17:01
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
9 aprel 2026 12:07
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
9 aprel 2026 09:47
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
8 aprel 2026 19:35
- İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
8 aprel 2026 17:13
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
8 aprel 2026 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
8 aprel 2026 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
8 aprel 2026 13:40
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
7 aprel 2026 23:13
Xəbər lenti
- TƏCİLİ! Prezident hərbi xidmətlə bağılı SƏRƏNCAM İMZALADI
09 aprel 17:51
- İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
09 aprel 17:01
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
09 aprel 12:07
- Azərbaycanda boşanma xəritəsi: Hansı rayonlarda ailələr daha çox dağılır? - RƏSMİ STATİSTİKA
09 aprel 11:00
- İçdiyimiz məşhur qəhvə brendləri ƏSL KOFE deyil, SOYADIR
09 aprel 10:04
- Tramp: İran nüvə silahlarından imtina etməyə və Hörmüz boğazını açmağa razılaşıb
09 aprel 09:56
- Türkiyədən Paşinyana SEÇKİ sürprizi – Ankara BUNA getsə...
09 aprel 09:47
- Ağ Evdən İrana sərt mesaj: 10 bəndlik plan zibil qutusuna atıldı
09 aprel 00:06
- Bundan sonra da savaş davam etdirilsə, ABŞ və İsrail istədikləri heç bir nəticəni əldə edə bilməyəcək…
08 aprel 22:36
- Litvanın Baş naziri Azərbaycandadır - Fotolar
08 aprel 21:11
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
08 aprel 19:35
- Tərk etməyi öyrən, xoşbəxtliyin açarı budur... - Buddadan hikmətli kəlamlar
08 aprel 19:00
- İlham Əliyev atəşkəslə bağlı Məsud Pezeşkianı təbrik etdi
08 aprel 17:13
- Bir neçə qurumun Müşahidə Şurasında dəyişiklik - Prezidentdən sərəncamlar
08 aprel 15:07
- Ağsu sakini vətəndaşlıqdan imtina etməklə bağlı cənab Prezidentə müraciət etdi
08 aprel 14:09
- Prezident İlham Əliyev Qazaxıstanın xarici işlər və nəqliyyat nazirlərini qəbul edib
08 aprel 13:40
- Litvanın Baş naziri Azərbaycana gəlir
08 aprel 11:11
- İran ABŞ ilə ATƏŞKƏS barədə bəyanat yaydı
08 aprel 11:01
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
Video & Fotoqalereya
Video
Fotoqalereya
