İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Siyasət4 avqust 2025 23:15

İlham Əliyev və xanımı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzaladı
Prezident İlham Əliyev Xalq yazıçısı Elçin Əfəndiyevin vəfatı ilə bağlı nekroloq imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, mətndə deyilir:
"Azərbaycanın mədəni ictimaiyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, tanınmış dramaturq, tənqidçi və ədəbiyyatşünas, ictimai-siyasi xadim, filologiya elmləri doktoru, professor Elçin İlyas oğlu Əfəndiyev 2025-ci il avqustun 3-də ömrünün 83-cü ilində vəfat etmişdir.
Elçin Əfəndiyev 1943-cü il mayın 13-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1960–1965-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1965–1969-cu illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasında oxumuşdur.
Əmək fəaliyyətinə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda elmi əməkdaş kimi başlayan Elçin Əfəndiyev 1969–1975-ci illərdə orada işləmişdir. O, 1975–1987-ci illərdə Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin katibi, 1987–1993-cü illərdə isə Xaricdə yaşayan həmvətənlərlə Mədəni Əlaqələr Cəmiyyəti – "Vətən” Cəmiyyəti rəyasət heyətinin sədri olmuşdur. Elçin Əfəndiyev 1993–2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini vəzifəsində çalışmışdır.
Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan yazıçı Elçin Əfəndiyev bütün fəaliyyəti ərzində 60-cı illər nəslinin ənənələrinə sadiqlik nümayiş etdirmiş və milli bədii fikrin zənginləşməsində mühüm rol oynamışdır. O, hələ ədəbi yaradıcılığa başladığı ilk vaxtlardan mənəvi axtarışlarla dolu əsərlərinin poetik gücü ilə geniş oxucu kütləsinin dərin rəğbətini qazanmışdır. Realist psixoloji təhlilin dərinliyi və bədii-estetik ifadə vasitələrinin rəngarəngliyi ilə seçilən bu əsərlər Azərbaycan nəsrinin qiymətli nümunələridir.
Ədəbiyyatımızın yeni mərhələsinin formalaşmasının fəal iştirakçısı olan sənətkar uzaq və yaxın tarixi keçmişimizlə bağlı roman, povest, hekayə və pyeslərində xalqımızın mənəvi-əxlaqi dəyərlərinin təbliğini diqqət mərkəzində saxlamışdır. Elçinin ssenariləri əsasında çəkilən filmlər uğurlu ekran həyatı yaşayaraq Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxil olmuşdur.
Elçin Əfəndiyev tənqidçi-ədəbiyyatşünas kimi klassik irsə və müasir ədəbi prosesə dair aktual mövzularda dəyərli elmi-nəzəri yazıları, portret-oçerkləri ilə ədəbi mühitin inkişafına sanballı töhfələr vermişdir.
Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə olunmuş, müxtəlif teatr səhnələrində tamaşaya qoyularaq müəllifinə şöhrət qazandırmışdır. Onun mötəbər beynəlxalq konfranslarda çıxışları elmi və ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
Elçin Əfəndiyev ölkəmizin ictimai-siyasi və mədəni həyatında daim yaxından iştirak etmişdir. Xaricdə yaşayan soydaşlarımızın tarixi Vətənlə əlaqələrinin dərinləşməsində xidmətləri onun azərbaycançılıq məfkurəsinə sədaqətinin bariz ifadəsidir. Elçin Əfəndiyev uzun illər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində təqdirəlayiq fəaliyyət göstərmişdir.
Elçin Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının ali dövlət mükafatları – "İstiqlal” (2003), "Şərəf” (2013), "Şöhrət” (2018) ordenləri və "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” (2023) ilə təltif edilmişdir.
Görkəmli yazıçı və alim, tanınmış ictimai-siyasi xadim, səmimi və təvazökar insan Elçin İlyas oğlu Əfəndiyevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Fərəh Əliyeva
Adil Kərimli
Polad Bülbüloğlu
İsa Həbibbəyli
Anar Rzayev
Nəriman Həsənzadə
Kamal Abdullayev
Çingiz Abdullayev
Hacı İsmayılov".
Oxşar xəbərlər
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 2025 17:29
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 2025 17:18
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 2025 12:26
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 2025 00:45
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 2025 19:46
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 2025 10:46
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 2025 01:03
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 2025 17:13
- İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
15 avqust 2025 16:56
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 2025 09:56
Xəbər lenti
- Putinin qrup yoldaşını öldürüblər ?
17 avqust 17:29
- Sabah Avropa liderləri Trampla görüşəcək
17 avqust 17:24
- Balakəndə camış sahibini vurub öldürdü
17 avqust 17:18
- Rəqsanə Moskvada həbsdə olan azərbaycanlı iş adamını azadlığa buraxdıracağını vəd edərək 520 MIN DOLLAR
17 avqust 17:05
- Daha bir rayonda dəbdəbəli yas verilməsi ləğv edildi
17 avqust 16:58
- İlk 7 ayda 127 milyondan çox insan metrodan istifadə edib (SİYAHI)
17 avqust 16:52
- Biz yenidən uçurum qarşısındayıq –Heydər Əliyev 50 il əvvəl Oljas Süleymanova nə deyib?
17 avqust 12:09
- Müslüm Maqomayevin SSRİ-də göstərilməyən konserti –Almaniya TV-sının 1973-cü ilə aid unikal görüntüləri (VİDEO)
17 avqust 11:07
- Zelenski: Bazar ertəsi Trampla görüşə hazırlaşırıq
17 avqust 10:24
- 15 milyona torpaq sahəsi aldı
17 avqust 09:50
- Bu ölkəni kütləvi etirazlar bürüdü - SON DƏQİQƏ
17 avqust 09:30
- Ərdoğanın oğlu Azərbaycana gəldi
17 avqust 09:02
- Putindən Trampa ŞOK TƏLƏB - Rus dili RƏSMİ dil olsun
17 avqust 00:45
- Tatarıstanlı nazir Talibanı -mehriban quldurlar- adlandırıb
16 avqust 23:25
- Zelenski Putinin tələbini rədd etdi
16 avqust 22:59
- Müğənni Rəqsanə HƏBS EDİLDİ
16 avqust 19:46
- Vidadi Babanlı vəfat etdi
16 avqust 19:38
- Birgə səylər beynəlxalq ictimaiyyət üçün müsbət nəticələr verə bilər
16 avqust 10:46
- Avropanın tərk edilmiş ən qorxulu 4 kəndi (FOTO)
16 avqust 10:29
- Trampdan Zelenskiyə məsləhət: Rusiya çox böyükdür, siz isə yox – razılaşma bağlayın
16 avqust 09:23
- Putin və Trampın görüşü ilə bağlı ilginc detallar
16 avqust 01:03
- Bir vaxtlar dünyaya pambıq satan Özbəkistan... ABŞ-dan pambıq alacaq
16 avqust 00:34
- Vladimir Putin və Donald Tramp Alyaskada görüşdü FOTO
15 avqust 23:28
- Çilingərin milyarder oğlu: -Razin uşağı- dünyanı necə fəth etdi?
15 avqust 17:13
- İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyuldu - İş adamı məhkəməyə üz tutdu
15 avqust 16:56
- Qazaxıstanda ailə-klan hakimiyyətinə son qoyulub - Tokayev
15 avqust 14:04
- 10 kilometrdən ( 10160 metr) DÜŞÜB SAĞ QALAN stüardessa - Sirrlə dolu...
15 avqust 12:35
- Rus rublundan qurtuluş - Azərbaycan manatının DOĞUM GÜNÜ - 33 İL
15 avqust 10:28
- Gəncədə keçiriləcək III MDB Oyunlarına hazırlıq gedir
15 avqust 10:13
- Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva
15 avqust 09:56
Video & Fotoqalereya
Video
Fotoqalereya