Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında hakim İkram Sabir oğlu Şirinovun sədrliyi ilə SOCAR-ın sabiq vitse-prezidenti, oliqarx Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadənin Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 saylı 23.09.2024-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə baxış keçirilib.
Musavat.com xəbər verir ki, cavabdeh Orxan İsmayılzadənin vəkilləri qətnamənin ləğvini istəyirlər.
İş üzrə iddiaçı Fidan Abbasovanın vəkilləri isə Sabunçu məhkəməsinin alimentlə bağlı hissəsi ilə razı deyillər. Onlar Orxan İsmayılzadədən qızı Nil İsmayılzadənin saxlanılması üçün məhkəmənin hər ay üçün kəsdiyi alimentin 500 manatdan 2 min manata qaldırılmasını istəyirlər. Qətnamənin qalan hissəsinin əsaslı və qanuni olduğunu qeyd edirlər.
Musavat.com-un xəbərinə görə, məsələnin mahiyyəti budur ki, Fidan Abbasova uzun illərdir qızı Nilin atasının Orxan İsmayılzadə olmasını sübut etməyə çalışır.
Lakin Orxan İsmayılzadə ötən illər ərzində qızı Nilə soyadını, adını verməkdən boyun qaçırıb, uşağın saxlanılması üçün tələb olunan vəsaiti ödəməkdən yayınıb. Buna görə də Fidan Abbasova məhkəmə qaydasında Orxan İsmayılzadənin övladının atası olmasını sübut etmək məcburiyyətində qalıb.

İllər öncə məkəməyə təqdim etdiyi iddiası üzrə yekun qərar verilmədən geri götürülmüşdü. Fidan Abbasova mətbuata açıqlamasında bildirmişdi ki, 2017-ci ildə Sabunçu məhkəməsinə iddia təqdim edərək övladının atasının müəyyən edilməsini xahiş edib. Lakin o zaman Fidan Abbasova aldadılmaqla iddiasını geri çəkib. 7 il sonra, 2024-cü ildə o, icraata xitam verilməsi barədə Sabunçu Rayon Məhkəməsinin qərardadını alıb və iradəsi əksinə olan qərardadın ləğvini xahiş edib. Qərardad ləğv ediləndən sonra yenidən Sabunçu Rayon Məhkəməsində eyni predmet üzrə məhkəmə araşdırmaları başlayıb.
Məhkəmədə Fidan Abbasova bildirib ki, Orxan İsmayılzadə ilə faktiki nikahdan 05.05.2015-ci il təvəllüdlü Nil adlı qızı dünyaya gəlib. Buna görə də məhkəmədə övladının adının atasının Orxan İsmayılzadə olmasının müəyyən edilməsi və buna dair doğum aktı qeydinin aparılması barədə qətnamə qəbul edilməsini xahiş edib. Fidan Abbasovanın nümayəndəsi isə tələb edib ki, Orxan İsmayılzadədən 17.01.2017-ci il tarixdən başlamaqla 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızı Abbasovanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 2 min manat pul tutulsun.
Nümayəndə məhkəmədə Orxan İsmayılzadə ilə Fidan Abbasovanın ailə qurmasıyla bağlı fikirlərini belə əsaslandırıb:
“Orxan Mikayıl oğlu İsmayılzadə 2012-ci ilin may ayında Fidan Abbasova ilə tanış olaraq ailə qurmaq qərarına gəlib və faktiki nikaha daxil olaraq birgə yaşamağa başlayıblar.
Orxan İsmayılzadə özünün mobil nömrəsi 050-450-X0-X0 olduğu üçün ona da həmin nömrəyə uyğun olaraq 055-450-X0-X0 mobil telefon nömrəsi və digər əşyalar alıb. Bakı şəhərində yaşadıqları təxminən 6 ay ərzində dəfələrlə görüşüblər və faktiki nikah münasibətləri davam edib. Faktiki nikaha daxil olduqdan sonra cavabdeh ona Almaniya Respublikasına getməyi təklif edib. Bu məqsədlə viza əldə edərək Almaniyaya gedib və özünün Münhen şəhərində yerləşən evində birlikdə yaşayıblar. Almaniyada yaşadıqları müddət ərzində bir sıra başqa ölkələrə səfərlər ediblər. Bu xüsusat Fidan Abbasova və Orxan İsmayılzadənin pasportlarında olan eyni tarixdə sərhəd-buraxılış məntəqəsində aparılmış qeydlərlə təsdiq olunur.
Beləliklə, 2012-ci ilin may ayından 3 sentyabr 2016-cı il tarixədək Orxan İsmayılzadə ilə faktiki nikah münasibətlərində olublar. Faktiki nikahdan 5 may 2015-ci il tarixdə Nil adlı qızları anadan olub. Orxan uşağın atası olduğu halda, uşağın atası kimi yazılmasına dair ərizə verməyib, səbəbini onunla əsaslandırıb ki, onun valideynləri uşağın atası kimi yazılmasına razılıq vermirlər və hətta bununla əlaqədar atası onu döyüb. Nəticədə faktiki nikahdan 5 may 2015-ci il tarixdə anadan olmuş uşağın ata adından istifadə etmək hüququ pozulub”.

Orxan İsmayılzadə Fidan Abbasovanın iddiası əsasında başladılan məhkəmə proseslərinə gəlməkdən boyun qaçırıb. Məhkəmənin təyin etdiyi “atalığın müəyyən edilməsinə dair” ekspertizadan da keçməkdən yayınıb.
Məhkəmə iddiaçını və iş materiallarında olan sənədləri araşdırmaqla iddianın qismən təmin edilməsinə dair qətnamə verib.
Qətnamədə yazılır: - AZE seriyalı, 11667989 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Abbasova Nil 05.05.2015-ci il tarixdə doğulub. Atası qrafasında İsmayılzadə Orxan qeyd olunub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır.
Həmin məcəllənin 46.3-cü maddəsinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır.
Sabunçu Rayon Məhkəməsinin 2(008)-5306/2024 nömrəli, 12.07.2024-cü il tarixli qərardadına əsasən, 05.05.2015-ci il təvəllüdlü Abbasova Nil Orxan qızının ata mənşəyinin müəyyən edilməsi məqsədilə məhkəmə tibbi-genetik ekspertiza təyin edilib, lakin cavabdeh ekspertizanın keçirilməsində iştirak etmədiyindən ekspertizanın keçirilməsi mümkün olmayıb.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, İsmayılzadə Orxan Mikayıl oğlu ekspertizanın keçirilməsində iştirak etməkdən qərəzli olaraq yayındığından, qanunvericiliyin tələblərinə uyğun olaraq 05.05.2015-ci il təvəllüdlü Nil Orxan qızının atası olması müəyyən edilməlidir.

Belə ki, cavabdeh faktiki olaraq iddiaçı ilə birgə münasibətindən doğulmuş uşağın bioloji atası olduğunu dolayısı ilə etiraf edir və bunun əksini sübut edəcək hər hansı dəlil təqdim edə bilmir. Əksinə, məhkəmə onu da nəzərə alır ki, Orxan İsmayılzadənin 2015-ci il təvəllüdlü Nilin atası hesab edilməsi üçün yeganə əsas onun ekspertizanın keçirilməsindən yayınması deyil, iş materiallarında olan tərəflərin bir ailə kimi bir yerdə yaşaması, müxtəlif vaxtlarda müxtəlif xarici ölkələrdə olması, faktiki nikahlarından doğulmuş uşaqla birgə çəkilmiş foto və video görüntüləri ilə də öz təsdiqini tapır. Həmçinin, iddia tələbi alimentin tutulması ilə bağlı qeyd edir ki, iddia qismən təmin edilməlidir”.
Məhkəmənin aliment tələbi ilə bağlı mövqeyi isə Orxan İsmayılzadənin imkanlarını əks etdirən sənədlərlə uyğun görünmür:
“Aliment məbləğinin miqdarı ilə bağlı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. İş materiallarında cavabdeh Orxan İsmayılzadənin gəlirinin olması barədə məlumat olmasa da, elektron məhkəmə sistemi vasitəsi ilə əldə edilmiş məlumata əsasən, mülkiyyətində daşınmaz və daşınar əmlaklar mövcud olduğundan, yəni cavabdehin maddi vəziyyəti nəzərə alınaraq hər ay 500 manat sabit pul məbləğində alimentin tutulmasını qanuni və ədalətli hesab edir. Qanunvericiliyin tələbindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilən zaman tərəflərin maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçının şifahi vəsatəti əsasında məhkəmənin 20.09.2024-cü il tarixli elektron sistem vasitəsi ilə əldə etdiyi məlumata əsasən, cavabdehin mülkiyyətində qeydiyyat nömrəsi 11170860XX olan, 010011001574-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11191275XX olan, 009011001446-063XX reyestr nömrəli qeyri-yaşayış binası, qeydiyyat nömrəsi 11160783XX olan, 004011000770-051XX- 0930XX reyestr nömrəli mənzil, qeydiyyat nömrəsi 11190193XX olan, 007011004799- 103XX reyestr nömrəli fərdi yaşayış evi, qeydiyyat nömrəsi 11241197XX olan, 008011002025-051XX-0930XX reyestr nömrəli mənzil, 2008-ci il istehsalı ağ rəngli, “Hummer H3 Alfa” minik markalı və 2017-ci il istehsalı göy metalik rəngli, “Porsche Panamera Turbo” minik markalı nəqliyyat vasitəsi olması müəyyən olunub.
Beləliklə, məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlunun 05.05.2015-ci il təvəllüdlü Nilin atası olması müəyyən edilməli və iddiaçı məhkəməyə müraciət etdiyi vaxtdan, yəni 19.09.2024-cü il tarixdən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Nilin yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 500 manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilməlidir.
Cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlu iddiaçı Abbasova Fidan Loğman qızının 05.05.2015-ci il təvəllüdlü uşağı Nilin atası olması müəyyən edilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 05.05.2015-ci il təvəllüdlü Nilin yetkinlik yaşına çatana qədər saxlanılması üçün 19.09.2024-cü il tarixdən hesablanaraq hər ay 500 (beş yüz) manat sabit pul məbləğində aliment cavabdeh İsmayılzadə Orxan Mikayıl oğlundan tutularaq Abbasova Fidan Loğman qızına ödənilsin.
Hazırkı qətnamə 05.05.2015-ci il təvəllüdlü Nilin “soyad” qrafasında İsmayılzadə, “ata” qrafasında milliyyəti azərbaycanlı olan İsmayılzadə Orxan Mikayıl oğlu qeyd edilməklə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır”.
Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinov hesab edib ki, Orxan İsmayılzadə və qızı Nil İsmayılzadə DNK testindən keçməlidirlər.
Ekspertizanın 20 gün müddətində keçiriləcəyi gözlənilir.
Buna qədər iş üzrə ayrı-ayrı məhkəmə instansiyalarında Orxan İsmayılzadə və qızı Nil İsmayılzadənin DNK ekspertizasından keçirilmələri haqda 5 məhkəmə qərar verib. Həmin qərarların icrası Orxan İsmayılzadənin ekspertizaya qatılmamasına görə baş tutmayıb.
İddiaçı Fidan Abbasova ölkə rəhbərliyinə, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq- mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərova, baş prokuror Kamran Əliyevə, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənova müraciət edərək DNK ekspertizası zamanı baş verə biləcək qanunsuzluqların, xüsusilə digər şəxslərə aid DNK nümunələrinin Orxan İsmayılzadənin DNK nümunəsitək təqdim olunmasının qarşısının alınmasını xahiş edib:
“Mənə bu haqda xəbərlər çatır ki, DNK ekspertizasının nəticəsinin saxtalaşdırılması üçün addımlar atılacaq. Xahiş edirəm ki, baş verə biləcək saxtalaşdırmanın qarşısının alınması üçün tədbirlər görülsün”.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
7 yanvar 2026 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
7 yanvar 2026 21:33
- Şagird dəm qazından boğulub öldü
7 yanvar 2026 21:06
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
7 yanvar 2026 00:24
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
5 yanvar 2026 15:42
- Nepal Çinə ARVAD SATMAQ istəmir
4 yanvar 2026 21:23
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
4 yanvar 2026 13:26
- Sirkdə meymunlаrı döyən, Rusiyаdаn qovulаn təlimçi Murаd Аbdullаyev Bаkı Sirkinin zəbt edib
1 yanvar 2026 20:47
- Rza Pəhləvidən İrana açıq çağırış: Molla rejiminin sonu yaxındır
1 yanvar 2026 20:22
- Bir insan ildə 78 kilo ət, 21 kilo balıq yeməlidir
29 dekabr 2025 21:14
- Azərbaycan cazının əfsanəsi erməni əli ilə necə öldürüldü?
07 yanvar 23:05
- Ramiz Mehdiyevin kölgəsində ələ keçirilən 8 milyon manat – Elmira Axundovanın yaxını növbəti həbsin astanasında
07 yanvar 21:33
- Şagird dəm qazından boğulub öldü
07 yanvar 21:06
- Prezident bu şəxsləri təltif etdi (SƏRƏNCAM)
07 yanvar 20:57
- MOSSAD İlham Əliyevdən sitat paylaşdı - Foto
07 yanvar 14:07
- Mərkəzi Bankın yeni 37 MƏRTƏBƏLİ binasının tikintisinə nə qədər pul xərclənib?
07 yanvar 13:51
- Bu gün dünya pravoslavları Milad bayramını qeyd edirlər
07 yanvar 13:41
- İran kökündən dəyişir? - Təbrizli yazar danışır
07 yanvar 00:24
- Oliqarx oğlunun işində gözlənilməz dönüş - DNK nümunələri saxtalaşdırıla bilər
06 yanvar 23:38
- Zelenski həmin bəyannaməni imzaladı - Foto
06 yanvar 23:10
- Dubaydakı dəbdəbəli toyun sahibi Razi Nurullayevin qardaşı imiş - Video
06 yanvar 22:12
- QALXDI bütün QƏZETLƏR qiymətdə, ay can, ay can!..
06 yanvar 11:08
- Prezident məmurlara xəbərdarlıq edib: Sərəncam özünü çox gözlətməyəcək
06 yanvar 10:59
- Azərbaycan daha iki ölkəni qazla təchiz edəcək - Prezident açıqladı
06 yanvar 00:11
- Rusiya ABŞ-dən Maduronun azad edilməsini tələb edir
05 yanvar 23:56
- Prezident İlham Əliyev: Kim güclüdür, o da haqlıdır
05 yanvar 20:43
- Ramiz Mehdiyevin Türkiyədə dəniz imperiyası üzə çıxdı – Enveroğlu tankeri…
05 yanvar 18:06
- Məcnun Məmmədov işdən çıxardı, Qoşqar Təhməzli vəzifə verdi (FOTO)
05 yanvar 17:51
- Prezident Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi
05 yanvar 16:35
- Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında
05 yanvar 15:42
- Nyu Yorkun müsəlman meri: Trampa zəng etdim və dedim, bunu səhv eləmisən - VİDEO
05 yanvar 14:35
- Elçin Babayevin sevimli şirkəti - 23 milyonluq tender həmin MMC-yə verildi
05 yanvar 14:03
- Şirvan Milli Parkından maraqlı görüntülər (FOTO)
05 yanvar 12:41
- Tokayev: İlham Əliyev fiziki cəhətdən güclüdür və daim məşq edir
05 yanvar 12:21
- Siqaretlər kəskin bahalaşdı - Yeni qiymətlər
05 yanvar 12:16
- Maduronun mühafizəçiləri qətlə yetirilib
04 yanvar 23:37
- Güclü yaddaş üçün banan yeyin
04 yanvar 22:54
- Nepal Çinə ARVAD SATMAQ istəmir
04 yanvar 21:23
- İlham Əliyev ABŞ nümayəndə heyətini qəbul etdi (FOTO)
04 yanvar 21:03
- Dünya çox təhlükəli mərhələyə girir – Əli Məsimlidən sensasion müsahibə
04 yanvar 13:26
