3 qardaşını müharibədə itirən nazir – ən mürəkkəb, anlaşılmaz diplomat
1945-ci ilin oktyabrın 24-də dünyanın ən güclü 50 dövləti tərəfindən yaradılmış Birləşmiş Millətlər Təşkilatının mandat sisteminə hazırda 193 ölkə daxildir. Baş Qərargahı Nyu-York şəhərində yerləşən təşkilatın əsas məqsədlərindən biri münaqişələrin sülh yolu ilə tənzimlənməsi və kollektiv tədbirlər qəbul etməklə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanmasıdır. Bununla bağlı bu illər ərzində BMT-də çoxsaylı dinləmələr, üzv ölkələrin dövlət başçılarının və xarici işlər nazirlərinin çıxışları səsləndirilib. Bu mötəbər tədbirlər zamanı BMT tribunasında kuryoz hadisələr də az olmayıb. Belə hadisələrdən biri 1967-ci ildə SSRİ-nin xarici işlər naziri Andrey Qromıkonun “müəllifliyi” ilə baş verib.
Qeyd edək ki, Andrey Qromıko fasiləsiz olaraq 28 il (1957-1985-ci illər) SSRİ-nin Xarici İşlər Nazirliyinə rəhbərlik edib. Hələ Stalinin hakimiyyəti illərindən beynəlxalq müstəvidə populyarlıq qazanan Qromıko xarici həmkarları arasında olduqca çətin, mürəkkəb, anlaşılmaz bir diplomat kimi tanınıb. Çox nadir hallarda üzündə təbəssüm görünən Qromıkodan “hə” cavabını az hallarda almaq mümkün olub. Elə bu səbəbdən də xarici diplomatlar onu “Cənab Yox” adlandırıblar.
Olduqca güclü yaddaşa və zəngin informasiyalara malik olan sovet diplomatı ən çətin görüşlərdə belə heç vaxt yazılı kağızlardan istifadə etməyib. Görüşlər əsnasında onun illər öncə baş vermiş bir hadisənin ən kiçik detallarına qədər faktları dəqiqliklə söyləməsi qarşı tərəfi həmişə təəccübləndirib.
Qromıko yüksək ranqlı dövlət məmurları arasında yeganə şəxs olub ki, Kremldə heç kimlə dostluq etməyib. Onun həyat tərzini avtomatlaşdırılmış maşına bənzədiblər. Nazirin gündəlik rejimi dəqiq və dəyişməz olub. İşə getməzdən əvvəl səhər saatlarında idman, işdən sonra hər gün 10 kilometr piyada gəzmək, gecə saatlarına qədər mənzilindəki, yaxud da bağ evindəki iş kabinetində işləmək.
Qromıko sağlamlıq durumuna da ciddi diqqət yetirib. O, vaxtlı-vaxtında həkim müayinələrindən keçib, həkimlərin tövsiyələrinə dırnaqarası yanaşmayıb. Nazir daha çox Krımda istirahət və müalicəyə üstünlük verib.
Qromıkonun qarderobu da həmkarlarından fərqlənib. 28 illik nazirlik fəaliyyətində onu yalnız tünd rəngli kostyumda, açıq rəngli köynəkdə və kostyumunun rənginə uyğun qalstukda görmək mümkün olub. Nazirin köhnə dəbli şlyapaları isə Amerikadan göndərilib. Qromıko yalnız bir dəfə geyim ənənəsini pozub. Kubada səfərdə olarkən Fidel Kastro sovet diplomatının şərəfinə növbəti ziyafəti açıq havada verəndə, qonaqlara ziyafətə yüngül geyimdə gəlməyi xahiş edib. Məhz həmin ziyafətdə Qromıko ilk dəfə tünd rəngli pencəyini açıq rəngli yüngül gödəkçə ilə əvəzləyib.
Nazir olduğu müddətdə Qromıkonun kabinetinə giriş-çıxış son dərəcə məhdud olub. Bir neçə nəfəri çıxmaq şərti ilə nazirliyin əməkdaşları öz rəhbərlərini yalnız televiziyada və qəzetlərdə görüblər.
Qromıkonun işdə tələbkarlığı son həddə çatıb. Hədsiz dərəcədə səliqə-sahman sahibi olan nazir əməkdaşlarından da bunu tələb edib. Ən adi arayışın 5-10 dəqiqə gecikməsi nazir tərəfindən töhmətin verilməsi ilə nəticələnib. Amma Qromıko özü yaratdığı problemi heç vaxt dilə gətirməyib. Belə ki, onun xətti o qədər anlaşılmaz olub ki, köməkçiləri nazirin əl yazmalarını oxumaqda, makinada çap etməkdə böyük çətinlik və problemlərlə üzləşiblər.
Qromıko üçün “güzəştə getmək” ifadəsi mövcud olmayıb. Təkcə xarici səfərlərdə deyil, elə Moskvada da baş katiblərlə hər hansı bir məsələnin müzakirəsində Qromıko öz bildiyinə və istədiyinə inandırmağı bacarıb. Bu cür prinsipiallıq Brejnev, Andropov, Çernenko tərəfindən qəbul edilsə də, Xruşov Qromıkonun inadkarlığını həzm edə bilməyib. 1963-cü ilin sonlarında Xruşov Qromıko haqqında qərarını açıqlayaraq onu vəzifədən uzaqlaşdıracağını gizlətməyib. Amma onun yarımçıq qalan hakimiyyət ömrü bu planın gerçəkləşməsinə imkan verməyib.
Qromıko nazir işlədiyi illərdə uzun-uzadı müzakirələrdən, davamlı görüşlərdən yorulmayıb. Üç qardaşını sovet-alman müharibəsində itirən nazir “bir günlük müharibədənsə on illik danışıqlar daha yaxşıdır” deyə bütün məsələləri, gərgin münasibətləri danışıqlar masası arxasında həll etməyə daha çox üstünlük verib.
Qromıkonun ən problemli məsələsi onun hədsiz dərəcədə istiliyə meylli olması olub. Yay-qış nazir kostyumun altından isti alt paltarı geyinib. Elə yuxarıda qeyd etdiyimiz BMT-dəki kuryoz hadisə də bununla bağlı olub. Qromıko məruzə üçün tribunaya çıxıb. Çıxışına başladıqdan 5-10 dəqiqə sonra nazir huşunu itirərək yıxılıb. Dərhal onu başqa bir otağa aparıblar. Otağın pəncərisini açıblar, ona sərin su veriblər, köynəyinin yaxalığını boşaldıblar. Bir neçə dəqiqədən sonra o, özünə gəlib və zala qayıdaraq tribunadan çıxışını davam etdirib. Həmin iclasdan sonra Qromıko Nyu-Yorkun ən tanınmış klinikalarında tibbi müayinədən keçib. Nazirin səhhətində ciddi problem aşkar edilməyib. Mütəxəssislər huşunu itirmək probleminin hansı səbəbdən yarandığını açıqlayaraq bildiriblər ki, Qromıko hədsiz dərəcədə isti geyindiyindən ürəyi sıxılıb və yıxılıb.
Buna baxmayaraq, Qromıko öz “şakər”indən əl çəkməyib. O, hətta isti Asiya ölkələrinə səfər edəndə də, temperaturun 35-40 dərəcə olduğu yerlərdə kostyumun altındakı isti alt paltarlarını çıxarmayıb.
Ağır müharibə illərini görməyinə, gərgin fəaliyyətinə baxmayaraq, Qromıko 80 il ömür sürüb. O, 1989-cu ildə 80 illik yubileyinə 3 gün qalmış vəfat edib. Sabiq naziri Kreml nekropolunda dəfn etmək planlaşdırılanda, ailə üzvləri onun vəsiyyətini dəfn komissiyasına təqdim ediblər. Vəsiyyətinə uyğun olaraq Qromıko Moskvada, Novodeviçye qəbiristanlığında dəfn edilib.
İlham Cəmiloğlu,
Musavat.com
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 2024 16:01
- Namiq Abbasov vəfat etdi
27 mart 2024 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 2024 17:37
- Ermənilər görkəmli cərrahımızın qardaşını öldürüb meyitini ata bağlayıblar - VİDEO
24 mart 2024 05:58
- Köçaryanın oğlu ilə Paşinyan arasında gərginlik, parlamentdə ağız deyəni qulaq eşitmədi – VİDEO
22 mart 2024 23:36
- İki gün qaldı - 4 kəndimiz qaytarılır...
22 mart 2024 19:56
- Azərbaycanda kiçik məktəblər ləğv olunur - Bəs şagirdlər, müəllimlər ?
22 mart 2024 14:17
- Tavuşdakı erməni qadından sensasiya - Uşaqlarımızı müharibədə qırmaq istəyirlər
22 mart 2024 12:59
- Qaqauziya rəhbəri Moldova prezidentinin üzr istəməsini tələb edir
21 mart 2024 11:32
- Sərxoş Çörçill, həyat yoldaşını itirən Ruzvelt, limon becərən Stalin...
20 mart 2024 19:01
- Çingizi arvadı ifşa edibmiş - Mərhum nazirin oğlu da dindirilib
29 mart 10:29
- Şahmar Hüseynova yeni vəzifə verildi
28 mart 21:04
- Bu gün ilk Qədr gecəsidir
28 mart 17:37
- Baş redaktorun Ədliyyə naziri Fərid Əhmədova MÜRACİƏTİ
28 mart 15:56
- İsveçrədən Azərbaycana 105 min manata 4 ədəd qol saatı gətiriblər
28 mart 15:46
- Prezident bu qanuna dəyişiklik etdi
28 mart 15:39
- Lifttəmir-in direktoruna şiddətli töhmət verildi
28 mart 15:31
- Azneft-in baş direktoru da vəzifəsindən azad edildi - Yeni təyinat
28 mart 15:23
- Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
28 mart 11:31
- Hermosonu öpən prezident həbs oluna bilər
28 mart 11:26
- DTX sıralarında 7 Vətən Müharibəsi Qəhrəmanı xidmət edir
28 mart 11:13
- Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq
28 mart 11:05
- 2024-cü ildə bu rektorların səlahiyyət müddəti bitir (SİYAHI)
27 mart 22:27
- Emin Əmrullayevdən daha bir təyinat
27 mart 22:20
- Şəhid bacısı sektor müdiri təyin edildi
27 mart 22:12
- Namiq Abbasov vəfat etdi
27 mart 22:05
- Nazir Kamran Əliyevi təqaüdə göndərdi
27 mart 17:37
- BMU-ya yeni prorektor təyin olunub
27 mart 17:29
- Yüksək rütbəli keçmiş qırğız məmur Bakıda həbs olundu (TƏFƏRRÜAT)
27 mart 12:47
- Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək
27 mart 12:27
- 7 günlük Novruz tətili başa çatdı
27 mart 08:37
- Biləsuvarda qadın qətlə yetirildi - Əri polisə təslim oldu+Yenilənib
26 mart 21:05
- Üç aydır ictimaiyyət qarşısına çıxmır
26 mart 20:32
- Küçədə satılan balıq və toyuq məhsulları təhlükəlidirmi? - ARAŞDIRMA - VİDEO
26 mart 10:49
- Sabahdan Azərbaycanda tətil başa çatır
26 mart 10:10
- Həkim əllərin titrəməsinin səbəblərindən danışdı
26 mart 10:05
- Sümbülə Əliyeva həbs edildi
26 mart 09:56
- Banan adı ilə aldığımız meyvə AFRİKA KARTOFU imiş - Diqqət!
25 mart 23:09
- Azərbaycan - Bolqarıstan oyununda qalib müəyyənləşmədi
25 mart 22:41
- 3 uşaq anası azərbaycanlı həkimin əlində öldü - FOTOLAR
25 mart 21:20