Səudiyyə Ərəbistanı+BƏƏ Türkiyəyə 90 milyard dollarlıq dəstək verdi
Körfəz ölkələri əməlləri ilə Ərdoğanın yanında yer aldı
Türkiyədə keçirilən son seçkilərdə Cümhur İttifaqının əsas müttəfiqlərindən biri varlı Körfəz ölkələri idi. Onlar açıq şəkildə Tayyib Ərdoğana dəstək verirdilər. Sayın Ərdoğanın qələbəsi üçün Körfəz ölkələri maliyyədən tutmuş siyasi dəstəyinə qədər, bir sözlə bütün istiqamətlərdə səfərbər olmuşdu.
Sirr deyil ki, Körfəz ölkələri əvvəllər daha çox ABŞ-ın yedəyində sürünürdü. Türkiyə ilə isə Körfəz ölkələrinin münasibətləri o qədər də hamar deyildi. Xüsusən səudiyyəli jurnalist Camal Qaşıqçının İstanbulda qətlindən sonra Ankara ilə Ər-Riyad arasında münasibətlər gərginləşdi.
Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman əl-Saudin adının bu qətldə hallanması vəziyyəti daha da pisləşdirdi. İş o yerə çatmışdı ki, Türkiyə Avropa ölkələrini Camal Qaşıqçı olayına biganə qalmamağa səsləyirdi. Bir çox siyasi təhlilçi bu məsələdə Türkiyənin tutduğu mövqeyin aşırı sərt olmasını yanlış hesab edirdi.

Müəyyən müddət sonra Səudiyyə Ərəbistanı ilə Türkiyənin münasibətləri yenidən əvvəlki axarına döndü. Körfəz ölkələri içərisində Səudiyyə Ərəbistanı dominant mövqelərə sahibdir. Məsələn, Səudiyyə Ərəbistanı ilə Qətər arasında münasibətlər gərginləşəndə biz bunun şahidi olduq. Ər-Riyadın təkidi ilə digər Körfəz ölkələri də Qətərə qarşı qalxdı. O vaxt Türkiyə Qətərə hərtərəfli dəstək verdi...
Qaz və neft ixracından fantastik paralar qazanan Körfəz ölkələri ilə İran arasında münasibətlər uzun müddət düşmənçilik həddində olub. Düzdür, son aylarda Çinin vasitəçiliyi ilə İran ilə Səudiyyə Ərəbistanı arasında anlaşma əldə olunub. Ancaq əvvəllər Körfəz ölkələri İran təhlükəsindən sığortalanmaq üçün Amerika ilə ittifaqda olmağa məhkum idi. Amerika isə Körfəz ölkələrini İran təhlükəsindən qoruduğuna görə açıq şəkildə bac-xərac alırdı...
Hazırda Körfəz ölkələri bu baxımdan da Türkiyəyə ümidlə baxırlar. Bəllidir ki, Türkiyənin kifayət qədər güclü dəniz hərbi qüvvələri var. Körfəz ölkələri istəyir ki, bu ölkələri hər hansı kənar hərbi müdaxilədən məhz Türkiyə qorusun. Çünki Körfəz ölkələri Amerika ilə müqayisədə Türkiyəyə daha çox etibar edirlər.
Son vaxtlarda Körfəz ölkələri Çinlə də yaxınlaşmağa başladılar. Nəticədə Amerika ilə Körfəz ölkələri (Küveyt, Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman) arasındakı münasibətlər daha da soyuyub. Türkiyədəki seçkilərdə cənab Ərdoğana dəstək verməklə Körfəz ölkələri Kemal Kılıçdaroğlunun tərəfində yer alan Amerikadan bir qədər də uzaqlaşdı.

Türkiyədə keçirilən səsvermənin nəticəsindən cəmi üç gün sonra Birləşmiş Ərəb Əmirlikləri 40 milyard dollarlıq, 5 illik ticarət müqaviləsini ratifikasiya etdi. Səudiyyə Ərəbistanı da Türkiyə ilə iqtisadi müqavilələr bağlamağa başlayıb, neft şirkəti “Saudi Aramco” (dünyanın ən bahalı şirkətlərindən biri) Türkiyənin paytaxtında 80 podratçı ilə 50 milyard dollar dəyərində potensial layihələri müzakirə etmək üçün bir araya gəlib. Bu barədə ispan, fransız və ingilis dilində yayımlanan “Atalayar TV” media mərkəzi xəbər yayıb.
Şübhəsiz ki, digər Körfəz ölkələri də, xüsusən Qətər bu prosesdən kənarda qalmayacaq. Xatırladım ki, Qətərdə Türkiyənin hərbi bazası da var. Yaxın Şərqdə ilk hərbi baza olan bu hərbi mərkəz (paytaxt Dohada yerləşir) 2016-cı ildən fəaliyyətdədir və orada 5 min türk əsgəri xidmət edir. Maraqlıdır ki, Osmanlı əsgərləri Qətəri tərk edəndən bir əsr sonra Türk əsgəri yenidən geri döndü və bu proses daha da genişlənəcək. Digər Körfəz ölkələrində də Türkiyə hərbi bazalarının açılması gündəmdədir...
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 2026 22:23
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 2026 00:36
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İrandan Azərbaycana 725 nəfər təxliyə edilib - 165-i öz vətəndaşımızdır
3 mart 2026 19:48
- Səkkiz il prezident oldu, bir gecədə -Ayətullah - Xamenei kim idi?
1 mart 2026 19:30
- İlham Əliyev Pezeşkiana başsağlığı verdi
1 mart 2026 18:39
- Xocalı faciəsindən 2 ay əvvəl Prezident Ayaz Mütəllibova MÜRACİƏTLƏR
26 fevral 2026 11:50
- Hollandiyada tarixi təyinat: türk əsilli zabit briqada generalı oldu
22 fevral 2026 16:43
- İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi
22 fevral 2026 12:26
- Prezident Münhendə Trans-Xəzər əməkdaşlığına dair panel iclasda iştirak etdi
15 fevral 2026 11:34
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
- Laricaninin yerinə o gətirildi
24 mart 16:34
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
