Şahin Bağırov gələndə dedilər ki, ərizənizlə işdən çıxın, sonra qayıdacaqsız
“Azərreyl” klubunun sabiq mətbuat katibi Təranə Cəfərova işdən çıxarılmasından narazıdır.
“Qafqazinfo”ya danışan keçmiş klub rəsmisi haqsız yerə komandadan göndərildiyini deyir.
O, şikayətində vəzifəsindən getməsi ilə bağlı ərizəni məcburi şəkildə yazdığını bildirib: “2017-ci ildən “Azərreyl Voleybol Klubu” MMC-də mətbuat katibi vəzifəsində çalışırdım. Bu ilin aprel ayında Azərbaycan Voleybol Federasiyasında (AVF) dəyişiklik oldu və prezident postuna Dövlət Gömrük Komitəsinin rəhbəri Şahin Bağırov gəldi. Həmin vaxt klubun keçmiş prezidenti Dağıstan Hüseynov bizə bildirdi ki, federasiyanın rəhbəri göstəriş verib ki, bütün klublar sıfırlansın və işçilər hamısı işdən çıxarılsın. O həmçinin dedi ki, öz ərizəsi ilə işdən çıxanlar daha sonra yerinə qaytarılacaq. Kimsə çıxmasa, qalan əməkhaqqını ala bilməyəcək və işə qayıtmaq şansını itirəcək. Hamımız ərizə yazdıq. Amma biz işdən çıxanda klubun mühasibi, insan resursları üzrə mütəxəssis və komandanın meneceri yerində qaldı. Biz ayrıldıqdan sonra məsələ uzandı və heç bir dəvət yox idi ki, qayıdın bura. Bu səbəbdən iyunun 6-da AVF-nin baş katibi Faiq Orucovla görüşdüm. O da mənə bildirdi ki, məsələdən xəbərdardır, amma 1-2 ay işimə qayıda bilməyəcəm. Bundan 1 ay sonra “Azərreyl”in yeni rəhbəri Orxan Kərimovla görüşdüm. Klub prezidenti bildirdi ki, mən hələ komanda yığıram, inzibati heyətə ehtiyacım yoxdur. Maraqlısı odur ki, inzibati heyət lazım olmayan komandada mühasib və insan resursları üzrə mütəxəssis niyə saxlanılır? Orxan Kərimovdan bunu soruşdum və həmin şəxsləri onun işdə saxlamadığını bildirdi”.
T.Cəfərova daha sonra AVF prezidenti, DGK rəhbəri Şahin Bağırovun qəbulunda olduğunu əlavə edib: “Federasiya rəhbəri klubların sıfırlanması ilə bağlı göstəriş vermədiyini və məsələdən xəbərinin olmadığını bildirdi. Təəccüblü məqam odur ki, onun xəbəri olmadan, adından istifadə edərək kütləvi şəkildə insanları işdən azad edirlər. Heç bir səbəb olmadan, təzminat belə ödənilmədən, qanunsuz olaraq işdən çıxarılmağımdan, eyni zamanda artıq 3 aydır ki, yerinə yetirilməyən vədlərlə işə bərpa olmamağım haqqında məlumatları verdikdən sonra Şahin Bağırov AVF-nin Baş katibi Faiq Orucova məsələ ilə bağlı göstəriş verəcəyini dedi. Qəbuldan 10 gün sonra baş katiblə prosesin hansı mərhələdə olduğu ilə bağlı əlaqə saxlamağa çalışdım, lakin bu, mümkün olmadı. Daha sonra AVF-nin vitse-prezidenti Faiq Qarayevlə görüşmək üçün qurumun mətbuat katibi Şəfəq Kərimova ilə görüşdüm. Məsələni olduğu kimi çatdırıb Faiq Qarayevlə danışmaq istədiyimi bildirdim. Amma qəbula çağırılmadım. Şahin Bağırovun qəbulunda olmağımdan artıq 1 aydan çox vaxt keçib və hələ də məsələ öz həllini tapmayıb”.
Şikayətlə əlaqədar “Azərreyl”in prezidenti Orxan Kərimov bildirib ki, vəzifəyə Təranə Cəfərova işdən çıxarıldıqdan sonra gəlib: “Mən iyunun sonlarında işə başlamışam, Təranə xanım isə aprel ayında işdən çıxarılıb. Ona görə də bir şərh verə bilmərəm. Həmin xanımla görüşmüşəm və bildirmişəm ki, komandanı yeni qurmağa başlayırıq. Klubda bu vəzifə isə hazırda boşdur”.
Azərbaycan Voleybol Federasiyasının baş katibi Faiq Orucov isə =deyib ki, məsələ klubun daxili işidir: “Biz onlara müdaxilə etmirik. Federasiyadan maliyyələşən klublar var. Hər mövsümün sonunda klubda fəaliyyət göstərən hər kəslə müqavilə sona çatdırılır və növbəti mövsüm yenisi bağlanır. Artıq “Azərreyl”də yeni rəhbər var. Heyəti o müəyyənləşdirəcək. Təranə xanım AVF prezidenti Şahin Bağırovun qəbulunda olub. Şahin müəllim də ona bildirib ki, məsələ araşdırılacaq. Araşdırıb məlumat vermişik. Yenə deyirəm ki, peşəkar olaraq klubların daxili işlərinə qarışa bilmirik. Klub rəhbərliyi özü hər kəslə görüşəcək”.
- O da azadlığa çıxdı
13 dekabr 2025 23:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 2025 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 2025 12:59
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 2025 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 2025 11:25
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 2025 01:03
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 2025 21:44
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 2025 21:07
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 2025 11:42
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
- Büdcədən ayrılan vəsait Böyük Qayıdışın sürətinə əlavə təkan verəcək - Əli Məsimli
11 dekabr 21:34
- Etibar Məmmədov Əli Kərimlinin həbsindən danışdı: Dövlətə xəyanət və dövlət çevrilişi...
11 dekabr 21:26
- Ərdoğan Türkmənistana getdi
11 dekabr 21:07
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 20:03
- Generalın oğlu və komitənin daha iki əməkdaşı həbs olundu (YENİLƏNİB)
11 dekabr 19:28
- Etiraf edirəm ki, mənə -paçka-larla pul verib - General məhkəməyə gəldi
11 dekabr 11:42
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 11:03
- BMT ofisində tualetlərə kağız qoyulmayacaq -AFTAFA )
11 dekabr 10:57
- İlham Əliyev Keniya Prezidentini təbrik etdi
11 dekabr 10:44
- Melonidən Zelenskiyə: Ağır güzəştlərə hazır ol !
11 dekabr 00:26
- İlham Əliyev Donald Trampa təşəkkür edib
10 dekabr 23:44
- Qaqarini niyə ölümcül döyüblər? - Onun rütbə almasına müdafiə naziri qarşı çıxıb
10 dekabr 23:10
- Prezident rektoru işdən çıxardı - Yeni rektor təyin etdi
10 dekabr 20:54
- DOST Validə Vəliyevadan yenə ofis icarəyə götürdü - 5,2 milyon manat ödəyəcək
10 dekabr 12:50
- Prezident John Deere şirkətinin Mərkəzi Asiya və MDB ölkələri üzrə prezidentini qəbul etdi
10 dekabr 11:49
- Şərurlu İsfəndiyar-ın binasında FACİƏ - Fəhlə yıxılıb öldü - VİDEO
10 dekabr 11:42
- Heydər Əliyev Mərkəzində forum keçirilir - Fotolar
10 dekabr 11:16
