İranlı professor Bakıda xəstələrə narkotik tərkibli dərman verirmiş
Bakıda yerləşən İran Klinikasının ortoped həkimi, tibb elmləri üzrə professor Seıf Bargihı Tohıd Rahman ölkəyə qaçaqmalçılıq yolu ilə narkotik tərkibli vasitələr və güclü təsiredici dərmanlar gətirdiyinə görə cinayət məsuliyyətinə cəlb edilib.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iranlı həkim narkotik tərkibli vasitələri və digər güclü təsiredici dərmanları gömrük postunda bəyan etmədən Bakıya gətirib.
Professor hava limanında yoxlama zamanı gömrükçülər tərəfindən saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 206.2 (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) 234.2 (narkotik əldə etmə, hazırlama, satma) və 240.3.2-ci (narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri qanunsuz satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb, barəsində Bakıdan çıxması qadağan edilməsi şərti ilə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
Anket məlumatlarından görünür ki, təqsirləndirilən şəxs Tehran Universitetinin professoru, həmçinin FİFA-nın dopinq və tibbi işlər üzrə məmurudur. O, eyni zamanda Səhiyyə Xidmətləri Universitetinin nəzdində "İmam Xomeyni” xəstəxanasında və İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyətinin Azərbaycandakı Nümayəndəliyinin klinikasında ("İran klinikası”) ortoped həkim kimi işləyir. Professor hər ay 7-10 gün ərzində Azərbaycana gələrək, "İran klinikası”nda xəstələri müayinə və müalicə edib.
Seıf Bargihı Tohıd Rahman məhkəmədə verilmiş ittihamlarla özünü təqsirli bilib.
O, ifadəsində narkotik tərkibli vasitələri və dərmanları müalicə məqsədilə tətbiq etdiyini bildirib: "Həmin dərmanları mənə Tehranda olarkən xeyriyyə məqsədilə vermişdilər. Bakıya gələndə isə həmin dərmanları burada ehtiyacı olan xəstələrə verməyi düşünərək özümlə götürdüm. Bakıdakı pasiyentlərimdən birində "Parkinson” xəstəliyinin əlamətləri var idi. Həmin dərmanlar da ona müsbət təsir edirdi. Qiyməti də elə baha olmadığına görə heç pul da almırdım. Bir müddət sonra pasiyentin vəziyyəti ilə bağlı iranlı tanış həkimlə söhbət etdim. Tövsiyə etdi ki, bundan sonra nisbətən yüngül təsirli dərman vasitələrindən istifadə olunmalıdır. Dediyim kimi, xanım pasiyentin maddi imkanı olmadığından digər dərmanları da mən alıb gətirməli oldum. Nə psixotrop, nə də güclü təsir edən dərmanları qazanc əldə etmək üçün gətirmişəm. Yeganə məqsədim xəstələrə yardım edərək həkim kimi məndən razı qalmaları olub”.
İttiham olunan professor Azərbaycanda olduğu müddətdə dörd yüzdən çox xəstəni təmənnasız müalicə və müayinə etməsini, rəsmi icazə olduğu müddətcə müalicə və müayinə etməyi davam etdirdiyini nəzərə alaraq azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edib.
Məhkəmə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq ona həbslə bağlı olmayan cəza təyin edib.
Hökmə əsasən Seif Bargihı Tohid Rahman 10 min manat cərimə cəzasına məhkum edilib. Professor cəriməni ödəyən kimi dərhal ölkəsinə qayıdıb.
Oxşar xəbərlər
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 2026 23:13
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 2026 21:21
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
3 mart 2026 20:05
- İlham Əliyev Bakıda nazirlərin 12-ci iclasında iştirak edir (FOTO)
3 mart 2026 14:25
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ukraynadan qaçan təkcə Elmira Axundova deyilmiş... ARXİV SƏNƏDLƏRİ - FOTO
24 fevral 2026 22:43
- Alim Qasımov Bakıda zavod açdı
23 fevral 2026 22:04
Xəbər lenti
- Putin azərbaycanlı alimi təltif etdi
23 mart 23:13
- Qırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
23 mart 21:30
- Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi açıqlandı - Video
23 mart 21:21
- Prezident Şamaxıda açılışlar etdi (YENİLƏNİB)
23 mart 21:11
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
Video & Fotoqalereya
Video
Fotoqalereya
