- Bu ölkədə it əti yemək qadağan edilir: İnsanlar küçələrə axışdı
- Keçmiş direktor müavini TƏBİB-i məhkəməyə verdi
- Gürcüstan Müsəlmanlarının TƏZƏ ŞEYXİ seçildi
- Bakıda 85 yaşlı biznesmen xanıma bəarət verildi: 1 milyonluq borcu silindi...
- Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxundu: 17 il 6 ay həbs
Məhərrəmlik bitdi, toylar başladı - 2 ayda dəyişən menyu qiymətləri
Hadisə16 sentyabr 2023 13:30

Bu gün - sentyabrın 16-da iki aylıq məhərrəmlik əyyamı bitir. Toy mövsümü yenidən başlayır. Bəs ötən iki aylıq zaman, daha doğrusu, inflyasiya şadlıq evlərindəki menyu qiymətlərinə necə təsir edib?
Bildirilir ki, qiymətlərdə əvvəlki ilə müqayisədə minimum 5 manat artım müşahidə olunur. Hazırda 35-40 manata kimi olan menyularda qiymətlərin 20 faizə qədər artdığı deyilir. O da qeyd edilir ki, menyu qiymətlərində artım olsa da, restoranların əksəriyyətində demək olar ki, boş yer qalmayıb. İnzibatçılar deyir ki, menyularda tətbiq olunan qiymət artımı ümumi ərzaqların qiymətinin dəyişməsi ilə bağlıdır. Hətta elə restoranlar var ki, yaranmış qiymət fərqinə baxmayaraq, oktyabr ayına qədər demək olar ki, bütün günlər bron edilib.
Qiymətlər nə dərəcədə reallıqla uzlaşır?
"Saffir” şadlıq sarayından "Yeni Müsavat”a bildirilib ki, ümumiyyətlə, Məhərrəm ayında toy etməyiblər: "İki ay müddətində şadlıq sarayını təmirə bağlamışdıq. Amma işçilərin maaşlarını verirdik. O ki qaldı, qiymətlərin artmasına, bu amil menyulara təsir etməyəcək. Köhnə qaydada necə olubsa, bu il də elə olacaq, qiymətləri artırmayacağıq”.
"Crand Neon” şadlıq sarayının adminstratoru Əfqan Məmmədov da deyib ki, köhnə qiymətlərlə davam edəcəklər: "Hələ ki qiymətləri qaldırmamışıq. Çünki artıq sentyabr, oktyabr, noyabr ayları üçün sifarişlər əvvəldən edilib. Onları da köhnə qiymətlərlə qəbul etmişik”.
Restoranın nümayəndəsi əlavə edib ki, sifarişlər çox azdır: "Özümüz də məəttəl qalmışıq, iki aydır, toy yoxdur. Əslində indi sifarişlər həddən çox olmalı idi. Çünki əvvəlki illərdə avqust ayında çox müraciətlər olurdu, toy, nişan, ad günü və sairə. İndi sanki yoxa çıxıb. Sentyabrın 15-dir, tək hallarda müraciətlər olur. Yəni müraciətlərdə təqribən 50 faiz azalma var. Bilmirəm, bəlkə sentyabr ayı 44 günlük Vətən müharibəsinin anım dövrünə təsadüf edir ona görə. Amma biz səbəbini anlaya bilmirik”.
"Böyük Saray”da da vəziyyət eynidir. Şadlıq evinin adminstratoru Əli Qasımov deyib ki, bazarda qiymətlər artsa da, menyunun qiyməti artırılmayacaq: "Biz əvvəldən sifarişləri artıq götürmüşük, qiymətləri artırmaq düzgün olmaz. Düzdür, sifarişlər azdır, durğunluqdur. Bunun da səbəbi Bakıda şadlıq evi, restoranların sayının çox olmasıdır. İstər-istəməz bu sifarişlərin azalmasına öz təsirini göstərir”.
"Xəmsə” şadlıq sarayının rəhbəri, tanınmış iş adamı Mürvət Həsənli "Yeni Müsavat”a bildirib ki, restoranda ciddi qiymət artımı yoxdur: "Amma digər restoranlardan eşidirəm ki, ola bilər ki, qiymət artımı olsun. Ciddi qiymət artımının olması üçün bazardakı ümumi qiymətlərdə artımın olması lazımdır. Bazarda qiymətlər qalxıb deyə qiymət artımı ola bilər. Amma bizdə qiymət artımı yoxdur. Toylar normal qaydasında gedir. Fikrimcə, bu il belə də davam edəcək. Gələn il qiymətlər qalxarsa, biz də menyuların qiymətini artıra bilərik. Hazırda sifarişlər əvvəlki illərə baxanda çox azdır. Bildiyim qədər Bakıda 600-dən çox şadlıq evi var. Onlardan neçəsi hazırda bağlanıb bilmirəm. Çox güman ki, yaxın gələcəkdə şadlıq saraylarının bağlanması mümkündür. Kim işləyə biləcəksə, müəyyən dövr üçün işləyəcək”.
Artıq neçə aylardır ki, iqtisadçılar da şadlıq sarayları ilə bağlı bədbin proqnozlar verirlər. Qeyd edilir ki, yaxın gələcəkdə şadlıq saraylarının müflis olması qaçılmazdır. Nəzərə alınsa ki, toy mövsümünün ən aktiv dövrü Ramazan ayına təsadüf etdi. Həm mart ayı, həm də aprel ayı təsir göstərdi. May ayında da adətlərə görə toy edilmir. Ekspertlər qeyd edir ki, ötən ildən inflyasiya gedir, bu 40 faiz özünü göstərdi. Hazırda da davam edir. Qiymətlərin artması sözsüz ki, restoranlarda menyuların bahalaşmasına səbəb olub.
İkinci məsələ - şadlıq evlərinin ən böyük problemi onların standart menyu təklif etməsi ilə bağlıdır. Müştərinin tələbinə uyğun yox, özlərinin təqdim etdiyi standart menyu var ki, orada da bəzən müştəri çox dəyişiklik edə bilmir. Bu da öz növbəsində bahalaşmaya səbəb olur. Çünki şadlıq evləri əvvəlki dövrə görə işləri yaxşı gedirdi, heç nə onlara təsir etmirdi. Tələb çox, rəqabət az olduğundan daha çox özlərinin diktə etdiyi menyular var idi. Hazırda bu da məsələyə öz təsirini göstərir. Ona görə də insanlar daha az toy etməyə meylidirlər. Böyük toyların azalması, həm də pandemiya insanlara məsələyə fərqli yanaşmağı öyrətdi. Artıq dəbdəbəli toylar gündəmdə deyil, kiçik kompakt toylar etmək istəyirlər. Bir sözlə, ekspertlər hesab edir ki, yaxın gələcəkdə şadlıq saraylarının bəziləri sıradan çıxacaq, iflasa uğrayacaq.
Oxşar xəbərlər
- İnsanovun lider olacağını gözləyənlərin yanılması
1 dekabr 2023 10:27
- Delimitasiya ilə bağlı Qazax görüşü başladı - Yenilənir
30 noyabr 2023 13:06
- General Həsənovun məhkəməsi başladı
23 noyabr 2023 17:19
- “Umico Bank”ın adından vətəndaşlara qarşı dələduzluq ...
22 noyabr 2023 13:38
- Azərbaycanda unun qiyməti bahalaşdı - Yeni qiymətlər
12 oktyabr 2023 09:02
- İlham Əliyevin Gürcüstana səfəri başladı (FOTO)
8 oktyabr 2023 12:05
- Separatçılar yalvarmağa BAŞLADI
30 sentyabr 2023 00:32
- Lütfiyar İmanovun oğlu -Polad Bülbüloğlunun atama etdiyini heç düşmən də etməz
29 sentyabr 2023 12:15
- Zakir Fərəcov və onun komandasıkor atı minib köndələn çapmaqdadır
27 sentyabr 2023 18:56
- Ordumuz antiterror tədbirlərinə başladı - Təcili
19 sentyabr 2023 13:42
Xəbər lenti
- Bu ölkədə it əti yemək qadağan edilir: İnsanlar küçələrə axışdı
01 dekabr 23:38
- Keçmiş direktor müavini TƏBİB-i məhkəməyə verdi
01 dekabr 23:16
- Malın müddəti bitməyib, amma mal xarab olub - Eyyub Hüseynov
01 dekabr 18:37
- Gürcüstan Müsəlmanlarının TƏZƏ ŞEYXİ seçildi
01 dekabr 18:25
- Bakıda 85 yaşlı biznesmen xanıma bəarət verildi: 1 milyonluq borcu silindi...
01 dekabr 17:51
- BANM-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi qeyd olundu
01 dekabr 15:23
- Zeynəb Xanlarovanın nəvəsinə Milli Məclisdə vəzifə verildi
01 dekabr 15:15
- İnsanovun lider olacağını gözləyənlərin yanılması
01 dekabr 10:27
- Keçmiş prezident kommunistlərin agenti olub
01 dekabr 00:10
- İlham Əliyev BƏƏ-də səfərdədir - Yenilənib
30 noyabr 23:49
- Nərgiz Absalamova saxlanıldı
30 noyabr 23:45
- Dövlətə xəyanətdə təqsirləndirilən Aydın Zəkiyevə hökm oxundu: 17 il 6 ay həbs
30 noyabr 17:45
- “Bakcell”in sponsorluğu ilə “İnnovasiya Sammit”i keçirilir - Fotolar
30 noyabr 17:40
- Sumqayıt Ağsaqqallar Şurasının üzvü Gülbahar Vəliyeva vəfat edib
30 noyabr 14:52
- Delimitasiya ilə bağlı Qazax görüşü başladı - Yenilənir
30 noyabr 13:06
- İki güləşçimiz dünya çempionu oldu
29 noyabr 22:39
- Metroda SƏRNİŞİN ÖLDÜ
29 noyabr 16:38
- Prezident DTX-nin yeni inzibati binalarının açılışında iştirak etdi (FOTOLAR)
29 noyabr 14:31
- Erməni deputat Bakıya köçmək istəyir
29 noyabr 09:30
- İctimai qınağa çevrilən ciddi bir məsələ və çoxlarını düşündürən vacib bir sual: “Ağır cinayət törətməkdə ittiham olunan Gündüz Əliyev, nədən, bu günədək həbs olunmasın
28 noyabr 22:44
- Bank Akif Çovdarovun şirkətlərini məhkəməyə verdi - 9 milyonluq borc
28 noyabr 17:02
- İnsanovun partiyasında nə baş verir? - Ara qarışıb, istefalar başlayıb
28 noyabr 15:53
- Badamdar sakinindən iddia: Sürüşmə zonasındakı məktəb hər an uça bilər (FOTO/VİDEO)
28 noyabr 14:16
- Xankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam
28 noyabr 13:37
- Şagirdi döydüyü deyilən idarə müdiri vəzifəsindən azad edildi (FOTO)
28 noyabr 10:32
- Alimlər qan təzyiqini aşağı salan iki qidanı açıqladılar
27 noyabr 22:12
- Kanal 13- ün rəhbəri Əziz Orucov saxlanıldı
27 noyabr 21:14
- Ayağım qanqren olub, əlillik verilmir -QAZİ - Fotolar
27 noyabr 18:08
- Üç il də gözləsinlər...istefa verəcəm - Anar
27 noyabr 17:57
- Lalə Şövkət seçkilərdə iştirak edəcək (AÇIQLAMA)
27 noyabr 14:59
Video & Fotoqalereya
Video
Fotoqalereya