Brejnevdən deputat qadına atmaca - Kabinetdə qaradərili yoxdur, sizə...

Sovet dövründə SSRİ Ali Sovetinin deputatları arasında əmək qəhrəmanlarının olmasını Kreml vacib sayıb. Yuxarıların göstərişi ilə hər növbəti seçkidə zavod və fabriklərdə işləyən, kənd təsərrüfatı sahələrində çalışan sıravilər mandat qazanıb. Ən başlıcası isə onlar ictimaiyyətə xüsusi simalar kimi təqdim olunublar...
Mərkəzi Komitənin “əmək qəhrəmanları” siyahısına düşənlərdən biri də Valentina Qolubeva olub. İvanovo şəhərindəki toxuculuq kombinatının sıravi toxucusu olan Qolubeva çox gənc yaşlarından SSRİ Ali Sovetinin deputatı seçilib, Mərkəzi Komitənin bütün tədbirlərində fəxri kürsüdə əyləşib. Qolubeva digər əmək “qəhrəman”larından son dərəcə ünsiyyətcil olması, yüksək ranqlı dövlət məmurları ilə münasibətlərində səmimiyyəti, mehriban xarakteri ilə fərqləndərib. Elə bu və digər xüsusiyyətlərinə görə o, çox qısa bir müddətdə birincilərin sevimlisinə çevrilib. Hətta Kremlin ən ciddi, ən soyuq məmuru saylan Mixail Suslov deputatı qəbul edəndə onu çay və şirniyyata qonaq edib.
Artıq 35 yaşı olanda Qolubeva SSRİ-nin bütün ali mükafatlarına sahib olub. İki dəfə Sosialist Əməyi qəhrəmanı, iki “Lenin” ordeni, Dövlət Mükafatı və Lenin Komsmolu Mükafatı, çoxsaylı orden və medalları toxucu-deputat gənc yaşlarından qazanıb.
Qeyd edək ki, 1949-cu ildə Novosibirskdə anadan olan Qolıbevanın valideynləri 1953-cü ildə Braynsk şəhərinə köçüblər. Qolubeva orta təhsilini bu şəhərdə alıb, sonra texniki peşə məktəbində toxuculuq peşəsinə yiyələnib. Daha sonra isə o, İvanovo şəhərində Frunze adına Tekstil İnstitutunda təhsilini davam etdirib.
Ali təhsilini başa vurduqdan sonra Qolubevanın ilk əmək fəaliyyəti və bütövlükdə gələcək həyatı İvanovo şəhəri ilə bağlı olub. O, bu şəhərdəki toxuculuq kombinatında sıravi toxucudan kombinat direktoru vəzifəsinə qədər yüksəlib.
Yuxarıda qeyd etdiyimiz kimi Qolıbeva Mərkəzi Komitədə ən “fəal” deputat və Kreml məmurlarının, o cümlədən Leonid Brejnevin ən sevimli “qəhrəman”larından birinə çevrilib. Bütün bunlarla yanaşı toxucu-deputatı Fransadakı bir hadisə daha da populyarlaşdırıb...
1980-ci ilin əvvəllərində Parisdə keçiriləcək Fransa Kommunist Partiyasının qurultayında iştirak edən SSRİ nümayəndə heyətinin tərkibinə Valentina Qolubeva da salınıb. Nümayəndə heyətinə Mərkəzi Komitənin katibi Konstantin Çernenko rəhbərlik edib. Sovet nümayəndələri Parisə çatanda onları SSRİ səfirliyinin binasında yerləşdiriblər. İstisna olaraq yalnız Qolubeva üçün Parisin beş ulduzlu otellərinin birində “lüks” nömrə ayrılıb. Yəqin ki, onun nümayəndə heyəti arasında yeganə qadın olduğu üçün bu seçim edilib.
Səfərin ikinci günü səhər tezden yuxudan ayılan toxucu-deputat çarpayının yanındakı dolabın üstündəki düyməni basıb. Sonralar özünün söylədiyinə görə o, bunu sırf maraq xətrinə edib. SSRİ mehmanxanalarında hər hansı bir çağırış üçün ağır telefonlardan başqa heç nə görməyən Qolubevaya bu incə düymə çox maraqlı görünüb. Düyməni basdıqdan sonra iki-üç dəqiqə keçmiş qapı döyülüb və içəri cüssəli qaradərili bir oğlan daxil olub. Bu təşrif paltarlarını hələ tam geyinməmiş Qolubevanı təşvişə salıb. Qaradərili oğlan çox böyük nəzakətlə salamlaşdıqdan sonra fransız dilində nəsə soruşub. Amma toxucu-deputat sualı anlamayıb. Nəhayət, aydınlıq gətirmək üçün qaradərili oğlan əlini yatağa uzadıb. Bu işarədən sonra yarıçılpaq Qolubeva nömrədən çıxaraq dəhlizə qaçıb. Ona elə gəlib ki, qaradərili oğlan onunla yataqda yatmağa işarə edir.
Oteldə səs-küy yaranıb. Xüsusilə də səs-küy yaradanın SSRİ-dən olduğu aydınlaşanda məsələyə otel rəhbərliyi qarışıb. Qolubevanın otelin qarşısında gözləyən tərcüməçisi içəri dəvət olunub. O diqqətlə kommunist qadını dinləyib və otel rəhbərliyinə tərcümə edib:
“Xanım Qolubeva elə zənn edib ki, otel xidmətçisi ona intim təklif edir. O, bu hərəkəti qətiyyətlə pisləyir və bildirir ki, yəqin düyməni iki dəfə basdıqda ağdərili oğlan intim xidmətinə gələcəkdi...”
Bu fikir otel rəhbərliyinin qəhqəhəli gülüşünə səbəb olub və tərcüməçi vasitəsi ilə məsələni Qolubevaya izah ediblər:
“Nömrələrdəki bu xüsusi aparatın düyməsini bir dəfə basdıqda o deməkdir ki, qonaq yataq dəstinin dəyişdirilməsini istəyir, iki dəfə basdıqda isə restoran servislərindən istifadə etmək arzusu bildirilir. Bəli, düyməni iki dəfə basacağınız halda ağdərili oğlan təşrif buyuracaqdı və sizin istəklərinizi dinləyəcəkdi...”
Beləliklə, qalmaqal gülüş və zarafatlarla sona çatıb. Amma Fransa mətbuatı sovet qadınının “məhdud” düşüncəsini yazmaqdan çəkinməyib, fransalı oxucular qəzetlərdəki “Paris otelində sovet qalmaqalı” məqaləsini həvəslə oxuyublar.
Nümayəndə heyəti səfərdən qayıtdıqdan sonra Leonid Brejnev onları qəbul edib. Həmişə cəsarətli və bir az da şıltaq görünən Qolubeva bu dəfə baş katibin otağına utancaqlıqla keçib. Bunu hiss edən Brejnev toxucu-deputatı sakitləşdiməyə çalışıb:
- Valentina Nikolayevna, bir az ürəkli olun, bu kabinetdə qaradərili yoxdur, narahat olmayın, sizə heç kim toxunmayacaq...
Hazırda 74 yaşı Valentina Qolubeva İvonovo şəhərində yaşayır və o, vaxtilə sıravi toxucu işlədiyi kombinatın sahibidir.
Onu da qeyd edək ki, ikinci dəfə qəhrəman adına layiq görüldüyünə görə 1986-cı ildə İvanovo şəhərinin Lenin prospektində Qolubevanın büstü qoyulub. 1990-cı ildə onun öz xahişi ilə büst sökülüb.
İlham Cəmiloğlu, Musavat.com
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 2025 16:12
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 2025 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 2025 12:15
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 2025 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 2025 15:58
- Restoranların OYUNU - Toyda artıq qalan yeməklərin SONRAKI AQİBƏTİ
13 aprel 2025 14:11
- Mən sənin əllərinə toxunduğum günü xatıralyıram - Rаsət Pirisoyu
13 aprel 2025 11:45
- Hamımız türk ola-ola, niyə başqa dillərdə – ingilis və rus dillərində danışırıq?
12 aprel 2025 14:12
- Məni danlayıb dedi ki... – Eldar Namazov sirləri açdı
10 aprel 2025 14:21
- Erməni deputat: Ermənistanda Qarabağ ermənilərinə faşist münasibət var
9 aprel 2025 15:28
- Дрессировщик обезьян - помощнице: Дай по башке ему !
21 aprel 16:54
- 5 nəfər Ədalət Partiyasının sədri olmaq istəyir
21 aprel 16:21
- Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq - Prezident
21 aprel 16:12
- İran Prezidenti aprelin 28-də Azərbaycana səfər edəcək
18 aprel 15:37
- Prezidentlərin təkbətək görüşü başladı
16 aprel 13:01
- Mehdiyevlə bağlı YENİ XƏBƏR - AMEA-da yeyintilər və...
16 aprel 12:22
- Deputatın oğlu dayısı oğlunun külli miqdarda pulunu mənimsəyib? - ŞİKAYƏT
16 aprel 12:15
- Mehriban Əliyeva 1 saylı körpələr evində və 1 saylı uşaq evi sosial xidmət müəssisəsində oldu - FOTO
15 aprel 23:38
- Azərbaycanda tələbə özünü güllələdi - FOTO
15 aprel 23:21
- Məmməd Musayev yola salındı
15 aprel 23:05
- Sloveniyanın XİN rəhbəri Bakıya gəlir
15 aprel 13:21
- Gürcüstan prezidenti bu gün Azərbaycana gələcək
15 aprel 12:05
- Yoxlasaq diplomların yarısı saxta ÇIXACAQ: Niyə hər şeyi cəmiyyətin boynuna yıxırsız? - GƏRGİN DEBAT
15 aprel 11:44
- Akademik Zərifə xanım Əliyeva – elmi və ictimai fəaliyyətin işığında
15 aprel 11:04
- Deputat Azər Allahverənovun növbəti vətəndaş qəbulu Zabrat qəsəbəsində keçirilib
14 aprel 16:36
- İlham Əliyev Faiq Həsənovu təbrik etdi
14 aprel 15:58
- Saxta generala - 8 il 6 ay həbs verildi
14 aprel 15:27
- Leysan, dolu, qar - Sabahın havası
14 aprel 14:39
- 72 yaşında bu qədər sərvətə sahibdir
14 aprel 13:43
- Prezident qəbul keçirdi - Fotolar - Yenilə
14 aprel 12:29
- Stalinin DNT-si: alimlər onun şifrəsini açdıqdan sonra nələr bəlli olub?
14 aprel 00:01
- Ürəyi xəstə olanlar yeməməlidir – Həkim
13 aprel 23:52
- 1990-cı ildə AXC və Ter-Petrosyan Riqada Qarabağla bağlı nələri müzakirə edib? – FOTOXRONİKA
13 aprel 23:24
- ŞOK : Uçan naməlum obyekt 23 sovet əsgərini DAŞA ÇEVİRİB
13 aprel 23:01
- Rusiya onun sədaqətini danışır - Başqırdların Haçikosu
13 aprel 22:42
- Türkiyəni silkələyən qətllə bağlı ŞOK: Sabah 15 nəfər... - FOTO
13 aprel 20:31
- Türkcəni gah öyrənirsən, gah unudursan... - Ərdoğan Kosovo prezidentinə
13 aprel 20:10
- Dünyanın ən şirin canlısı Xəzərdə yaşayır: İqlim dəyişikliyinə görə yox ola bilər
13 aprel 15:47
- Bu dəmir yolu bizə milyardlar gətirəcək - Paşinyan Zəngəzur dəhlizindən danışdı
13 aprel 14:33
- Əş-Şaraa türkmən generalı yüksək hərbi vəzifəyə təyin etdi
13 aprel 14:24