
Adı QIZIL KİTAB-a yazılan Nigar Qəhrəmanova kimdir?
Müsahibə28 iyul 2024 11:04

Arzularının arxasınca gözüyumulu gedir. Onun ən böyük prinsipi geriyə baxmamaq, lazım olsa, arxadakı körpüləri yandıra bilmək və risk etməkdən qorxmamaqdır. Elə bu prinsipləri onu Norveçdə mədəniyyətlərarası körpülər quran sənətkar kimi tanıdır. Musiqi sahəsində dünya üçün yeni qarışım edir, şərq və qərb musiqilərinin vəhdətini yaradır. Azərbaycanda olduğu kimi, istedadı ilə əcnəbi ölkədə də seçilir. O qədər seçilir ki, Londonda təhsil almaq üçün Norveç təqaüdünü alan üç tələbədən biri olur.
Müsahibimiz Azərbaycan Prezidentinin və Norveçin İngar Doubloug fondunun təqaüdçüsü, milli və beynəlxalq müsabiqələr laureatı, hazırda Norveçdə orqan ifaçısı kimi fəaliyyət göstərən Nigar Qəhrəmanovadır.
Piano, xalq musiqisi, vokal ifaçılığı və orqan
İki yaşından musiqi onun həyatındadır. Anasının laylası, bibisinin evdə ifa etdiyi xalq mahnıları istedadını inkişaf etdirib. 11 il Respublika İncəsənət Gimnaziyasında piano, klassik və xalq musiqisi, vokal ifaçılığı təhsili alır. Bu dövrdə pianodakı istedadı ilə ölkəyə səs salır. Müsabiqələr laureatı olur, Azərbaycan Dövlət Simfonik orkestrində ifa edir. Hətta adı Azərbaycanın gənc istedadlarının "Qızıl kitabı”na yazılır və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülür. Pianoda qazandığı uğurlara baxmayaraq, təhsilini Bakı Musiqi Akademiyasında orqan ifaçılığı üzrə davam etdirir. İki il sonra musiqi təhsilini davam etdirmək üçün Norveçə gedir. Norveç Musiqi Akademiyasında orqan ifaçılığı üzrə həm bakalavr, həm magistratura təhsili alır. Bununla kifayətlənmir, Norveçdə Dobloug Fondu tərəfindən verilən tam təhsil təqaüdü ilə dünyanın bir nömrəli konservatoriyası olan Londonda Kral Musiqi Kollecində də öz sahəsi üzrə magistratura təhsili alır. Nigar 11 illik gimnaziya təhsilindən əlavə, 12 il orqan sahəsində ali təhsil alır, orqanist kimi bir çox milli və beynəlxalq müsabiqələrdə mükafatlar və təqaüdlər qazanır.
Hazırda Norveçdə Slagen kilsəsində kantor-orqanist vəzifəsində çalışır. Onu Norveçdə "CantORganistA” olaraq, yəni oxuyan (nəğməkar, müğənni) orqanist kimi tanıyırlar.
Əvəzolunmaz hiss
- Nigar xanım, iki yaşınızdan musiqi ilə məşğul olduğunuzu deyirsiniz. İki yaşlı uşağın musiqi marağı necə kəşf edilir?
- Anam musiqiçi olmaq istəyib, lakin arzusunu reallaşdırmağa maddi vəziyyətləri imkan verməyib. Nə təhsili olub, nə də pianosu. O, mənə laylayı ürəkdən oxuyardı. Bibimin də gözəl səsi var idi, evdə xalq musiqiləri ifa edərdi. Evimizdə daimi olaraq musiqi sədaları eşidilirdi. Uşaq da nəyi görürsə, onu icra edir. Anam deyir: "Bir gün gördük ki, özündən mahnı düzəldib, ifa edirsən”. O, bu istedadımı kəşf edəndə sevinib, çünki özünün edə bilmədiyini qızı reallaşdıra bilərdi. Bundan sonra əlimdən tutub mənimlə birlikdə bütün əziyyətlərə sinə gərib. Bu yolda hər zəhmətimi anam çəkib, hətta anamın istəyi ilə təhsilim üçün Sumqayıtdan Bakıya köçmüşük.
- Bu zəhmət bəhrəsini verib və adınız gənc istedadların "Qızıl kitabı”na yazılıb. Həmin günü necə xatırlayırsınız?
- 2007-ci il idi. Təbii ki, bu qərar açıqlananda çox sevindik. Bunun mənəvi tərəfi ilə yanaşı, maddi baxımdan da bizə çox dəstəyi var idi. Atam mühəndisdir və beş nəfərlik ailədə tək işləyən o idi. Yataqxanada bir otaqda qalırdıq. Bu mükafat anamın və mənim arzumun reallaşması demək idi. Həm də Prezidentin xüsusi təqaüdü ilə ailəmə maddi dəstək olacağıma görə sevinirdim. Bu, mənim üçün əvəzolunmaz hiss idi. Uşaq canımla əlimdən gələni edirdim.
"Orqanla sıfırdan başlamaq dəlilik idi”
- Bəs fortepiano üzrə beynəlxalq müsabiqələr laureatı, istedadı ilə seçilən pianoçu nə üçün orqan musiqisinə yönəlir?
- 16 yaşımda İngiltərənin iki şəhərində piano ifaçısı və vokalist kimi xeyriyyə tədbirində iştirak edirdim. İlk dəfə orqanla bu konsertdə tanış oldum. Mənə maraqlı gəldi, çünki həm pianoya oxşayırdı, həm də deyildi. Orqanın arxasına keçdim və toxundum. Onun səsi mənə çox təsir etmişdi. Həmin hadisədən bir il keçmişdi. Konservatoriyaya sənəd verməli idim və cəmi iki ayım qalmışdı. Yuxuda orqan ifa etdiyimi gördüm. Oyanan kimi qərarımı qətiləşdirdim ki, mən orqan təhsili alacağam. Bu qərar müəllimlərimdə şok effekti yaratdı. Çünki orqan Azərbaycanda məşhur və prestijli musiqi aləti sayılmır. Adətən, digər ixtisaslara balı çatmayanlar bu ixtisasa müraciət edirdi. Yolumdan döndərməyə çalışdılar, amma dedim ki, yox, mən bunu hiss edirəm və o musiqi məni çağırır. Sənədlərimi verəndə belə qəbul etmək istəmirdilər, çünki məni tanıyırdılar. Beynəlxalq müsabiqələr laureatı, piano sahəsində kifayət qədər uğurları olan insanın ölkədə çox da tanınmayan sahəni seçməsi, pianonu kənara qoyub sıfırdan başlaması dəlilik idi. Mən bunu etdim, peşman olmadım. Orqanın səsi tamamilə fərqli idi və məni çox həyəcanlandırırdı. Daxili səsimi, musiqi ifamda yorumlarımı, emosiyalarımı ifadə edən yeganə alət idi. Pianodan o effekti, istədiyim hayqırışı ala bilmirdim. Orqanda onu tapdığım üçün sevinirdim.
- Maraqlıdır, ananızın reaksiyası necə oldu? Axı piano həm də onun arzusu idi...
- Təbii ki, anam da təəccübləndi və istəmirdi. Amma anama dedim ki, əgər orqan təhsili almayacağamsa, ümumiyyətlə, musiqidən kənarlaşacağam. Çünki məktəbdə də dərslərimi yaxşı oxuyur, olimpiadalarda iştirak edir, qalib olurdum. Peşəmi rahatlıqla dəyişə bilərdim. Müəllimlərim də məni dəstəklədiyi üçün əslində, təhdidim real idi. Anam məni dəstəkləməyə məcbur oldu. (Gülür - A.Ə.)
"Özümü kosmik raketə oturan kosmonavt kimi hiss edirəm”
- Bəs Norveçlə yolunuz necə kəsişdi?
- İkinci kursda oxuyurdum. Bakı Musiqi Akademiyasının Norveçin Bergen şəhərində Grieg Akademiyası ilə əlaqələri var idi. Tələbələri bir illik oxumağa göndərirdilər. Həmin elana müraciət etdim və bir illik Norveçə yollandım. Lakin bir ildən sonra ölkəyə qayıtmalı, təhsilimi Bakı Musiqi Akademiyasında davam etdirməli idim. Amma mən təhsilimə Norveçdə davam etmək istəyirdim. Norveç Musiqi Akademiyasına müraciət etmək üçün isə sənədlərimi Bakıdakı Akademiyadan götürməli idim. Mənə dedilər ki, əgər sənədlərini götürsən, təhsilindən imtina edirsən. Bu addımın geri dönüşü yox idi. Təbii ki, Norveçə də qəbul olmağım sual altında idi. Amma risk etdim və qəbul oldum. Osloda Norveç Musiqi Akademiyasında sıfırdan oxumağa başladım. İki il Azərbaycanda təhsil alıb, bir il Norveçdə kurs keçsəm də, məni birinci kursdan qəbul etdilər. Çünki Azərbaycanda ancaq orqan ifaçılığını öyrənirdim, burada isə mütləq bununla yanaşı kilsə təhsili almalı, kilsənin bütün rituallarını və qaydalarını öyrənməlisən. Bunu dərindən öyrənmək üçün həm bakalavr oxudum, həm əlavə kurslara getdim, hətta Norveçdə magistraturaya da qəbul oldum. Magistratura illəri pandemiyaya düşdüyü üçün ürəyimcə olmadı. London Kral Musiqi Kollecinə baş vurdum. Üstəlik, orada oxumaq üçün tam təqaüd alan üç tələbdən biri və yeganə xarici idim.
- Etdiyiniz risklər sizi sıfırdan başlamağa məcbur edib. İndi necə düşünürsünüz, orqan üçün dəyərdimi?
- Bu risklər məni heç vaxt qorxutmayıb, əksinə, həyəcan verib. Yeni dünyalar kəşf etmək mənim uşaqlıq arzumdur. Uşaqlıqda kosmonavt olmaq istəmişəm, anam mümkünsüz olduğunu düşünüb məni yola verərdi. Amma həqiqətən fikirlərimdə həmişə uçmaq, yerdən uzaqlaşmaq istəmişəm. Məni orqana çəkən də məhz bu idi. Çünki o səs məni real dünyadan ayırıb, istədiyim o kosmosa fiziki olmasa da, ruhani olaraq apara bildi. Dedim ki, əgər bu alət bunu edə bilirsə, mən bu alətlə çox şeylər edə bilərəm. Orqan mənim üçün yeni bir ümid idi. Həm özüm uçurdum, həm də insanları musiqi ilə uçura bilirdim. Həqiqətən də, orqanda o qədər düymələr var ki, onun arxasına əyləşəndə özümü kosmik raketə oturan kosmonavt kimi hiss edirəm. Geriyə dönüb baxanda, "dəyərdi” deyirəm.
"Mənim üçün öyrənməyin limiti yoxdur”
- "İncəsənətdə istedadın varsa, təhsilin olmasa da olar” deyənlər var. Siz istedadınız və uğurlarınızla kifayətlənməyib musiqi sahəsində ən reytinqli universitetdə təhsil almısınız. Təhsil sizin üçün nə ifadə edir?
- Təhsilin əhəmiyyətini dərk etdiyim üçün 12 ilimi peşəmi öyrənməyə həsr etmişəm. Məsələn, təhsilə bu qədər illər xərcləyib həkim də ola bilərdim. Düzdür, yaşıdlarım var ki, bakalavrı bitirib hazırda işləyirlər. Mənim üçün isə öyrənməyin limiti yoxdur. Bu gün də öyrənirəm, Norveç, Fransa və Almaniyada əlavə müəllim yanına gedirəm. Həmişə istəyirəm ki, yanımda müəllimim, mentorum olsun. Bilim ki, doğru yoldayam. Nə risk etməkdən qorxuram, nə də işsizlikdən. Ən çox qorxduğum nüans doğru insanla rastlaşmamaq, doğru insanın yanında olmamaqdır. İndiyə qədər də yaxşı insanlar və müəllimlərdən dərs almışam. Çətin təcrübələrim də olub. Amma çətinliklərin də mənə qatdıqları var. İncəsənətdə usta və çıraq münasibətləri mütləq olmalıdır.
- Kasıblıqla zirvəyə qalxmaq çox insana inandırıcı gəlmir. Bu yoldan keçən xanım kimi siz necə düşünürsünüz?
- İnsanda birinci istək və arzu, sonra onun arxasınca getməyə cəsarət lazımdır. O cəsarətin varsa, hara desən, gedə bilərsən. Təbii ki, bu yolda əziyyət qaçılmazdır, amma nail olduqların bütün əziyyətini unutdurur. Ən böyük dualarımdan biri qarşıma yaxşı insanların çıxması olub. Çünki onların sayəsində həyatın dəyişir. Məsələn, mən ilk dəfə Norveçdə Grieg Akademiyasına qəbul olanda, lazımi balı toplamışdım, amma pulum yox idi. Mənə dedilər ki, hesabında pul göstərə bilərsənsə, gəlib oxuya bilərsən. Bu dövr mənim üçün çox ağır idi. Çünki o pulu göstərməyim mümkünsüz idi. Həyatımda gözləmədiyim anda qapımı açan bir hadisə oldu. Televiziya layihələrindən birində qalib olmuşdum və həmin layihə ilə bağlı qala gecəsi keçirilirdi. Gecədə mötəbər insanlar iştirak edirdi. Onlardan biri də keçmiş gənclər və idman naziri Azad Rəhimov idi. Həmin vaxt elə bil ki, hansısa qüvvə məni onun yanına apardı və özümdə cəsarət toplayıb nazirə özüm haqqında məlumat verdim. Sonra Norveçdə Grieg Akademiyasına qəbul olsam da, hesabımda pul olmadığı üçün gedə bilmədiyimi dedim. O vaxt 15 min manat hesabda olmalı idi. Azad müəllimin şəxsi hesabından bu ödənişi etdilər və mənim Norveç macəram başladı. O pul mənə Norveçdə bir il bəs etdi. İkinci il artıq canımı dişimə taxıb özüm işlədim və oxudum. Çünki Bakıdan sənədlərimi götürdüyüm üçün geri dönüşüm yox idi. Arxadakı körpüləri yandırdığım üçün irəli getdim.
"Burada insan çox iş bacarırsa, ona kartof insan deyirlər”
- Bəs kilsə ilə yolunuz necə kəsişdi?
- Kilsə musiqisini oxuyurdum və bilirdim ki, orqan kilsədə ifa olunur. Təhsil müddətində müxtəlif kilsələrdə işləyir, müəyyən məkanlarda əvəzedici olurdum. Norveçdə tək olduğum və sıfırdan başladığım üçün yolumun xəritəsini əvvəlcədən cızmışdım. Çalışırdım ki, təhsilimi bitirdikdən sonra daimi işimi qazanım. Hazırda Tonsberqdə böyük kilsədə işləyirəm.
- Kilsədə iş prosesi necədir? İlk vaxtlar sizi təəccübləndirən hadisəni bizimlə bölüşə bilərsinizmi?
- Kilsədə həmişə monotonluq olur. Çalışıram ki, ifamla bir az rəngarənglik qatım. Mənə qəribə gələn hadisələrdən biri o idi ki, burada insan çox iş bacarırsa, ona "kartof insan” deyirlər. Sonradan anladım ki, kartof çox yeməkdə istifadə olunduğu üçün belə adlandırılır. Kilsə musiqiçilərinə də "kartof musiqiçi” deyirlər. Çünki digər musiqi ifaçıları bir alətin bakalavr təhsilini alırlar və onu ifa etməyi öyrənirlər. Nə oxuyurlarsa, o alət ətrafında olur. Kilsə musiqində isə himnologiyanı, xor, dirijorluq, bəstəkarlıq, konsert təşkili, xalq musiqisi, musiqi idarəçiliyi, səsyazma və improvizasiya etməyi öyrənirik. Bu, mənim üçün yenilik idi. Çünki Azərbaycanda müəllimlər notdan kənara çıxmağa icazə vermir. Amma burada mənə deyirlər ki, xoralları notda olduğu kimi çalmağa məcbur deyilsən, özündən bir şeylər qat.
- Norveçdə müxtəlif tədbirlərdə çıxışlarınız olub. "YouTube” kanalınızda da milli musiqilərimizi ifa edirsiniz. Maraqlıdır, orqan alətində Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin muğamlarımızı ifa edirsinizmi?
- Bəli, edirəm. Çünki bilirəm ki, burada Azərbaycanı təmsil edən simayam. Bu, böyük məsuliyyətdir. Nə etmişəmsə özüm olaraq yox, Azərbaycan olaraq etmişəm. Hər konsertimdə bir əsər belə olsa, Azərbaycan bəstəkarlarından ifa edirəm. Azərbaycan muğamının orqana necə yaraşdığını göstərmək şansım olub və norveçlilər də çox bəyəniblər.
Mənbə: "Kaspi" qəzeti


Oxşar xəbərlər
- Pul üçün Rus ordusuna yazılan azərbaycanlı Əliquliyev peşmandır: Prezidentə deyin, məni qurtarsın
11 iyul 2025 00:36
- 100 qadını öldürmüşdü - Manyakın meyiti tapıldı
10 iyul 2025 12:29
- Bu gün Azərbaycanda Diplomatiya Günüdür
9 iyul 2025 02:37
- Rusiyada intihar edən nazirlə bağlı şok məqamlar: Hamıdan birinci gəlib göz yaşı tökən gənc qadın kimdir?
8 iyul 2025 02:17
- Hər ay 500 min icаrə hаqqı аlаn Rəhim Rəhimov dövlətə nə qədər VERGİ ödəyir ?
7 iyul 2025 13:07
- Nikahsız analar, sənədsiz uşaqlar: Kimdir günahkar?
6 iyul 2025 17:29
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
4 iyul 2025 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
4 iyul 2025 02:13
- Prezident bu məhkəmələrə hakimlər təyin etdi - SİYAHI
1 iyul 2025 19:04
- Bəylər Eyyubovun yerinə təyin olunan Fərid Əsgərov kimdir? – DOSYE
30 iyun 2025 17:51
Xəbər lenti
- Dünyanın 28 ÖLKƏSİ Quba rayonundan KİÇİKDİR - SİYAHI
13 iyul 12:02
- Prezident olmaq çox təhlükəli işdir - Tramp
13 iyul 11:29
- Azərbaycanlı aktrisa anası ilə şokolad vannasına girdi - FOTOLAR
13 iyul 10:11
- Ərdoğan bu şəxslərə yüksək VƏZİFƏ verdi
13 iyul 09:40
- Kişinin mədəsindən 27 alışqan və QƏPİK çıxardılar - FOTO
13 iyul 09:23
- Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 08:47
- Emin Ağalarov Bodruma niyə getdi? Yeni =Sea Breeze=nin sirri açıldı
13 iyul 08:11
- Polşada azərbaycanlıların yaşadığı hostelə polis basqını – Neməti axtarırlar
13 iyul 00:55
- Çayda boğulub ölən Səfiyənin - Fotosu
13 iyul 00:05
- ŞOK : Putin Ukraynanın 0.25 FAİZİNİ ələ keçirib və ...1 KV.KM-ə görə 167 ƏSGƏR İTİRİB
12 iyul 21:27
- Hotel dəhşət : Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı VİDEO
12 iyul 20:35
- Veteranları təhqir edən bloger qızı meşədə soyundurub döydülər, VİDEOya çəkib yaydılar - ŞOK
12 iyul 19:44
- Şaraa Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO
12 iyul 19:34
- Sabirabadda da EHSAN VERİLMƏYƏCƏK
12 iyul 18:42
- Abşeron RİH-nin həbs olunan əməkdaşı: Abdin Fərzəliyev atama bildirib ki, cinayət əməlini oğlun öz üzərinə götürsün, ona köməklik göstərəcəyəm...
12 iyul 18:03
- Aİ-də nə qədər insan yaşayır? - Ən çox əhaliyə sahib ölkə bəlli oldu
12 iyul 17:42
- Ərdoğandan PKK-nın tərk-silah olması ilə bağlı SON DƏQİQƏ AÇIQLAMASI
12 iyul 15:49
- Prezident Əl Şaraa ilə görüşdü - Fotolar
12 iyul 14:35
- Elə bilirdim ürəyim tab gətirməz, getdim, tamam başqa insan oldum...- Polad Həşimovun XANIMI
12 iyul 14:28
- Suriya Prezidenti Azərbaycandadır - Fotolar
12 iyul 14:09
- Ukrayna hərbi kəşfiyyatı Sibirdə QAZ kəmərini PARTLATDI ...
12 iyul 12:55
- TEHRAN MERİ : İsrail İrana qarşı CADU və CİNLƏR-dən də istifadə edib..."
12 iyul 12:40
- Tovuz döyüşlərindən 5 il ötür
12 iyul 11:42
- Sumqayıtda kürəkən qayınatasını qətlə yetirdi
12 iyul 11:02
- Rusiyada ƏMƏLİYYAT: İki azərbaycanlının malları əllərindən alındı
12 iyul 10:48
- Atası ilə səfərə getmək qadağan olundu
12 iyul 00:59
- Nazirin oğlu nasizmdə ittiham olunur: İşə təhlükəsizlik xidməti qarışdı
11 iyul 23:06
- Ata 25 yaşlı tennisçi qızını öldürdü - ŞOK SƏBƏB
11 iyul 18:18
- Tofiq Zülfüqarov Elmar Məmmədyarova cavab verdi: Söyüş söyməmişəm
11 iyul 18:02
- Ermənistan mediası sülh müqaviləsinin detallarını açıqladı – Zəngəzur dəhlizi, separatçılığa qarşı öhdəlik və...
11 iyul 17:51
Video & Fotoqalereya
Video
Fotoqalereya