Seçkiqabağı təbliğat kampaniyası başlayır - reklam şərtləri, qiymətlər
Bu media qurumlarında ödənişli əsaslarla təşviqat həyata keçirilə bilər
Azərbaycanda sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin əsas mərhələlərindən biri - deputatlığa namizədliyin irəli sürülməsi başa çatıb. Artıq avqustun 2-dən sonra Milli Məclisə seçkilərdə namizədliyin qeydə alınması üçün müvafiq sənədlərin dairə seçki komissiyalarına təqdim olunması dayandırılıb.
Növbəti mərhələdə - 2-9 avqust tarixlərində qanunvericiliklə müəyyən olunmuş vaxtda və qaydada təqdim olunan sənədlərə baxılacaq və namizədliyin qeydə alınması ilə bağlı yekun qərarlar veriləcək.
Ardınca 23 gün davam edəcək seçkiqabağı təşviqat kampaniyası avqustun 9-da start götürəcək və 31-də bitəcək (31 avqust sükut günüdür).
Qanunla dövlət tərəfindən bu dəfə də namizədə pulsuz efir vaxtı ayrılacaqmı? Hansı telekanallarda? Bəs “Yeni Müsavat” Media Qrupu (qəzet, TV) namizədlərin təbliği üçün hansı qiymətlər təklif edir?
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən “Yeni Müsavat”a bildirilib ki, seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq, Milli Məclisə seçkilərdə seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına İctimai Televiziya və Radio Yayımları Şirkətində ödənişsiz efir vaxtı, “Azərbaycan” qəzeti, “Xalq qəzeti”, “Respublika” qəzeti və “Bakinski raboçi” qəzetlərində isə ödənişsiz dərc üçün yer ayrılacaq. Bununla yanaşı, ödənişli seçkiqabağı təşviqata qoşulmaqla bağlı 58 media qurumundan təqdim olunan məlumat da MSK-nın rəsmi internet səhifəsində yerləşdirilməklə ictimailəşdirilib. Bu media qurumlarında bütün təşviqat subyektləri üçün bərabərlik prinsipi gözlənilməklə, ödənişli əsaslarla seçkiqabağı təşviqat həyata keçirilə bilər.
“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov da sualımızı cavablandırarkən deyib ki, hər seçkilərdə olduğu kimi, bu il sentyabrın 1-nə təyin olunmuş növbədənkənar parlament seçkilərində də “Yeni Müsavat” Media Qrupu öz resurslarında bütün namizədlərə bərabər şərtlərlə təbliğat-təşviqat işlərini aparmaq imkanı yaradıb: “Bununla bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət olunub və bu məlumatlar MSK-nın saytında artıq yerləşdirilib. "Yeni Müsavat" Media Qrupuna aid olan resurslarda təbliğat qiymətləri aşağıdakı kimidir:
1/2 səhifə - 500 (beş yüz) AZN;
1/4 səhifə - 250 (iki yüz əlli) AZN"
“Musavat.com” saytında 10 min işarəyədək, 2 foto ilə - 500 (beş yüz) AZN;
“Minval.az” saytında 10 min işarəyədək, 2 foto - 300 (üç yüz) AZN;
“TV Müsavat” internet televiziyası, tam veriliş - 1000 (bir min) AZN;
“TV Müsavat” internet televiziyası, 1 (bir) saniyəsi- 10(on) AZN.
Bütün qeydiyyata alınmış namizədləri media qrupumuzun resurslarından yararlanmağa dəvət edirik".
Bu arada, Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərlə əlaqədar aşağı seçki komissiyaları üçün treninqlərə başlayıb. MSK-dan verilən məlumata görə, 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) fərqli statuslu seçki iştirakçıları üçün müxtəlif istiqamətlər üzrə maarifləndirmə layihələri intensiv şəkildə davam edir. Komissiyanın maarifləndirmə proqramı çərçivəsində ümumrespublika miqyaslı növbəti layihəyə - aşağı seçki komissiyalarının üzvləri üçün treninqlərə başlanılıb. Öncə onu qeyd etmək lazımdır ki, MSK-nın nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlığı şəraitində 22 il bundan əvvəl - 2002-ci ildə əsası qoyulan treninq layihəsi ilbəil təkmilləşdirilib, xüsusilə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib. MSK-nın mühüm əhəmiyyət verdiyi və daim məxsusi diqqət yetirdiyi treninqlər, bir qayda olaraq, ölkəmizdə keçirilən bütün seçkilərdə təşkil edilməklə, dairə və məntəqə seçki komissiyaları üzvlərinin məlumatlılığının, bilik və bacarıqlarının, o cümlədən işgüzar və peşəkar vərdişlərinin yüksəldilməsində müstəsna rol oynayır.
Qarşıdan gələn Milli Məclisə seçkilərlə əlaqədar treninqlər MSK-nın maarifləndirmə proqramına əsasən iki mərhələli formatda keçiriləcək. Layihənin “Trenerlər üçün treninq” adlı birinci mərhələsinə avqustun 5-dən start verilib və müxtəlif əyani, metodiki, habelə yardımçı vəsaitlərdən istifadə olunmaqla, tam praktiki məşğələlər şəklində təşkil edilib. Beş gün fasiləsiz keçiriləcək bu treninqlərə ölkə üzrə 125 seçki dairəsi dairə seçki komissiyasının hər birindən iki təmsilçi olmaqla, ümumilikdə 250 yerli trener cəlb olunur. Treninqlər zamanı iştirakçılara seçki günü məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki məntəqələrinin səsverməyə hazırlanması, səsvermə prosesi, seçki günü müstəsna hallar, səslərin sayılması və səsvermənin nəticələri müəyyənləşdirilərək rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün prosedurlar barədə aydın və əhatəli məlumat verilir.
Seçki günü prosedurları, səsvermə hərəkətləri və qarşıya çıxa biləcək müstəsna hallar izah edilərkən praktiki məşğələlərə geniş yer verilir, müxtəlif məqamlar əyani şəkildə səhnələşdirilərək təqdim olunur və yaranan suallar yerindəcə cavablandırılır.
Treninq layihəsinin avqustun 12-dən başlanacaq ikinci mərhələsi məntəqə seçki komissiyalarının bütün üzvlərini əhatə etməklə, seçki dairələri üzrə məntəqə seçki komissiyalarının sayına uyğun olaraq, 3-10 gün davam edəcək. Bu mərhələnin də maksimum effektiv, praktiki və informativ olması üçün treninqlərin MSK-nın Treninq qrupu tərəfindən hazırlanan cədvəl əsasında kiçik qruplarla - təqribən 40 nəfərədək aşağı seçki komissiyası üzvünün iştirakı ilə keçirilməsi nəzərdə tutulur.
Həm təlimlərdə istifadə etmələri, həm də seçki günü prosedurları ilə yaxından tanış olmaları məqsədilə treninqlərə cəlb edilən bütün iştirakçılar MSK-nın hazırladığı “Seçki günü üçün yaddaş” kitabçası, səsvermənin nəticələrinə dair protokol nümunəsi, habelə digər əyani və metodiki vəsaitlərlə təmin olunacaqlar. Treninq layihəsi ümumilikdə 40 minə yaxın aşağı seçki komissiyası üzvünü əhatə edir.
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
7 aprel 2026 15:34
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
6 aprel 2026 19:21
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
6 aprel 2026 12:58
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
5 mart 2026 18:06
- Prezidentimiz hər zaman Azərbaycan xalqının milli maraqlarını, mədəni dəyərlərini uca tutur - Kamilə Əliyeva
27 fevral 2026 11:28
- Ağartını da xaricdən alırıq – SƏBƏB?
26 fevral 2026 23:40
- Bəşər tarixinin üzqarası: Xocalı soyqırımından 34 il ötür
26 fevral 2026 00:40
- Gələn həftə Novruzun ilk çərşənbəsi qeyd ediləcək
21 fevral 2026 17:11
- Xalqın qanını içirsən... - Stalinə şeir yazan şagirdin qaranlıq taleyi
13 fevral 2026 11:28
- Milli Məclisin iclası başladı: 12 məsələyə baxılır
10 fevral 2026 11:13
- Ağdaban soyqırımından 34 il ötür
08 aprel 00:37
- Mətləb Mütəllimli vəfat etdi
08 aprel 00:28
- Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Milli Məclisdə olub
07 aprel 23:13
- Gürcüstan Azərbaycanın Tbilisi layihələrindən asılılığının bitdiyini anlayır – Zahid Oruc
07 aprel 21:19
- Bu gecə bütöv bir sivilizasiya məhv olacaq - Trampdan xəbərdarlıq
07 aprel 21:08
- Prezident onu nazir müavini təyin etdi
07 aprel 20:52
- Prezident onları təltif etdi - Siyahı
07 aprel 16:45
- İranın vəziyyəti aqoniya halıdır, bu gündən isə… – Deputatdan FƏRQLİ baxış
07 aprel 15:33
- Prezident Türkiyə Ali Məhkəməsinin Baş prokurorunu qəbul etdi (FOTO)
07 aprel 15:08
- Nəfəs aldığımız hava nə qədər təmizdir? – Azərbaycan dünyada bu PİLLƏDƏ
07 aprel 14:19
- Mən bu evi 13 ildir almışam, kollektor üzərində tikildiyini bilmirdim - VİDEO
07 aprel 13:53
- Naxçıvanda pensiyalar ödənildi - RƏSMİ
07 aprel 12:56
- Milli Məclis bu məsələlərə görə TOPLAŞACAQ
07 aprel 12:49
- Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...
07 aprel 12:21
- Gürcüstan mətbuatı Prezident İlham Əliyevin bu ölkəyə dövlət səfərini geniş işıqlandırıb
06 aprel 23:04
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
06 aprel 22:45
- Prezidentin Gürcüstan səfəri başa çatdı- Fotolar
06 aprel 20:23
- Mehriban Əliyeva Tbilisidə Azərbaycan Mədəniyyəti Muzeyi ilə tanış oldu (FOTO)
06 aprel 19:21
- İlham Əliyev və İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış etdi (YENİLƏNİB)
06 aprel 15:28
- Prezidentlə xanımı Gürcüstandadır - Yenilənib
06 aprel 14:10
- Nazir bir qələmlə kadrların taleyini həll etməli deyil - Əli Məsimli ilə MÜSAHİBƏ
06 aprel 12:58
- Tehrana zərbə endirilib, 13 nəfər həlak olub
06 aprel 12:12
- İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub (YENİLƏNİB)
06 aprel 11:46
- Moskvada anti-Azərbaycan tədbiri
05 aprel 23:17
- Hər axşam qatıq yeməyin FAYDALARI
05 aprel 22:16
- 19 yaşlı tələbə dəm qazından zəhərlənərək öldü
05 aprel 22:08
- XİN: Rusiya daxil, heç bir ölkə Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb
05 aprel 19:39
- Füzuli şəhərində üç min yeni iş yeri yaradılıb
05 aprel 17:29
- Qusarda 29 yaşlı gənci sel apardı - Meyiti tapıldı+Foto
05 aprel 16:25
- Bizim adımızı çəkməyin : Peskovdan Paşinyana şok Qarabağ cavabı
05 aprel 15:28
