COP29 tədbiri ilə bağlı Bakıda toylar QADAĞAN OLUNACAQ ?
Noyabr ayında Bakıda 70 mindən çox qonağın iştirakı ilə gerçəkləşəcək COP29 tədbiri ilə bağlı xüsusi plan hazırlanıb. Paytaxtda yerləşən idarə və təşkilatların fəaliyyətindən tutmuş, məktəb və universitetlərin fəliyyətinədək dəyişikliklər edilib.
Həmin müddətdə insanların kütləvi şəkildə şənləndikləri toy mərasimlərinin keçirilməsi ilə bağlı isə fərqli versiyalar irəli sürülür. Bəziləri toyların təxirə salınacağını desə də, digərləri bunun əksini iddia edir.
Bəs görək, şou əhli həmin ərəfədə toylar üçün öncədən təklif alıbmı?
NUH.az xəbər verir ki, mövzu ilə bağlı yenisabah.az-a danışan müğənni Xuraman Şuşalı həmin vaxt üçün toy təklifi gəlmədiyini bildirib:
“Biz elə insanlarıq ki, hər şeyi anlayışla qəbul edirik. Əgər ölkəmizdə bu cür ciddi bir tədbir varsa və toylar tıxaclara səbəb ola bilərsə, insanlar çalışırlar ki, işlərini sığortalasınlar və həmin ərəfədə toy etməsinlər. 15 gün tez və ya 15 gün gec toy məclisi təşkil etməklə bir şey olmaz. Təki Allah hamıya toy, xeyir günlər nəsib etsin. Mənim üçün noyabrın 25-nə, 27-nə əvvəlcədən yazılıblar. COP-29 ərəfəsində hələ ki, Bakıda toy təklifi almamışam.
Tədbir keçirilən günlər üçün şəhərdən kənar, daha çox Moskvadan zənglər gəlib.
İnsanlar xərc çəkir, məclis təşkil edir. Hamı istəyir ki, toyu rahat, problemsiz keçsin, ona görə də tədbir ərəfəsində məclis təşkil etmirlər.
Əgər tədbir vaxtı toy etsələr, yolların çoxu bağlı olduğu üçün hər kəs məclisdə iştirak edə bilməyəcək, nəticədə toy yiyəsi ziyana düşəcək. Ona görə də, tədbirin bitməsini gözəyirlər”.
Müğənni Tacir Şahmalıoğlu bildirib ki, toylar bir neçə günlük qadağan olunsa da, bu, ciddi problem yaratmayacaq:
“COP-29 tədbiri zamanı Bakıda toyların qadağan olunacağı ilə bağlı söz-söhbət dolaşır.
Bizim işimiz xalqdan asılıdır, əgər toylar olmasa, biz müğənnilər də işləməyəcəyik. Bu, beynəlxalq tədbirdi, əgər toylar dayandırılsa, başa düşülən olar. Bu, bizim üçün ciddi problem olmaz, dayandırılarsa, buna hörmətlə yanaşarıq. Təki COP-29-un xalqımıza, ölkəmizə faydası olsun. Biz lazım olsarsa, bir neçə gün işlərə fasilə verə bilərik, burada dəhşətli heç nə yoxdur”.
Müğənni Afət Fərmanqızı isə noyabr ayı üçün Bakıda deyil, Rusiyada bir neçə toy məclisində iştirak edəcək:
“Bir neçə gün əvvəl Bakıda idim, amma artıq Moskvaya geri gəlmişəm. İş fəaliyyətim buradadır deyə, mənim üçün COP-29 vaxtı da iş olacaq.
Yenidən Bakıya gələcəyəm, çünki 7 oktyabrda oğlumun toyu olacaq. COP-29 ərəfəsində toyların qadağan ediləcəyi ilə bağlı yayılan söz-söhbətləri mən də eşitmişəm, amma hələ ki, rəsmi qərar yoxdur. Buna baxmayaraq, tədbir ərəfəsində Bakıdan heç bir toy təklifi almamışam. Noyabr ayında Moskvada və Rusiyanın digər şəhərlərindəki toy məclislərində iştirak edəcəyəm”.
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 2026 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 2026 21:22
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 2026 20:43
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 2026 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 2026 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 2026 18:57
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
9 mart 2026 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
8 mart 2026 17:25
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
5 mart 2026 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
5 mart 2026 20:43
- İran Təl-Əvivi vurdu - 15 yaralı
22 mart 21:40
- Regionlara köçürüləcək, Bakıda qalacaq universitetlər
22 mart 21:30
- Sabah 20 dərəcə isti olacaq
22 mart 21:22
- Kül olan lüks yaxtalar Anar Əlizadənin imiş
22 mart 00:36
- ŞOK ZƏRBƏ: İran İsrailin strateji şəhərini vurdu
21 mart 22:24
- Pezeşkian qonşu dövlətlərə müraciət etdi
21 mart 20:42
- Bakıda Xəzərin suları avarçəkmə və yelkənli qayıqlarla bəzəndi (FOTO)
21 mart 20:30
- Azərbaycana yaz fəsli daxil oldu
21 mart 10:47
- İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi
21 mart 10:42
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
18 mart 18:23
- Məktəblərdə 11 gün dərs olmayacaq
16 mart 18:57
- İlham Əliyev Tokayevi təbrik etdi
16 mart 18:35
- İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
09 mart 21:42
- Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür
08 mart 17:25
- İran sərhədlərimizdən geri çəkildi
06 mart 00:31
- Ölkəmiz müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır - xəbərdarlıq
05 mart 21:13
- İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
05 mart 20:43
- Qubanın qara ləkəsi: Ağlagəlməz fırıldaqlarıyla məşhurlaşan Rusiya vətəndaşı Alibek Kurbanovun gerçək üzü — İNANILMAZ SAXTAKARLIQ DETALLARI
05 mart 20:03
- Fransa səfiri: İranın dron hücumları Azərbaycanın təhlükəsizliyinə qarşı qəbuledilməz addımdır
05 mart 18:29
- Bu gün İran tərəfindən Azərbaycana qarşı terror aktı törədildi - Prezident
05 mart 18:22
- Əks halda etirazlara başlayacağıq - Təbrizli gənclər
05 mart 18:16
- İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi
05 mart 18:06
- Ağdama daha 90 ailə köçürüldü
05 mart 14:55
- İran səfiri Azərbaycan XİN-ə çağırıldı
05 mart 13:53
- SON DƏQİQƏ: Prezident fərman İMZALADI
05 mart 12:45
- İran Naxçıvan aeroportuna dron hücumu etdi
05 mart 12:35
- Gənc istedadlara xüsusi təqaüdlər verildi (SƏRƏNCAM)
04 mart 19:57
- Xamenei ilə vida mərasimi bu gün başlayacaq
04 mart 11:30
- İlham Əliyev: Azərbaycan boru kəmərləri vasitəsilə qaz tədarük etdiyi ölkələrin sayına əsasən dünyada birinci yerdədir
04 mart 11:23
- Deputatdan Ombudsmanın məruzəsinə reaksiya
03 mart 20:05
