Tək Bərxudarov deyil, 4-5 generalla bağlı qərar verilib, yaxın günlərdə...- SENSASİYA

Xəbər verdiyimiz kimi, İkinci ordu korpusunun komandiri general-leytenant Mayis Bərxudarov vəzifəsindən azad edilərək sərəncama götürülüb, general-mayor Quliyev Vilayət Bərxuda oğlu isə 2-ci ordu korpusuna komandir təyin olunub.
Bir neçə gündür ki, Mayis Bərxudarovun vəzifədən getməsi barədə ictimaiyyət arasında müxtəlif fikirlər səsləndirilir. Bəziləri bu hadisəni “Tərtər işi” ilə bağlı onun adının hallandırılması, bəziləri də mediada şərti olaraq "Beyləqan İşi" adlandırılan faciəvi olayda adının hallandırılması ilə əlaqələndirirlər.
Yeri gəlmişkən, bu gün Mayis Bərxudarov mediaya açıqlamasında (gununsesi.info) vəzifədən azad olunması barədə suallara cavab verib: “Heç bir məyusluğum yoxdur. Ola da bilməz. Qərar qəbul olunub. Mən də hazırda sərəncamdayam".
"Orduda yeni yüksək təyinat gözləyirsinizmi" sualına isə, general-leytenant belə deyib: "Əşi, bu söhbətin başını buraxın. Bu barədə məlumatsızam”.
Qeyd edək ki, Azərbaycanın Cəbrayıl rayonunun, Xocavənd rayonunun, Füzuli rayonunun və Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Mayis Bərxudarov "Cəbrayılın azad olunmasına görə" medalı, "Xocavəndin azad olunmasına görə" medalı, "Füzulinin azad olunmasına görə" medalı, "Zəngilanın azad olunmasına görə" , "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb.
Bundan əvvəl isə 2016-cı il, aprelin 1–5-i Qarabağda gedən döyüşlər zamanı korpus komandiri olan polkovnik Mayis Bərxudarov döyüşlər başlayan kimi, özü də əsgərlərə qoşularaq, birbaşa savaşa qatılıb, Lələtəpə yüksəkliyini və on kilometrlərlə ərazini azadetmə əməliyyatında şəxsən iştirak edib, erməni silahlı qüvvələrinin çox sayda qüvvələrini çox məhdud sayda əsgər və zabitləri ilə məhv edib, sıradan çıxarıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Mayis Bərxudarov şəxsən tankın üzərində əyləşərək, özü öndə olmaqla bütün əsgərlərini döyüşə çağırıb. Mayis Bərxudarova Lələtəpənin alınmasında göstərdiyi şücaətə və hərbi bacarığa görə general-mayor rütbəsi verilib.
Müdafiə Nazirliyi sistemində baş verən bu dəyişikliklər yeni ordu modelinin formalaşması ilə bağlıdırmı? Deyilənlər nə dərəcədə həqiqəti əks etdirir?
Hərbi jurnalist, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov Musavat.com-a mövzu ilə bağlı deyib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama gözlənilir:
“Çünki mətbuatda, xüsusilə sosial şəbəkələrdə bəzi lazımsız müzakirələr gedir. Bu gün generallardan biri Mayis Bərxudarov özü də açıqlama verib ki, sərəncamdadır, “yeni təyinatın başını buraxın”. Əslində, tək Mayis Bərxudarovla bağlı deyil, 4-5 generalla bağlı qərar verilib, mənim şəxsən məlumatım var. Bir neçəsi sərəncama götürülüb, bir neçəsi yeni vəzifəyə təyin olunub. Bu, məndə olan çox ciddi məlumatdır. Gözləyirəm ki, Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini bildirsin, sonra fikir bildirək. Misal üçün, quru qoşunlarında müəyyən təyinatlar həyata keçirilib. Amma Mayis Bərxudarov yaşına, rütbəsinə görə ordudan tərxis olunmaq üçün uyğun deyil. Yaşı o yaş deyil, rütbəsi də general-leytenant kimi hələ bir neçə il xidmət edə bilər. Sərəncama götürüblər, ola bilsin ya quru qoşunlarında, ya da Müdafiə Nazirliyində vəzifəyə təyin olunacaq. Amma bu günə qədər mətbuatda adı çəkilən generallarla bağlı qərarlar verilib, yəqin ki, Müdafiə Nazirliyi açıqlayacaq. Hər halda gələn ilə qədər orduda xeyli yeni ştatlar, strukturlar yaradılır. O istiqamətdə Müdafiə Nazirliyi sistemində yeni adlar, yeni simalar görəcəyik. Bəli, Mayis Bərxudarov və digər generallar bir neçə gündür ki, yerdəyişmə və sərəncama götürülmə ilə bağlı qərarlara məruz qalıblar. Bərxudarovu uzun illərdir izləyirəm, o, Tovuz istiqamətində briqada komandiri olub, sonra isə döyüşlərin iştirakçısı olub, 44 günlük Vətən müharibəsində iştirak edib. Məlum “Tərtər işi” ilə əlaqədar həm Bakı Apelyasiya Məhkəməsində, həm də Sumqayıt Məhkəməsində zərərçəkənlər, təqsirləndirilən şəxslər bir neçə dəfə onun adını hallandırıblar. Onun fəaliyyəti ilə bağlı səsləndirilən fikirlərə Baş Prokurorluq, yaxud da İstintaq Komissiyası qiymət verib-verməyib, bilmirəm. Təkcə Bərxudarovun adı hallanmayıb, başqa generallar da var. Onu da deyim ki, “Tərtər işi”ndə adı hallanan generallardan bir neçəsi artıq yerdəyişməyə məruz qalıb. Onlar arasında generallar, polkovniklər var. Düşünürəm ki, yaxın saatlarda Müdafiə Nazirliyi bununla bağlı öz mövqeyini açıqlayacaq. Ümumiyyətlə, Müdafiə Nazirliyi sistemində çox ciddi işlər görüləcək, yaxın aylarda biz bunu görəcəyik. Çünki hər şey ona doğru gedir”.
Ehtiyatda olan polkovnik, Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov da mövzu ilə bağlı Musavat.com-la fikirlərini bölüşüb:
“Son günlər ictimaiyyətdə bu xəbərlər rezonansla qəbul olunur. Amma bunu normal qəbul etmək lazımdır. Quru qoşunlara yeni komandan təyin olundu, Hikmət Mirzəyev. Orduda müəyyən islahatlar aparılır. NATO standartına uyğun türk modelinə keçid prosesi başlayıb. Bərxudarovun yeri dəyişdirildi o, leytenant olan vaxtdan general rütbəsinə qədər, ömrünün bütün hissəsini döyüş bölgəsində keçirib. Türkiyədə təhsil almış zabitdir.
Aprel döyüşləri, 44 günlük müharibədə və antiterror əməliyyatında döyüşüb. Uzun illərdir mərkəzdən uzaqda xidmət aparır. Prezident tərəfindən ona general-leytenant hərbi rütbəsi verildi. “Qarabağ” ordeninə və sair adlara layiq görülüb. Onu hələlik sərəncama götürüblər, gələcəkdə hansı vəzifəyə təyin olunacaq, bunu Ali Baş Komandan bilər. Rotasiya ilə vəzifədən uzaqlaşan, general rütbəsi olan bir vəzifəli şəxslə bağlı qərarı Prezident verir. Mən Bərxudarov haqqında yalnız müsbət fikirlər bildirirəm. Çünki o, öz gücü ilə səngərlərdə yata-yata, əzab-əziyyət çəkə-çəkə general-leytenant rütbəsinə qalxıb. Bu, ali bir rütbədir. Hər zabitə də bu qismət olmur.
Üç korpus komandirini də rotasiya ediblər. Rotasiya prosesi olmalıdır. Bu ,ajiotajla qəbul olunmamalıdır. Çünki biz türk modelinə keçirik. Türkiyədə təhsil almış komandirlərimiz var. Yeni komandanın islahatları gedir. Bunu islahat kimi qəbul etmək lazımdır. Kiminsə vəzifədən çıxarılması kimi qəbul etmək lazım deyil. Güman edirəm ki, bu dəyişikliklər ordu islahatları ilə bağlı həyata keçirilir”.
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 2025 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 2025 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 2025 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 2025 12:22
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 2025 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 2025 15:44
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 2025 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 2025 13:08
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 2025 02:01
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 2025 09:59
- Arvaddır, boşayıram, yenə alacağam
18 sentyabr 00:23
- Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı - 40 MİN 490
17 sentyabr 22:34
- Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək (SƏRƏNCAM)
17 sentyabr 21:52
- Narkomanlığa qarşı mübarizəyə dair Dövlət Proqramı təsdiq edildi
17 sentyabr 21:00
- Gürcüstan Azərbaycana borcunu tam ÖDƏDİ
17 sentyabr 13:57
- Ay nazir, sənə yazmışam, niyə cavab vermirsən?
17 sentyabr 12:22
- Azərbaycan Prezidenti Donald Trampa təşəkkür etdi
17 sentyabr 11:52
- QARABAĞ-ın Lissabon zəfəri -FOTO
17 sentyabr 02:19
- Türk Dünyası Gənclik Qurultayı
16 sentyabr 22:57
- Bu şəxslərə birdəfəlik 500 manat veriləcək
16 sentyabr 22:06
- Cəlilabadda məktəbli sinif yoldaşını bıçaqla öldürdü
16 sentyabr 15:44
- Veysəloğlu-Distribusiya ucqar kəndlərdə məktəblilərə dəstəyini davam etdirir - Xoşbəxtlik Çantası layihəsinin növbəti mərhələsi baş tutdu
16 sentyabr 15:34
- İlham Əliyev BƏƏ Prezidentini Füzulidə qarşıladı - Fotolar
16 sentyabr 13:23
- Özbəkistan Rusiyaya nota verdi
16 sentyabr 13:08
- Ağsu sakini nazir Vilayət Eyvazova müraciət etdi
16 sentyabr 12:26
- Azərbaycan təhsil xərclərini 1 % artırır
16 sentyabr 11:23
- Bir evdən 6 uşaq məktəbə getdi
16 sentyabr 11:11
- Prezident Selçuk Bayraktaroğlunu qəbul etdi (FOTO)
16 sentyabr 01:57
- Bakcell Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü
16 sentyabr 01:12
- Özbəkistan səfərindən tez-tələsik təəssüratlarım - iLQAR TAĞI
16 sentyabr 00:33
- Azərbaycanlı Rusiyada deputat seçildi
15 sentyabr 11:26
- Kəlbəcərdən çıxanda 80 yaşı olub - İndi 113 yaşında qayıdır
15 sentyabr 10:21
- Prezident Seyidbəyliyə getdi - Fotolar
15 sentyabr 09:59
- Asiyada ən böyük hərbi təlim başlanır - Üç ölkə üç məkanda...
15 sentyabr 09:46
- Bakının işğaldan azad edilməsindən 107 il ötür
15 sentyabr 00:55
- Azərbaycanda Bilik Günüdür
15 sentyabr 00:42
- Rusiya Britaniyanın müsəlman daxili işlər nazirini hədəfə alıb - Kreml mediası Şabanaya böhtanlar yağdırır
14 sentyabr 23:51
- Sumqayıtda xəstəxana həyətindən 8 aylıq qız DÖLÜ TAPILIB
14 sentyabr 18:04
- Bu gün erməni əsilli şəxs Xankəndidə polisə qumbara atdı, atəş açdı...
14 sentyabr 17:43
- Azərbaycan Prezidenti Xocavənd rayonunun Sos kəndində olub
14 sentyabr 16:14