Rusiya vətəndaşı Samur bələdiyyəsinin sədri Elnarə Ayıbova ilə bağlı YENİDƏN Baş Prokurora, Ədliyyə nazirinə şikayət etdi...
Azərbaycan Respublikasının Ədliyyə Naziri
Cənab Fərid Əhmədova
Azərbaycan Respublikasının Baş Prokuroru
Cənab Kamran Əliyevə
Qusar Rayon Prokurorluğuna
Qusar rayonu Samur qəsəbəsində yaşayan
Güləhmədov Vadim Eldar oğlu tərəfindən
Tel-070-247-76-66
Şikayət Ərizəsi
Mən Rusya Federasiyasının vətəndaşı olmaqla Qusar rayonu Samur qəsəbəsində müvəqqəti icazə sənədi almaqla yaşayıram. 2022-ci ilin avqust ayında 1,5 ha torpaq sahəsi Solmaz adlı qadından almışam. Həmin əraziyə 13 min manat xərc cəkərək yararlı hala salmışam. Bütün bu işləri Samur bələdiyyəsinin sədri Elnarə Ayıbovanın məsləhəti ilə etmişəm. Ümumilikdə həmin əraziyə 100 min manata yaxın pul xərcləmişəm. Şaftalı bağı salmışam. Həmin əraziyə bitişik 1 ha torpaq sahəsini bələdiyyə sədri Elnarə Ayıbova mənə təklif etdi ki, buranı da bələdiyyədən al. Mən də razılaşdım. Həmin əraziyə nə qədər rüsum ödəyəcəyimi bildirdikdə Elnarə xanım 10.000 (on min) manat ödəyəcəyimi bildirdi. Mən də həmin pulu 2023-cü ilin may ayının 16 da Samur qəsəbəsində yerləşən Mədəniyyət klubunun icində Elnarə xanıma verdim. Şahidlərim də var. 1 gün sonra Elnarə xanım mənə zəng edərək sənədlərin hazır olduğunu bildirdi. Mən şübhələndim ki, bir günə sənəd necə hazır ola bilər. Sənədləri görəndə şübhələrimdə haqlı cıxdım. Sənədlər saxta idi. Yəni 2024-cü ildə 10 min pul verib aldığım torpaq 2006-cı il tarixə yazılıb. Kecmiş bələdiyyə sədri tərəfindən (hazırda ölüb) imzalanıb. Bələdiyyənin möhürü ilə təsdiq olunub. Bunun nə üçün 2006-cı ilə yazıldığlnı soruşanda bələdiyyə sədri Elnarə Ayıbova bildirdi ki, İcra başçısı Şair Alxasov bizim adamdır. Mən onun müavini Elman Mustafayevlə işləyirəm. Elman Mustafayev mənə himayədarlıq edir. Onunla sıx əlaqəm var. Narahat olma. Mən hamıya bu cür sənədlərlə torpaq verirəm. Mən maraqlanmağa başladım. Həqiqətən məlum oldu ki Elnarə xanım Samur camaatına bu cür saxta sənədlərlə torpaqlar satıb və satmaqda davam edir. Bunlardan bir necəsinin adını yazıram. Digərlərinin isə araşdırma zamanı deyəcəyəm. Bunlardan İradə Zeynalova, Yeganı Osmanova, Qarabayev Fuad, Gərəyxanov Qədim, Şeydayev Tərlan, Zarina Əzimətova, Qacıxanov Rövşən, Salmanov Valeh, Fərmanov Akşin, Fərmanov Məzahir Həmidulla oğlu, Əlirzayev Rauf, Mövlan Nadirquliyev və s. Yazmaqla qutarmaz.
Biz Samur camaatı Elnarə Ayıbovanın qanunsuz, özbaşına və özündən razı hərəkətlərindən bezmişik. O Samurda istədiyini edir. Yəni sözün həqiqi mənasında at oynadır.
Onun digər qanunsuz hərəkətləri barədə məlumat vermək istəyirəm.,,,
Elnarə xanım bələdiyyə sədri seciləndən bəri pul yığmaqla məşğuldur. Yəni bu insan qanunsuz varlanır və hegomonlaşır. Özünün SDK kecidində böyük obyekti var. Orada Gömrük əməkdaşları ilə əlbir olub qanunsuz ticarətlə məşğuldur. Qanunsuz varlanma nəticəsində özünə maşın, evlər və sair əmlaklar alıb. Bunlar saxta sənədlərlə satdığı torpaq sahələrinin gəlirləridir. Qusar rayon İcra başçısının müavini Elman Mustafayevə arxalanıb Qusar rayonu Samur bələdiyyəsinin fəaliyyətində də ciddi qanun pozuntularına və ağır cinayət əməllərinə yol verib və davam edir. Belə ki, bələdiyyədə bələdiyyə iclasları ümumiyyətlə keçirilmir. İclas protokolları saxtalaşdırılır. Yəni iclas keçirilmədən protokollar yazılır. Bələdiyyə üzvülərinin yerinə imza atılır. Bu qaydada dövlət orqanı olan Ədliyyə Nazirliyini də aldadılır. Torpaq sahələri təkbaşına qərarlarla, bazar qiymətləri nəzərə alınmadan istədiyi qiyməti qoyaraq satılır. Köhnə tarixlərə yazılaraq sənədlər saxtalaşdırılmaqla küllü miqdarda rüşvət müqabilində vətəndaşlar aldadılaraq satılır. Beləliklə bələdiyyə büdcəsinə MİLYONLARLA ziyan vurulur. Zəbt torpaqlarında isə vəziyyət daha da pisdir. Belə ki torpaqları zəbt etmiş şəxslər Elnarə xanıma rüşvət verməsələr (o da başçının müavini Elman Mustafayevə rüşvətin bir hissəsini çatdırmaqla) torpaqları əlindən alınır və orda gördükləri işlər yerlə yeksan olur. Bələdiyyənin daimi komisyaları fəaliyyət göstərmir. Bələdiyyənin fəaliyyəti tamami ilə dayanıb. Bələdiyyədə əmlak və torpaq vergisi mənimsənilib. Vətəndaşlardan pullar alınır və bələdiyyə büdcəsinə keçirilmir. Bu səbəbdən də bələdiyyənin hesabları həbsdədir. Bələdiyyə üzvləri 6 aydan bir hesabat vermirlər. Bələdiyyənin xəzinədar vəzifəsini özü icra edir.və sairrr…. QANUNSULUQLAR YAZMAQLA QUTARMAZ.
Qeyd etdiklərimi nəzərə alaraq müraciətim nəzarətə götürülməklə yerində ciddi araşdırılmasına,
Samur bələdiyyəsinin fəaliyyətinin Prokurorluq tərəfindən yoxlanılmasına
İcra başçısının müavini Elman Mustafayevin özbaşınalığına son qoyulmasına göstəriş verməyinizi xahiş edirəm.
Hörmətlə, Vadim Güləhmədov
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 2026 20:27
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 2026 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 2026 14:25
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 2026 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 2026 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 2026 00:29
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 2026 19:41
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 2026 18:18
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 2026 21:30
- Hörmüz tamamilə bağlandı
27 mart 2026 20:31
- Pedaqoji fakültələrdə Azərbaycan dili fənninin məzmunu tam tədris edilmir
31 mart 20:21
- Kanada Türkiyənin tarixi mirasını geri qaytardı - İlk dəfə (FOTO)
31 mart 18:57
- Mindiyimiz atlar günə 50 manat MAAŞ alırdı, biz 25 manat - Xalq artisti Rafiq Əzimov
31 mart 18:28
- Azərbaycanda istintaq sistemi yenidən qurulur: Dövlət İstintaq Komitəsi yaradılır
31 mart 14:25
- Aprelin ilk günündə 25 dərəcə isti olacaq
31 mart 14:16
- Mehriban Əliyeva 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı paylaşım etdi
31 mart 14:08
- Bu şəxslərin ailə üzvlərinə Prezident təqaüdü veriləcək
31 mart 13:07
- 31 Mart soyqırımından 108 il ötür
31 mart 00:29
- BU ÖLKƏDƏ gediş haqqı pulsuz oldu
30 mart 23:24
- Azərbaycan Müdafiə Nazirliyi İrandan Türkiyəyə raketin buraxılmasını pislədi
30 mart 20:39
- Alibek Kurbanovun törətdiyi qanunsuzluqlar barədə ölkə mətbuatında əvvəllər də çox yazılıb — Həqiqətin dedikləri
30 mart 19:41
- TƏCİLİ: ABŞ və İsrail ordusu Təbrizə hava zərbəsi ENDİRDİ
30 mart 18:53
- Prezident və birinci xanım Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzaladı
30 mart 18:18
- Azərbaycanda eşşəklərin sayı kəskin azalıb: Səbəb nədir? (VİDEO)
28 mart 00:48
- Putin İlham Əliyevə təşəkkür etdi
27 mart 21:30
- 500 illik ənənə pozuldu - İlk qadın yepiskop vəzifədə
27 mart 21:22
- Hörmüz tamamilə bağlandı
27 mart 20:31
- İlham Əliyev Gürcüstan səfirliyinə getdi (FOTO)
27 mart 20:21
- İsrail ordusu ciddi kadr böhranı ilə üz-üzədir
27 mart 00:55
- Azərbaycanda hərbi toplanış elan olundu - Nə baş verir?
26 mart 20:00
- İlham Əliyev həmkarını təbrik etdi
26 mart 19:39
- Ermənistan plastik qabları qadağan edir - 700 manatadək cərimə
25 mart 21:53
- Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti bu qiymətə satıldı
25 mart 21:43
- Sağlam mühit hüququ pozulanda vətəndaş nə etməlidir? - Ali Məhkəmədən açıqlama
25 mart 14:06
- Prezident Abşeron Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi (FOTO)
25 mart 13:50
- İran İsrailin mərkəzinə raket zərbələri endirdi
25 mart 00:10
- Şagird sayı yarım milyon azalacaq - Müəllimləri nə gözləyir?
24 mart 22:53
- PODOLOQ maskası altında ailə qənimi: Sevda Alibekovnan tərəfindən “maddi ovçuluq”, sistemli manipulyasiya və təkrarlanan ailəvi sxem
24 mart 22:50
- Deputatdan əhaliyə çağırış – DİQQƏT: risk var!
24 mart 22:23
- Səbinə Əliyeva Vardanyanla görüşdü
24 mart 22:10
