Kardiologiya- da qalmaqal: Professorlar attestasiyanı boykot etdi - Direktordan nazirə şikayət olundu
Reportaj28 fevral 2025 23:28

Səhiyyə Nazirliyinin akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunda növbəti qalmaqal baş verib.
İnstitutun direktoru Gülnaz Dadaşovanın elmi işçilər üçün attestasiya keçirmək cəhdi fiasko ilə nəticələnib. Belə ki, birinci mərhələdə attestasiyaya cəlb edilən elmi dərəcəsi olan (elmlər doktorları və tibb üzrə fəlsəfə doktorları) 20 nəfərə yaxın tibbi işçisi attestasiyanın qanunsuz olduğunu əsas gətirərək, orada iştirak etməkdən imtina ediblər.
Qeyd edək ki, elmi-tədqiqat institutlarında attestasiyalar "Elm haqqında" Qanuna əsasən keçirilir. Qanunun 13-cü maddəsinə görə, elmi-tədqiqat institutlarının ali idarəetmə orqanı onun Elmi Şurasıdır. Elmi Şura institutun strukturunu müəyyən edir, səlahiyyətli orqanlar qarşısında vəsatət qaldırır, həmçinin elmi işçilərin attestasiyasını təşkil edir. Attestasiya Elmi Şuranın qərarı ilə yaradılan Attestasiya Komissiyası tərəfindən həyata keçirilir. Attestasiya qaydaları isə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilir.
Aldığımız məlumata görə, İnstitutun professorları attestasiyanın təşkili zamanı bu qaydalara əməl olunmadığı və ciddi qanun pozuntularına yol verildiyini bildiriblər. Belə ki, attestasiyanın keçirilməsi Elmi Şurada müzakirə olunmalı və müvafiq Attestasiya Komissiyası yaradılmalı olduğu halda, İnstitutun direktoru bu addımı Şura üzvlərinin xəbəri olmadan atıb. İnstitutun elmi işçilərinin dediyinə görə, Gülnaz Dadaşova özünə yaxın şəxlərin də daxil olduğu 3 nəfərlik komissiya yaradıb:
"Attestasiyaya düşən suallar isə İnstitutun hüquqşünası tərəfindən (?) tərtib edilib və tibbə aid olmayan suallar olub. Hətta attestasiyaya Konstitusiya, "Təhsil haqqında" Qanundan suallar salınıb.
Ən maraqlısı odur ki, Gülnaz Dadaşova öz aləmində professorları sındırmaq üçün Attestasiya Komissiyasına özünün inzibati(təsərrüfat) məsələlər üzrə müavini Azər Mirzəxanlını da salıb. Onun nəinki ali, elementar tibb təhsili belə yoxdur. Daim işçilərlə kobud davranışı ilə seçilən Azər Mirzəxanlı attestasiyanı boykot edən professorların üstünə qışqırmaqdan belə çəkinməyib".
Mənbənin dediyinə görə, direktor attestasiya prosesini videoya çəkmək üçün çəkiliş qrupu da ayırıb. Bu cür davranışa dözə bilməyən professorlardan biri çəkiliş qrupuna işarə edərək ironiya ilə "Yenə klip çəkdirəcəyik?" deyə replika atıb.
Qeyd olunur ki, şöbə rəhbərləri - professor Nazim Abdullayev, professor Rufulla Abdullayev, tibb üzrə fəlsəfə doktoru Rafiq Yusifli, tibb üzrə fəlsəfə doktoru Rüfət Cəmilov direktorun qeyri-qanuni hərəkətləri, institutdakı hegemonluğu, yarıtmaz idarəetməsindən şikayətləniblər. Onlar direktoru elmi işlərin aparılmasına heç bir şərait yaratmamaqda, işlədiyi bu illər ərzində elmi işçiləri daim təzyiq altında saxlamaqda və təhqir etməkdə, professorları ətrafına yığdığı və "öz komandam" adlandırdığı adamların əli altında işlədərək onlara tabe etdirməkdə, "Elm haqqında" Qanunun tələblərini pozaraq qeyri-qanuni formada attestasiya keçirməyə cəhd etməkdə, elmi işçilərin hüquqlarını kobud şəkildə pozmaqda ittiham ediblər.
Attestasiyaya cəlb olunan alimlər bildiriblər ki, Elmi-Tədqiqat İnstitutunun əsas fəaliyyəti fundamental, tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarətdir. Ancaq son 6 ildə elmi şöbələr heç bir avadanlıq, cihaz, material və komputerlərlə təmin olunmayıb.
İnstitutun elmi işçiləri həmçinin sualları tərtib edən hüquqşünasın İnstituta çağırılmasını tələb ediblər. Onlar həmin hüquşünasa sualları olduğunu bildiriblər.
Professorlar Elmi Şura tərfindən təsdiq edilməyən qeyri-qanuni ekspert komissiyasının üzvü, İnstitutun Həmkarlar İttifaqının sədri Ruslan Nəcəfovdan Əmək Məcəlləsində yazılmış maddələri düzgün şəkildə oxuyub kollektivə çatdırmağı tələb ediblər və çox çətinliklə də olsa, buna nail olublar.
Mənbə bildirib ki, sayğısızlıqdan əsəbləşən professorlar həmçinin direktorun elmi işçiləri heç bir elmi konfransa buraxmamasını, Kardiologiya İnstitutunda antisanitariya şəraitinin hökm sürdüyünü, tibb ocağında çalışan alimlərin ayaqyoluna getmək üçün növbəyə dayandığını, müəssisədə normal iş şəraiti və işgüzar atmosferin yaradılmadığını, bütün bunların qarşılığında isə yüksək elmi dərəcəsi olan alimlərin ibtidai sinif şagirdləri kimi imtahan edilməsinin təhqiramiz olduğunu deyiblər:
"Bundan sonra alim-professor heyəti İnstitut direktorunun elmi işçilərin hüquqlarını pozan davranışına etiraz əlaməti olaraq Gülnaz Dadaşova tərəfindən sinif otağına oxşadılan, bəzədimiş konfrans zalını nümayişkaranə şəkildə tərk ediblər.
Bu hadisədən sonra özünü-itirən və əl-ayağa düşən Gülnaz Dadaşova elmi dərəcəsi olamayan işçilər üçün növbəti attestasiyanı da təxirə salıb. O, bütün bunalardan xəbəri olmadığını deyib və attestasiyaya görə bütün günahları elmi işlər üzrə müavini Rəfail Daşdəmirov və hüquqşünas Azad Aslanovun üzərinə ataraq onları işdən azad edəcəyini deyib. Direktor daha sonra bəzədiyi konfrans zalını boşaltmaqla məşğul olub. Əslində isə Rəfail Daşdəmirov bu şəkildə attestasiyanın doğru olmadığını bildiyi üçün xəstələndiyini əsas gətirərək bu gün işdə deyildi. O adam bu biabırçılığa görə utanırdı və ona görə işə gəlməmişdi".
Bu arada İnstitutin işçiləri daha bir ciddi qanun pozuntusundan şikayətçidirlər. Belə ki, bu günlərdə İnstitutun birinci mərtəbəsində xüsusi izolyasiyasi olmayan bir kabinetə portativ rentgen aparatı yerləşdirilib:
"Bu aparat institutda yatan, eləcə də stasionar şəkildə müalicəsi planlaşdırılan xəstələr üçündür. Onların ciyərləri yoxlanılır, pnevmoniyaya tutulub-tutlmadıqları müəyyən edilir. Ancaq portativ rentgen aparatı ciddi şüalanma yaradir. Bu şüalar 2-5 metr ərazidəki insanlara təsir edir. Rentgen müayinələri isə səhər saatlarında koridorda insanların çox olduğu zaman aparılır. Eləcə də qonşu kabinetlərdə həkimlər xəstələri qəbul edirlər. Onların hamısı şüalanmaya məruz qalırlar. Bu isə qanunsuzdur. Lakin direktor bu məqama əhəmiyyət vermir".
Maraqlıdır, portativ rentgen aparatının pasiyent və həkimlərə yaxın, izolyasiyası olmayan kabinetdə yerləşdirilməsi nə dərəcədə düzgündür? Müayinələrdən əvvəl bununla bağlı Fövqəladə Hallar Nazirliyinin müvafiq rəyi olubmu?
Onu da qeyd edək ki, artıq institutun professor-alim heyəti direktor Gülnaz Dadaşovanın bu özbaşınalıqlarına dözməyərək, məsələ ilə bağlı Səhiyyə nazirinə Teymur Musayevə və digər aidiyyəti orqanlara məlumat veriblər.
Yazıda səslənən ittihamlarla bağlı Elmi-Tədqiqat Kardiologiya İnstitutunun mətbuat xidməti ilə əlaqə saxladıq. Oradan bildirdilər ki, elmi attestasiya Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə, akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Nizamnaməsinə və Elmi Şuranın əsasnaməsinə uyğun təşkil edilib:
"Attestasiya Komissiyası mövcud normativ aktlara uyğun olaraq formalaşdırılıb. Attestasiya prosesinin nəticələri ilə bağlı Komissiya üzvlərinin yekun rəyi və hesabatı təqdim edildikdən sonra rəsmi mövqe bildirilməsi mümkün olacaq. Hazırda bu istiqamətdə heç bir rəsmi sənəd daxil olmayıb. Bununla yanaşı, attestasiyanın keçirilməsi tam qanunauyğun hesab olunur. Qeyd olunan attestasiya çərçivəsində iştirak tələbi olmayan bəzi əməkdaşlar mövcud ola bilər. Bu, qanunla müəyyən edilmiş istisnalar çərçivəsindədir.
Hazırda komissiya üzvlərinin və sədrinin yekun rəyi və hesabatı təqdim edilməyib. Hər hansı rəsmi yazılı şikayət də daxil olmayıb. Yekun sənədlər təqdim olunduqdan sonra mövzu ilə bağlı daha dəqiq məlumat vermək mümkün olacaq".
Rentgen kabinetinə gəlincə, İnstitutdan bildiriblər ki, kabinet müvafiq təhlükəsizlik tələblərinə uyğunluğu qiymətləndirilib:
"Ecoray markalı MİNİ 90 modeli olan portativ diaqnostik rentgen cihazı daşınan olduğu üçün otaqların izolyasiyasına ehtiyac olmur. Statisionar xəstələrin müayinəsi üçün portativ daşınan rentgen cihazını statisionar rentgenoskopiya cihazı ilə müqayisə etsək, həmin dozanın fərqini görmək olar"./Bakupost.az
Oxşar xəbərlər
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
6 iyul 2025 09:40
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
6 iyul 2025 09:08
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
5 iyul 2025 13:37
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
5 iyul 2025 10:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
4 iyul 2025 14:08
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
4 iyul 2025 02:01
- Ukrayna Rusiya Hərbi Dəniz Donanması baş komandanının müavinini məhv etdi
3 iyul 2025 19:59
- Gürcü bədənində rus başı formalaşdırmaq xülyası – Rus şovinizmi və gürcülər...
3 iyul 2025 19:43
- Erməni parlamentində Rusiya üstündə DAVA – Butulka ilə VURDU
3 iyul 2025 13:14
- Prezident bu yolun açılışını ETDİ
3 iyul 2025 11:58
Xəbər lenti
- Trampın sərvəti neçə milyard dollardır?..- Nyu-York Tayms
06 iyul 11:53
- Şir küçədə qadına və iki uşağa hücum etdi - VİDEO
06 iyul 09:40
- Şəmkirdə 3 azyaşlı göldə BOĞULUB ÖLDÜ - Fotolar
06 iyul 09:24
- Bakıda insanlar TƏŞVİŞ içində - küçəni bürüyən bu canlılar nədir?
06 iyul 09:08
- Fındıq mafiyası iş başında - Bağları məhv edir....
06 iyul 01:39
- Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək (SƏRƏNCAM)
05 iyul 23:31
- Masallıda 78 il sonra ortaya çıxan həqiqət: Çay plantasiyası yaxınlığında əzablı ölüm
05 iyul 23:03
- ABŞ-də öldürüldüyü deyilən azərbaycanlı müğənni...
05 iyul 22:34
- Türkiyədən Rusiyaya sərt SİYASİ MESAJ - proses QIZIŞDI
05 iyul 13:37
- Bəziləri mənə dedilər ki, bu səfər sizin üçün təhlükəli ola bilər. Amma...
05 iyul 11:11
- Qarabağ xanlığının timsalında: Rusiyaya güvənmək fəlakətə gətirir
05 iyul 10:44
- Sərnişinlərin YAYDA kondisionersiz avtobus dərdi
05 iyul 09:59
- Bu gün Aşuradır
05 iyul 09:49
- Rusiyada olan Samirə dəhşət yaşadı: Azərbaycanlıların əl-qollarını bağlayıb, yerə yıxırlar...
05 iyul 09:29
- Mağazada faciə: Müdir gənc işçini boğub öldürdü - FOTO
05 iyul 00:58
- Ermənistan Rusiyaya NOTA verdi
05 iyul 00:44
- Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir – ŞOK NƏTİCƏLƏR
04 iyul 21:56
- .Nişanlısı 32 İLDİR şəhid Mehmanı gözləyirmiş...
04 iyul 19:44
- Prezident Xankəndidə qonaqları qarşıladı
04 iyul 14:08
- Ərdoğan Azərbaycana GƏLDİ
04 iyul 13:56
- Sibir manyakı - ovçu tayqada insanları ovlayıb, qadınları qaçırıb aylarla saxlayıb
04 iyul 12:42
- Bakıda yenə yol çökdü - Cümşüd Cümşüdlünün faciəsi təkrarlana bilər..
04 iyul 12:14
- Pezeşkian Xankəndiyə GƏLDİ
04 iyul 10:19
- Emoməli Rəhmon Füzulidədir - Yenilənib
04 iyul 10:00
- SEVGİ ilə VƏRDİŞİ necə FƏRQLƏNDİRMƏK ? 3 əlamət
04 iyul 09:51
- Rusiya Əfqanıstan İslam Əmirliyini tanıyan ilk ölkə oldu
04 iyul 09:42
- DTX-nin Yekaterinburqdan gətirdiyi İbrahimov kimdir ?
04 iyul 09:31
- GÜNAY Qurbanova YENİDƏN Avropa çempionu olub
04 iyul 02:13
- Məktəbdən çıxan müəllimənin başına torba keçirib QAÇIRANLAR ...
04 iyul 02:01
- Parlamentin qarşısında EŞŞƏKLƏRLƏ ETİRAZ MİTİNQİ
03 iyul 23:01
Video & Fotoqalereya
Video
Fotoqalereya