Zelenskinin geyimlərini hazırlayan azərbaycanlı dizayner kimdir? (FOTO)
Cəmiyyət10 mart 2025 02:48
Fevralın 28-də Ukrayna Prezidenti Volodimir Zelenskinin Ağ Evdə amerikalı həmkarı Donald Trampla görüşü çox gərgin keçdi. Qızğın danışıqlar zamanı bir neçə dəfə ölkə liderləri arasında münaqişə baş verdi. Gərgin keçən görüşdə ən diqqətçəkən məqamlardan biri Ukrayna prezidentinə geyiminə görə söz atılması oldu.
Rəsmi tədbir zamanı amerikalı jurnalist Qlen Brayan Zelenskiyə Oval ofisə kostyumsuz gəldiyinə görə irad tutaraq, ondan kostyumunun olub-olmadığını soruşdu. Sualın yersiz olmasına baxmayaraq, Volodimir Zelenski özünü itirməyib və öyrədilmiş jurnalistə aydın cavab verib: "Müharibə bizim üçün bitəndə geyinəcəm. Bəlkə də sizin kimi, bəlkə daha yaxşı, bəlkə daha ucuz. Görəcəyik".
Zelenskini tənqid hədəfinə gətirən geyim markası Donetskdə yaradılsa da indi ölkənin hüdudlarından kənarda da populyardır. Dünya ulduzları Kortni Kardaşyan və Cici Hadid, eləcə də yerli məşhurlar bu markanın daimi müştəriləridir.
Bəs üç ildir müharibə içində olan ölkənin liderini belə geyindirən markanın sahibi kimdir? Ukrayna prezidentinin dizayneri "Financial Times"a danışdıqdan sonra onun əslən azərbaycanlı Elvira Həsənova olduğu üzə çıxıb.
.jpg)
Məlum oldu ki, Ukraynada azərbaycanlı ailənin yaratdığı "Damirli" geyim şirkətinin məhsullarından təkcə bu ölkənin yox, Avropa və ABŞ-nin məşhur şəxsləri də yararlanırlar. Brendin yaradıcısı Elvira Həsənovanın geyimlərinin müştəriləri arasında Zelenskidən başqa, Böyük Britaniyanın sabiq baş naziri Boris Conson və kral ailəsinin üzvləri də var.
Elvira Həsənovaya gəlincə, o, ukraynalı dizayner və modelyerdir, məşhur "Gasanova" və "Damirli" brendlərinin sahibidir.
.jpg)
Elvira həyat yoldaşı Ehtiram və qızı ilə
Elvira Həsənova 1992-ci ildə Ukraynanın Donetsk şəhərində doğulub. 2008-2013-cü illərdə Maksim Qorki adına Donetsk Dövlət Tibb Universitetində təhsil alıb. Amma təhsilini yarımçıq qoyub. 2012-2013-cü illərdə Donetsk şəhərində 1 saylı Mərkəzi Dövlət Xəstəxanası və 1 saylı Mərkəzi Dövlət Xəstəxanasında stomatoloq kimi təcrübədən keçib və işləyib.
Həmin illərdə bir dəfə Donetsk Moda Günlərində könüllü kimi çalışdıqdan sonra növbəti il ilk kolleksiyasını orada təqdim edib. İkinci kolleksiyasını da orda nümayiş etdirib. Bu, Elviranın moda dünyasına yolunu açıb. Amma Donetskdəki fəaliyyəti uzun sürməyib. Müharibə başladıqdan sonra Elvira Kiyevə köçüb.
.jpg)
Volodimir Zelenski Estoniyanın baş naziri ilə görüşdə "Damirli" sviterini geyinib
"Kiyevdə diş həkimi kimi işləmək fikrim vardı. Amma stajımı təzəcə bitirmişdim, həkim işləyə bilmədim, ayda cəmi 2500 qrivnaya assistent ola bildim. Əlbəttə, Kiyevdə belə bir pul qazanmaq perspektivi məni çox cəlb etmədi. Buna görə də müştərilərimin çoxu Donetskdən Kiyevə köçdüyü üçün brendi inkişaf etdirməyə davam etmək qərarına gəldim", - özü o günlər haqda xatirələrində deyir.
Tibb fakültəsində əldə etdiyi biliklər artıq Elvira üçün faydalı olmasa da, bu təhsili aldığı üçün peşman deyildi. Artıq onu qarşıda başqa bir aləm - məşhurların dünyası gözləyirdi.
.jpg)
Alyona Zelenskaya 2023-cü ilin mayında Cill Bayden və Keyt Middletonla "Gasanova" tərzində
"Tibb fakültəsi ordu kimidir, çox intizamlıdır, buna görə də peşman deyiləm. Yəqin indi belə bir seçim qarşısında qalsaydım, yenidən tibb fakültəsinə daxil olardım", - Elvira söyləyir.
Donetskdəki iş daha çox sınaq və cəhd idisə, Kiyevdə Elvira öz üslubunu tapdı və moda dünyasında özünü təsdiqlədi.
İndi "Gasanova" və "Damirli" brendləri Ukraynadan da kənarda tanınır və sevilir. Brendin ulduz müştəriləri siyahısına modellər Bleona Kereti, Cici Hadid və Kortni Kardaşyan öz adlarını yazdırıb.
.jpg)
Elvira Həsənovanın Alyona Zelenskaya üçün hazırladığı eksklüziv geyim
Məşhur brendin yaradıcısı indi nəinki məşhurlar üçün işləyir, həm də Slava Kaminskaya, Alina Baykova və Snejana Onopko kimi ulduzlarla dostdur.
Elvira məşhur insanlar arasında necə müştəri tapdığını etiraf edir:
"Elə oldu ki, onlara özüm yazdım. Bizə çox vaxt kifayət qədər ulduz geyindirdikdən sonra müraciət edirlər. Əlbəttə, ulduzlarla əməkdaşlıq edən stilistlər vasitəsilə işləyirik, onlar tez-tez bizə yazırlar ki, bəzi məhsullarımızı almaq istəyirlər".
Hazırda Elviranın komandası xeyli böyükdür. "Gasanova" və "Damirli"nin çoxsaylı butikləri və özünün geyim istehsalı sexləri var.
.jpg)
19 yaşlı müharibə əlili Ruslana Danilkina Həsənovanın Yeni il kampaniyasında
Elviranın dizayn etdikləri geyimlər podiumlarda ilk dəfə 2017-ci ildə görünür. Növbəti Ukrayna Moda Həftəsi çərçivəsində isə artıq onun paltarları dünya ulduzlarının əynində idi. Bu gün o brendin baş dizayneri və təsisçisi Elvira Həsənova artıq Ukraynanın birinci xanımı Alyona Zelenskaya, Uels şahzadəsi Keyt Middlton və ABŞ-nin keçmiş birinci xanımı Cil Baydeni geyindirir. Artıq bu brendin 12 yaşı var.
Elvira Həsənova öz soyadını daşıyan geyim brendinin əsasını 23 yaşında qoyub. İndi onun 33 yaşı var. Artıq iki brendi idarə edir - "Gasanova" və "Dəmirli", həmçinin azərbaycanlı həyat yoldaşı Ehtiramla 3 yaşlı qızını böyüdür.
.jpg)
Elvira 2023-cü ilin oktyabrında Parisdə kolleksiyasını təqdim edir
Rusiya-Ukrayna müharibəsi başlayanda Elvira qətliamın baş verdiyi Kiyev vilayətinin Buça şəhərində yaşayıb, vəziyyətin gərginləşməsindən sonra ailəsi ilə birlikdə Kiyevə gedib.
Elviranın naxışlı köynəkləri Ukraynanın peşəkar boksçusu, ağır çəkidə dünya çempionu Aleksadr Usık və Prezident Volodimir Zelenskinin sevimliləri sayılır. Ukraynanın birinci xanımı da tez-tez kameralar qarşısında onun geyimlərində görünür. Elvira Alyona Zelenskayanın qəbuluna düşmək çox cəhdlər etdiyini, sonda bunu bacardığını deyir.
.jpg)
Cici Hadid "Gasanova" kombinezonunda
"Prezidentin andiçmə mərasimindən dərhal sonra birinci xanımı geyindirmək arzusunda idim. Amma stilistə görə alınmadı. Dəfələrlə yazdıq, zəng etdik, amma təəssüf ki, o vaxt orada olan stilist bizə cavab vermədi. Sonra böyük bir layihə zamanı bədii rəhbərimlə söhbət edəndə o mənə dedi ki, indi birinci xanımın stilisti Natalya Kamenskayadır. Onunla danışdıq, bizə dedilər ki, eskizlər çəkək və istədiyimizi təklif edək. Biz çəkdik, eskizi təsdiqlədilər və sifariş verdilər ki, tikin", - Elvira deyir.
Ölkənin birinci xanımı üçün geyimlər hazırlamağa başladıqdan sonra Ukrayna prezidenti də onun daimi müştərisi oldu.
Artıq bu gün Elviranın brendinizi bütün dünya ulduzları geyinir. Amma onun geyindirmək istəkləri başqa məşhurlar da var.
.jpg)
Biyons üçün paltarın eskizi. Həsənova pop-diva üçün geyim yaratmaq arzusundadır
Özü bu haqda deyir: "Hələ geyindirmək istədiyimiz ulduzlar çoxdur. Məsələn, Ancelina Colini geyindirmək istərdim, çünki onun baxışı çox gözəldir. Leonardo Di Kaprio da çox maraqlıdır".
Tramp və Zelenskinin Ağ Evdəki mübahisəsi zamanı Ukrayna prezidentinin geyimi ilə bağlı yaşananlara gəlincə, Elvira etiraf edir ki, jurnalistin bu barədə sualı onun üçün sürpriz olub. Dizayner Ukrayna prezidentinin geyiminin siyasətçilərin görüşündə müzakirə mövzularından birinə çevriləcəyini gözləməyib. Bununla belə, onun fikrincə, Ukrayna lideri öz obrazı ilə xalqla həmrəy olduğunu nümayiş etdirib. (Teleqraf.com)
Oxşar xəbərlər
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 2026 11:59
- Şahin Şıxlinski və oğluna hökm oxundu
13 aprel 2026 11:58
- Zaur Mikayılov Bakıda dəhşətli cinayətin üstünü açdı
12 aprel 2026 14:21
- İraqın yeni kürd prezidenti – Nizar Amidi KİMDİR? /DOSYE
12 aprel 2026 00:02
- Mənə nə var, səndə hansı rejimdir? – komitə sədrindən sensasion açıqlamalar
11 aprel 2026 19:19
- Ramiz Mehdiyevə yaxın kəşfiyyat rəhbəri haqda şok iddialar
11 aprel 2026 13:44
- Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələri Azərbaycana gəldi (FOTO)
10 aprel 2026 13:02
- QALİB KİMDİR: ABŞ, İRAN, YOXSA…
9 aprel 2026 22:43
- İlham Əliyev Litvanın Baş nazirini qəbul etdi (FOTO)
9 aprel 2026 12:07
- Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak etdi (FOTO)
8 aprel 2026 19:35
Xəbər lenti
- Hər səhər 20 dəqiqə gəzməyin faydası - Mütəxəssislər xəbərdarlıq edir
16 aprel 00:07
- Baş katib Azər Allahverənov Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüşüb
15 aprel 21:17
- Türkiyədə məktəbdə qətliam törədən yeniyetmənin FOTOSU YAYILDI
15 aprel 21:04
- Rusiya AZAL təyyarəsininə görə kompensasiya ödəyəcək - Razılığa gəlindi
15 aprel 19:16
- Dünyada və Azərbaycanda nə qədər yəhudi yaşayır?
15 aprel 15:25
- Leninin şüşə tabutuna hücum edən tələbə saxlanıldı
15 aprel 12:23
- Qəbiristanlıqda meyiti tapılan Qarabağ qazisi tələbə imiş - Foto
15 aprel 11:59
- Tramp: İran münaqişəsi sona yaxınlaşır
15 aprel 11:48
- Partiya sədrlərinin ixtisası: tarixçi, hüquqşünas, həkim, jurnalist...
15 aprel 11:11
- Bu gün akademik Zərifə Əliyevanın anım günüdür
15 aprel 10:54
- Macarıstanla münasibətlərə zərər gəlməyəcək- Deputat Cavanşir Feyziyev
14 aprel 23:54
- Bakının bəzi ərazilərinə şiddətli dolu yağır
14 aprel 23:37
- Ağsu şəhəri QARANLIQ içindədir, İŞIQLAR yanmır və üstəlik küçələri sahibsiz itlər basıb...
14 aprel 22:45
- Uşaq qidasından həşərat çıxıb? - Nəzarətə götürüldü
14 aprel 21:02
- Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edildi
14 aprel 20:34
- Kəmaləddin Heydərova iki müavin təyin edildi
14 aprel 19:10
- Qənirə Paşayevanın xatirəsinə reabilitasiya mərkəzi açılır – Qadınlar üçün...
14 aprel 17:30
- Kılıçdaroğlu barəsində həbs qərarı çıxarıldı
14 aprel 17:09
- İlham Əliyev yeni səfirləri qəbul etdi (YENİLƏNİB)
14 aprel 13:12
- Ermənistana getmərəm, çünki YARAM SAĞALMAYIB... – Aqil Abbas
14 aprel 11:57
- Rus dilində olan kənd adlarını dəyişdirəcəklər
14 aprel 11:44
- Bu ölkə həm də Şərq ənənələrinə bağlıdır
14 aprel 11:35
- ABŞ və İran yenidən masaya oturur: tarix və məkan açıqlandı
13 aprel 23:35
- Lalə Şövkət daha siyasətlə maraqlanmır (AÇIQLAMA)
13 aprel 21:11
- Dövlət xərclərinə nəzarət gücləndirilməlidir - DEPUTAT
13 aprel 20:03
- Azərbaycan gimnastları dünya kubokunda QIZIL MEDAL qazandılar
13 aprel 18:25
- Xalq artisti vəfat etdi
13 aprel 18:14
- Kuba prezidenti: ABŞ-dan qorxmuram, inqilab uğrunda canımı verməyə hazıram
13 aprel 17:11
- Orxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi
13 aprel 14:27
- Litvanın Azərbaycandakı səfiri KATIN qətliamı ilə bağlı paylaşım etdi
13 aprel 14:18
Video & Fotoqalereya
Video
Fotoqalereya
