Generallar üçün sianidli qəhvə - 4 komandanı 4 dəqiqədə necə öldürmək istəmişdilər?
Özlərini “Kürdüstan Fəhlə Pariyası” (kürdcədə - PKK) adlandıran kürdəsilli gerillaların tərksilah olması təkcə Türkiyədə yox, region ölkələrində, Avropada da diqqətlə izlənilir.
Türkiyədə bu prosesin uğurla bitəcəyinə inam böyükdür. Ölkənin türk və kürd əhalisi 45 ildən çoxdur davam edən bu qanlı qırğının, nəhayət, sona çatmasını istəyir. Hamı anlayıb ki, bu yolla nə asudə yaşamaq, nə muxtariyyat əldə etmək, nə də xoş güzəran qurmaq olar.
İndiyə qədər PKK ilə mübarizəyə 2 trilyon dollar xərclədiyi bildirilən Türkiyənin hələ ikinci 45 ildə də savaşmaq imkanı var. Çünki Türkiyə böyük, inkişaf edən dövlətdir, özünü xarici və daxili düşmənlərdən müdafiə etməyi bacarır.
Ancaq eyni şeyi Türkiyə ilə sərhəddə yerləşən dağlardakı mağaralara sığınmış gerillalar barədə demək olmaz. PKK hazırda 40 il əvvəlki gücünün onda biri qədər gücə malik deyil. Təşkilat böyük itkilər verib, əvvəlki kimi sıralarına gənc döyüşçülər qata bilmir, maliyyə qaynaqları azalıb, kanalları bağlanıb və s. PKK bir yol ilə dağlardan enməyə, silah buraxmağa məcburdur
![]()
Yoxsa 4 ölkənin (Türkiyə, Suriya, İran və İraq) sərhədlərinin qovuşduğu regionda kürd dövləti qurmaq planının reallaşma mərhələsinə keçdiyi bir vaxtda terrorçular tərksilah olmaq istəməzdilər. Onlar İraqda malik olduqları yarımdövlətdən (İraq Kürdüstanı muxtariyyatı) sonra Suriyada ən azı muxtariyyat statusu almağa yaxındırlar. Türkiyə və İranı parçalamağa isə silahlı kürdlərin gücü çatmır.
Ona görə də onlar Türkiyənin demokratik ölkə olmasından faydalanaraq, məqsədlərinə dağlarda partizanlıq etməklə yox, parlamentdə müxalifətçilik etməklə çatmaq niyyətindədirlər. Hərçənd dağlarda “sona qədər müqavimət göstərmək” fikrində olan qruplar, həmişə olduğu kimi, yenə də var və tam məhv olana qədər davam edəcəklər.
Bir çox türkiyəli ziyalılar isə PKK-nin həm siyasi qanadının, həm də hərbi birləşmələrinin tərksilah qərarlarının səmimiliyinə inanmırlar və bildirirlər ki, onlar düşmənçiliklərini bu və ya digər şəkildə sürdürəcəklər.
Bu günlərdə qardaş ölkənin məşhur jurnalist-publisistlərindən biri olan Yılmaz Özdilin yazdığı məqalədə PKK-nın xain planından bəhs edən bir müdhiş hadisədən bəhs edilir. Bu hadisə 33 il öncə baş verib.
1992-ci ilin noyabr ayının 4-də Türkiyə ordusunun baş qərargah rəisi, ordu generalı Doğan Güreş, piyada qoşunları komandanı, general-leytenant Mühittin Fisunoğlu, 1-ci ordu komandanı, general-leytenant İsmayıl Hakkı Karadayı, 3-cü ordu komandanı, general Hikmət Köksal İstanbuldakı Hasdal zirehli briqadaya baxış keçirirmişlər.
![]()
Doğan Güreş
Generallar kazarmaları gəzir, hərbçilərlə görüşür, söhbtləşirlər, nahar zamanı gələndə briqadanın yeməkxanasına getmir, əsgərlərlə birlikdə “əsgər yeməyi” dadmağı üstün tuturlar. Onlar yeməkdən sonra briqada komandirinin iş otağına keçirlər, üçü qəhvə sifariş edir, Hikmət Köksal isə çay istəyir. On dəqiqədən sonra generalların qəhvəsi və çayı məcməyidə gətirilir. İyerarxiya nəzakətinə görə qəhvədən ilk qurtumu almalı olan Güreş fincanı dodağına yaxınlaşdırır, tamsınır və deyir: “Çox acıdır. Komandan üçündür deyə, görünür, qəhvədən çox doldurublar, ona görə belə acı olub”.
Ancaq Mühittin Füsunoğlu dərhal şübhələnir, qəhvəsini qaldırıb iyləyir və deyir: “Normal deyil bu, qəti içməyin, bu qəhvə deyil”.
Briqada komandanı cəld özünü bayıra atır, mətbəxin giriş-çıxışlarının bağlanmasını əmr edir. Qəhvələrin iki qarson əsgər tərəfindən bişirildiyi məlum olur. O da məlum olur ki, Mustafa Akın və Mehmet Saka adlı bu əsgərlər dərhal aradan çıxıblar. Onların təqibi nəticə vermir. Anlaşılır ki, onlar ya bir maşın saxlayıb, minib qaçıblar, ya da onları gözləyən bir avtomobil olub, onunla Təkirdağ istiqamətinə gediblər.
Generalların həyatına sui-qəsd cəhdini araşdırmaq məqsədilə qəhvə cezvesi və maye dolu fincanlar tibbi ekspertizaya, Gülhanə Hərbi Tibb Akademiyasına, nümunələr özəl hospitallara göndərilir. Ekspertiza şöbəsinin müdiri, professor Sevil Atasoy imzalı raport yazaraq bildirir ki, generalların içmədiyi qəhvə və çaya öldürücü miqdarda sianid maddəsi qarışdırılıb.
![]()
Korcan Karar
Ancaq generallar bu məsələni ictimailəşdirməmək qərarına gəlirlər. Sui-qəsd cəhdinin üstü elə həmin gün sırf təsadüf nəticəsində faş olur. O zamanlar “Sabah” qəzetində çalışan Korcan Karar adlı jurnalist anasını apardığı Florens gecə xəstəxanasında görür ki, rütbəli hərbçilər təlaşla ora-bura qaçışırlar. Jurnalist marağı güc gəlir, Korcan Karar bu təlaşın səbəbini araşdırır, tibb bacılarından, laborantlardan, həkimlərdən, hərbçilərdən, hərədən bir söz alır, məsələnin mahiyyətini öyrənir. O, qəzetinin rəhbərliyinə məlumat verir, sensasion xəbər əldə etdiyini bildirir. Qəzet rəhbərliyi tərəddüd edir, amma Korcan onlara deyir ki, imzalı raportu gözü ilə görüb və hər şey yüzdəyüz dəqiqdir. Qəzetdən ordunun baş qərargahına zəng edirlər, oradan “elə bir şey yoxdur” cavabı gəlir və qzəetçilərə xəbərdarlıq edirlər ki, bu mövzuda nəsə yazsalar, başları ağrıyacaq, terrorla mübarizəyə kölgə salmaq cəhdi hesab ediləcək.
Ancaq o dövrdə Türkiyədə demokratikləşmə prosesi yenidən start götürdüyündən “Sabah” qəzeti əlinə düşmüş sensasion xəbəri “Baş Qərargah rəisinə zəhərli qəhvə” başlığı ilə manşetdən verir. Ertəsi gün Türkiyədə, necə deyərlər, yer-yerindən oynayır. Baş qərargahdan rəsmi açıqlama verilmir, amma müraciət edən qəzetlərə “belə bir hadisə yaşanmadı” cavabı verirlər. Bundan sonra başqa qəzetçilər məslək qısqanclığına başlayır, Korcan Kararı qaralıyrlar, yalan xəbər yaydığına görə işdən çıxarılmasını, jurnalistikadan uzaqlaşdırılmasını tələb edirlər. Bir həftədən sonra baş qərargah “Anadolu” agentliyinə rəsmi məlumat göndərərək generalların həyatına sui-qəsd cəhdi olduğunu bəyan edir. Son nəticədə bədxahlar Korcan Karardan əl çəkməli olurlar və həmin il o, “ilin jurnalisti” seçilir.
![]()
Sonrakı araşdırmalarda 4 generalı sianidlə zəhərləyib öldürmək istəyən Mustafa Akın və Mehmet Sakanın Yunanıstana keçirildiyi məlum olur. O da aydınlaşır ki, onlar PKK üzvləri olublar. Kahramanmaraşlı Mustafanın soyğunçuluğa görə məhkum həyatı yaşadığı, batmanlı Mehmetin isə dörd qardaşının PKK-ya yardım etdikləri üçün həbsdə olduğu üzə çıxır.
Generallara sui-qəsd təlimatının PKK-nın rəhbərlərindən biri olan Murat Karayilan tərəfindən verildiyi məlum olur. Sonradan Mustafa Akın Türkiyə kommandosları ilə atışmada öldürülür. Mehmet Sakadan isə 33 ildir xəbər yoxdur.
Y.Özdil bu hekayətinin sonunda sual qoyur ki, PKK-çılar silahı buraxmağına buraxacaqlar, bəs qəhvə cezvesindən də əl çəkəcəklərmi.
Əsas məsələ budur. Aradan bu qədər qan axandan, minlərlə faciəvi olaylar yaşanandan sonra bir günün, bir ayın içində sülhə gələrək, hər şeyi sıfırdan başlamaq çox çətindir.
Araz Altaylı Musavat.com
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 2025 16:23
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 2025 14:56
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 2025 21:25
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 2025 09:02
- Vitse-spiker Sabir Rüstəmxanlının sözünü kəsdiyi üçün - Töhmət aldı
11 dekabr 2025 20:03
- Ermənilərə köməyə gedirdilər, qəzaya uğradıldılar... - İL-76 faciəsindən 37 il ötür
11 dekabr 2025 11:03
- Trampın qardaşı qızı: ƏMİM sevgiyə həsrətdir
10 dekabr 2025 02:08
- QUQUŞ-dan maraqlı etiraflar - Azərbaycanın ürəyimdə xüsusi yeri var…Bakıda, Gəncədə, Sumqayıtda kasetlərimə qulaq asırdılar
10 dekabr 2025 01:05
- Restoranı, yoxsa Zərdabinin HEYKƏLİNİ KÖÇÜRMƏK ?
9 dekabr 2025 21:43
- Gələn il üçün yaşayış minimumu 300 manat olacaq
9 dekabr 2025 12:13
- Azərbaycan Prezidenti amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
16 dekabr 00:52
- Sabah oliqarx oğlunun məhkəməsidir – Orxan İsmayılzadə 6-cı dəfə atalıq testindən yayınacaqmı?
16 dekabr 00:41
- Anar Ələkbərov Ramiz Rövşəni evində ziyarət etdi (FOTO)
15 dekabr 22:22
- Prezident bu şəxslərin rütbəsini artırdı (SƏRƏNCAM)
15 dekabr 21:51
- Vahid Axundov vəfat etdi - Prezident və birinci xanım nekroloq imzaladı
15 dekabr 21:44
- Ukraynada daha bir azərbaycanlı həlak oldu- FOTO
15 dekabr 11:28
- Bəşər Əsəd Moskvada - Nə işlə məşğuldur?
15 dekabr 11:20
- Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç karvanı yola salındsı (FOTO)
15 dekabr 11:09
- Səksənə çatanda səksənir hamı... - Ramiz Rövşəndən özünə şeir
15 dekabr 01:48
- Yeni rus - Azərbaycan lüğəti
14 dekabr 22:12
- Rəsulzadəyə it deyən Xalq şairi Torqovı- da niyə lüt qaçıb? + VİDEO
14 dekabr 17:07
- Milli Qəhrəman Əliyar Əliyevin doğum günüdür
14 dekabr 16:31
- Avtobuslar pulsuzdur, DYP yoxdur, içki qadağandır - Azərbaycanda unikal məkan + VİDEO
14 dekabr 16:23
- Övladları ölümə göndərilən çeçen analar fəryad edir
14 dekabr 15:38
- Epşteynin sirli arxivi: Tramp, Klinton və qlobal elita yenidən gündəmdə - BBC
14 dekabr 14:56
- İki həyat yoldaşım var, mal-mülküm olmasaydı, mənə sahib çıxmazdılar
14 dekabr 13:51
- Rusiya İslam ölkəsinə çevrilir - ŞOK STATİSTİKA
14 dekabr 12:19
- Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi
14 dekabr 00:06
- O da azadlığa çıxdı
13 dekabr 23:31
- Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOsu
13 dekabr 22:31
- Dövlət Kukla Teatrının quruluşçu rejissoru vəzifəsindən istefa verdi və boşandı
13 dekabr 22:09
- Əbiliqoz BƏYN ƏSL SOYADI...
13 dekabr 21:25
- Elbəyi Kərimli həbsdə vəfat etdi
13 dekabr 21:12
- Nərgiz Məhəmmədi yenidən saxlanıldı
13 dekabr 12:59
- `Qırmızı ikra bazarı: Azərbaycanda çox bahalı, Rusiyada isə xeyli ucuz - NİYƏ?
13 dekabr 00:28
- Gedin onu oğlumdan soruşun - Fəzail Ağamalı
12 dekabr 12:11
- Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət etdi
12 dekabr 11:25
- Sabiq icra başçısı vəfat etdi - Foto
12 dekabr 09:17
- Töhmət alan Rafael Hüseynov istefa verir?
12 dekabr 09:02
- Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür
12 dekabr 01:03
